Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə47/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   43   44   45   46   47   48   49   50   ...   89

 187 
bir gün də onun yuxularında «oyanaraq», şairin ilhamını 
oğuz dünyasına doğru pərvazlandırıb. 
Maraqlı bir detalı qeyd etmək istərdik. N.Xəzri Azər-
baycan ədəbiyyatında, yeganə sənətkardır ki, «Kitabi-Də-
də Qorqud» eposunun tək bir boyu - «Salur Qazanın evi-
nin yağmalanması» ilə bağlı üç monumental əsər - bir poe-
ma, iki pyes yazmışdır. Ona qədər (keçən əsrin 40-cı illə-
rində)  ədəbiyyatımızda  Ə.Dəmirçizadə «Salur Qazanın 
evinin yağmalanması» boyunun əsasında iki əsər – Şey-
xovla birgə «Dədə Qorqud» librettosunu və  tək müəllif 
olaraq «Qaraca Çoban» pyesini yazmışdı. N.Xəzrinin  əv-
vəlcə (1971-1973-cü illərdə) eposun sözü gedən boyunun 
motivləri  əsasında «Əfsanəli yuxular» poeması çap olun-
muş, daha sonra 1985-ci ildə yenə də  həmin boyun məz-
munu ilə bağlı «Torpağa sancılan qılınc» pyesi oxuculara 
təqdim olunmuşdur. 1988-ci ildən ermənilərin Azərbay-
cana təcavüz etməsi  şairi yenidən oğuz eposuna və onun 
eyni boyuna qayıtmağa və tamamilə yeni ruhda yeni bir 
pyes yazmağa sövq etmişdir.  
«Əfsanəli yuxular» poemasının birinci yuxusunda 
sənətkar Salur Qazanın evinin talan edilməsini görür: 
«Yuxuda bir talan gördüm» (179, 62). Yuxu ulu ozan Də-
də Qorqudun gəzdiyi oğuz çöllərinin intəhasız genişliyi və 
füsunkar gözəlliyinin təsviri ilə başlanır: 
 
Sonsuz 
Oğuz 
Düzləridir 
Dədə Qorqud keçən yerlər. 
Mərmər donlu 
Sal qayalar, 
Məxmər otlu 
Çəmən yerlər. 
Bu düzlərdə məclis qursan, 
 188
Ulduzlara səsin düşər. 
Köhlən ata qamçı vursan, 
Dağ başına izin düşər. 
Nəğmə deyən xoş küləklər 
Şiş dağların 
Nəfəsidir. 
Göyün mavi tağı altda 
Qəşəng çadır 
Göyə çatır, 
Sanki yerin qübbəsidir (179, 62). 
 
Göyün mavi tağı altında qurulmuş, sanki yerin qüb-
bəsinə bənzəyən bu doxsan dirəkli çadır Salur Qazanındır. 
Çadırın əzəməti onun sahibi Salur Qazanın şöhrətini, oğuz 
elində tutduğu uca məqamı, böyüklük, igidlik, səxavətlilik, 
duz-çörəklilik kimi ali keyfiyyətlərini özündə  təcəssüm 
etdirir. Oğuz elinin bu mərd, el yolunda «uf» demədən 
canından keçməyə hazır olan başçısı  səhər tezdən xoş 
əhval-ruhiyyə ilə yuxudan oyanır. Onun qəlbi çox rahatdır; 
el  şadlıq və firvanlıq içərisində yaşayır, elin saysız 
qüvvətli igidləri var. Qazan bir döyüşçü, qəhrəman igiddir. 
O, bekar dura bilmir: 
 
Yata-yata belimizdən 
Ağrı qopdu, aman, dostlar! 
Qocalıqmı yaxınlaşır, 
Yoxsa nədir, cavan dostlar? 
Hazırlaşın, gedək ova 
Boz atları qova-qova. 
Yerə, göyə lərzə salaq
Ov ovlayaq, quş quşlayaq (179, 63). 
 
 Salur Qazan yüz igidlə  oğlu Uruzu evinin üstündə 
qoyub ova gedir. Casus oğuzların namərd və fürsətçi düş-


 189 
məni  Şöklü Məliyə  xəbər aparır. Salur Qazan Oğuzda 
olarkən hücum çəkməyə  cəsarət etməyən  Şöklü Məlik 
Qazanın ovda olmasını fürsət bilir: 
 
Qara qəlbli Şöklü Məlik 
Ürəkləndi, 
Hücum çəkdi... (179, 63). 
 
Şöklü Məlik Salur Qazanın elini talan edir, mal-
dövlətini qarət edir, qız-gəlinlə birgə Burla Xatını, sağ qal-
mış igidlərlə birgə Uruzu əsir götürür. Birinci yuxu Burla 
Xatının fəryadı - əlacsız, tək, naümid qalan el anasının 
buluda müraciəti ilə bitir: 
 
Bir ah çəkib sinəsindən 
Haray salır Burla Xatın. 
Deyir: - Bulud, 
Dayan, bulud, 
Bir an, bulud. 
Bir an mənə sən qulaq as, 
Sözüm vardır, bulud, sənə. 
Qalıb təkcə umud sənə! 
Uca-uca dağ başından 
Yaş axıdıb haray çək ki
Sevgilinin ala gözü 
Bulud təki 
Solur, Qazan, 
Sən hardansan, 
Salur Qazan? (179, 66). 
 
 İkinci yuxu belə başlanır: «Yuxuda bir ana gördüm» 
(179, 66). Bu ana Burla Xatındır.  Şöklü Məlik onu öz 
məclisinə gətirib şərab paylatdırmaqla, gözəl səsli bu qadı-
nı  məclisdə oxutdurmaqla Oğuz elinə, Salur Qazana gö-
rünməmimş dağ çəkmək istəyir. Şöklü Məliyin bu istəyi o 
 190
qədər  şərəfsiz, heç bir insanlıq normasına sığmayan fər-
man idi ki, hətta düşmənlərin özləri də bu şərəfsizlikdən 
narahat olurlar: 
 
Birdən hamı öz yerində 
Dərya kimi dalğalandı, 
Görünməmiş bir fərmandı! 
Bütün məclis üzərində 
Hökm sürən həyəcandı. 
Görünməmiş bir fərmandı! (179, 67). 
   
Lakin qız-gəlinin içindən Burla xatını seçə bilmirlər. 
Şöklü Məlik fərman verir ki, Uruzun ətindən kabab çəkib 
qızlara yedirsinlər və bu yolla oğlunun ətindən yeməyəcək 
ananı tapa bilsinlər. Fərman Burla Xatının qulağına çatan-
da onun qəlb dünyası talan olur: 
 
Fərman çatdı anaya da... 
Gözündə yaş gilə-gilə, 
Ana qəlbi 
Döndü qərib bir fəryada (179, 68). 
 
 Burla Xatın zindanda gizlincə oğlu ilə görüşür. Nəbi 
Xəzri ana ilə  oğulun arasında söhbətləri təsirli emosional 
boyalarla təsvir edir. Ana nə  oğlunun canına, nə  də öz 
qadın namusuna qıya bilmir. Uruz üçün əzabla öldürülmək 
nə qədər ağır olsa da, onun gözünə Oğuz elinin və atasının 
namusundan başqa heç bir şey görünmür. Şair ana ilə 
balanın dialoqunda Azərbaycan-Oğuz mənəviyyatı üçün 
xarakterik olan bütün keyfiyyətləri tərənnüm edir. Ölüm 
və rüsvayçılıq qarşısında qalan bir Azərbaycan anası ilə 
oğlunun el, oba, xalq, dövlət naminə  çıxardıqları tarixi 
qərarı Azərbaycan xalqının tarixi-milli sərvəti, ən əziz və 
müqəddəs dəyəri kimi təqdim olunur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə