Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə37/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   33   34   35   36   37   38   39   40   ...   89

 147 
başlayaraq getdikcə genişlənir, çoxlu şeir və poemalar ya-
ranır. B.Vahabzadənin, N.Xəzrinin, İ.Səfərlinin, H.Arifin, 
A.Abdullazadənin, Hidayətin, V.Cəbrayılzadənin, N.Kəsə-
mənlinin, R.Z.Xəndanın və b. şairlərin yaradıcılığında 
«Kitabi-Dədə Qorqud» motivlərinə çox rast gəlirik. El 
şairi Səməd Beyləqanlının «Oğuznamə», «Elim Dədə Qor-
qud yurdu», «Beyləqan» və s. şeirləri «Kitabi-Dədə Qor-
qud» mövzusundadır. Ümumən bu qəbilli  şeir və poema-
ların əsas  ruhunu soykökə qayıdış, tarixə və folklora yara-
dıcı münasibətin poetik təzahürləri kimi də qiymətlən-
dirmək mümkündür (118, 16). 
Tədqiqatçının müşahidələrinə görə, 80-90-cı illərin 
ayrıcında poeziyada «Kitabi-Dədə Qorqud» mövzusu daha 
da qüvvətləndi. Xüsusən gənc  şairlərin yaradıcılığında 
«Kitabi-Dədə Qorqud» motivləri, obrazları  və ideyaları 
əhəmiyyətli yer tutmağa başladı. Tofiq Qaraqayanın «Mə-
rə kafir», Səməd Qaraçöpün «Yalıncıq» və «Oğuz», Tel-
man Hüseynin «Ozan» və s. şeirləri  ədəbi gəncliyin bu 
sahədə axtarışlarını əks etdirirdi (118, 16). 
N.Ələkbərli eposun ədəbiyyata təsirinin çoxplanlı, 
mürəkkəb və geniş  tədqiqat tələb edən iş olmasına işarə 
edərək göstərir ki, ədəbiyyatımızda «Kitabi-Dədə Qorqud» 
təsiri təkcə birbaşa deyil, həm də dolayısı ilədir. «Kitabi-
Dədə Qorqud» poeziyasının, nəsrinin, bədii-fəlsəfi hikmə-
tinin, orijinal poetikasının təsiri bir çox sənətkarların yara-
dıcılığında öz izlərini qoymuşdur. Bu təsirin izlərini on-
larca şeirdə, hekayədə, miniatür və epik əsərlərdə müşahi-
də etmək mümkündür (118, 16). 
Maraqlıdır ki, Azərbaycan poeziyasında xüsusilə 
görkəmli  şairlərin yaradıcılığında «Dədə Qorqud» motiv-
lərindən istifadə kiçik janrlardan (şeirlərdən) monumetal 
janrlara (poemalara) doğru istiqamət götürmüşdür. Bu cə-
hətdən B.Vahabzadə, N.Xəzri, B.Səhənd, A.Abdullazadə, 
Z.Yaqub, N.Kəsəmənli, V.Aslan və b. şairlər Dədə Qor-
 148
qud ruhunda təkcə kiçik həcmli şeirlər yazmamış, eləcə də 
iri poemalar yaratmışlar (bu barədə növbəti yarımfəsildə 
deyiləcək). Ədəbiyyatdakı bu prosesi bir dalğa hesab edən 
tədqiqatçı H.Həşimli göstərir ki, «Kitabi-Dədə Qorqud» 
motivlərinin yazılı  ədəbiyyatda yeni bir dalğa ilə qüvvət-
lənməsi... (XX əsrin - Y.İ.) 70-ci illərindən başlanır. Bu-
nun müəyyən obyektiv və subyektiv səbəbləri də vardır. O 
doğrudur ki, dastan Azərbaycanda ilk dəfə altmış il bun-
dan əvvəl çap edilmiş, lakin stalinizm dövründə yayılma-
mış, qərəzli münasibətə  hədəf olduğundan  ədəbi prosesə 
təsirsiz qalmış, yalnız 60-cı illərdən sonra dastan yenidən 
ədəbi həyatda öz qanuni yerini bərpa etməyə başlamışdır. 
Şair-ədəbiyyatşünas S.Rüstəmxanlının 70-80-ci illər Azər-
baycan poeziyasında «Kitabi-Dədə Qorqud» boylarına 
sevginin yenidən çiçəklənməsi» barədəki dəqiq müşahi-
dəsi də bunu təsdiqləyir. Doğrudan da, 1970-90-cı illərdə 
M.Arazın, R.Behrudinin, Dilsuzun, S.Qaraçöpüun, son 
vaxtlar qələmini poeziyada da sınayan M.Süleymanlının 
və başqalarının bir sıra şeirlərində «Kitabi-Dədə Qorqud» 
ruhu, dastandan gələn bədii təsvir və ifadə vasitələri, təsvir 
üsulu ön planda dayanır. Xüsusən milli oyanışın, etnik 
yaddaşa qayıdışın poetik məramnaməyə çevrildiyi mə-
qamlarda «Kitabi-Dədə Qorqud» motivləri tutarlı bədii va-
sitəyə dönür (164, 57). 
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azər-
baycan poeziyasına təsirinin səciyyəvi cəhətlərinin öyrə-
nilməsi baxımından görkəmli Azərbaycan  şairi S.Vur-
ğunun yaradıcılığı diqqəti çəkir. Burada tədqiqatımızın 
əvvəlində toxunduğumuz bir nəzəri məsələ önə çıxır. Bu, 
«folklor və  ədəbiyyat» məsələsidir. Ümumiyyətlə, «Ki-
tabi-Dədə Qorqud»un hər hansı şairin, yazıçının yaradıcı-
lığına təsiri məsələsi, folklor və ədəbiyyatın qarşılıqlı əla-
qələri, prof.A.Hacılının yanaşmasından göründüyü kimi, 
tarixi poetikanın inkişafının folklor və  ədəbiyyat mərhə-


 149 
lələrinin qarşılıqlı münasibətləri ilə əlaqədardır (377, 12). 
Bu üzdən «Kitabi-Dədə Qorqud» eposunun S.Vurğunun 
yaradıcılığına təsiri daha böyük təsirin - ümumən milli 
folklorumuzun şairin yaradıcılığına təsirinin içindədir. So-
nuncu təsir isə tədqiqatçıların göstərdiyi kimi şairin yara-
dıcılığında güclü şəkildə müşahidə olunur. Belə ki, «S.Vur-
ğun bütün yaradıcılığı boyu xalq yaradıcılığının rəngarəng 
nümunələrindən məharətlə istifadə etmişdir.  Şifahi xalq 
ədəbiyyatı, onun ideya və  bədii xüsusiyyətləri, ondan 
istifadə yolları haqqında qiymətli fikirlər söyləmişdir» 
(108, 5). «Səməd Vurğun xalqın tarixinə, folkloruna... 
olduqca böyük diqqətlə, hörmətlə yanaşan bir insan olub» 
(234, 235). Görkəmli şair-ədib özünün ədəbi-tənqidi yara-
dıcılığında da milli-mənəvi irsə, folklora xüsusi yer ver-
mişdir: «S.Vurğun ayrı-ayrı sənətkarların poetik fikir alə-
mindən, yaradıcılıq xüsusiyyətlərindən bəhs etməklə bəra-
bər, ədəbi abidələrimizdən də söz açmış, onların mahiyyə-
tini, ideya və spesifikasını açıqlamağa çalışmışdır. «Aves-
ta», «Dədə Qorqud» kimi misilsiz abidələrin, mənəvi təc-
rübəmizin, milli təfəkkürümüzün təşəkkülündə, estetik dü-
şüncənin formalaşmasında oynadıqları rolu şərh etmişdir» 
(64, 245). «Səməd Vurğun  ədəbiyyata xalq yaradıcılığın-
dan, aşıq şeirindən gəldi. O, ilk yaradıcılığında belə, aşıq 
şeirində olduğu kimi, qeyri adi və böyük fikirləri adi, sadə 
və səmimi şəkildə deməyi bacardı... Onun şeirlərindəki sa-
dəlik və səmimiyyət, əlbəttə, söykəndiyi xalq ədəbiyyatın-
dan gəlir. Buna görə də S.Vurğun xalq şeirinin yalnız for-
masından deyil, məzmunundan da sənətkarcasına istifadə 
etməyi bacardı» (341, 177). «S.Vurğun folklorla, xüsusilə 
aşıq yaradıcılığı ilə yaxın təmasda olmuş  sənətkar idi. O, 
dünyaya gözlərini açandan saz səsi, aşıq oxuması eşitmiş, 
qucağında boy atdığı dünyanın yazılmamış qanunların, 
minillərlə funksional olmuş  əxlaqi davranış modellərini 
aşıq məclislərində eşitmiş, dastan gecələrində mənəviyyat 
 150
dərslərini almışdı» (161, 78). Sənətkarın folklora bağlılığı 
onun yaradıcılığında iki istiqamətdə inikas olunmuşdur: 
«1.Səməd Vurğunun poeziyasında ümümtürk mifoloji tə-
səvvürlərinin əksi; 2. Şairin soykökündən, əcdadların qan 
yaddaşından gəlmə türklük ruhunun ifadəsi olan ənənələrə 
münasibəti» (124, 182). S.Vurğunun yaradıcılığında əfsanə - 
folklor ilə  həqiqətin çarpazlaşması onun əsərlərinin bədii 
dəyərlərini daha da artırmaqla yanaşı, onun yaradıcılığına 
«zamanla səsləşə bilən yeni məzmun gətirir» (256, 206). 
S.Vurğunun bədii və elmi yaradıcılığında folklor 
motivləri məsələsinə  məqalələr həsr etmiş prof. C.Ab-
dullayev (bax: 22; 23) sənətkarın Dədə Qorqud» eposuna 
münasibətini də ayrıca məqalədə  təhlil etmişdir. Alimə 
görə, «möcüzəli və  qədim sənət abidəsi» olan «Kitabi-
Dədə Qorqud» «şairi ömrü boyu düşündürmüş və vaxtaşırı 
olsa da, istər bədii, istərsə  də elmi-nəzəri  əsərlərində on-
dan söhbət açmış, yaradıcılığında ondan bol-bol faydalan-
mışdır (25, 126). 
S.Vurğunun «Gələcəyin toy-bayramı» şeirində Azər-
baycan ölkəsi və insanının gələcəyi Dədə Qorqudla birgə 
təsəvvür olunur: 
 
Alqış bizim getdiyimiz bu dediyim gələcəyə!.. 
Bizim Odlar ölkəsi də mahnısını deyə-deyə 
Öz şeirinin nəfəsilə yaşayacaq o zaman da
Dədə Qorqud dediyimiz min bir yaşlı bir ozan da. 
Qoca vaxtı öz sazını sinəsinə basacaqdır, 
Bütün xalqlar və tayfalar ona qulaq asacaqdır  
 
     (25, 
127). 
 
Şair öz obrazlarını yaradarkən «Kitabi-Dədə Qor-
qud» dastanının obrazlar sistemindən metaforik vasitə ki-
mi istifadə etmişdir. Prof. C.Abdullayevə görə  sənətkarın 
«Fərhad və  Şirin» poemasındakı Azər baba obrazı  Dədə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə