Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə53/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   49   50   51   52   53   54   55   56   ...   89

 211 
 Dəli Domrul Əzrayıldan öz arvadı ilə vidalaşmağa 
icazə istəyir. Qadın «uf» demədən öz canını ərinin yolun-
da qurban verməyə hazırdır. Poema qadının  Əzrayılın tə-
nəsinə cavabı ilə bitir: 
 
Nə deyərsən, nə söylərsən, 
Göz açıban gördüyüm, 
Könül verib sevdiyim
Qoç ərim, qoç igidim?! 
Neylərəm səndən sonra? 
Yaylasam, gorum olsun, 
Çəmənindən keçərsəm, 
Tapdanan arım olsun. 
Altun daş-qaş taxarsam, 
Tabutum, sonum olsun! 
Sənsiz su da içərsəm, 
İçdiyim qanım olsun! 
Səndən sonra bir igid 
Görsə gözüm kor olar. 
İsti yatağım sənsiz 
Buza dönmüş gor olar. 
Səndən sonra bu canım 
Qıyma igidsiz qalsın. 
Əzrail, al canımı, 
Yarın qurbanı olsun! (196, 264)  
 
Əsər burada bitir. Şair dastan süjetini boyda olduğu 
kimi axıradək bədiiləşdirməyə ehtiyac görmür. Dastanda 
qadının sevgisi, ərinə olan vəfası Tanrının xoşuna gəlir və 
o, Dəli Domrulla qadınına 140 il ömür bəxş edir. Lakin 
N.Kəsəmənli süjetin bu hissələrini bu kiçik poema-pyesə 
gətirmir. Bunun səbəbi  əsərin  şair tərəfindən düşünülmüş 
əsas ideyasının Əzrayılla Qadının dialoqunda tam şəkildə 
ifadə olunmasıdır. Əslində, şair sevginin Tanrının yaratdı-
 212
ğı varlıq aləminin  ən uca və  ən ülvi dəyəri olduğunu tə-
rənnüm etmişdir. Bu ideyanın təcəssümü zamanı iki tərəf - 
iki əqidə (amal) üz-üzə gətirilmişdir. Birincisi «dünya əziz 
- can şirin» ideyası, digəri isə sevginin hər bir dəyərdən 
üstün olması ideyası. Birinci ideya Dəli Domrulun ata-
anasının davranışlarında üzə  çıxaraq  Əzrayıla insanlara 
tənə etməyə  əsas verir. Yəni insanlar bütün varlıqları ilə 
dünya nemətlərinə bağlıdırlar. Heç kəs bu dünyadan kö-
nüllü getmək istəmir. İkinci ideyanın daşıyıcısı Dəli Dom-
rulun sevgilisi - həyat yoldaşıdır. O, Dəli Domrulsuz dün-
ya nemətlərini, hətta  şirin canını belə özünə haram bilir. 
Və sübut edir ki, Tanrının yaratdığı dünyada ən ali və ən 
ülvi nemət elə sevginin özüdür. Tanrı dünyanı sevgidən 
yaradıb və insanlığı yaşadan, ona həyat qüvvəsi verən sev-
gidir.  Şair poemanı bu nöqtədə tamamlamaqla oxuculara 
qədim oğuz insanlarının sevgisinin nümunəsində dünyanın 
ən uca həqiqətini aşılamış, milli mənəviyyatımızın dayaq 
nöqtəsinin sevgi olduğunu, eyni zamanda bu uca bəşəri  
sevginin öz qaynaqlarını xalqımızın mənəviyyat tarixinin 
ən dərin qatlarından götürdüyünü göstərmişdir.  
Azərbaycan şairləri «Kitabi-Dədə Qorqud» motivlərinə 
müraciət edərkən uşaqları da unutmamışlar. Bu baxımdan, 
T.Elçinin «Oğul Buğac» poeması kiçik yaşlı  uşaqlar üçün 
nəzərdə tutulmuşdur. Poema 1988-ci ildə «Gənclik» nəşriy-
yatında rəngli rəsmlərlə buraxılmışdır. Nəşriyyat öz təqdima-
tında yazır ki, «sevimli şairimiz Teymur Elçinin ulu «Dədə 
Qorqud» motivləri  əsasında ölməz dastanımızın qəhrəman-
larından biri - igid Buğac haqqında yazdığı poemanı balaca 
oxuculara təqdim edirik. Qoçaq, qorxmaz Buğacın vətənə, 
doğma torpağa, el-obaya, ataya-anaya olan sevgisi bu gün 
böyüməkdə olan nəsillərin də ürəyində dünənimizə və gələ-
cəyimizə məhəbbət oyadır» (105, 2). 
Yeddi başlıq-hissədən («Muştuluq», «Dağ döşündə», 
«Ovda», «Qalx, gedək!», «Ölümlə görüş», «Dayanma, tə-


 213 
ləs, oğlum!». «Karvan yolu») ibarət olan poema ulu ozan 
dədə Qorqudun tərənnümü ilə başlanır: 
 
Dədəm Qorqud! 
Aşıq babam, ozan babam, 
Mənim ölməz dastanımı 
Yazan babam! (105, 2). 
 
T.Elçin Dədə Qorqudu tarixlərdən xəbər verən ozan, 
oğuzlara ad qoyan, oğuz elində küsülüləri barışdırıb bütöv 
cəmiyyətdə sosial harmoniya yaradan ağsaqqal, elin 
sevimlisi, güvənc yeri kimi tərənnüm edir. Şair üçün Dədə 
Qorqud eyni zamanda bədii sözün hamisi, ilham mənbəyi, 
bütün  şairlərin, o cümlədən T.Elçinin mənəvi  əcdadıdır. 
Dədə Qorqudun mənəvi irsi indi onun sənətkar nəvələrinin 
sözündə, şeirində yaşayır: 
 
İzin qalıb, Qorqud babam. 
Sehirli, sirli aləmdə. 
Şərbət kimi sözün qalıb 
Bu gün mənim piyaləmdə. 
 
Bağladığın kitab mənim, 
Çaldığın o rübab mənim, 
Səni məndən soruşsunlar, 
Hər suala cavab mənim
                  Qorqud baba! (105, 4). 
  
Poema başdan-başa «Kitabi-Dədə Qorqud»un birinci 
boyu - «Dirsə xan oğlu Buğac boyu» əsasında yazılmışdır. 
Əsər «Muştuluq» hissəsi ilə başlayır. Burada Dirsə xanın 
oğlu Buğacın doğulması, böyüməsi, on beş yaşına çatması 
təsvir olunur. Birinci hissədə Dirsə xana oğlunun anadan 
 214
olmasını xəbər verirlər. Xəbəri alan xanın sevinci yerə-gö-
yə sığmır: 
 
Səhər hələ yuxudaydı, 
Çıxmamışdı dan yerinə, 
Hələ günəş gəlməmişdi 
Qırmızı meydan yerinə. 
Xəbər çatdı Dirsə xana: 
- Nə yatmısan, 
Tez dursana?! 
Oğlun olub! 
Muştuluq ver! 
   
Günəş doğdu, 
Sevindi göy, 
Sevindi yer. 
 
Dik atıldı 
Yatağından Dirsə xan. 
Muştuluqçu al geyəcək, 
Muştuluğu versə xan (105, 5). 
 
Sevincək olmuş xan ova çıxır, ov ovlayır. Qayıdıb 
muştuluqçunu görünməmiş  şəkildə mükafatlandırır. Eldə 
toy-bayram olur. Uşaq böyüyür, on beş yaşına girir. Bu 
yaşında hər hünərdə - at minib, yay çəkib ox atmaqda, ov 
ovlamaqda, quş quşlamaqda öz yaşıdlarını qabaqlayır. 
Atası onunla fəxr edir: 
 
Qorxma oğul! 
Qıy vurmağı 
Qartallardan 
Öyrən, oğul! 
Qayalarda 
Qartal doğul! (105, 7). 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə