Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə64/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   60   61   62   63   64   65   66   67   ...   89

 257 
Hə, it necə qarpız yeyir 
Bugün sizə göstərərəm. 
Şöklü Məlik yaxındadır, 
Yurdun Ala dağındadır. 
İndi ora mən çaparam
Uçan külək olaram mən. 
Mənə bəylik söz verib o, 
Bəyliyimi alaram mən. 
Sonra gözəl Çiçəyi də 
Kəməndimə salaram mən (180, 127). 
 
Qeyd edək ki, şair  əsərdə bir sıra maraqlı obrazlar 
daxil etmişdir. Sənətkar bunları yaradarkən yaradıcılıq 
əməliyyatları aparmışdır. Məsələn, Çəpgöz surəti bizə 
«Kitabi-Dədə Qorqud»dakı Yalançı oğlu Yalıncığı xatırla-
dır. Yalıncıq Beyrəyin sevgilisi Banu Çiçəklə evlənmək 
istəyir. Pyesdə  də onun tamah saldığı  qızın adı Çiçəkdir. 
Eposda isə Uruzun sevgilisi haqqında heç bir söhbət 
açılmır. N.Xəzri burada maraqlı kontaminasiyalar – çar-
pazlaşmalar yaradaraq əsərin dramatizmini qüvvətləndir-
mişdir. Bu cəhətdən Qazanla ova gedəcək Odoğlu, Sıldı-
rım kimi igidləri də qeyd etmək olar. Onların adları igid-
likdən, qəhrəmanlıqdan, qədim Oğuz və müasir Azərbay-
can cəmiyyətində uca tutulan mənəvi dəyərlərdən soraq 
verir. Şair bu dəyərləri obrazlaşdırmaqla əsərin polifoniya-
sını - çoxsəsliliyini artırmışdır. Polifoniya burada həm mə-
naların - dəyərlərin zənginliyində, həm konkret obrazların 
funksiya müxtəlifliyində ifadə olunmuşdur. 
Birinci  şəkildə  Şöklü Məliyin Oğuza necə hücum 
etməsi təsvir olunmur. N.Xəzri bu hadisələri birinci şəklin 
sonunda Dədə Qorqudun fəryadı  və «Salur Qazan» deyə 
nalə edən Burla Xatunun hayqırtısı ilə təcəssüm etdirmiş-
dir. Hücum təfərrüatını verməyə ehtiyac duymayan sənət-
kar diqqəti hadisələrin mənəvi təcəssümünə yönəltmişdir. 
 258
Bu cəhətdən ikinci şəkil Şöklü Məliyin çadırının təsviri ilə 
başlanır. Dədə Qorqudun dili ilə verilən və xor vasitəsi ilə 
təkrar edilən «Həyatda ilk dahi elə anadır, // Dünyanın 
allahı elə anadır» misraları (180, 129), əslində, əsərin əsas 
ideyasını, yazıçının təcəssüm etdirmək istədiyi  əqidə  və 
amalı ifadə edir. Pyesin süjet konfliktinin başlanğıcında 
ana haqqında səslənən bu misralar ki, dramatik konfliktin 
əsasında duran Xeyir-Şər modelinin şər qütbünü zorakılıq, 
namərdlik, kəmfürsətlik, xeyir qütbünü ana məhəbbəti
ana obrazında təcəssüm olunan namus, sədaqət, vəfa, 
ümid, inam kimi ideyalar təmsil edir. 
Şalur Qazandan intiqam almaq istəyən  Şöklü Məlik 
onun arvadını görmək istəyir. Lakin qızlar Burla Xatunu 
ələ vermirlər. O, qızları rəqsə məcbur edir. Heç kəs oyna-
mır. Xor oğuz qızlarının düşdüyü bu ağır durumda onları 
düşmən qabağında cəsarətli edən qüvvəni belə  tərənnüm 
edir: 
 
Açılmaz yadlarçın ana qolları, 
Əyilməz zirvədir ana vüqarı! 
 (180, 134). 
  
Müəllif  Şöklü Məliyin Salur Qazana nifrətinin və 
Burla Xatunu təhqir etmək istəyinin niyə bu qədər güclü 
olmasının səbəblərini obrazın öz dili ilə belə açır: 
 
Bəli, mən mərdliklə zəfər çalıram. 
Zəfər çaldıqca da qisas alıram. 
Bir vaxt mən istədim Burla xatını, 
Yaşıl oylaqlara sürüb atını 
Sevgimi əlimdən aldı düşmənim, 
Vücudum, varlığım qisasdır mənim  
(180, 139). 
 


 259 
N.Xəzri  Şöklü Məliyin Oğuz eli ilə düşmənçiliyinə 
şəxsi motivi qatmaqla bir tərəfdən dramatik konflikti qüv-
vətləndirmiş və əsəri daha da maraqlı etmişdirsə, digər tə-
rəfdən konfliktin ideya əsaslarını ülviləşdirmişdir. Evinin 
yağmalanmasından xəbərsiz olan əri ondan çox-çox uzaq-
larda olduğu üçün Burla Xatun düşmən hüzurunda təkcə 
Oğuz elinin ləyaqətini, qeyrətini çəkməməli, həm də öz 
şəxsi sevgisini, həyat seçimini çirkabdan, təhqirdən qoru-
malıdır. Demək,  əsərin ideya əsasında duran Xeyir-Şər 
mübarizəsində qarşı-qarşıya həm də sevgi ilə nifrət, mə-
həbbət ilə qisas gəlir. Burada sevgi-qisas mübarizəsi çox-
mənalıdır.  Şöklü Məlik bir vaxtlar Burla Xatunu sevmiş
Xatun isə onu rədd etmişdir. Burla Xatun əldən çıxdaqdan 
sonra  Şöklü Məliyin sevgisi nifrət və qisas hissinə 
çevrilmişdir. Bu cəhətdən Şöklü Məliyin qəlb dünyasında 
keçmiş sevgisi ilə indiki nifrəti qarşı-qarşıya gəlmiş  və 
indi o, birmənalı şəkildə nifrət və qisas hisslərinin daşıyı-
cısına çevrilmişdir. İndi onun qəlbində sevgidən əsər-əla-
mət yoxdur: bir vaxtlar istədiyi, bəyəndiyi, evlənmək istə-
diyi Burla Xatunun qadınlıq ləyaqətinə keçmiş sevgilisi 
kimi  heç bir hörmət bəsləmir. Bu an o, birmənalı şəkildə 
şəri, mənəvi eybəcərlikləri təmsil etməklə qadınlıq, na-
mus, sevgi mücəssəməsi Burla Xatuna qarşı durur. Şöklü 
Məliyin bütün bu hərəkətləri Salur Qazana qarşı yönəlsə 
də, əslində, real mübarizə Şöklü Məliklə Burla Xatun ara-
sında gedir. Salur Qazan ovdadır, bütün bu hadisələrdən 
xəbərsizdir. Ona görə də N.Xəzrinin yaratdığı poetik mü-
barizə meydanında iki nəfər - şəri təcəssüm etdirən Şöklü 
Məliklə xeyiri təcəssüm etdirən Burla Xatun var. 
Pyesdə  Şöklü Məlik Burla Xatunu qırx qızın içəri-
sində tanımaq üçün eposda olduğu kimi Ulusun (Uruzun) 
ətindən qovurma bişirilib qızlara yedirdilməsini əmr edir. 
N.Xəzri ölüm qarşısında qalan oğul ilə  oğlunun  ətindən 
yemək məcburiyyəti qarşısında qalan ananı üz-üzə  gətirir 
 260
və biz onların dialoqunda ölüm-həyat dilemmasının milli 
mənəviyyatımızdakı fəlsəfəsinin ən munis, ən uca və ülvi 
məqamlarının şahidi oluruq.  
Ulus Burla Xatunu başa salır ki, o, bütün varlığı, ca-
nı və qanı ilə ona ana südü ilə verilmiş oğuz dəyərlərinin 
daşıyıcısıdır və o, ölüm qarşısında bu dəyərlərdən güc al-
maqla  hər bir qorxu və əzaba sinə gərə bilir: 
 
Gözlərinin yaşını sil, 
Canım mənim, qanım mənim. 
Düşmən görər, 
Düşmən gülər, 
Anam mənim! 
Ana, sənin ana südün 
Qorxusuz ol - deyib mənə, 
Anam mənim! 
İlk öyüdün qorxusuz ol, deyib mənə 
Anam mənim! 
Adım igid olmasa da, 
Mərd böyüdüm mən dünyada  
(180, 144).  
 
Oğul dağından bağrı yanan, içi göynəyən, zərif ana 
qəlbi iki sevgidən - oğul sevgisi ilə ər sevgisindən (namus) 
birini seçmək dilemması qarşısında qalan Burla Xatun 
Oğuz mənəviyyat dünyasının oğlunun dili ilə  səslənən 
sarsılmaz məntiqi ilə razılaşmalı olur: 
 
Ata qartal, 
Ana qartal qanadıdır. 
Pak namusla, təmiz vicdan 
Analığın ilk adıdır  
(180, 148)  
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə