Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə45/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   41   42   43   44   45   46   47   48   ...   89

 179 
sənət  əsərində möhtəşəm  İNSAN obrazını yaradır. Bu 
obraz vasitəsilə o, dünyaya, gerçəkliyə, keçmişə  və 
gələcəyə öz bədii-estetik münasibətini ifadə etmiş olur» 
(276, 4). «Qədim və müasir Azərbaycan ədəbiyyatının ən 
gözəl nümunələrində - bir bayatıda, yaxud böyük bir das-
tanda olsun, fərqi yoxdur - İnsana məhəbbət var. Bu hu-
manist konsepsiya əsrlər boyu davam etmiş  və  əslində, 
Azərbaycan  ədəbiyyatının başlıca məziyyətinə çevrilmiş-
dir» (277, 209). «Bütün mövcudluğu ərzində İnsan öz tə-
biəti etibarilə gözəlliyə, zərifliyə, ahəngdarlığa meyl et-
miş, onda dünyaya qarşı hissi-emosional münasibətlər in-
kişaf etmişdir» (276, 9). 
«Kitabi-Dədə Qorqud» elə bir eposdur ki, onun «in-
san və tarix» konsepsiyası kiçik janrlarla tükənə bilməz. 
Yaxud kiçik janrlar onun nəhəng ideallarının qlobal və 
monumental inikası üçün yetərli deyildir. Qlobal mövzular 
- qlobal janrlar tələb edir. Bu cəhətdən roman və poema 
janrları,  əslində, qədim dastan-epos janrının müasir döv-
rümüzdəki ekvivalentləridir. Hətta bir qədər də irəli gedib 
söyləyə bilərik ki, «Kitabi-Dədə Qorqud» «dünən» yox, 
«bu gün» yaransaydı o, dastan-epos kimi yox, məhz ro-
man-epopeya, poema-epos kimi yaranardı. 
Fikrimizin sübutu üçün qısaca da olsa, bu janrların 
monumentallığını  şərtləndirən və onları eposa bağlayan 
poetik nöqtələrə diqqət verək. «Roman - yeni dövr ədəbiy-
yatında epik janrın böyük formasıdır. Onun ən əmumi ciz-
giləri insanın həyatın gedişatının mürəkkəb formalarında 
təsvir edilməsi, hadisələrdə  iştirak edən bir sıra personaj-
ların taleyini əhatə edən süjet çoxxətlilik, çoxsəslilik (poli-
foniya - Y.İ.) və bundan irəli gəlməklə başqa janrlara nis-
bətən böyük həcmdir (387, 328). Rus ədəbiyyatşünaslı-
ğında romanın müxtəlif tipləri müəyyənləşdirilmişdir: 
V.Kocinovda - hadisə romanı  və psixoloji roman tipləri 
(386, 91), L.Çelkovada - tarixi, elmi-fantastik, hərbi, pub-
 180
lisistik, macəra, detektiv və s. roman tipləri (397, 4), 
N.Leytesdə - birbaşa və dolayı  təsvir üsulu ilə yaranan 
roman tipləri (388, 70), D.Zatonskidə - mərkəzdənqaçma 
və mərkəzəqaçma roman tipləri (382, 39) və s. Maraqlıdır 
ki, müasir ədəbiyyatda ən iri janr göstəricisi olan «roman» 
poetik tipologiyasına görə folklorla, eposla, yəni dastan 
janrı ilə əlaqədardır. Prof. M.Cəlal yazır ki, orta əsrlərdə, 
ümumiyyətlə, roman dillərində yazılan  əsərlərə belə ad 
verirdilər. Sonralar bu ad ancaq bədii əsərlərin böyük for-
masına verildi. Orta əsrlərdə şöhrət tapan romanlar əsasən 
cəngavərlərə həsr olunurdu (Rıtsar romanları). Bu roman-
larda igid, müstəsna cəngavərin sərgüzəşti və şöhrəti təsvir 
olunurdu» (89, 148). 
Demək, roman janrı öz mənşəyi etibarilə orta əsrlər 
cəngavərlərindən bəhs edən dastandır. Bu cəhət onu tipo-
loji baxımdan «Kitabi-Dədə Qorqud»la yanaşı qoyur: orta 
əsrlər roman xalqlarının qəhrəmanlarından bəhs edən das-
tanlar «Roman» adlanmışdır. Həmçinin qədim və orta əsr-
lər oğuz xalqlarının qəhrəmanlarından bəhs edən dastanlar 
«Oğuznamə» adlanmışdır: «roman» janrı - roman xalqla-
rının milli eposu, «oğuznamə» janrı - oğuz xalqlarının mil-
li eposudur. Bu cəhətdən «roman» və «oğuznamə» tipoloji 
baxımdan eynidir. Yəni qədim romanlar üçün «roman» nə 
rolubsa, qədim oğuzlar üçün də «oğuznamə» elə o demək 
olub. Bu nöqtə müasir Azərbaycan  ədəbiyyatında «Dədə 
Qorqud» motivlərinin janr baxımından «böyüməsini», 
özünün dolğun ifadə formasını «roman» janrında tapma-
sını izah edir. «Kitabi-Dədə Qorqud» dastan-eposdur. 
Onun ideyalarının ədəbiyyatdakı dolğun təcəssümü özünə 
uyğun janr tələb edir. Bu janr romandır. Çünki roman 
janrının ruhunda, janr yaddaşında dastan-epos yaşayır. Bu 
cəhətdən Azərbaycan  ədəbiyyatında «Dədə Qorqud» mo-
tivlərinin roman janrına qədər inkişaf etməsini «Kitabi-
Dədə Qorqud» eposunun müasir ədəbiyyatımızda öz uy-


 181 
ğun janrını «tapması», yaxud öz doğma janrına «qovuş-
ması» kimi izah etmək olar. Eyni cəhət «Dədə Qorqud» 
motivlərinin müasir Azərbaycan poeziyasında poema jan-
rına doğru inkişafını da izah edir. «Kitabi-Dədə Qorqud»-
un janr poetikası ilə poema janrının poetikası arasında da 
tipoloji «qohumluq», «doğmalıq» var. L.Timofeyev yazır 
ki, «poema» - liro-epik janrın böyük forması, süjet-təhkiyə 
quruluşuna malik şeir əsəri, şeirlə yazılmış povest, yaxud 
romandır (394, 286). Qədim yunan ədəbiyyatı ilə bağlı 
olan poema janrı da, əslində, öz kökləri etibarilə  qəhrə-
manlıq dastanı ilə bağlıdır. Prof. M.Cəlal yazır: «Poema, 
əslində, qəhrəmannamədir. Nadir şəxsiyyətin və ya nadir 
bir hadisənin yüksək pafos ilə  tərənnümünə  həsr olunan 
poemanın  ədəbiyyat tarixi boyunca müxtəlif nümunələri 
olmuşdur» (89, 135). Beləliklə, poema janrı poetikası eti-
barilə qəhrəmannamə, yəni qəhrəmanın tərənnümüdür. Bu 
isə  qəhrəmanlıq dastanının  əsas keyfiyyətidir. Təsadüfi 
deyildir ki, «Kitabi-Dədə Qorqud»un janr göstəricisi olan 
«dastan» L.İ.Timofeyev və S.V.Turayev kimi məşhur ədə-
biyyatşünasların tərtib etdikləri «Ədəbiyyatşünaslıq ter-
minləri lüğəti»ndə öz tipologiyası baxımından «türk xalq-
larının  ədəbiyyatlarında mövcud olan təhkiyəli  şeir, poe-
ma» kimi səciyyələndirilmişdir (393, 62). Bu cəhətdən 
«Dədə Qorqud» motivlərinin müasir poeziyada poema jan-
rına doğru inkişafı  təbii görünür. «Kitabi-Dədə Qorqud» 
eposu möhtəşəm milli ideyaların daşıyıcısı olan oğuz 
qəhrəmanlarını tərənnüm edir. Belə ideya və qəhrəmanlıq 
ruhunun müasir ədəbi düşüncəyə gətirilməsi özünə uyğun 
estetik forma - poema janrını tələb etmişdir. 
Azərbaycan poeziyasında «Kitabi-Dədə Qorqud» mo-
tivləri ilə bağlı poemaları iki qismə ayırmaq mümkündür: 
Birincisi, eposla qismən (müəyyən elementlərlə) bağlı 
olan poemalar. 
 182
İkincisi, «Dədə Qorqud» motivləri üstündə yazılmış 
poemalar. 
Birinci qismə aid poemalara çoxlu nümunələr gətir-
mək mümkündür. Bu əsərlər birbaşa «Dədə Qorqud» mo-
tivləri ilə  əlaqədar deyildir. Həmin poemaların  əksəriy-
yətində  Dədə Qorqud obrazına, eposun digər qəhrəman-
larına, «Dədə Qorqud» deyimlərinə, bədii təsvir və ifadə 
vasitələrinə fraqmentar şəkildə (yəni yeri gəldikcə) rast 
gəlinir. Ümumiyyətlə,  şairlərimiz xüsusilə öz lirik qəhrə-
manlarını  tərənnüm edərkən igidlik simvolu kimi Salur 
Qazan, Beyrək, Qaraca Çoban kimi qəhrəmanların adla-
rına, eləcə də müdriklik simvolu kimi Dədə Qorqud adına 
tez-tez müraciət etmişlər. Lakin belə məqamlara əsaslanıb, 
həmin poemaları «Dədə Qorqud» mövzusunda yazılmış 
əsərlər hesab etmək olmaz.  
Məsələn, tədqiqatçı G.Babaxanova A.Şaiqin «Qoç-
polad» poemasından danışarkən yazır ki, əsərin poetik 
strukturunu nəzərdən keçirdikdə burada ilk növbədə  qəh-
rəmanlıq dastanlarımızın forma xüsusiyyətlərindən gen-
bol istifadə ilə qarşılaşırıq. Maraqlıdır ki, poemada «Ko-
roğlu» dastanı ilə yanaşı, «Dədə Qorqud» dastanının da 
həm məzmun, həm də poetik forma xüsusiyyətlərindən ge-
niş istifadə edilmişdir (60, 109-110). Müəllif «Dədə Qor-
qud» dastanında «At işləməsə - ər öyünməz», Salur Qaza-
nın söylədiyi «Su haqq didarın görmüşdür» kimi deyim-
lərlə bağlı motivlərin izlərini aşkarlayaraq, onları müqa-
yisəli təhlilə cəlb etmişdir (60, 110-113). 
 Yaxud  B.Vahabzadənin müəllim-tələbə münasibət-
lərinin mənəvi meyarlarından bəhs edən «Qiymət» poe-
masında (1970) müəllim adının məsuliyyətindən danışı-
larkən göstərilir: 
 
Mənə tapşırdılar şərəfli, çətin 
Qiymət vermək kimi bir vəzifəni. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə