Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə48/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   44   45   46   47   48   49   50   51   ...   89

 191 
Üçüncü yuxu Qaraca Çobanla bağlıdır: «Yuxuda bir 
çoban gördüm» (179, 74). N.Xəzri Qaraca Çobanın obra-
zında öz el-obasını, yurdunu böyük bir məhəbbətlə sevən
elin namusunu hər şeydən uca tutan bir oğuz igidini tərən-
nüm etmişdir. 
Şair dördüncü yuxuda yenə  də ana ilə  oğulun söh-
bətinə qayıdır: «Yuxuda bir oğul gördüm» (179, 82). Burla 
Xatın ağır bir sınaq və bəlkə də, heç bir ananın yerinə ye-
tirə bilməyəcəyi bir iş qarşısında qalıb. Bu iş Oğuz elinin 
və Salur Qazanın namusunun tapdalanmamasından ötrü öz 
doğma oğlunun  ətindən bişirilmiş yeməyi yeməkdən iba-
rətdir. Burla Xatın bunu bacaracaqdımı?! Oğlunun  əti 
onun boğazından keçəcəkdimi?! Ana öz tərəddüdlərini 
oğlu ilə bölüşür. Lakin uca mənəvi dəyərlərdən yoğrulmuş 
oğuz mənəviyyatı alçalmağı  qəbul edə bilməzdi. Uruz 
üçün onun ölümü, anasının namus xatirinə onun ətindən 
yeməsi alternativsiz qərar idi. O, bir oğuz igidi olaraq 
oğuz mənəviyyatının sarsılmaz qanunlarının daşıyıcısı idi. 
Ona görə də anasının tərəddüdlərini eşitmək belə istəmir: 
 
Kəs, ay anam, 
Sus, ay anam, 
Bu sənmisən? 
Nə deyirsən? 
Qulağıma inanmıram 
Sənin könlün 
Necə qıydı,  
Necə dedin bu sözləri? (179, 83). 
  
Lakin unutmaq olmaz ki, oğuz igidlərini belə  qəhrə-
man kimi tərbiyə edən, onlara oğuz mənəviyyatının sarsıl-
maz dəyərlərini südü ilə verən oğuz anaları idi. Burla Xatın 
bir ana idi. Onun Oğuz elinin və əri Salur Qazanın namusunu 
sındırmağa haqqı olmadığı kimi, oğlunun ətindən yeməməyə 
də haqqı vardı. Və o, əsil oğuz analarına yaraşan bir qərar 
 192
qəbul edir. Heç bir düşmən təhdidi, heç bir qüvvə onun ana-
lıq haqqını sındıra, əlindən ala, ona qalib gələ bilmir: 
 
Ana verir  
Öz analıq fərmanını: 
«...Sabah əgər 
Uruzumun bədəninə dəysə bıçaq, 
Onda xəncər - 
Bax, bu xəncər 
Öz əlimlə öz qəlbimə saplanacaq» (179, 89). 
    
Beşinci yuxu Salur Qazanın ovda gördüyü dəhşətli 
yuxuya həsr olunmuşdur: «Yuxuda bir yuxu gördüm» 
(179, 89). Özü ovda olsa da, bütün qəlbi və düşüncəsi ilə 
yurda bağlı olan Salur Qazan gördüyü yuxu ilə elin 
başının üstünü fəlakət aldığını anlayır. N.Xəzri burada 
dastanda olmayan çox maraqlı bir detal da işləmişdir. 
Burla Xatın el talan olarkən buludla öz sevgilisi Salur Qa-
zana xəbər yollamışdı. Həmin buludun dünən ovda Qaza-
na nə isə demək istədiyi onun yadına düşür: 
 
Ah o, nəydi - 
Dünən  
Göydən 
Bulud keçdi gözü yaşlı... 
Sanki bulud nəsə dedi, 
Salur Qazan eşitmədi (179, 91). 
    
O, atına minib el-obanı xilas etmək üçün çapır, 
yavaş-yavaş  səhər açılır.  Şair səhərin açılmasını  təsadüfi 
detal kimi yox, əsərin ideya-məzmun kompozisiyasının 
mühüm elementi kimi poemaya daxil edir. Altıncı – so-
nuncu yuxu səhərin açılması ilə başlayır: «Yuxuda bir sə-
hər gördüm» (179, 89).  


 193 
N.Xəzrinin Salur Qazanın öz evini xilas edəcəyi, 
oğuzların düşmən üzərində  qələbə çalacağı günü məhz 
səhərin açılması motivi ilə başlaması onun yaradıcılığı 
üçün xarakterik olan nikbinlik ovqatı ilə bağlıdır. Səhər 
qaranlıq gecənin sona çatması - işıqlı gündüzün başlanma-
sı deməkdir. N.Xəzri Salur Qazanın gəlişini Günəşin doğ-
ması ilə simvolizə edir. Günəş  çıxıb bütün qaranlıqlara, 
gecəyə - şər dünyasına qalib gəldiyi kimi, Salur Qazan da 
elin üstündə bir günəş kimi doğacaq, ümidsizliyə, məyus-
luğa qapılmış qəlblərə işıq saçacaqdı: 
 
Parlayır şəfəqdən 
                  Zirvələrdə qar... 
Bulağın suyu nur, 
                 Çayın suyu nur. 
Silib gözlərini  
                 Yuxulu dağlar 
Günəş sellərində 
                 Erkən yuyunur. 
Sınır qaranlığın 
                Qara qanadı, 
Əriyir dağların bəyaz qarıyla, 
Səhər - təbiətin körpə övladı 
Gəlir öz əbədi 
Addımlarıyla (179, 95). 
  
Şair səhərlərin gəlişinin «əbədi» olmasına işarə et-
məklə yer üzündə ümidin, işığın, haqqın, ədalətin əbədili-
yini göstərir. Bununla oğuzların haqq, ədalət, ümid da-
şıyıcıları kimi həmişə qələbə çalacaqlarının da əbədi olma-
sına işarə edir. Doğrudan da, Oğuz igidləri  birləşib düş-
mən üzərində qələb çalırlar. Əsər keçirdikləri daxili iztirab 
və  həyəcanların poemanın leytmotivi kimi götürüldüyü 
ana ilə balanın görüşü ilə tamamlanır: 
 
 194
Getdi ana vüqarilə, 
Ana getdi 
                Gözündə yaş gilə-gilə  
Kədər... sevinc aşdı-daşdı... 
Birdən-birə qarşılaşdı 
Çinar boylu oğul ilə, 
Oğul boylu çinar ilə. 
...Açdı ana 
Qollarını 
               geniş açdı 
               qanad kimi. 
Əvəllcə o,  
Göy çinarı 
Qucaqladı övlad kimi. 
Sonra ana 
Öz bağrına 
Aldı təkcə övladını 
Çinar kimi, 
Bahar kimi, 
Həyat kimi (179, 105) 
 
Şair poemanı, göründüyü kimi, «çinar» «bahar», 
«həyat» obrazları ilə tamamlayır. Bu obrazların hər biri 
Azərbaycan xalqının mənəviyyat tarixi, inanclar dünyası 
ilə sıx bağlı olub, xeyiri, xoş gələcəyi, qələbəni, əbədiyyəti 
ifadə edir. N.Xəzri də poemaya milli düşüncənin bu qədim 
obrazları ilə nöqtə qoymaqla öz vətənlərini doğma anaları 
bilən, onu ana qədər dərindən sevən oğuzların «Vətən - 
Ana» sevgisinin dünya durduqca çinar kimi həmişəyaşıl, 
bahar kimi işıqlı, həyat kimi əbədi olacağını  təsdiq et-
mişdir.  
Müasir Azərbaycan  ədəbiyyatında «Dədə Qorqud» 
motivləri  əsasında yazılmış poemalar içərisində  Cənubi 
Azərbaycan  şairi Bulud Səhəndin (1926-1979) yaradıcı-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə