Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə61/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   57   58   59   60   61   62   63   64   ...   89

 245 
obrazının dastandakı  qəhrəmanlıq «yükü» tam əsas verir-
di. Yəni Ə.Dəmirçizadənin də Qaraca Çobanı pyesin əsas 
qəhrəmanlarından birinə çevirməsinin  əsasında Qaraca 
Çobanın «Kitabi-Dədə Qorqud» dastanındakı  həqiqi qəh-
rəmanlıqları dururdu. 
Üçüncü pərdədə aznavurlar Salur Qazanın sürüsünü 
Qaraca Çobandan xoşluqla ala bilməyib, onun üzərinə hü-
cuma keçirlər. Ə.Dəmirçizadə bu döyüşün təsvirində das-
tandan fərqli mühüm bir obraz əlavə etmişdir. Bu, çobanın 
qızı Gülçindir. Gülçin müəllifin pyesdə əsas dəyər verdiyi 
surətlərdən biridir. O, Uruzun sevgilisidir və  Oğuz elinin 
əbədiliyi, birliyi və sarsılmazlığının bütün gələcəyi Uruz 
və Gülçin obrazlarının sevgisində simvollaşdırılmışdır. 
Gülçin atası ilə  bərabər döyüşə girir: «Qaraca Çobanın 
nərəsinə iki qardaşı və bir qızı səs verərək hərəsi bir təpə-
nin arxasında yerləşirlər və keçidə doğru yuxarıdan daş 
yuvarlayırlar» (98, 26). 
Döyüşdən sonra Salur Qazan gəlib çıxır. Çobandan 
vəziyyəti öyrənir. Pyesdə dastandan fərqli olaraq Qaraca 
Çoban öz ağasını el-obanı başlı-başına buraxıb, eyş-işrət 
etməkdə qınayır: 
 
Ay ağa ölmüşdün, Gəzirdin harda!?  
Eldən uzaq yerdə, hansı diyarda!? 
Xəbərdar edəydin, diyəydin bizə, 
Yadı buraxmazdıq biz elimizə. 
Öz gözümüz kimi güdərdik yurdu, 
Buraxmazdıq yurda hər quşu-qurdu. 
Oturmuşuq, olub sənə arxayın, 
Nə bilək ki, elimizdə var xain. 
Nə bilək ki, qayğusuzsan, ay Qazan
Qayğusuzluq oldu bu yurdu pozan (98, 31). 
 
 246
Qaraca Çobanın bu sözlərində eposun öz məzmunu 
ilə təsdiq olunan böyük həqiqət vardır. Yada salaq ki, boy-
da Salur Qazanın Oğuz elinin bütün igidləri ilə ova çıx-
maq istəməsi onun dayısı, Daş  Oğuzun başçısı, təcrübəli 
və qoca döyüşçü Alp Aruzu möhkəm narahat edir. O, 
sanki Oğuz elinin namərd və müxənnət düşmənlərinin 
bundan sui-istifadə edə biləcəyini qabaqcadan hiss edərək 
soruşur: «Ağam Qazan, sası dinlü Gürcüstan ağzında out-
rarsan, ordun üstinə kimi qorsan?» Qazan aydır: «Üç yüz 
igidlən oğlum Uruz mənim evim üstinə tursun», - dedi» 
(202, 42). Hadisələrin sonrakı mənfi nəticələri göstərir ki, 
Salur Qazan evinin üstünə az miqdarda döyüşçü (300 igid) 
və onların üstünə də heç bir döyüş təcrübəsi olmayan bir 
yeniyetməni (Uruzu) başçı qoymaqda haqsız imiş.  Əslin-
də, eposda Alp Aruzun narahatlığı, Qaraca Çobanla Salur 
Qazanın dialoqunda ifadə olunan narahatlıq Salur Qazanın 
məsuliyyətsizliyinə edilən etirazın süjetdəki izləridir. 
Müəllif-ozan bu etirazı süjetin zahiri qatında çox qabart-
mamış, sətirlatı şəkildə ifadə etmişdir. Eposun mətnini də-
rindən bilən Ə.Dəmirçizadə bu motivin alt qatında, yaxud 
K.Abdullanın terminindən istifadə etsək, «mahiyyət pla-
nında» yatan etiraz ideyasını inkişaf etdirərək pyesdə Qa-
raca Çobanın Salur Qazana qınağı şəklində ifadə etmişdir.  
Ə.Dəmirçizadə pyesdə Salur Qazan-Qaraca Çoban 
xəttini geniş və ətraflı təsvir etmiş, onların «yoldaşlıqları-
nı» bədii cəhətdən zənginləşdirmişdir. Məsələn, eposda 
Salur Qazan ovda olarkən narahat yuxu görür və bunu 
bəylərə danışır. Ancaq pyesdə o, öz yuxusunu Qaraca Ço-
bana danışır.  Ə.Dəmirçizadə bu yolla oğuz cəmiyyətinin 
iki nümayəndəsinin - oğuz sərkərdəsi ilə  oğuz çobanının 
qarşılıqlı etimadının nümunəsində Azərbaycan-oğuz xalqı-
nın birliyi və vəhdətini tərənnüm etmişdir. Üçüncü pərdə-
nin sonunda Salur Qazan əvvəlcə özü ilə döyüşə aparmaq 
istəmədiyi üçün ağaca bağladığı Qaraca Çobanın qollarını 
açır və onlar birgə döyüşə yollanırlar. Çobanın qızı Gülçin 
onların arxasınca baxıb deyir: 


 247 
Odur, birləşərək çobanla ağa, 
Gedirlər yağıdan qisas almağa. 
Biri mənim atam, dağlar çobanı, 
Biri qayın atam, ellərin xanı (98, 40). 
 
Dördüncü pərdə Salur Qazanın evini talan etmiş 
yağıların kef məclisinin təsviri ilə başlanır. Onlar Salur 
Qazanın arvadı Burla xatına  şərab paylatmaq istəyirlər. 
Lakin buna nail olmurlar. Məlik Uruzun ətindən kabab 
çəkdirib qızlara yedirtmək istəyir ki, bu üsulla Qazanın 
arvadını tanıya bilsin. Ə.Dəmirçizadə ana ilə  oğulun dia-
loqunu yüksək bədii dillə, emosional boyalardan istifadə 
etməklə  təsvir etmişdir. O, Uruzun dili ilə Azərbaycan 
milli mənəviyyatı üçün xarakterik olan keyfiyyətləri tərən-
nüm etmişdir. Məsələn, Uruz anasına deyir: 
 
Aman, ana, rüsvay etmə Oğuzu, 
Əmanətidir, təmiz saxla namusu. 
Aman ana, xain olma atama, 
Xan atamın namusunu tapdama (98, 48-49). 
 
Göründüyü kimi, Uruz əvvəlcə  Oğuz elinin, sonra 
atasının adını  çəkir. Bu cəhətdən onun anasına söylədiyi 
sözlər bizə Azərbaycan-oğuz düşüncəsində milli mentali-
tetin mühüm dəyəri olan namus məsələsinin quruluşunu 
anlamağa imkan verir. Pyesdə oğuzların mentalitet dəyəri 
kimi tərənnüm olunan «namus» eyni zamanda bu gün 
Azərbaycan xalqının  əsas milli mentalitet dəyərlərindən 
biridir. Bu cəhətdən Uruzun sözlərində namusun necə 
mənalandırılması xüsusi əhəmiyyət kəsb edir. Məlum olur 
ki, oğuzlarda namus məsələsi cəmiyyət-fərd düzümünə 
əsaslanır. Yəni öncə cəmiyyətin - kollektivin, sonra fərdin 
mənafeyi  əsas götürülür. Başqa sözlə, qadın-ana namusu 
təkcə bir insanın  şəxsi ləyaqət məsələsi yox, ilk növbədə 
 248
cəmiyyətin namus-qeyrət məsələsidir. Ona görə  də Uruz 
kafirlərin anasına  şərab paylatdıracaqları halda ilk növ-
bədə  Oğuzun rüsvay olacağından, daha sonra isə atasının 
şərəfinin tapdalanacağından qorxur. Ə.Dəmirçizadə belə 
bir cəhəti düzgün şəkildə qoymuşdur ki, oğuz fərdi öz 
mənafe və xoşbəxtliyini Oğuz xalqının mənafe və xoş-
bəxtliyində görür. Cəmiyyətlə  şəxsiyyətin, xalqla fərdin 
birliyi və  vəhdəti «Kitabi-Dədə Qorqud» eposunun əsas 
ideyasıdır. Müəllif pyesdə bu vəhdəti - oğuz insanı ilə 
Oğuz xalqının ayrılmazlığını dolğun  şəkildə  təcəssüm et-
dirmişdir. O, eposun əsas ideyasına sadiq qalaraq oğuz 
bəylərinin Salur Qazanın köməyinə gəlməsini yüksək coş-
qu ilə tərənnüm etmişdir. Bəylər Qazana yetdikcə ona söz-
lə  də  dəstək verirlər.  İlk yetişən Qaragünənin sözləri bu 
baxımdan oğuz igidlərinin mənəviyyat «kodeksini» ifadə 
edir: «Sağ  tərəfdən  əlində süyürmə  qılınc Qazan hücum 
edir. Bunların arxasınca sağdan-soldan nərə vurub qəhrə-
manlar bir-bir gəlirlər. 
 
Qaragünə:   Sən dönmədin, fəlakəti hiss etdik biz, 
                 Çal qılıncın, ağam Qazan! Çal, yetdik biz! 
                 And içmişik yurd adına, xan adına! 
                 Ki hamumuz yurd uğrunda qıyır cana!  
(98, 58). 
 
Sonda oğuz igidləri qələbə çalırlar. Gülçin də döyüş-
də  iştirak edir. Oğuzun ağır günündə  Oğuz elinin bütün 
fərdləri, sosial statusundan asılı olmayaraq hamı bir araya 
gəlir və birləşərək düşmən üzərində  qələb çalırlar.  Ə.Də-
mirçizadə  Oğuz elinin başçısı Salur Qazanın oğlu Uruzla 
çoban qızı Gülçinin biri-birinə sevgi və qovuşmalarının 
nümunəsində Oğuz xalqının sarsılmazlığının əsas düsturu-
nun milli birlikdə olduğunu göstərməyə nail olur. Doğ-
rudan da, eposun əsas ideyası  və ana xətti milli birlikdir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə