Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə42/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   38   39   40   41   42   43   44   45   ...   89

 167 
sirr yeri, insanın dar ayağında, elin, yurdun çətin günündə 
dada çatan, milli mənlik və  kimliyin qaynağı, güvənc yeri, 
yurd yerinin xeyir-bərəkəti, yurd ocağının hamisi, milli 
soykökün iftixarı, yurd insanının ömrünü mənalandıran 
müqəddəslik məqamı, insanın ruhani-mənəvi rahatlıq qay-
nağı, dünyanın pozulmuş düzəninə harmoniya gətirən 
müdrik,  ən başlıcası isə  şeir-sənət hamisi, qəlbə, könülə, 
təxəyyülə ilham verən pir-ozan kimi tərənnüm olunmuş-
dur. Bu şeirlərin hərəsindən, ən azı, bir bənd nümunə ver-
mək tədqiqatın fiziki imkanları xaricində olsa da, Dədə 
Qorqudun bu şeirlərdə ümumən öz əksini tapmış obrazı 
son dərəcə geniş  məna tutumuna malikdir. Lakin diqqəti 
cəlb edən Dədə Qorqud obrazının bu genişliyindən daha 
çox,  şeirlərdə ümumiləşən cizgilərin arxaik-milli tipo-
logiyasıdır. Əsas məqam ondan ibarətdir ki, Qorqud atanın 
bu obrazı onun mənbələrdən bizə  məlum olan arxaik 
semantikası ilə üst-üstə düşür. Yəni bu oğuz ozanının çox 
qədim zamanlarda arxaik düşüncədə mövcud olmuş, sonra 
aktiv yaddaş üçün unudulmuş  və indi tədqiqatlar yolu ilə 
üzə  çıxan obrazının cizgiləri sanki müasir Azərbaycan 
şeirinə yayılmış, canına, ruhuna hopmuşdur. 
Bu məsələ, fikrimizcə, düşündürücüdür. Dədə Qor-
qudun mənbələrdəki obrazının müasir şeirimizdə  təkrar-
lanması bunun necə baş verməsi sualını doğurur. Əlbəttə, 
burada  şairlərimizin Dədə Qorqudun arxaik semantikası 
haqqında aparılmış  tədqiqatlarla tanış olmasını  əsas 
götürmək, düşüncəmizə görə, bizi məsələnin mahiyyətinə 
- kökünə yaxınlaşdırmaz. Düzdür, «Kitabi-Dədə Qorqud» 
ümumilli abidə kimi hər bir azərbaycanlı arasında məş-
hurdur və onunla bağlı  tədqiqatlar  şairlərin də diqqətini 
cəlb edir. Bu cəhətdən də hansısa şairin öz Dədə Qorqud 
obrazını yaradarkən tədqiqatlara müraciət etməsi tamamilə 
mümkündür. Ancaq, bu, tipik hal deyil. Çünki yuxarıda 
adları  çəkilən və  çəkilməyən  şeirlərdə ümumiləşən Dədə 
 168
Qorqud obrazının cizgilərində biz birbaşa elmi tədqiqat-
lardan gəlməyən fərqli cizgiləri müşahidə edə bilirik. Bu 
şeirlərdə obrazın ilhamla gələn elə  tərənnüm qatları, elə 
bədii simvolları vardır ki, onlar yalnız bədii təxəyyülün 
məhsulu sayıla bilər. Obrazın həmin cizgiləri  şeirlərə 
könül - ilham yolu ilə gəlmişdir. Tədqiqatın əvvəlində bir 
neçə  məqamda qeyd etmişdik ki, «Qorqud ruhu» poetik 
enerji mənbəyi kimi Azərbaycan bədii-estetik düşüncə 
yaddaşında daim var olmuşdur. Bu, arxaik-bədii yaddaş 
məsələsidir. Dədə Qorqud Azərbaycan arxaik-bədii yadda-
şının energetik başlanğıcı, ayrılmaz atributudur. Tədqiqat-
lar bunu birmənalı şəkildə təsdiq edir.   
Görkəmli qorqudşünas alim, Dədə Qorqudla bağlı 
apardığı  dəyərli araşdırmaları ilə Azərbaycan qorqudşü-
naslarının da yaradıcılığına ciddi təsir etmiş V.N.Basilov 
Qorqudun epik qaynaqlarda ilkin şaman,  şaman və  nəğ-
məkarların hamisi, simli alət qopuzun ixtiraçısı kimi təq-
dim olunduğunu göstərərək qeyd etmişdir ki, bu obraz is-
lamın qəbuluna qədər ölümsüz təsəvvür olunan tanrı hesab 
olunmuş, islamın bərqərar olması ilə onun ölümü haqqında 
ayrıca bir mif yaranmışdır (376, 5). Qorqud obrazının kök-
lərinə gəlincə tədqiqatçı göstərir ki, bu obraz mifdəki mə-
rasim başçısı, mədəni qəhrəmana hamilik edən obraza qə-
dər gedib çıxır. Mərasim başçısı  mərasimdən keçənin tə-
cəssüm olunduğu totem heyvandan əmələ  gəlmişdir. An-
caq Qorqudu hansısa vahid totemlə əlaqələndirmək, çətin 
ki, düzgün ola. Ona görə ki, həmin obraz bu kimi çoxlu 
personajlardan yaranmışdır. Daimi dəyişən sosial vəziyyət 
miflərə yeni ünsür və təsəvvürlər daxil etmişdir. Mif konk-
ret tarixi epoxanı inikas edən detalları özünə hopdur-
muşdur (375, 52). 
Şeirlərdə Dədə Qorqudun milli yaddaşla bağlılığı, bu 
yaddaşın başlanğıcı  və  əsas atributu kimi tərənnüm olun-
ması bu obrazın arxaik-mifoloji düşüncədəki semantikası 


 169 
ilə tam təsdiq olunur. Azərbaycan qorqudşünası C.Bəydili 
yazır ki, etnososial yaddaşın qoruyucusu olan Qorqut Ata 
bir övliyadır. Görünməzlər dünyasından - «ğaibdən» - sak-
ral sferadan dürlü xəbərlər söyləyə bilir. «Oğuznamə»də 
«Ğeybi Allahdan ğeyri kimsə bilməz» - deyilsə belə (73, 
222). «Kitabi-Dədə Qorqud» eposunun ilk cümləsi elə 
Qorqudun qeyb aləmi ilə bağlılığını  təsdiq edir: «Rəsul 
əleyhissəlam zəmanına yaqın Bayat boyından Qorqut ata 
diyərlər bir ər qopdı. Oğuzın ol kişi təmam bilicisiydi, - nə 
diyərsə, olurdı.  Ğaibdən dürlü xəbər söylərdi. Həqq təala 
anın könlinə ilham edərdi...»  (202, 31). 
 Lakin  Dədə Qorqudun qeyb eləmi ilə bağlılığında 
islama zidd heç nə yoxdur. Çünki bu obraz islamdan çox-
çox əvvəldir: «Dədə Qorqut ismi-əzəm oxuyanda da Tan-
rıya sığınır. O, «vilayət issi»dir, vəlilik və kəramət sahibi-
dir. «Lakin bunu da İslam düşüncəsiylə deyil, çox əski 
türk inanışlarından çıxış eləyərək demək olar» (73, 222). 
C.Bəydili yazır: «Elmi ədəbiyyatlarda Qorqut atanın  şəx-
siyyəti, kimliyi haqqında çoxlu sayda fikirlər var. Folklor 
mədəniyyətinin dərin qatlarında daha arxaik quruluşlu 
olan kompleksə bağlana bilən bu mifoloji varlığı, tam an-
latmayan, bəzən üst-üstə düşən və bir sıra hallarda da biri 
digərinə qarşı olan fikirlərin təxmini mənzərəsi belədir: 
Dədə Qorqud 
- qədim mifoloji görüşlərlə bağlıdır;  
- haqqında tutarlı tarixi qaynaqlar olmadığından 
onun tarixi və ya əsatiri şəxsiyyət olduğu bəlli deyil;  
- bir el müdrikidir ki, getdikcə ümumiləşmiş  rəmzə 
çevrilmişdir;  
-  əfsanəvi  şəxsiyyət olması haqqında söhbətlər 
əsassızdır, Qorqut Ata tarixi şəxsiyyətdir;  
- gerçək tarixi prototipini axtarmağa ehtiyac yoxdur;  
- ehtimal ki, öz kökü ilə  mərasim hamisi obrazına 
bağlanır və b.k.» (73, 225). 
 170
Bu fikirlər bir həqiqəti təsdiq edir: Dədə Qorqud ar-
xaik dövrün, mifoloji düşüncənin məhsulu olsa da, onun 
mədəniyyətdəki yeri təkcə mif və dastanlarla məhdudlaşıb 
qalmamışdır. Çünki Dədə Qorqud bir mifə, bir dastana 
sığacaq qədər kiçik mədəniyyət hadisəsi deyildir. Onun iz-
ləri təkcə «Kitabi-Dədə Qorqud» dastanı ilə  məhdudlaş-
mır. Nəhəng türk dünyasının mədəniyyət tarixində bu ad 
əsas milli atributlardan, mədəniyyətin arxaik göstəricilə-
rindən biridir. Bu cəhətinə görə  Dədə Qorqud miflərdə, 
daha sonra dastanlarda tarixən hansı şəkildə görünməyin-
dən asılı olmayaraq, yəni bir vaxtlar oğuz dastanlarında 
çox aktiv rola malik olub, sonrakı dastançılıq ənənəmizdə 
- məhəbbət dastanlarında adı  çəkilməsə  də, milli yaddaş-
dan heç vaxt silinməyib. Obrazın gücü və  əsrarəngizliyi 
ondadır ki, Dədə Qorqud bir arxetip, mifoloji simvol kimi 
düşüncənin alt qatlarında həmişə var olub. Bir ulu həqiqət 
var: alt qat - bönövrədir. Mədəniyyət həmişə bünövrənin 
üstündə ucalmaqla ona bağlanır. Bünövrə  nə  qədər möh-
kəm olsa, bina bir o qədər uca olur. Azərbaycan mədəniy-
yətinin,  şeir-sənət binasının da ucalığı Qorqud bünöv-
rəsinə həmişə bağlı olub. Yaxud Azərbaycan ədəbiyyatını 
bir ağaca bənzətsək, Qorqud bu ağacın ana torpağın dərin-
liklərinə  işləmiş kökləri timsalındadır. Ağac öz şirəsini, 
həyat gücünü köklərdən aldığı kimi, Dədə Qorqud da milli 
ədəbi-estetik düşüncəmizin kökləri kimi ədəbiyyatımızı 
tarixən qidalandırıb. Elə buna görə düşünürük ki, müasir 
şeirimizdə  Dədə Qorqud obrazının elmi ədəbiyyatlardan 
bəlli olmayan estetik cizgiləri, bədii təxəyyüllə süslənmiş 
poetik semantikası birbaşa milli yaddaşımızın Qorqud 
kökləri (arxetipləri) ilə bağlıdır. 
Qeyd edək ki, «Dədə Qorqud» motivlərinin müasir 
Cənubi Azərbaycan ədəbiyyatına təsirindən danışarkən ilk 
növbədə Bulud Səhəndin yaradıcılığı diqqəti cəlb edir (Sə-
hənd haqqında növbəti yarımfəsildə danışılacaq). N.Ələk-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə