Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə50/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   46   47   48   49   50   51   52   53   ...   89

 199 
Ümumiyyətlə, Səhəndin «Sazımın sözü» kitabındakı 
bütün poemaların ideya əsasında milli zülm və zalımlara 
qarşı mübarizə ideyası durur. Bu xətt altı poemanı öz ət-
rafında açıq  şəkildə birləşdirən xəttdir. Həmin xətt bir-
ləşdirici poetik motiv olmaqla qalmayıb, bu poemaların 
hər birini milli azadlıq uğrunda mübarizə manifestinə çe-
virmişdir. Səhənd bu baxımdan «Kitabi-Dədə Qorqud»da 
«Basatın Təpəgözü öldürməsi»ndən bəhs edən və daha 
çox mifik məzmun daşıyan boyu birbaşa müasir dövrlə - 
Cənubi Azərbaycandakı milli ayrı-seçkiliklə, xalqımızın 
ən adi milli haqq və huquqlarını tapdalanması ilə açıq şə-
kildə əlaqələndirərək bu siyasəti həyata keçirənləri «adam-
zad» (adamyeyən) Təpəgözə bənzətmişdir: 
 
Bir daha mən 
Tanımışam, tanımışam 
Əsrimizin 
«Birgözlüsün» 
«Təpəgözün»! 
Haralarda, 
Harda, harda, 
............................ 
Hər torpaqda, hər diyarda 
Tanımışam o qəddarı, 
O quduzu, o kaftarı (312, 252).   
 
Məhz bu milli həqiqətlər  şairə dünyanın mənasını, 
keçmişlərin  əfsanələrinin hikmətini, o cümlədən milli 
folklorumuzda yaşayan ulu həqiqətlərin  əsl dəyərini başa 
salmışdır: 
 
Mən o gündən inandım ki,  
Sinələrdən sinələrə, 
Atalardan, babalardan 
 200
Bizə çatan əfsanələr 
Çox da belə yersiz deyil. 
Bu sözlərdə dəryalar var, 
Dəryalarca mənalar var (312, 251).   
 
Əslində,  şairin bu misralarında onun «Kitabi-Dədə 
Qorqud» eposuna həm bir sənətkar, həm də bir vətəndaş 
kimi maraq və münasibətinin bütün mənası ifadə olunmuş-
dur. «Kitabi-Dədə Qorqud»u nəzmə  çəkmək bir şair işi-
dirsə, onun altında yatan milli həqiqətləri üzə çıxarmaq isə 
artıq Səhəndin vətəndaş  əqidəsindən irəli gəlmişdir. Bu 
baxımdan, sənətkarın poemaları  bədii məzmun və forma, 
milli həqiqətlərin bədii cəhətdən ifadəsi və s. baxımından 
çox zəngindir və ayrıca tədqiqat tələb edir. 
«Dədə Qorqud» motivləri ilə bağlı poemalar içərisin-
də şair-alim A.Abdullazadənin bir neçə dəfə Azərbaycan, 
o cümlədən rus dilində çap olunmuş «Ulu Qorqud» adlı 
poeması məzmun və forma xüsusiyyətləri baxımından diq-
qəti çəkir (bax: 26; 27; 28; 365).  
«Ulu Qorqud» poeması bilavasitə «Dədə Qorqud 
kitabı»nın yubileyi günlərində yazıldı. Şair aşkarca Qara-
bağ yolunda, torpaq birliyi uğrunda mübarizəyə Qorqud 
ovqatı aşılayır» (154, 7). A.Abdullazadənin «Ulu Qorqud» 
poeması  Dədə Qorquda müraciətlə yazılmış, burada abi-
dənin daimi örnək olduğu, «Kitabi-Dədə Qorqud» dün-
yasının bugünkü günlə əlaqəsi göstərilmişdir. Altı fəsildən 
ibarət poemada insanın mərdliyi, qadın ləyaqəti, saf 
məhəbbət, həyat rəmzi olan su, nəsillərin  əlaqəsi və s. 
mövzulara toxunulur, son sözdə  Dədə Qorquddan ölməz-
lik rəmzi kimi bəhs olunur (118, 17). 
«Ulu Qorqud» poemasını poetik mahiyyəti etibarilə 
şairin «dünənin» bünövrəsi üzərində durub «bugünə» yaz-
dığı «məktub» - poema hesab etmək olar. A.Abdullazadə 


 201 
bugünlə dünən - müasirliklə tarix arasında «Dədə Qorqud» 
adlanan bir məclis - «körpü» qurur:  
 
Ulu Qorqud, 
Sağ əcdadım, oğuz nəslim, qopuz səslim, 
bəri gəlgil, başa keç, 
bu günümün süfrəsinin başına yığ ulu nəvələrini -  
ötənlərdən danışaq, 
tapaq altdan, zaman üstdən, 
qayalardan, dağlardan, 
uzaq-uzaq çağlardan 
mərd səsləri ucalan 
ərənlərdən danışaq (28, 267). 
 
«Dədə Qorqud» həqiqətlərini Azərbaycan xalqının 
«həqiqət tarixi» - «mənəvi gerçəklər tarixi» kimi tərənnüm 
edən  şair dünyanın ulu dəyərlərinin tarix boyunca dəyiş-
məz qaldığını göstərir: 
 
...Sən dünyanın işinə bax, 
xainlər də ölüb getdi, mərdlər də, 
xainlik də diri qaldı, mərdlik də. 
Amma biri qoşun-qoşun, biri - tək. 
İgidliyə qəhrəmanlıq da dedilər, mərdlik də, 
cəsarət də, qorxmazlıq da, ərlik də... 
xəyanətin tək oldu, adı da, mənası da, 
tək qaldı dünyası da (28, 268). 
 
Şair göstərir ki, milli xarakterin ən uca dəyərləri və-
tən, el, oba, yurd insanı ilə bağlıdır. Bu dəyərlər öz-özlü-
yündə bir məna ifadə etmir, onlar yalnız xalqın və yurdun 
mənafeyi ilə bağlananda ülviləşir (məna kəsb edir). Bu 
cəhətdən, A.Abdullazadənin «mərdlik» haqqında düşüncə-
ləri dərin fəlsəfi məzmuna malikdir: 
 202
Mərdliyin saya gəlməz 
əlvan çeşidləri var, 
mərdliyin də məqamı, öz ölçüsü, yeri var. 
Ən sisli, ən sürüşkən yollarda yıxılmamaq, 
Vətənin dağ vüqarını öz işinlə, öz adınla, 
sarsılmaz inadınla qorumaq da mərdlikdir, 
anaya sayğı da, ümidsiz təsəlli də, yıxılana qayğı da 
 (28, 272). 
   
Sənətkarın poemada uca dəyərlər səviyyəsində öydü-
yü varlıqlardan biri anadır. Maraqlıdır ki, A.Abdullazadə 
ananı bir insan, uca, ülvi varlıq olmaqla yanaşı, həm də 
müqəddəs milli dəyər kimi tərənnüm etmişdir: 
 
Ulu Qorqud, sən karvana gecikəndən sonra da, 
Qazanların, Beyrəklərin, Banıçiçək nişanlı, 
neçə-neçə qız ərənlər 
qopuzundan axıb gələn sədalarda, səslərdə 
Qazlıq dağın ətəyindən 
dirilik suları içəndən 
çox-çox, çox-çox sonra da
qadın ana qadın qaldı, ana qaldı (28, 274). 
 
Sənətkar  əsərin sonunda yenə  də Qorquda müraciət 
edir: 
 
Ulu Qorqud,  
Dünənini  sabahına qovuşdurub yaşayan 
Ulu ər nəvələrin o müqəddəs səcdənə 
Dönə-dönə enəcəklər, bunu bil, 
Sənə, sənin dağ vüqarlı 
Yaz nəfəsli kəlamına, ruhuna 
Dönə-dönə dönəcəklər, bunu bil (28, 289). 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə