Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə30/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   26   27   28   29   30   31   32   33   ...   89

 119 
gözlərini yumub gözləyirdi. Birdən uzaqdan səslər eşitdi
gözlərini açdı, başını qaldırdı, diqqət elədi» (41, 89). 
Bunlar döyüş meydanında cəsədi tapılmayan Turalın 
anası Burla və arvadı Günel idi. Onlar Turalı yaralı halda 
tapırlar. Dədə Qorqud Turalın yarasına baxıb: «Xanım, bu 
yaradan qorxma, - dedi, - bu yaradan oğlana ölüm yoxdur. 
Ana südü, bir də dağ çiçəyi onun yarasının məlhəmidir» 
(41, 69). 
Göründüyü kimi, Anar «Kitabi-Dədə Qorqud» das-
tanlarında Xızırın funksiyasını M.Rzaquluzadə kimi Dədə 
Qorquda verir. M.Rzaquluzadənin Xızırı  Dədə Qorqudla 
əvəzləməsinin o dövrün ab-havası ilə bağlı motivləri 
barədə artıq demişik. Anarın yaşadığı dövrdə Xızırı bədii 
ədəbiyyata gətirməyin heç bir «təhlükəsi» olmasa da, ya-
zıçı bu epizodu Dədə Qorqudla bağlamağı məqsədəuyğun 
hesab etmişdir. 
Fikrimizcə, bu, səbəbsiz deyildir. Məsələnin kökləri 
ilk növbədə yazıçının gerçəkləşdirdiyi bədii konsepsiyada-
dır. Povestdə bütün müqəddəs dəyərlər Dədə Qorqud 
obrazına konsentrə olunmuşdur. «Ana südü, dağ çiçəyi» 
ilə müalicə bir şaman terapiyasıdır, bu mənada həmin tera-
piyanın öz arxetipləri baxımından qam-şaman olması haq-
qında çox deyilmiş Qorquda aid edilməsi tamamilə 
təbiidir. Lakin burada məsələnin mahiyyəti təkcə  şaman 
terapiyası ilə bağlı deyildir. Eposda qorunub qalmış bu 
müalicə, sadəcə,  şaman terapiyası yox, oğuzların müqəd-
dəs dəyərləri ilə bağlı qədim görüşləri özündə əks etdirir. 
Oğuzlarda ana müqəddəsdir. «Ana haqqı - Tanrı 
haqqı» deyimi oğuz  şüurunun müqəddəs hökmlərindən 
biridir. Türk folklorunda mifik süd simvolunun kosmoloji 
semantikası  məsələsini araşdırmış folklorşünas  Ə.Kərim-
bəyli eposdakı «ana südü, dağ  çəçəyi» ilə bağlı yazır ki, 
«mifopoetik Ana südü bir sıra mifik funksiyalarla yüküm-
lüdür: 
 120
1. Ana südü - şəfa simvoludur; 
2. Ana südü - mistik simvoldur; 
3. Ana südü - mifik auralı simvoldur; 
4. Ana südü - hərəkətli (transferli) simvoldur; 
5 Ana südü - super simvoldur» (191, 198).  
Göründüyü kimi, ana südü müqəddəsdir və bu süd 
hər şeydən öncə ana başlanğıcını ifadə edir. Tural ölümcül 
vəziyyətdədir. Qam-şaman görüşlərinə görə, onun ruhu 
bədənindən çıxmış, yəni ölmüşdür. Dədə Qorqud onu hə-
yata qaytarır, yəni dirildir. Bu, ölüb-dirilmədir. Folklorşü-
nas alim R.Əliyev bu epizodu məhz ölüb-dirilmə (totem 
əcdadların ölmüş qəhrəmana yenidən həyat verməsi) kimi 
şərh etmişdir (132, 44). Bu cəhətdən, Turalın həyata qayıt-
ması onun yenidən dünyaya gəlməsi - doğulması demək-
dir. Doğum ata-ana ilə mümkün olur. Bu halda, bizim 
fikrimizcə, «ana südü və dağ çiçəyi» ana və atanı (ana və 
ata başlanğıclarını) simvollaşdırır. Ana südü - ana başlan-
ğıcının rəmzidirsə, dağ çiçəyi də - ata başlanğıcının rəmzi-
dir. Türk mifologiyasının dərin qatlarını yazıçı  fəhmi ilə 
dərindən duyan Anar dağ obrazını povestdə açıq-aşkar 
şəkildə ata başlanğıcı kimi təqdim etmişdir. Əsərdə Tural-
la sevgilisi Günelin arasındakı dialoqa diqqət edək: 
«Tural dedi: 
- Günel, sən niyə dağlara baxanda həmişə yaşmaqla-
nırsan, üzünü gizlədirsən? 
Günel xəfifcə gülümsündü: 
- Bunu bizə anamız öyrədib, - dedi, ona da nənəmiz 
öyüd verib. Deyirlər ki, Qazılıq dağı bizim -  Oğuz qızla-
rının, gəlinlərinin qayınatasıdır. Bu dağı görəndə  gərək 
sifətimizi örtək» (41, 51). 
Göründüyü kimi, Qazılıq dağı Günelin qayınatası, 
yəni Turalın dağ atasıdır. Ölümcül yaralanaraq dağın ya-
macına düşüb qalmış Tural, əslində, dağ atası, yəni totem 
atası (totem əcdadı) Qazılıq dağının quğacındadır. Onu 


 121 
ana südü ilə dağ çiçəyinin sağaltması Turala bu simvol-
larda bir mifik qüvvə kimi mövcud olan ana əcdadın ruhu 
ilə ata əcdadın ruhunun (ana və ata başlanğıclarının) yeni-
dən həyat verməsidir. 
Bu simvollar nə eposda, nə də povestdə təsadüfi iş-
lənməyib, xalqımızın dağın əcdad olması haqqında qədim 
mifik təsəvvürləri ilə bağlıdır. Türk alimi Ə.İnan göstərir 
ki, Türküstan türkləri Xan Tanrı, Buztağ Ata, Bayın Ula 
və b. adlarla tanıdıqları dağları «müqəddəs, ulu əcdad, ulu 
xaqan» hesab edirdilər (360, 32). M.Seyidov yazır ki, qə-
dim türklərin VI əsrə aid Çin qaynaqlarında qorunub 
qalmış  təsəvvürlərində dağ «yer tanrısı», yer ruhu hesab 
olunur. (304, 308). Mifşünas alim C.Bəydilinin şor folklor 
mətni əsasında yazdaqlarından məlum olur ki, dağın ruhu 
var və dağ  əyəsi - dağın ruhudur (72, 89). Bu cəhətdən 
eposda Buğacı sağaldan Xızır dağ ruhudur. Bunu Xızırla 
bağlı kitabında  Ə.Y.Ocak  əfsanələr  əsasında sübut et-
mişdir (363, 198). Kultlara aid tədqiqatında R.Əlizadə 
göstərir ki, qədim türklərin əksər hissəsinin Altay, Bodın-
İnli, Saqçaq, Ağ qaya, Alaş və başqa dağlara tapınmaları, 
əslində, mərhələli formada «Dədə Qorqud» oğuzlarının 
Qazılıq dağı, Gökçə dağ, Ala dağ, Qara dağ, Qaracuk dağı 
kimi dağlara yönəlmiş inamlarına transformasiya edilmiş-
dir (142, 32). Dağın əcdad ata olması Azərbaycanda uşağı 
olmayan qadınların daş pirlərinə gedib özlərini daşa sürt-
mələrində qorunduğu kimi, «telengit türklərində  oğlu-
uşağı olmayan qadının mübarək üzlü dağa çıxıb dua etmə-
si ilə övladı olacağı» haqqında inancında da ifadə olun-
muşdur (395, 244). 
Beləliklə, dağ  oğuz-türk inanclarında  əcdad,  əcdad 
ata, dağ ruhudur. Eposda Xızır həmin dağ ruhunun insan-
laşmış formasıdır. Xızırın Dədə Qorqudla əvəz olunması, 
əslində, mifik görüşlərə zidd deyildir. Mifşünas alim 
C.Bəydilinin tədqiqatı göstərir ki, Xızır və Qorqud biri-
 122
biri ilə doğma obrazlardır. Belə ki, «müstəqil hami ruh 
funksiyalı Boz Qurd, Xızır, İrkıl Xoca, Uluğ Türük, Qor-
qut Ata, Umay (övliya), nurani dərviş və başqa» obrazların 
hamısı  mifoloji Ulu Ana kompleksində biri-biri ilə birlə-
şirlər (75, 72-73), yəni bu obrazların hamısı, o sıradan 
Xızır və Qorqud eyni kökdən çıxmışlar. Bu cəhətdən, 
M.Rzaquluzadənin öz əsərində  Xızırı  Dədə Qorqudla 
əvəzləməsi dövrün siyasi-ideoloji iqlimi ilə bağlı idisə, 
Anarda bu əvəzlənmə  dəqiq mifoloji-epik, bədii-estetik 
məntiqə tabedir. 
Əsərin sonunda göstərilir ki, «Dədə Qorqud, Burla 
Xatun və Tural harasa gedirdilər. Onlar gəlib haman döyüş 
meydanına çıxdılar. Bura tamam dəyişmişdi. Qaraca Ço-
ban yöndəmsiz daş qalıqlarını  dığırlayıb kənara atırdı. 
Daşlardan boşalmış meydanda öküzlər cüt sürür, adamlar 
holavar çağıra-çağıra torpağı  xışlayırdı. Qaraca Çoban 
qan-tər içində torpağı daşdan kəsəkdən təmizləyirdi. Bey-
rəyin 14 yaşlı oğlu ona kömək edirdi» (41, 91). 
Burada Dədə Qorqudla Qaraca Çoban arasında əsərin 
bütün sətiraltı məna yükünü özündə daşıyan dialoq olur: 
«Dədə Qorqud: 
 - Çoban, oğul, nə edirsən belə? - dedi. 
Qaraca Çoban: 
- Torpağı  təmizləyirəm, Dədə, - dedi. - İstəyirəm 
şumlayaq,  əkək, biçək, yeyək, dolanaq. - Məsləhətdirmi, 
Dədə? 
Dədə Qorqud: 
- Çoban, sözün haqdır, - dedi, - yurdumuzun başına 
çox qəzalar gəldi, ərlərimiz, igidlərimiz çox qırıldı. Amma 
tamam qırılıb qurtarmadıq. Hələ varıq, hələ olacayıq, qala-
cayıq» (41, 91). 
Bu dialoq ikili məna sisteminə malikdir: mətnüstu və 
mətnaltı məna sıraları. Mətnüstündə hər şey aydındır: elin 
igidləri qırılıb,  əkib-biçmək, dolanmaq, artıb-çoxalmaq, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə