Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə57/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   53   54   55   56   57   58   59   60   ...   89

 229 
Q.Qasımovun «Dədə Qorqud» tamaşasının librettosu 
haqqında işlətdiyi bu təqdiredici sözlər təsadüfi deyildi. 
Librettonun müəlliflərindən biri - Əzəl Dəmirçizadə gör-
kəmli dilçi alim, eyni zamanda «Kitabi-Dədə Qorqud» 
dastanları üzrə tanınmış mütəxəssis idi. Bu cəhətdən yenə 
də  təsadüfi deyildir ki, sənətşünas alim İ.Kərimov da ilk 
dəfə 1943-cü ildə oynanılmış tamaşa haqqında çox son-
ralar (2000-ci ildə) yazdığı, «Kitabi-Dədə Qorqud» das-
tanlarının səhnə  və ekran təcəssümünə  həsr olunmuş  mə-
qaləsində müəllifin - Ə.Dəmirçizadənin «Kitabi-Dədə 
Qorqud» dastanı ilə yaxından aşina olan görkəmli dilçi 
alim» olmasını xüsusi vurğulamışdır (195). Əsər 2000-ci 
ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 
Alimin «Kitabi-Dədə Qorqud» eposuna olan bədii 
marağının  əsasında onun elmi marağı dururdu. Ə.Dəmir-
çizadə  hələ 1947-ci ildə «Azərbaycan dilinin tarixi» adlı 
əsər yazmışdır. Alimin bu əsərində «müəllif ilk dəfə ola-
raq dilimizin tarixini ən qədim dövrdən başlamağa təşəb-
büs göstərmişdir. Bunun üçün o, qədim yazılı abidələrin, 
xüsusilə Midiya və Elam adları ilə tanınmış mixi yazıların 
dili üzərində tədqiqat aparmış, qədim qəbilə dillərinin bir 
sıra izlərini müasir dilimizdə aşkara çıxarmağa nail olmuş 
və bununla da çox maraqlı elmi nəticələr  əldə etmişdir» 
(110, 16) 
Ə.Dəmirçizadənin «Kitabi-Dədə Qorqud» abidəsinin 
dili ilə bağlı çoxsalyı tədqiqatları vardır. Bunların içərisində 
əsas yeri alimin 1959-cu ildə çap olunmuş «Kitabi-Dədə 
Qorqud» dastanlarının dili» adlı kitabı tutur. Alimin «Dədə 
Qorqud» librettosunda və ondan bir qədər sonra yazdığı «Qa-
raca Çoban» pyesində təcəssüm etdirmək istədiyi bədii ide-
yaların altında duran tarixi həqiqətlər bu kitabda öz əksini 
tapmışdır.  Ə.Dəmirçizadə yazır ki, «Dədə Qorqud» dastan-
larını IX-XII əsrlər arasında Azərbaycanda ümumxalq Azər-
baycan dilində azərbaycanlı  dədələr, ozanlar yaratmış  və 
 230
yaymışlar; çox güman ki, təqribən, bu dövrdə  də  həmin 
dastanlar toplanılıb, yazıya köçürülüb «Kitabi-Dədə Qorqud» 
düzəldilmişdir» (99, 11). Alimin abidəyə verdiyi əsas dəyər, 
fikrimizcə, onun əsərə yazdığı «Son söz»dəki bu cümlələrdə 
ifadə olunmuşdur: «Kitabi-Dədə Qorqud» dastanlarında çox 
şey var və bunların hamısı kitabımızda əhatə olunmamışdır; 
lakin bu kitabda olanların hamısı «Kitabi-Dədə Qorqud»da 
mövcuddur» (99, 138). 
Göründüyü kimi, alim-yazıçı  Ə.Dəmirçizadə «Ki-
tabi-Dədə Qorqud» dastanında bütün elmi və  bədii yara-
dıcılığında göstərə bildiyindən daha artıq - «çox şey» gör-
müşdür. Bu baxımdan, onun «Dədə Qorqud» librettosunda 
və «Qaraca Çoban» pyesində təcəssüm etdirdikləri də gö-
rüb (sovet rejimi şəraitində) deməyə imkan tapdıqlarının 
ifadəsi idi.  
«Dədə Qorqud» librettosunun «əsas ideya xətti yur-
dun düşməndən müdafiəsi ilə bağlıdır. Uruz xanın ova get-
məsindən istifadə edən düşmən Oğuz yurduna soxulur, la-
kin Dədə Qorqud tərəfindən ruhlandırılan Qaraca Coban və 
onun köməyinə gələn Uruz xan tərəfindən məğlub edilərək 
geri qovulur. Uruz xanın gözəllərin  ən gözəli Gülçinə 
məhəbbəti əsərin aparıcı xətlərindən biridir» (118, 14).  
«Dədə Qorqud» librettosunun qısa məzmunu belədir: 
«Elin bilicisi, icra, düşüncə  və mühakimə timsalı, xalqın 
məsləhətçisi olan, onun şad günlərində, toy günlərində 
şadlıq edən, yaman günündə ona dost olan, yardım edən 
qoca Dədə Qorqud əlində qopuz, yəni üçtelli saz ilə nağıla 
başlayaraq deyir: 
 
Dədə Qorqud demiş ellər adıma, 
Çox çatmışam mən ellərin dadına, 
Hamı bilir, mindən artıq yaşım var, 
Çox görmüşəm, çox şey gəlir yadıma. 
 


 231 
Elin gözəl qızları, cavan oğulları, istəkli gəlinləri 
bulaq başında, yaşıl çəmənlikdə oynayıb, oxuyub, sevişib 
şadlıq edirlər. Xalqın qəhrəmanlarından biri, hörmətli igid 
Uruzxan, qızlar içərisində öz gözəlliyi ilə fərqlənən, qızıl 
gülə  bənzəyən Gülçini sevir, onunla həyat yoldaşı olmaq 
arzusunu bildirir. Gülçin və eldəki qızlar, gəlinlər bu xeyir 
işə bir şərtlə razı olduqlarını bildirirlər: 
 
Oğlan, bir ox atsan əgər, 
Oxla maral tutsan əgər, 
Bil ki, məni də ovlamısan, 
Ürəyimi də tovlamısan. 
 
Uruzxan sevgilisinin arzusunu yerinə yetirmək məq-
sədilə igid oğlanlarla birlikdə ova gedir. Qızlar və gəlinlər 
isə  nəğmə oxuya-oxuya ev işlərilə  məşğul olurlar, cəhrə 
işlədib, ip əyirirlər. Bu zaman yadellilər, xalqın qəddar 
düşmənləri dinc əhali üzərinə basqın edib qamçı və qılınc 
oynadır, evləri oda tutub, qız və  gəlinlərə  təcavüzkarlıq 
edirlər. Məhz belə ağır bir momentdə, xalqın zülm altında 
inlədiyi zamanda Dədə Qorqud yardıma gəlib Qaraca ço-
banı elin namusunu qorumaq üçün ruhlandırır. Qaraca ço-
ban çomağı ilə soyğunçularla vuruşa girir. Bu halda Uruz-
xan öz yoldaşları ilə ovdan qayıdır, işğalçılarla döyüşə 
girir və onları qırıb məğlub edir» (218). 
Libretto göründüyü kimi sadə  qəhrəmanlıq süjeti 
üzərində qurulmuşdur. Burada iki ideya xətti aydın mü-
şahidə olunur: 
Birincisi, xalqın yadelli işğalçılara qarşı mübarizə 
ruhunun təsviri; 
İkincisi, el-obanın dar günündə xalqın, zəhmətkeş 
kütlənin öz içərisindən çıxan qəhrəmanın  əsas rol oyna-
ması. 
 232
Hər iki xətt dövrlə, zamanla, əsərin yazıldığı vaxtın 
siyasi-ideoloji ovqatı ilə müəyyənləşirdi.  Ə.Dəmirçizadə 
(və  Şeyxovun) müəllifi olduğu libretto, təqribən, 1941-ci 
lidə yazılmış və 1943-cü ildə tamaşaya qoyulmuşdu. Eləcə 
də Ə.Dəmirçizadənin 1942-ci ildə yazdığı və «Dədə Qor-
qud» librettosunun ideya xətlərini daha geniş planda da-
vam etdirən «Qaraca çoban» pyesində  də eyni ideya-
məzmun ovqatını müşahidə edirik. Bunlar təsadüfi deyildi. 
Ölkədə müharibə gedirdi. N.Ələkbərlinin göstərdiyi kimi, 
«hər iki əsərin yaranma dövrü Böyük Vətən müharibəsinin 
(1941-1945-ci illər - Y.İ.) qanlı illərinə təsadüf edir, əsər-
lərin qəhrəmanlıq pafosu və  vətənpərvərlik motivi də 
bununla müəyyənləşir» (118, 14).  
«Dədə Qorqud» librettosunun əsas obrazları bun-
lardır: Qazan xan - Gəncə mahalının xanı, Uruz - onun oğ-
lu, Burla xatun - Qazanın arvadı, Aybəniz - onların qızı, 
Qaraca - çoban, Qurd basar - satqın bir adam, Toğrul - 
Səlcuq tayfasının başçısı, Qara tikan - onun igidlərindən, 
Gürcü şahı, igidlər, qadınlar qızlar. 
Maraqlıdır ki, libretto müəllifləri eposdan məlum 
olan hadisələri Azərbaycanın gerçək tarixi ilə birləşdirmə-
yə səy etmişlər. Bunu əsasında Ə.Dəmirçizadənin «Kitabi-
Dədə Qorqud»u bilavasitə Azərbaycanla bağlı abidə hesab 
etməsi dururdu. Birinci pərdənin remarkasına diqqət edək: 
«Gəncə... Kür qırağı... Al-əlvan geyinmiş  oğlan və  qızlar 
səlcuq talançılarına qarşı  əlbir vuruşmaq üçün Gürcü şa-
hıyla danışmağa gedən Qazan xanı yola salmağa hazır-
laşırlır. Yaşıl meydanda igidlər məşq edirlər...» (97, 1) 
Göründüyü kimi, librettoda Azərbaycan və gürcü 
xalqlarının nümunəsində Qafqaz xalqlarının dostluğu ide-
yası da qoyulmuşdur ki, bu da sovet ideologiyasının ye-
ritdiyi xalqlar dostluğu, sovet xalqlarının birliyi və ümumi 
düşmənə qarşı birgə mübarizə aparması haqqında ideolo-
giyanı  əks etdirirdi. Lakin burada ciddi bir məsələ - səl-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə