Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə36/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   32   33   34   35   36   37   38   39   ...   89

 143 
Eyni məsələyə  tənqidçi  Ə.Cahangir belə  şərh verir: 
«Postmodernist yazıçı kimi Kamal Abdullanın düşüncə-
sində zamanlar arasındakı fərq silinib, buna görə onun ro-
manının dilini çıxmaq şərtilə əsərdə ənənəvi tarixi əsərlər 
üçün səciyyəvi olan xüsusi kolorit yoxdur» (77, 251). 
Beləliklə müasir ədəbi tənqid K.Abdullanın «Yarım-
çıq Əlyazma»da reallaşdırdığı bədii gerçəkliyi postmoder-
nist faktura kimi qəbul edir. Postmodernizm çağdaş Azər-
baycan  ədəbiyyatında özünə artıq yer tutmuş yaradıcılıq 
üslubudur. Lakin ona birmənalı münasibət yoxdur. Mahiy-
yətcə hər cür ənənəni inkar edən, onu dağıdan postmoder-
nizm bir sıra gənc yazarlar və ədəbiyyatşünaslar tərəfindən 
qəbul olunsa da, başdan-başa  ənənəvi dəyərlərlə yaşayan 
Azərbaycan  ədəbi düşüncəsi bütövlükdə postmodernizmi 
qəbul etmir.  
 «Yarımçıq  Əlyazma» romanına müasir ədəbi tən-
qidin çoxsaylı baxışlarından gətirdiyimiz və postmodernist 
estetikanı əks etdirən bu iki fikir nümunəsi əsərdə reallaş-
dırılmış müəllif konsepsiyasının nə qədər müxtəlif şərhlər 
doğurduğunu (və hələ bundan sonra da doğuracağını) gös-
tərir. Həmin baxışlar göstərir ki, K.Abdullanın romanı 
postmodernist estetikanı da öz içinə almaqla daha mürək-
kəb fenomendir. Bu xüsusda T.Salamoğlunun fikrinin hə-
qiqətinə qoşuluruq: «Yarımçıq  Əlyazma»nın hərtərəfli 
dərkinin zamana ehtiyacı var. Anarın Y.Səmədoğlunun 
«Qətl günü» romanı haqqında dediyi bir fikri iqtibas etsək, 
belə də demək olar ki, «Yarımçıq Əlyazma» bir oxunuşda 
qavranılan  əsər deyil. Xüsusən romanın dilindəki çoxsəs-
lilik (polifoniya - Y.İ.), bədii nitqin dialoji xarakteri 
«mətn»lərin müxtəlif cür qavranılmasına  şərait yaradır. 
Romanın idrakı (dərki, qavranılması - Y.İ.) zamanı post-
 144
modernizmi də, Baxtinin polifonik roman nəzəriyyəsini 
də, dünya ədəbiyyatının postmodernist və polifonik roman 
təcrübəsini də, yazıçının bu estetik konsepsiyalardan və 
ədəbi təcrübələrdən kifayət qədər yararlanmaq imkanını 
da, çağdaş zamanın yazıçı  və oxucuya «diktə»lərini də 
nəzərə almaq lazım gəlir» (301, 102). 
Beləliklə, «Dədə Qorqud» motivlərinin müasir Azər-
baycan nəsrinə təsirinə ümumi şəkildə nəzər saldıqda ma-
raqlı bir həqiqət ortaya çıxır. «Kitabi-Dədə Qorqud» eposu 
bütün zamanlarda və bütün məkanlarda, bütün məzmun və 
forma transformasiyalarında öz həqiqətini saxlayır. Bu 
həqiqət onun milli düşüncəni etnoenergetik potensiyası ilə 
qidalandırma gücündə ifadə olunur. Bu güc M.Rzaquluza-
də və  Ə.Muğanlının izlədikləri «mənəvi istiqamətdə» də, 
Anarın izlədiyi «milli özünütəsdiq istiqamətində» də, 
həmçinin K.Abdullanın izlədiyi və  hələlik «postmoder-
nizm» kimi səciyyələndirilən «istiqamətdə» də öz məzmu-
nunu dəyişmir. Azərbaycan nəsrinin iki əsrdə (XX və XXI 
yüzillərdə) baş verən bədii yaradıcılıq təcrübəsi milli 
varlığımızda var olan «Dədə Qorqud» ruhunun əbədiliyini 
və həmişəyarşarlığını yalnız təsdiq edir. 


 145 
III FƏSİL 
 
«KİTABİ-DƏDƏ QORQUD» VƏ MÜASİR 
AZƏRBAYCAN POEZİYASININ İNKİŞAF 
XÜSUSİYYƏTLƏRİ  
 
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azər-
baycan ədəbiyyatına təsiri probleminin ən çətin və ən mü-
rəkkəb hissəsini dastanın motivlərinin müasir poeziyada 
necə inikas olunması təşkil edir. Çətinlik ilk növbədə ma-
terialın son dərəcə çoxluğu ilə bağlıdır. Azərbaycan poe-
ziyası həmişə məzmun baxımından olduğu kimi, kəmiyyət 
cəhətindən də zəngin olmuşdur. Əlinə qələm götürən şair-
lərimizin, demək olar ki, hər biri öz yaradıcılığında «Dədə 
Qorqud»la bağlı hansısa poetik detaldan istifadə etmişlər. 
Bunun belə olması təbiidir. «Dədə Qorqud» xalqımızın bə-
dii düşüncəsində əbədi yaşayan poetik ruhdur. Şairlərin tə-
xəyyülündə ilhamın oyanması tarixən bu ruhun da oyan-
ması ilə müşayiət olunmuşdur. Birinci fəsildə milli poetik 
düşüncənin tarixi inkişafına edilmiş qısa baxış da göstərdi 
ki, Qorqud ədəbi ruhu həmişə var olmuş, daim milli poetik 
düşüncəni qidalandırmışdır. XX əsrin birinci yarasında 
«Kitabi-Dədə Qorqud» eposunun çap olunaraq cəmiyyəti-
mizdə məşhurlaşması bu ruhu şairlərin təxəyyülündə küt-
ləvi  şəkildə coşdurdu. Həmin coşqu müasir ədəbiyyatı-
mızda bu günə kimi davam etməkdədir. Ona görə də «Də-
də Qorqud» motivlərinin müasir poeziyada izlənilməsi de-
dikdə göz önünə, obrazlı desək, ümman nəhəngliyində 
material gəlir. Həmin materialı faktiki baxımdan izləmək, 
sistemləşdirmək çox çətin məsələdir. Bu sahədə hörmətli 
tədqiqatçılar T.Hacıyev, K.V.Nərimanoğlu, C.Abdullayev, 
N.Ələkbərov,  Ş.Məmmədov, H.Həşimli, G.Babaxanova, 
V.Əliyev, G.Əliyeva, Q.Həsənova və başqalarının tədqi-
qatlarına (bax: 154; 157; 345; 348; 24; 118; 119; 241; 242; 
 146
164; 61; 136; 139; 162) nəzər saldıqda görürük ki, bu 
məqalələr problemin həmişə müəyyən tərəflərini əks etdir-
mişdir. Yəni bu qədər nəhəng və zəngin materialın məqa-
lələr vasitəsilə, o cümlədən burada olduğu kimi, tədqiqatın 
bir fəsli həcmində öyrənilib qurtarması mümkün deyildir. 
Bu, monoqrafik yanaşma tələb edən xüsusi və müstəqil 
problemdir. Ancaq təcrübə onu da göstərir ki, bu nəhəng 
problemin həllinə gedən yol elə çoxsaylı kiçik tədqiqatlar-
dan keçir. Ona görə biz də burada məsələni tədqiqatımızın 
həcminin, o cümlədən məqsəd və vəzifələrinin imkan ver-
diyi dərəcədə əhatə etməyə çalışacağıq. 
Maraqlıdır ki, müasir Azərbaycan ədəbiyyatında “Də-
də Qorqud» motivlərinin bədiiləşdirmə təcrübəsi Ə.Dəmir-
çizadənin keçən  əsrin 40-cı illərində yazdığı «Dədə Qor-
qud» librettosu və «Qaraca Çoban» pyesi ilə başlandığı 
kimi, bu sahədə  şeir yaradıcılığı da elə onun özünə  məx-
susdur. Şeirləri keçən əsrin 20-ci illərinin sonundan qəzet 
səhifələrində çap olunan Ə.Dəmirçizadə «Dədə Qorqud» 
motivləri üzərində yazdığı dram əsərlərində  şeirlərdən də 
istifadə etmişdir. Alim-ədib bu şeirləri bəzən müstəqil əsərlər 
kimi mətbuatda da çap etdirmişdir (bax: 100).  
Müasir poeziyada «Kitabi-Dədə Qorqud» motivlərin-
dən istifadə ənənəsi daha sonra dövrün ab-havasına uyğun 
olmuşdur. Repressiyalar dövründə ona maraq zəifləmiş, lap 
sönmüş, sonralar yenə güclənmişdir. Ümumiyyətlə isə 
«Dədə Qorqud» Azərbaycan  ədəbiyyatın heç vaxt tərk 
etməmişdir. Tədqiqatçı G.Babaxanovanın yazdığı kimi, 
«Dədə Qorqud kitabı» və 20-30-cu illər Azərbaycan sovet 
poemaları (ümumən poeziyası - Y.İ.) arasında mövzu, mo-
tiv, obraz, ideya, bədii ifadə vasitələri baxımından istənilən 
qədər paralellər aparmaq, səsləşmələr, bəhrələnmələr, təsir-
lənmələr aşkara çıxarmaq mümkündür» (61, 63-64).  
N.Ələkbərli göstərir ki, «Kitabi-Dədə Qorqud» möv-
zusu sovet dövrü Azərbaycan poeziyasında 50-ci illərdən 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə