Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə44/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   40   41   42   43   44   45   46   47   ...   89

 175 
əsrlər türk şeir nümunələri ilə dəfələrlə apardığımız müqa-
yisələr nəticəsində bu qənaətə gəlmişik» (158, 3). 
Ümumiyyətlə, bu məsələ barəsində fikir və mülahi-
zələr çoxdur. Onların hamısına burada toxunmaq nə qədər 
maraqlı olsa da, bura qədər deyilən fikirlərin özü konkret 
nəticələr çıxarmağa imkan verir. «Kitabi-Dədə Qorqud» 
eposunun müasir Azərbaycan poeziyasına təsiri barədə sa-
yı bilinməyən qədər  şeirlərdən gətirə bildiyimiz bəzi nü-
munələr və elmi fikirlər  əsasında düşündüklərimizi belə 
ümumiləşdiririk: 
Birincisi, «Dədə Qorqud» motivləri müasir Azərbay-
can  şeirində geniş yayılmışdır. Bu məsələ, bir-iki şair, 
yaxud bir-iki şeirlə  məhdudlaşmayıb, müasir şeirimizin 
bizim keçən əsrdən başlayan və bugünə qədər davam edən 
tarixini, demək olar ki, bütövlükdə əhatə edir. Bu dövrdə 
stalinizm repressiyalarından irəli gələn bəzi fasilələr ol-
muşsa da, «Dədə Qorqud» ruhu ürəklərdə yaşamaqda da-
vam etmiş, repressiyalar aradan qalxdıqdan sonra həmin 
ədəbi ruh böyük coşqu ilə  ədəbi mətnlərdə öz ifadəsini 
tapmışdır. 
İkincisi, müasir Azərbaycan poeziyasında gerçəkləş-
miş «Dədə Qorqud» motivləri üzərində aparılmış müşahi-
dələr göstərir ki, eposun XX əsrin birinci yarısında çap 
olunaraq Azərbaycan cəmiyyətində yayılmasının, tədqiq 
və  təbliğ olunmasının onun müasir ədəbiyyatda öz əksini 
tapmasında nə qədər böyük rolu olsa da, burada elmi nə-
zərlərdən kölgədə qalmış bir cəhət də vardır. Bu, Azər-
baycan  ədəbi-estetik düşüncə tarixində  həmişə var olan 
«Qorqud poetik ruhu»dur. Dastanın şair və yazıçılarımızın 
ruhuna yol açmasının tarixi onun çap olunma tarixi ilə 
başlanmır. Əslində, «Kitabi-Dədə Qorqud» dastanının çap 
olunub cəmiyyətdə  məşhurlaşması milli yaddaşımızda 
həmişə var olmuş «Dədə Qorqud» ruhunu oyatdı. 
 176
Üçüncüsü, «Dədə Qorqud» motivləri Azərbaycan 
poeziyasında iki əsas ifadə planında gerçəkləşmişdir: açıq 
ifadə planı və gizli ifadə planı. Birinci ifadə planı şeirlərdə 
özünü açıq-aydın göstərən «Dədə Qorqud» obraz, motiv, 
ideya, amal, əqidə, simvolları  və s poetik fiqurlarda 
reallaşıb. Bunlar «Qorqud» milli yaddaşı ilə açıq gözlə 
görünən tellərlə bağlanan  şeirlərdir.  İkinci ifadə planında 
isə biz şeirlərdə «Dədə Qorqud» motivlərini açıq  şəkildə 
görmürük. Belə şeirlərdə eposun obrazlarına, süjet və mo-
tivləri ilə bağlı elementlərə və s. dərhal rast gəlinmir. Yəni 
bu şeirlər zahiri planda eposla sanki bağlanmır. Lakin hə-
min  şeirlərin ruhunda bir «Dədə Qorqud» doğmalığı var. 
Yəni «Kitabi-Dədə Qorqud» bu şeirlərin ruhunda, maya-
sında, belə demək mümkünsə, poetik yaddaşında yaşayır. 
Bunlar «Qorqud» milli yaddaşı ilə gözəgörünməz tellərlə - 
simvolik işarələrlə bağlanan şeirlərdir. 
Dördüncüsü, müasir Azərbaycan  şeiri öz poetik 
strukturu etibarilə «Kitabi-Dədə Qorqud» şeirinin poeti-
kası ilə bağlıdır. Bu bağlılıq iki üsulla gerçəkləşmişdir:  
1.  Şairləri «Dədə Qorqud eposunun şeir strukturu - 
heca vəzni ilə sərbəst vəznin qovuşması vəcdə gətirmişdir. 
Bu yolla eposun şeir «texnikası», onun ayrı-ayrı ünsürləri, 
bədii nitq-deyim fiqurları, məcazi işarələr və s. müasir 
şeirə gəlmişdir.  
2. Müasir Azərbaycan  şeiri öz poetik ruhu - bədii 
yaddaşı etibarilə «Kitabi-Dədə Qorqud» şeirinə bağlıdır. 
«Dədə Qorqud» şeiri müasir Azərbaycan şeirinin dünəni - 
tarixidir. Onlar vahid poetik düşüncənin ayrı-ayrı mərhələ-
ləridir. Bu cəhətdən müasir şeirin bütün poetik texnologi-
yası öz kökləri etibarilə «Dədə Qorqud» şeirinə bağlanır. 
Beşincisi, «Dədə Qorqud» motivlərinin müasir Azər-
baycan  şeirində necə inikas olunmasının buradakı  tədqiqi 
ortaya mürəkkəb və çoxplanlı məsələləri çıxarır. Bu prob-
lem öyrənildikcə tükənmək  əvəzinə, daha da mürəkkəb-


 177 
ləşir, ortaya  yeni-yeni məsələlər çıxır. Demək, eposun 
çağdaş  şeirə  təsiri ayrıca elmi problem kimi öyrənilmə-
lidir. Məsələnin burada bir yarımfəsil həcmində qoyuluşu 
bu problemin yalnız müəyyən kardinal məsələlərini, prob-
lematik tərəflərini  əhatə etməklə  tədqiqatın həcminin, 
məqsəd və vəzifələrinin verdiyi imkanı əks etdirir. 
«Kitabi-Dədə Qorqud» eposunun müasir Azərbaycan 
şeirinə təsirinin öyrənilməsində «Dədə Qorqud» motivləri 
əsasında yazılmış poemalar xüsusi yer tutur. Burada 
diqqəti cəlb edən mühüm bir nəzəri məsələ vardır. Bu, 
təkcə poeziyada deyil, ümumiyyətlə müasir ədəbiyyatda 
«Dədə Qorqud» mövzusunun kiçik janrlardan böyük 
janrlara doğru inkişafı məsələsidir. Biz eyni prosesi «Dədə 
Qorqud» mövzusunda nəsrin inkişaf tarixini izləyərkən də 
müşahidə etdik. M.Rzaquluzadə yaradıcılığında silsilə he-
kayələri özündə birləşdirən povestlərdən başlanan «Qor-
qud» nəsri  Ə.Muğanlının və Anarın yaradıcılığında iri-
həcmli povestə, kinodastana çevrildi, K.Abdullanın yara-
dıcılığında isə epik növün janr zirvəsinə - roman səviyyə-
sinə qalxdı. Eyni proses şeir sahəsində  də müşahidə olu-
nur. «Dədə Qorqud» notları müasir poeziyada kiçik şeirlər 
səviyyəsində ifadə olunmaqla qalmayıb, lirik növün də 
zirvəsinə - poema janrı səviyyəsinə qalxmışdır. Eyni pro-
sesi «Dədə Qorqud» dramaturgiyası haqqında da demək 
olar. «Dədə Qorqud» motivləri  əsasında dram növünün 
müxtəlif janrlarında kifayət qədər sayda iri həcmli əsərlər 
yazılmış  və tamaşaya qoyulmuşdur. Beləliklə, bədii 
düşüncənin bütün növlərində eyni prosesi - «Dədə Qor-
qud» motivlərinin kiçik janrlara sığmayıb, qlobal janrlara, 
monumental formalara doğru inkişaf dinamikasını müşa-
hidə edirik. Bəs bunun səbəbi nədir? Yaxud bu məsələyə 
diqqət vermək nə dərəcədə lazımdır? 
Əvvəlcə sonuncu sualdan başlamaq məqsəduyğun-
dur. «Kitabi-Dədə Qorqud» müasir Azərbaycan ədəbiyya-
 178
tında geniş yayılmış, çağdaş  bədii düşüncənin dərinliklə-
rinə nüfuz etmiş  nəhəng mədəniyyət hadisəsidir. Müasir 
Azərbaycan  ədəbiyyatını onsuz təsəvvür etmək mümkün 
deyildir. Bu ədəbiyyatı yaradan ən nəhəng simaların (ya-
zıçı  və  şairlərin) əksəriyyəti «Dədə Qorqud»a köklənərək 
nə isə yazmış, yaxud öz əsərlərində  bədii fiqurlar kimi 
onun obrazlar sistemindən istifadə etmişlər. «Dədə Qor-
qud» motivləri müasir Azərbaycan ədəbiyyatı ilə qoşa ad-
dımlamaqla yanaşı, onun inkişaf dinamikasına mütəmadi 
şəkildə  təsir etmişdir. Bu yöndən yanaşdıqda  ədəbiyyatı-
mızda «Dədə Qorqud» motivlərinin kiçik janrlar və for-
malardan qlobal-monumental janr və formalara doğru sü-
rəkli inkişafı diqqət tələb edən ciddi məsələdir. 
İkinci sual isə birbaşa janr problemi ilə bağlıdır. Bu-
rada üç nəhəng janr hadisəsinin - eposun, romanın və poe-
manın  əlaqələri diqqəti cəlb edir. «Kitabi-Dədə Qorqud» 
dastanı monumental folklor abidəsidir. Dastan folklor 
janrları içərisində həcmi və məzmunu etibarilə ən iri janr-
dır. «Kitabi-Dədə Qorqud»un milli tarixdə oynadığı rol 
onu «epos», yəni milli kitab, millətin, xalqın ana kitabı, 
şah əsəri, milli kimliyin epopeyası səviyyəsinə qaldırmış-
dır. «Dədə Qorqud» eposunun nəhəngliyi, möhtəşəmliyi 
heç də onun həcmi ilə yox, təmsil etdiyi etnosun tarixinin 
ağırlığını «öz çiyinləri» üzərində  nə  dərəcədə daşıya bil-
məsi ilə müəyyənləşir. Bu baxımdan, «Kitabi-Dədə Qor-
qud» dastanları bir epos kimi milli tariximizin başlanğıcını 
və bugününü əhatə etməsi ilə intəhasız məna genişliyinə - 
fövqəltutuma malik abidədir. İnsan və tarix, insan və onun 
taleyi bu eposun ümumbəşəri mahiyyətini müəyyənləş-
dirən  ən başlıca keyfiyyətdir. Bu isə  ən  əsas və  ən vacib 
nöqtədir. Prof. N.Paşayevanın düşüncələrinə görə, «söz 
sənətində  İnsan amili... böyük rol oynayır və  əslində, öz 
xalqından, onun mənəvi zənginliyindən,  şanlı tarixindən, 
faciəli həyatından, azadlıq duyğularından söz açan yazıçı 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə