Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə68/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   64   65   66   67   68   69   70   71   ...   89

 273 
Məlik bu çılğın qasırğanın (etirazın - Y.İ.) xofundan bir 
neçə addım geri çəkilir» (181, 219). N.Xəzri bu epizodu 
işləməklə xalqı öz ətrafında toplaya bilən milli ideyaların 
hər bir toplum, o cümlədən erməni-rus birliyinin 
təcavüzünə məruz qalmış Azərbaycan xalqı üçün nə qədər 
vacib olduğunu nümayiş etdirmişdir. 
Burla Xatunu oğuz qızları arasında tapa bilməyən 
Şöklü Məlik axırıncı üsula əl atır: Ulusun ətindən qara 
qovurma hazırlatdırıb, qızlara yedirdilməsini əmr edir: 
 
...Qoy gurlasın ocaq odu, 
Kim yeməsə - Burla odur! (181, 219). 
 
Şiranə  Şöklü Məliyi dilə tutub verdiyi əmrindən 
döndərməyə çalışır.  Şöklü Məliyin ona verdiyi cavabdan 
təkcə «Burla Xatun» pyesinin yox, ümumiyyətlə, N.Xəzri-
nin «Dədə Qorqud» motivləri əsasındakı bütün yaradıcılı-
ğının ideya mahiyyəti, o cümlədən  Burla Xatunun yolun-
da hər cür təhqirlərə  və ölümə hazır olan oğuz qızlarının 
hərəkətinin əsas motivi aydın olur: 
 
Burla Xatun bu torpağın anasıdır, 
Ana sındı, xalq özü də sınasıdır (181, 220). 
 
Beləliklə, N.Xəzrinin təlqin etdiyi əsas ideyaya görə, 
hər bir xalqın qurduğu millət, dövlət, xalq qalasının  əsas 
məhvəri anadır. Vətən öz anası ilə  vətən olur. Yurdun 
havası  və suyunun, bu su və hava ilə böyüyən insanının 
bütün mahiyyəti öz ülvi mənasını anada tapır. Bu cəhətdən 
ana vətənin müqəddəs simvoludur. Bütün dəyərlər anada 
kəsişməklə onu toplumun həyatında ən ali varlığa çevirir. 
Toplum ananın ucalması ilə ucalır, ananın ayaqlar altına 
düşməsi ilə  məhv olur. Öz anasını qoruyan, uca tutan 
toplumun vətəni  əmin-amanlıqda olur. N.Xəzrinin «Dədə 
 274
Qorqud» motivləri əsasında yaradıcılığında tərənnüm edi-
lən bu ideyalar göstərir ki, şair-dramaturqun bu mövzudakı 
üç  əsəri («Əfsanəli yuxular» poeması, «Torpağa sancılan 
qılınc» və «Burla Xatun» dramları) biri-biri ilə təkcə eyni 
eposa («Kitabi-Dədə Qorqud») və onun eyni boyuna («Sa-
lur Qazanın evinin yağmalanması») həsr olunması ilə bir-
ləşmir. Eyni epos və eyni boya aid olmaq bu əsərləri bir-
ləşdirən zahiri əlaqə planıdır. Bu əsərlər mahiyyət planın-
da  «Ana - Vətən» motivi ilə birləşir. Məsələ yalnız oğuz 
eposunun konkret bir boyundan bəhs etməkdən ibarət olsa  
idi, onda N.Xəzri, bəlkə  də, «Əfsanəli yuxular» poeması 
ilə kifayətlənərdi. Çünki bu poemada «Salur Qazanın evi-
nin yağmalanması» boyu bədii məzmun və forma baxı-
mından orijinal bədii təsvir və ifadə vasitələrindən istifadə 
edilməklə yüksək səviyyədə  və peşəkarcasına bədiiləşdi-
rilmişdir. Yaxud şair-dramaturq eyni mövzunu dram nö-
vündə  də  bədiiləşdirmək niyyətində olsa idi, bu cəhətdən 
«Torpağa sancılan qılınc» dramı ədəbiyyatımızda oğuz bo-
yunun dramlaşdırılmasının ən kamil örnəklərindəndir. De-
mək, məsələnin mahiyyəti oğuz eposunun heç də  nəzmə 
çəkilməsi, yaxud dramlaşdırılması ilə bağlı deyildir. Bura-
da qələmini «Dədə Qorqud» motivləri  əsasında müəyyən 
janrlarda sınamaq N.Xəzri kimi bir sənətkara münasibətdə 
söhbət mövzusu ola bilməz. Yazıçını dönə-dönə eyni möv-
zuya qaytaran, əslində, Azərbaycan xalqının tarixinin 
bütün dövrləri - dünəni, bugünü və sabahı üçün həmişə 
aktual olmuş «Ana - Vətən» ideyasıdır. Sənətkarın bu ide-
yanın  bədii təcəssümündə oğuz eposunu seçməsi bu epo-
sun xalqımızın milli yaddaşında mühüm yer tutması, əslin-
də isə, bu yaddaşın zirvə məqamını təşkil etməsi ilə bağlı-
dır. N.Xəzri xalqımızın tarixinə üz tutmuş, öz ideyalarının 
çıxış nöqtəsi kimi bu tarixin zirvə  məqamını - «Kitabi-
Dədə Qorqud» eposunu götürmüşdür. Çünki milli tarixin 
keçmişi, bugünü və sabahı bu eposa - milli tariximizin 


 275 
simvolu olan Dədə Qorquda konsentrə olunur. Əslində, 
milli tariximiz hansı yollardan keçirsə-keçsin, hansı xətlər 
üzrə  hərəkət edirsə-etsin, milli məkan və zamanın bütün 
yolları bizi Dədə Qorquda doğru aparır. Bu yerdə prof. 
Y.Qarayevin müdrik sözlərini yada salmamaq olmur: «Də-
dəmiz Qorqud bütünlükdə Zamanla - həm keçmiş, həm də 
gələcəklə körpünü bizim yadımıza saldı» (215, 299). Əs-
lində, N.Xəzri də, obrazlı desək, öz əsərləri ilə Azərbaycan 
xalqını onun şanlı, əzəmətli keçmişindən qürur dolu saba-
ha daşımaq üçün bir bədii-poetik körpü qurmaq istəmişdir. 
Bu körpü sənətkarın təqdimatında «Ana - Vətən» körpüsü-
dür.  Şairin düşüncəsinə görə, anasını  vətən, vətənini də 
ana qədər sevib, onları qorumağı bacaran bir xalq qürurlu 
sabaha addımlaya bilər. Fikrimizcə, N.Xəzrinin bu üç əsə-
rini birləşdirən əsas ideya bundan ibarətdir və həmin əsər-
lərdəki, o cümlədən «Burla Xatun» pyesindəki bütün bədii 
obrazlar, poetik elementlər bu ideyanın təcəssümünə 
xidmət edir. 
Burla Xatun «Ana - Vətən» namusu qarşısında oğlu-
nun ölümünə və onun ətindən yeməyə razı olur. N.Xəzrini 
onu dünyada ən çıxılmaz vəziyyətə salınmış insan - ana 
kimi təqdim etməyi bacarır: 
 
Doğma oğul ətindən 
Necə yeyim aman, hey... 
 
İsmət mənə kömək ol, 
Tut əlimdən, qeyrət, hey... 
 
Torpağımın yolunda 
Mən torpağa dönüm, hey... (181, 234-235). 
    
Pyesin ikinci hissəsində məlum olur ki, Ulus sağdır. 
Hiyləgər düşmən qızlara Ulusun əti adı altında heyvan əti 
 276
yedirdib. Şiranə gəlib Burlagilə xəbər verir ki, Şöklü Mə-
lik sizi aldadıb: Qazan da, Ulus da sağ-salamatdır. Şiranə 
Burlanı da, onun oğlu Ulusu da qaçırdıb xilas etmək istə-
yir. Şöklü Məlik buna görə onu öldürür və kafirlər qızlara 
təcavüz etmək istəyirlər. Bu dəm Qaraca Çobanın  Şöklü 
Məliyin yolladığı qoşunları  məhv etməsi xəbərinin gəl-
məsi onları dayandırır.  
Burla Xatun xəyalında əri Qazanla dialoq edir. Ona 
daha dözə bilmədiyini söyləyir: 
 
Oğuldanmı keçim, qeyrətdənmi mən, 
Oğul da, qeyrət də axı sənindir (181, 261). 
 
Qazan da sevgili həyat yoldaşına xəyalən deyir: 
 
Qisas qiyamətə bilin ki, qalmaz, 
Susmaqla namusu qorumaq olmaz. 
Bununçun ölüm də, qan da gərəkdir (181, 261). 
 
Qazanın bu sözlərindən sonra Burla Xatun tarixi 
qərar qəbul edir və özünü düşmənə tanıdır. Oğuz qızları 
onun Qazana xəyanət etdiyini düşünüb, sarsılır və Burla 
Xatuna qarğış eləyirlər. Lakin o, Şöklü Məliyə dediyi 
sözlərlə  və  qəfildən etdiyi hərəkətlə hamını heyrətdə 
qoyur: 
 
Dövlət istəyirdin, qoy sənin olsun, 
Bu yerin qucağı məskənin olsun. 
Torpaq istəyirdin, qoy bilsin aləm, 
Sənə özün boyda torpaq verərəm. 
Ötsün qanlı aylar, əzablı illər, 
Qoruyaq mərdliyi, dəyanəti biz. 
Bizə miras qalır bu gün ay ellər 
Vətənə, torpağa sədaqətimiz.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə