Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə51/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   47   48   49   50   51   52   53   54   ...   89

 203 
A.Abdullazadə poemanı nikbin notlarla - yurdun
elin, vətənin, dövlətin və dövlətçiliyin taleyinə inam 
hissləri ilə qurtarır. Poema ulu Qorquda müraciətlə başlan-
dığı kimi ona müraciətlə də sonlanır. Başlanğıc və sonun 
Dədə Qorqudda «düyünlənməsi», başqa sözlə, Azərbaycan 
milli həqiqətlərinin Dədə Qorqudla başlanıb yenə  də ona 
dönməsi «Dədə Qorqud kitabı»nı milli varlığımızın əbədi 
simvolu kimi təsdiq edir. 
«Dədə Qorqud» motivləri müasir Azərbaycan  şairi 
Zəlimxan Yaqubun yaradıcılığı üçün də xarakterikdir. O, 
el-aşıq şeiri üslubunda yazan bir sənətkardır. Belə demək 
olar ki, Z.Yaqubun şeirləri,  əslində, bütün ruhu ilə  Dədə 
Qorqud dünyasına bağlıdır. Bu cəhətdən sənətkarın iri-
həcmli «Saz» dastan-poeması xüsusilə  səciyyəvidir (352, 
287-331). 
Dastan-poema  şairin Dədə Qorquda müraciətini  əks 
etdirən «Saz» şeiri ilə başlayır. Qorqud atanı öz varlığının 
ayrılmaz parçası sayan Z.Yaqub deyir: 
 
Sənsiz mənim bir məclisim, 
Bir şənliyim olarmı heç? 
Adın ilə öyünməsə, 
Ahənginlə döyünməsə, 
Sinəm sözlə dolarmı heç? 
Qorqud dədəm, ozan babam! (352, 287). 
 
Sənətkar Dədə Qorqudu qılıncın belə kəsə bilmədiyi 
ağıla-huşa malik hikmət sahibi, el-obanın üstünə dərd qo-
şun çəkəndə qəm səfini öz qopuzunun sehri ilə pozan ulu 
ozan, gözlərindən körpələrin bəbəyinə od verən, qopuzu 
ilə ana vətən torpağına dad verən, igidlərə hünərindən ad 
verən, sözlərin mənasını yozan ulu müdrik kimi tərənnüm 
edib, ondan saz haqqında söz deməyə icazə istəyir: 
 
 204
Qoy mən sənə ellər üçün 
Qəlbin susmaz simi deyim. 
Keçmişimin özül daşı, 
Bünövrəsi, himi deyim. 
Sənə bənzər bir ağsaqqal 
Səndən özgə kimi deyim. 
Tariximi tarixlərə 
Naxışlarla yazan babam! 
Qorqud atam, ozan babam! (352, 288). 
 
Şair sazı tarixin kəşməkeşlərinə sinə gərən, ideologi-
yalarla çarpışıb haqq olduğunu isbat edən milli sərvət kimi 
tərənnüm edir: 
 
Sinələrdə dinən sazı 
Daşdan-daşa çalan oldu. 
Saz yaşadı! 
«Yeriş etdi qəm ləşkəri», 
Könül şəhri talan oldu 
Saz yaşadı! 
Şəriətə ziddir deyib, 
Ocaqlara qaladılar, 
Havacatı haram bilib 
Yası yasa caladılar, 
Saz yaşadı! 
Ellər özü heç elədi 
El bağına daş atanı! 
Məclislərdə baş çəkdi  
Telli sazı yaşadanı! (352, 288). 
 
Z.Yaqub sazı tərənnüm edərkən Dədə Qorqud adına 
arxalanır, ilhamının ocağı qoru Qorqud ocağından götürür. 
Çünki Qorqud həsrətləri qovuşduran, xataları sovuşduran, 
baş bilən ər, söz yurduna sərkərdədir. O, hər bir istəyin di-


 205 
ləyin atası, anasıdır. Ona görə də Dədə Qorqud bir məşəl 
olub Z.Yaqubun ömrünə işıq saçır. Qorqudun sözü – haq-
qın səsidir. Odur ki, şair Qorquddan öz uğuruna alqış-dua, 
təbinə güc-qüvvət istəyir: 
 
Sənin səsin haqq səsidir, 
Uluların nəfəsidir! 
Alqışlasan, sevincimdən 
Göylər qədər ucalaram! 
Qarğışlasan, kədərimdən 
Bircə gündə qocalaram! 
Nə yaxşı ki, baba olan 
Qarğamaz öz nəvəsinə. 
Nəsil-nəsil qanad verər 
İnsanların həvəsinə. 
Yüksəklərə uçmaq üçün 
Mən də qanad istəyirəm. 
Zirvələri qucmaq üçün  
Səndən inad istəyirəm. 
Gözlərimi açan gündən 
Saza, sözə meylim olub. 
Mən havacat Məcnunuyam, 
Saz əbədi Leylim olub! 
Telli sazın dastanını 
Özün başla, ustad Dədə! 
Söz sehrinə varmaq üçün 
Ver ruhuma qanad, Dədə! (352, 289). 
 
Dastan-poemanın «Ulu ozanın düşüncələri» adlanan 
şeirində lirik mənin dilindən çox mənalı düşüncələr veril-
mişdir. Lirik qəhrəman bəyan edir ki, ondan ötrü ürəkləri 
ocaq olub yananlar olduğu kimi, həqiqətini görə-görə onu 
dananlar da var. Ancaq bütün bunlar onu ruhdan salmayıb: 
o, ellər bağçasının bülbülü kimi vətənə nəğmələr qoşmaq-
dan heç vaxt usanmayıb.  Əli sazın pərdələrinə yatandan, 
 206
barmaqları simə  dəyəndən bəri havaların gücü ilə tilsim-
lərə yol açıb. Sərt yoxuşlar heç vaxt onun dizlərini bükə 
bilməyib. Doğru sözü, haqqı deməkdən heç vaxt çəkinmə-
yib: həqiqəti üzlərə şax deyib. «Eldən dediyinə», «elə de-
diyinə», «el üçün dediyinə» görə yağan yağışlar, qopan tu-
fanlar bu ocaqdan, bu torpaqdan onun izlərini silə bilmə-
yib. Sənətkar öz ömür yolunun qayəsini belə bəyan edir: 
 
Bu dünyaya gəlməyim var
Getməyim yox! 
Bu dünyada ölməyim var, 
İtməyim yox! 
Arzum budur, nəsil-nəsil 
Xoşbəxt görüm insanları, 
Duru görüm, təmiz görüm vicdanları. 
Bundan özgə  
Bir məqsədi güdməyim yox (352, 290). 
 
«Aldı  Dədə Ozan» adlı  şeirdə  Dədə Qorqud sənət-
kara - Z.Yaquba xeyir-dua verərək: 
ona zirvələri fəth etmək, yüksəklərə uçmaq üçün - 
qanad; 
insanları ucaltmaq, yaxşı adla qocalmaq üçün - cürət; 
ürəkləri oxumaq, fikirlərdən dəstə tutub söz çələngi 
toxumaq üçün - qüdrət
ağır yükləri qaldırmaq, öz həyat yolu və  cığırına 
sədaqətlə könül bağlamaq üçün - sazla öyüd; 
açılmayan qapıları açmaq üçün - açar; 
səfərə çıxmaq üçün - yollar; 
sular üstündən adlamaq üçün - keçid bağışlayaraq 
bunları nəsihət edir: 
 
Elə danış - söz dilində 
Qılınc olsun, qalxan olsun. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə