Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə40/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   36   37   38   39   40   41   42   43   ...   89

 159 
nan şair» adlandıraraq yazır: «Qədim Oğuz elində - Şəkidə 
doğulub, boya-başa çatmağındandır ki, Vaqif Aslan şeirlə-
rinə qordan istilik və işıq, qutdan isə qutlu sübh şəfəqləri 
hopmuşdur»; ...«Vaqif Aslanın misralarına oğuz ruhunun 
təmizliyi hopmuşdur. Bu ruh həmişə onu izləyir, bəd nə-
zərlərdən qoruyur...» (271, 5,6). 
V.Aslanın Dədə Qorqud «havasına» yazdığı  şeirlər, 
əsasən, onun «Oğuz elinə salam» adlı kitabında bir yerə 
toplanmışdır. Kitab iki hissədən ibarətdir. «Salaməleyk 
say bəylər» və «Banu Çiçək eşqinə». Birinci hissədəki 
şeirlər  oğuz dastanının motivlərini özündə əks etdirir. Bir 
çox şeirlər birbaşa oğuz eposu personaclarının adını özün-
də daşıyır: «Qanlı Qoca», «Dəli Domrul», «Qazan xanın 
yuxusu», «Dəli Ozan», «Təpəgöz», «Aruz Qoca», Dirsə 
xan» və s.  
Birinci hissənin və ümumən kitabın ilk əsəri olan 
«Oğuz bəyləri və xatunlarına Vaqif Aslan salamı» şeirin-
də,  əslində, kitabdakı «Dədə Qorqud» motivləri  əsasında 
yazılmış şeirlərin ümumi ruhu ifadə olunmuşdur. Hər bən-
di 7 misradan ibarət olmaqla12 bənddən ibarət olan bu 
şeirin hər bir bəndi (7-ci misra) «Ruhunuz qarşısında baş 
əyir Vaqif Aslan» rədif-misrası ilə tamamlanır. Bu şeirlə 
sənətkar Oğuz elinə salam verir, ona hörmət və  məhəb-
bətini izhar edib müqəddəs oğuz ruhları dünyasına girmə-
yə, onları müasir düşüncəmizə gətirməyə, tərənnüm etmə-
yə icazə istəyir: 
 
Salam, ağ ban evləri qızılı tağlı bəylər! 
Qızıl dirəkli bəylər, qızıl otaqlı bəylər! 
Toyu ortaqlı bəylər, yası ortaqlı bəylər! 
Çoxu ortaqlı bəylər, azı ortaqlı bəylər! 
Qışı ortaqlı bəylər, yazı ortaqlı bəylər! 
Keçərək neçə qışdan, keçərək neçə yazdan 
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan (57, 10). 
 160
Göründüyü kimi, şeir bütün poetik varlığı ilə «Dədə 
Qorqud» şeirinin «havasına» - poetik deyiminə köklənmiş-
dir. Poetik ritm vahidlərinin misralar arasında və misralar 
daxilində  təkrarlanması V.Aslanın oğuz  şeirinin ruhunu 
duyduğunu bariz şəkildə göstərir.  Şeirin «oğuz» melodi-
kası insanı elə sehrləyir ki, bəzən müasir şairin şeirini oxu-
duğunu unudursan: sanki bunlar V.Aslanın yox, naməlum 
bir oğuz ozanının şeiridir. 
Şeirdə oğuz dünyası bir bütöv olaraq görünür. Sənət-
kar pillə-pillə baxış nöqtələrini dəyişir: gözümüzün önün-
də  oğuz dünyasının  əlvan mənzərələri canlanır. Mənzərə 
nə qədər zəngin olursa-olsun, oğuz dünyasının şeirdəki ni-
zamı pozulmur: poetik elementlərin düzümü oğuz dünya-
sının ilahi sahmanını özündə əks etdirir. V.Aslan «deyimi» 
şeirin əvvəlindən sonuna qədər oğuz «deyiminin» poetika-
sına köklənir. Şeir «oğuznamə» poetikasına uyğun olaraq 
müqəddəs dəyərlərin daşıyıcısının - Dədə Qorqudun tərən-
nümü ilə  bitir: 
 
Bəxti açılan saatda, ruhun gələn günündə
Adı görklü ərlərin toyunda, düyünündə, 
Dədəm Qorqud nidası, Dədəm Qorqud ünündə, 
Məhəmməd Mustafanın üzü suyu yönündə 
Amin! Səcdəyə gəldim ağ alnınız önündə! 
Göy-qara bağlayanlar çıxsınlar daha yasdan, 
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan (57, 13). 
 
Maraqlıdır ki, şeirin sonuncu bəndində Dədə Qorqu-
da müraciət edilməsi ilə «Kitabi-Dədə Qorqud» boylarının 
sonunda Dədə Qorqudun gəlib yum verməsi arasındakı 
əlaqə formal səciyyə daşımır. Burada ilk baxışdan görün-
məyən dərin forma-məzmun bağlılığı var. Eposun boyla-
rının sonunda Dədə Qorqud gəlib «oğuznamə» qoşur. 
V.Aslan da «Oğuz elinə salam» kitabının ilk şeiri ilə oğuz 


 161 
bəyləri və xatunlarına salam verdikdən sonra oğuz igidləri 
və xanımlarının  şərəfinə  şeir-oğuznamələr qoşmuş, onları 
öz mənəvi «ustadı» Dədə Qorqud kimi tərənnüm etmişdir.  
Qeyd edək ki, Azərbaycan poeziyasında «Dədə Qor-
qud» motivləri rəngarəng məzmun və formada inikas 
olunmuşdur. Eposda ulu Tanrıdan dilək diləmək üçün ona 
əl qaldırır, alqış-dua edirlər. Dilsuzun «Beşik nəğməsi» 
şeirində bu motivin müasir mənəviyyatımıza ünvanlanmış 
canlı bədii ifadəsini görürük:  
 
Ərcə balam, 
Bircə balam, 
Ərcəm, lay-lay, 
Bircəm, lay-lay! 
 
Dədəm Qorqud 
Bir ad versin. 
Qoç Koroğlu 
Qırat versin... 
Körpəm lay-lay, 
Öfkəm lay-lay. 
 
Gecələri buğda boyda böyüyəsən, 
Sən böyüyüncə atın böyüsün, 
Atın böyüyüncə qılıncın böyüsün, 
Qılıncın böyüyüncə igidliyin böyüsün, 
İgidliyin böyüyüncə torpağın böyüsün, 
Torpağın böyüsün sözün böyüsün, 
Sözün böyüyüncə ululuğun böyüsün, 
Ululuğun böyüyüncə ozan dilinə düşəsən; 
Qopuzdan-qopuza, 
Yayladan-yaylaya sevgin böyüsün... 
Ağca-ağca oğuz qızları 
Göycə-göycə yaylalardan gül dərsin
 162
Oğuz ellərindən arxan gəlsin, 
Yağıların yaman yerdə axşamlasın, 
Gündoğandan Günbatana 
Bayraqların küləkləsin... 
 
Qumral quzu 
Yalar duzu; 
Quzum lay-lay, 
Duzum lay-lay... (102, 365) 
 
Bu  şeir milli yaddaşın dərinliklərindən axıb gələn 
milli enerji selinin ifadəsidir. Bu sel öz başlanğıcını tarixin 
dərinliklərindən,  ən qədim və  ən ulu qatlarından götürür. 
Onun adı «Qorqud nəhridir». O, bizim milli yaddaşımızda 
axaraq, bizi də öz qoynuna alıb gələcəyə aparır. Bu 
baxımdan, A.Vəfalının «Nəfəsim gəldikcə» şeiri milli yad-
daşla bağlıdır. Bu yaddaşın əsas yükü isə «Dədə Qorqud»-
un çiyinləri üzərindədir: 
 
Səndə köhlənini Babək çapıbdır, 
Qıratın nalından çınqıl qopubdur; 
Banuçiçək üçün dərman tapıbdır 
Mənim Qorqud adlı dədəm, a dağlar (242, 31-32) 
 
Eyni motivlə - milli yaddaşla bağlılıq  şair M.Ələk-
bərlinin «Hanı bu xalqın yaddaşı?!» adlı  şeirinin də  əsas 
xüsusiyyətidir. Milli yaddaş - Qorqud yaddaşı deməkdir. 
Bu halda həmin şeirdə Dədə Qorqud obrazının olması zə-
ruridir. Çünki milli yaddaşı  Dədə Qorqudsuz düşünmək
yaxud təsəvvür etmək mümkün deyildir. Doğrudan da, 
şeirdə milli yaddaş Dədə Qorqudla və onun yaddaş funk-
siyası - boy boylamaqla bağlıdır: 
 
Tarix demə, hər addımı 
Ağ ləkədi, qara ləkə. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə