Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə33/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   29   30   31   32   33   34   35   36   ...   89

 131 
vəhdəti çat verib, parçalanma, qardaş qırğını surətlə yaxın-
laşıb. Bu, əsas məsələ  Dədə Qorqudun öz-özü ilə daxili 
dialoqunda belə ifadə olunur: «Bayındır xan bunları söylə-
yib yum verdi, susdu. Mən dəxi susdum. Bəli, bu imiş 
Xanın əsl öyrənmək istədiyi mətləb. Kim Oğuz içində nəyi 
dilər?! Oğuzun yarası hardadır? Artıq uzun zamandan bəri 
ikiyə bölünmüş Qalın Oğuzun sözdəki birliyi bu gün niyə 
tük qədər nazik oldu? Suçlu kimdi?» (20, 281).  
Eposda oğuzların iki qola ayrılması tarixi gerçəkliklə 
bağlıdır. Prof. E.Əzizov yazır ki, oğuzların tarixən boz ok 
və uç ok adlı iki əsas qola ayrılması və «Kitabi-Dədə Qor-
qud»da bunun eynilə öz izini saxlaması oğuz etnoniminin 
ilkin mənasının doğrudan da «iki qəbilə (tayfa)» mənasına 
uyğun gəlməsini tarixi baxımdan təsdiq edir. Tarixdə 
məlum olan iyirmi dörd oğuz tayfası oğuzların həmin boz 
ok və uç ok qollarının törəmələridir. Boz ok və uç ok 
adlarındakı ok sözü də «tayfa» mənasını bildirir (145, 252-
253). 12-12 olmaqla iki qola (İç Oğuz və Daş Oğuz) ayrı-
lan 24 tayfadan ibarət Qalın Oğuz eli daxili nizamlanma 
mexanizminə malikdir. «Casus» məsələsi bir ideya kimi 
bu mexanizmdə artıq pozulma əmələ gəlməsini işarələyir.  
Göründüyü kimi, romanın süjet əsasında duran 
«casus» məsələsi nə qədər komik planda təsvir olunsa da, 
onun altında çox ciddi problemlər durur. Prof. T.Hacıye-
vin yazdığı kimi, «Oğuzu tarixən solduran məhz casus 
olub. Asiyada Çin casusluğu türkü içəridən palıdı qurd 
yeyən kimi əridir, Qərbdə  həmin üsulla Avropa Oğuzla 
qıpçağı bir-birinə  qırdırıb. Bu gün də  Oğuzun nəvələrini 
casus bir-birinə  qırdırıb zəif salır» (154, 10). Demək, 
«casus» məsələsi eposda olduğu kimi, romanda da milli 
mövcudluğun əsası olan dövlətçiliyin sütunları ilə bağlıdır. 
Bu baxımdan, K.Abdullanın elmi və bədii yaradıcılığında 
«casus» mövzusuna dönə-dönə qayıdılmasının səbəbləri  
üzərinə, fikirləşirik ki, prof. Q.Namazovun aşağıdakı fikri 
 132
aydın işıq salır. O yazır: «Qədim türk xalqları, eləcə  də 
Azərbaycan xalqı öz torpaqlarında yaranan dövlətlərin 
quruculuğu haqqında min illərdən bəri yaşanan dastanların 
öyrənilməsi problemi həm tarixə yenidən dönüş, həm də 
soykökümüzə qayıdış baxımından xüsusi əhəmiyyət kəsb 
edir (255, 41). 
«Yarımçıq Əlyazma» təhlil üçün həm geniş material, 
həm də çoxsaylı istinad (çıxış) nöqtələri verir. Yəni ro-
manı ən müxtəlif cəhətlərdən geniş (eninə-uzununa) təhlil 
etmək mümkündür. Bizim buradakı imkanlarımız həcmcə 
məhdud olduğu üçün «Dədə Qorqud» motivlərinin roman-
da bədiiləşmə, ifadələnmə planına diqqət yetirməyi məq-
sədəuyğun (əsas) hesab edirik. 
İlk növbədə obrazlar diqqəti çəkir. Eposdakı Bayın-
dır xan romanda da öz epik əzəmətini saxlamışdır. Hələ 
biz deyərdik ki, K.Abdullanın Bayındır xanı eposdakı pro-
totipindən daha əzəmətlidir. Digər tərəfdən, bu obrazın 
eposda süjet fəallığı yoxdur. Hadisələrə çox az müdaxilə 
edir. Romanda isə süjetdəki hadisələri biri-biri ilə birləş-
dirən fiqurdur. Əsərdə o, diqqət mərkəzindən heç vaxt çə-
kilmir: biz onu  romanın poetik məkanında əvvəldən axıra 
kimi görürük.  
Salur Qazan eposdakı obrazından tamamilə fərqlidir. 
Prof. T.Hacıyevin yazdığı kimi, «əlində kafirlər tir-tir əsən 
Qazan xan arvadı Burlanın yanında zağ-zağ əsir. Kafirlər 
əlində  ərinin namusunu qorumaq üçün oğlunun doğran-
masına razı olan Burla xatun indi Qazan xanı Boğazcaya 
qısqanır» (155, 11). 
Romanda Salur Qazan dastandakı epik cizgilərindən 
fərqli olaraq real hisslərlə yaşayan, vuruşan, mübarizə apa-
ran, mənsəb qazanmaq istəyən, özündən güclülərə paxıllıq 
edən, siyasi intriqalara qoşulan bir insan kimi təsvir edil-
mişdir. Onunla bir çox oğuz igidləri arasında çox ciddi 
konflikt vardır. Dayısı Alp Aruzla düşməndir. Alp Aruz 


 133 
Bayındır xanın qızı Burla xatunu öz oğlu Basata alıb, onu 
Qalın Oğuza bəylərbəyi etmək istəyirmiş. Lakin Təpəgözü 
öldürüb Oğuz elini fəlakətdən qurtaran Basat nə qədər igid 
olsa da, Bayındır xan şir anası Qoğan aslanla ünsiyyət 
saxlayan birisinə qızını vermir. Salur Qazana verir. Bu da 
konflikt yaradır. 
Əsərdə Bəkil igid, mərd, və sədaqətli insan kimi təs-
vir olunmuşdur. Müdrik Bayındır xan onun bu sədaqətini 
yüksək qiymətləndirir. Lakin Salur Qazan Dış Oğuzdan - 
Alp Aruzun tirəsindən olan bu bəyi sevmir. Çünki Bəkil 
mahir ovçudur. Qalın Oğuzda heç bir igid onun kim ox ata 
bilmir. O, atın üstündə gedə-gedə oxu elə atır ki, ceyranın 
ayağını onun qulağına tikir. Salur Qazan onun qədər mahir 
ovçu olmadığı üçün bu xeyirxah və sadə  qəlbli insanı 
küsdürür. Bəkilə: «At işləməsə, ər öyünməz, bu hünər sə-
nin yox, atındır» - deyib onu təhqir edir. Beyrək də Qazanı 
dəstəkləyir. Bu da İç Oğuzla Dış  Oğuz arasında müna-
qişəni daha da dərinləşdirir. 
Salur Qazan Alp Aruzdan zəhləsi gedən, ona düşmən 
gözü ilə baxan arvadı Burlanın sözünə baxıb, Dış  Oğuzu 
yağmalamaya çağırmır. Halbuki yağmalamada Oğuz eli-
nin hər iki qolu iştirak etməli idi. Bu da çox güclü düş-
mənçilik yaradır. 
Romanda Burla xatunla Alp Aruzun düşmənçiliyinin 
səbəbi maraqlıdır. Vaxtilə Basat Təpəgözü öldürəndə bü-
tün Oğuz qızları kimi Burla xatun da Basata aşiq olmuşdu. 
Lakin atası onu Basata vermir. Basat əlindən çıxdığı üçün 
indi ona və atasına nifrət edir. Onun əsas müttəfiqi 
Beyrəkdir. Hər ikisi evli olmağına baxmayaraq, Burla və 
Beyrək gizlində görüşüb sevişirlər. 
Bəkillə, Alp Aruzla düşmən olan Beyrək romanda ən 
mənfi keyfiyyətlərə malik obraz kimi təsvir olunmuşdur. 
Oğuzda bütün igidlər baş  kəsib qan tökəndən sonra ad 
alsalar da, o, quş ürəkli - qorxaq olduğu üçün yalandan 
 134
igidlik səhnəsi qurur. Öz yoldaşlarını quldur adı ilə tacirlə-
rin üstünə yollayır, sonra gizləndiyi yerdən çıxıb, şərtləş-
dikləri kimi onları qovur. Öz dostlarından birinin də başını 
namərdcəsinə kəsir. 
Bəkillə münaqişəsinin səbəbi onun arvadıdır. Bəkilin 
arvadı cavankən Alp Rüstəmlə sevişirmiş, Beyrək də onu 
istəyirmiş. Lakin qız Bəkilə qismət olur. Beyrək onun ar-
vadından əl çəkmir. Hər vəchlə bu qadınla görüşüb əylən-
mək istəyir. Bəkil bunu bildiyi üçün onlar biri-birlərinə 
nifrət edirlər. 
Qalın Oğuz eli Təpəgözün üstünə vuruşmağa gedən-
də o, vuruşda ölməmək üçün özünün oğurlanması səhnəsi-
ni düzəldir. Bayburd qalasında on altı il əylənib, sonra igid 
adı altında Oğuza qayıdır. 
Bəs K.Abdulla onu ədəbi tənqidin hədəfinə tuş 
gətirən bu məqamları haradan götürmüşdür? Bu sualun 
cavabı «Kitabi-Dədə Qorqud» motivlərinin «Yarımçıq 
Əlyazma» romanında bədiiləşmə üsulunu və mexanizm-
lərini öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb edir. 
Məsələ burasındadır ki, müəllif bu məqamların bir çoxunu 
məhz «Dədə Qorqud» eposunun özündən götürmüşdür. 
Bütün bunların  əksəriyyətini K.Abdullaya mətn diqtə et-
mişdir. Bəs müəllif bunları hansı üsulla və nəyə əsaslanıb 
tapır? 
«Kitabi-Dədə Qorqud» dastanının iki plandan - ifadə 
və mahiyyət planlarından ibarət sistem kimi təsəvvür edən 
K.Abdulla qoyduğumuz suala «Gizli Dədə Qorqud» əsə-
rində özü belə cavab verir: «Dastan bu iki planın üzvi şə-
kildə birləşməsindən ibarətdir. Mahiyyət planına nüfuz 
etmədən ifadə planını araşdırmaq birtərəfli, bəsit və üzdən 
gedən nəticələrə gətirib çıxarır. Əksinə, mahiyyət planında 
«gizlənmiş» səbəblərin, motivlərin açılması ifadə planının 
da məntiqsizliklərini anlamağa kömək edir. Şübhəsiz ki, 
bu gizlində qalmış motivlər üzdə olan süjet xəttinin, hər 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə