Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə69/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   65   66   67   68   69   70   71   72   ...   89

 277 
(Qəfildən dəhrəni Şöklü Məliyin əlindən alır.) 
 
Ulu Tanrım! 
Onu arzusuna yetirmək üçün
Göylərin gücünü mənə ver bu gün! 
Oğul! 
 
(Burla Xatun qeyri-insani səslə bağırır, dəhrə göydə 
şimşək kimi parlayıb yox olur, göy guruldayır...) (181, 
264). 
Maraqlıdır ki, N.Xəzri «Burla Xatun» pyesində Şök-
lü Məliyin Qazanın evini necə yağmaladığını təsvir etmə-
diyi kimi, Burla Xatunun da Şöklü Məliyi necə öldürmə-
sini, daha sonra Salur Qazanın oğuz igidləri ilə gəlib onları 
əsirlikdən azad etməsini də  təsvirə lüzum görməmişdir. 
Bunlardan imtina edən müəllif  əsərin sonunu maraqlı 
komposiziya ilə tamamlamışdır. Sonda biz əsərdə ilk dəfə 
Oğuz elinə dua-alqış deyən Dədə Qorqudu, onun sözlərini 
böyük coşqu ilə  təkrarlayan xoru və Burla Xatunu görü-
rük. O, Ulu Tanrıya üz tutaraq deyir: 
 
Düşmənləri sən kül eylə, Ulu Tanrı! 
Duamızı qəbul eylə, Ulu Tanrı! (181, 266). 
 
Əsər Burla Xatunun bu duasına insanların dediyi 
«Amin» nidaları ilə bitir. Bizcə, əsərin Ulu Tanrıya dualar-
la tamamlanması da böyük məna daşıyır. N.Xəzri insanları 
bununla müqəddəs dəyərlər ətrafında birləşməyə çağırmış-
dır. Oğuzların qədim tanrıçılıq dinində «Ana haqqı - Tanrı 
haqqı» sayılır. İslam dinində «Cənnət anaların ayaqları al-
tındadır» deyilir. Şair bununla ananın da, torpağın da mü-
qəddəsliyinə  işarə edib, onları göz bəbəyi kimi qorumağı 
bizlərin  əbədi milli borc və  vəzifəsi kimi tərənnüm 
etmişdir. 
 278
Tədqiqatın ikinci fəslində «Dədə Qorqud» motivləri-
nin K.Abdullanın «Yarımçıq Əlyazma» romanındakı post-
modernist yozumundan danışılarkən qeyd olundu ki, «Ki-
tabi-Dədə Qorqud» onun istər elmi, istərsə də bədii yaradı-
cılığında mühüm yer tutur və  sənətkarın bu mövzudakı 
bədii yaradıcılığı öz müasirlərindən bir çox xüsusiyyət-
lərinə görə fərqlənir.  
Xatırladaq ki, K.Abdulla üçün «Kitabi-Dədə Qor-
qud» iki səviyyədən ibarətdir: adi gözlə görünən və görün-
məyən səviyyələr. Müəllif onlardan birincisini «ifadə pla-
nı», ikincisini «mahiyyət planı» adlandırmışdır. Alim-ya-
zıçıya görə, «Kitabi-Dədə Qorqud»un mətnində onun alt 
qatlarından, sirlər dünyasından xəbər verən rəmzi nöqtələr 
var. K.Abdulla həmin nöqtələrin izinə düşüb Azərbaycan 
oxucusunu, sözün həqiqi mənasında, heyrətdə qoyan bədii 
yozumla üzbəüz qoyur. Onun «Dədə Qorqud» motivləri 
əsasındakı bütün elmi və bədii yaradıcılığı məhz bu üsula 
əsaslanır. «Yarımçıq  Əlyazma» romanı özündə postmo-
dernist yanaşma konsepsiyasını reallaşdıran bir əsər kimi 
K.Abdullanın «Dədə Qorqud» yaradıcılığında «son pillə-
ni» təşkil edir. Əslində, bu romanda müəllifin «Dədə Qor-
qud» motivləri əsasında bütün əvvəlki əsərləri postmoder-
nist yozum modelində, bir növ, ümumiləşmişdir. Bu mə-
nada, K.Abdullanın «Casus» və «Beyrəyin taleyi» pyesləri 
«Yarımçıq Əlyazma» romanı ilə məzmun və yozum kon-
sepsiyasına görə sıx bağlıdır. 
Dram növünün janrlarına görə «Casus» komediya, 
«Beyrəyin taleyi» dramdır. Sonuncu əsər hətta müəyyən 
mənada faciəvi dramdır. Onda Oğuz gerçəkliyinin görün-
məyən və oğuzlar üçün daim bəlalara, faciələrə gətirən tə-
rəfləri əks olunmuşdur. Bu nöqteyi-nəzərdən «Casus» pye-
si komediya olsa da, burada fərqli rakursdan yenə də oğuz-
ların həyatının görünməyən və problemlərə  səbəb olan 
tərəfləri gülüş kodu ilə inikas olunmuşdur. K.Abdulla 


 279 
oğuz gerçəkliyinə «Casus»da gülüş prizmasından, «Beyrə-
yin taleyin»də ciddi prizmadan yanaşmışdır. Lakin bu 
pyeslər arasındakı fərq, sadəcə olaraq, baxış bucaqlarının - 
prizmaların fərqindən ibarət deyil. Bu əsərlərin hər biri 
mövzu, məzmun, mündəricə, ideya, metaforik ifadələnmə 
planı və s. baxımından tamamilə fərqli olan müstəqil dram 
əsərləridir. 
K.Abdullanın «Casus» və «Beyrəyin taleyi» pyesləri 
onun bütün yaradıcılığında olduğu kimi, «Kitabi-Dədə 
Qorqud» mətninə tamamilə  fərqli yanaşmanın bədii təza-
hürləri olması ilə seçilir. H.Turabov K.Abdullanını dram-
ları haqqında yazır ki, «onların hamısını birləşdirən bir cə-
hət var... Bu, bəzən həsrət, bəzən xiffət, bəzən də nostal-
giya adlandırdığımız və hamımıza uşaqlıqdan, gənclikdən 
xas olan vahid bir əhvalın çox incə və çox zərif təzahürü-
dür. Bəzən belə əsərləri ciddi olaraq yaxın və uzaq gələcə-
yin düşüncə  tərzi ilə  aşılanmış psixoloji xarakterlər teatrı 
kimi qəbul edirlər» (333, 3). 
Qeyd edək ki, H.Turabovun fikrindəki «psixoloji xa-
rakter» ifadəsini biz K.Abdullanın «Casus» və «Beyrəyin» 
taleyi» pyeslərini ümumi şəkildə səciyyənləndirmək və bu 
əsərlərin «Yarımçıq  Əlyazma» romanından ümumi-səciy-
yəvi fərqini müəyyənləşdirmək üçün əsas hesab edirik. 
Doğrudan da, yazıçının hər iki pyesində biz «Kitabi-Dədə 
Qorqud»dan məlum olan obrazların iç dünyası - hisslər, 
duyğular, düşüncələr aləmi ilə qarşılaşırıq. Bu obrazlar 
eposdakı bütün epik əzəmətlərinə rəğmən dastan surətləri-
dir və qədim oğuz ozanı onların təqdimatında bütün hallar-
da oğuz dastançılıq ənənəsinin epik obraz qəliblərinə əsas-
lanmışdır. Ozan - epik ənənə ilə işləyən dastançı idi: onun 
bütün «yaradıcılıq sərbəstliyi» müəyyən epik süjetyaratma 
və obrazyaratma qəliblərindən qırağa çıxa bilməzdi. K.Ab-
dulla isə sərbəst düşüncə tərzinə malik müasir yazıçıdır. O, 
dastandan gələn süjet və obraz qəliblərinin alt qatına - 
 280
mahiyyət planına enmiş, eposdan bizə məlum olan obraz-
ları öz pyeslərində fərdi psixoloji portretlərin daşıyıcısı ki-
mi təqdim etmişdir. Bu pyesləri «Yarımçıq Əlyazma» ro-
manından məhz bu cəhət fərqləndirir. Çünki eyni bir epos-
la bağlı pyes və romanın fərqlərinin janr səviyyəsində ax-
tarılması  təbii bir tədqiqatçı yanaşması hesab oluna bilsə 
də, fikrimizcə, əsas deyildir. Yəni bu, məlum məsələdir ki, 
«Casus» və «Beyrəyin taleyi» dram növünün janrlarında, 
«Yarımçıq Əlyazma» isə epik növün roman janrındadır və 
hər janrın da öz quruluşu, gerçəkliyi  əks etdirmə üsulu 
vardır. Lakin K.Abdulla öz əsərlərində daim müəyyən ide-
ya konseptlərini reallaşdıran yazıçıdır. Bu cəhətdən onun 
pyesləri ilə romanı arasında yazıçı konsepsiyasından irəli 
gələn fərqlər var. Həmin fərqlər K.Abdullanın pyeslərini 
onun romanından fərqli olaraq psixoloji yönümlü əsərlər 
kimi səciyyələndirməyə imkan verir. Təbii ki, müəllifin 
«Yarımçıq Əlyazma» romanında kamil psixoloji portretlə-
rin daşıyıcısı olan obrazlar var. Ancaq bu romanın bütün 
bədii qurum elementləri (portretlər də daxil olmaqla süjet 
xətləri, motivlər, obrazlar, personajlar və s.), təhlillərdə 
qeyd olunduğu kimi, postmodernist roman konsepsiyasına 
tabedir. 
K.Abdullanın pyesləri, o cümlədən «Casus» və 
«Beyrəyin taleyi» bir mətn kimi çoxplanlı qavrama-gö-
rüntü quruluşuna malikdir. «Kitabi-Dədə Qorqud» eposu-
nun mətni özündə  oğuz bədii-epik düşüncəsinin müxtəlif 
tarixi-epoxal ifadə planlarını (mifoloji, mərasimi, arxaik 
dastançılıq, qəhrəmanlıq və s.) yaşatdığı kimi, K.Abdulla-
nın yaratdığı mətnlər də çoxplanlıdır.  Yenə də eyni müəl-
lif - H.Turabov bu cəhətə xüsusi diqqət vermiş, yazıçının 
pyeslərini üç görüm nöqtəsindən - ədəbiyyatşünasın, teatr-
şünasın və kütləvi oxucunun baxış bucaqlarından səciyyə-
ləndirməyə çalışmışdır. O, K.Abdullanın pyeslərdən ibarət 
«Ruh» kitabına ön sözündə yazır: «Ədəbiyyatşünas 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə