Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə26/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   22   23   24   25   26   27   28   29   ...   89

 103 
tutmasıdır. Başqa sözlə, epos Anarı təkcə onun bədii mo-
tivlərindən istifadə baxımından yox, həm də elmi baxım-
dan cəlb etmişdir. Məsələnin bu cəhəti etibarilə Anar, əs-
lində, onaqədərki  ənənəni uğurla davam və inkişaf etdir-
mişdir.  Ədəbiyyatşünas alim N.Ələkbərli yazır ki, XX 
əsrin 40-50-ci illərində eposla təkcə ədəbiyyatşünaslar de-
yil, yazıçı və tarixçilər də maraqlanmış, öz mülahizələrini 
müxtəlif mətbuat orqanlarında çap etdirmişlər. Görkəmli 
şair və yazıçılardan S.Vurğun, M.Hüseyn, R.Rza, M.İbra-
himov və b. «Kitabi-Dədə Qorqud»a böyük maraq və mə-
həbbət bəsləmiş yazı  və  məqalələrində dastanları yüksək 
qiymətləndirmişlər» (119, 45).  
Eposu eyni zamanda həm elmi, həm də bədii düşün-
cənin obyektinə çevirmək  ənənəsi,  əslində,  Ə.Dəmirçiza-
dədən başlanır. O, «Dədə Qorqud» mövzusunda dram 
əsərləri ilə müasir Azərbaycan ədəbiyyatında «Kitabi-Də-
də Qorqud» motivlərinin əsasını qoyduğu kimi, eposun di-
li ilə bağlı qiymətli və fundamental əhəmiyyətə malik olan 
əsərlər yazmışdır. Bu ənənə sonradan müxtəlif formalarda 
davam etdirilsə də, həmin yanaşma parlaq formada iki ədi-
bin - Anarın və K.Abdullanın yaradıcılığında öz əksini 
tapmışdır. 
Anarın «Kitabi-Dədə Qorqud» eposuna elmi marağı 
ilə  bədii marağı  məzmun və ideya baxımından qovuşuq-
dur. Eposa başdan-başa milli ideyalarla süslənmiş möhtə-
şəm abidə kimi yanaşan Anar onu öz bədii yaradıcılığına 
gətirməklə,  əslində, dastandan milli düşüncələrinin ifadə 
vasitəsi kimi istifadə etmişdir. Bu, təsadüfi olmayıb, Azər-
baycan ədəbiyyatının tarixi taleyi ilə bağlıdır. Tale elə gə-
tirmişdir ki, müasir Azərbaycan ədəbiyyatı milli ziyalıları-
mız üçün həm də milli düşüncənin yaşadılma vasitəsi ol-
muşdur. Azərbaycan xalqının tarixi taleyi ilə bağlı böyük 
həqiqətlərin rəsmi tribunalardan deyilməsinin yasaq oldu-
ğu bir vaxtda ədəbiyyat bu rolu öz boynuna götürmüş, 
 104
milli həqiqətlər bədii həqiqətlər  şəklində  təcəssüm olu-
naraq xalqa çatdırılmışdır. Öz xalqının milli mənafeyinə 
qırılmaz tellərlə bağlı olan Anar öncə eposun milli motiv-
lərindən milli özünütəsdiq və oyanış vasitəsi kimi istifadə 
etmiş, daha sonra eposda yaşayan tarixi həqiqətləri öz elmi 
axtarışlarının predmetinə çevirib, Azərbaycan xalqının 
varlığı uğrunda açıq elmi mübarizə başlamışdır. Bu cəhət-
dən, yazıçının 1985-ci ildə qələmə aldığı və elə həmin il-
dəcə «Azərbaycan» jurnalında çap olunmuş «Dədə Qor-
qud dünyası» tarixi-fəlsəfi əsəri Azərabaycan ictimai mü-
hitində sanki bir bomba kimi partladı (bax: 52). 
Mühiti ilk növbədə silkələyən  əsərə qoyulmuş 
epiqraf idi: «Öz eli olan xalq idim, elim indi hanı? Öz xa-
qanı olan xalq idim, xaqanım hanı? Orxon yazıları. «Gül-
təkin abidəsi» (52, 11). Türk tarixinin ulu həqiqətini ifadə 
edən bu epiqraf bir tərəfdən Azərbaycan dövlətinin müstə-
qilliyinin əlindən alınmasının açıq-aşkar bəyanı idisə, o bi-
ri tərəfdən əsərin məzmununun xalqımızın tapdanan, təhrif 
edilən ulu tarixi həqiqətləri  ilə bağlı olduğunu bildirirdi. 
Anarın «Dədə Qorqud dünyası»  əsərində Azərbay-
can xalqının minillər boyu yaşadığı doğma torpağında 
«yad», «gəlmə» olduğunu  əsaslandıran «rəsmi tarixi» 
məhz «Kitabi-Dədə Qorqud» dastanının milli həqiqətləri 
ilə ifşa və inkar olunur. «Kitabi-Dədə Qorqud» tariximizin 
təməl məsələsi - Azərbaycan xalqının mənşəyi və məskəni 
məsələsiylə birbaşa bağlıdır, daha doğrusu, bu məsələlərin 
tam dəqiqliyi ilə açılması üçün ən etibarlı  mənbə  və  mə-
xəzdir» - deyə bəyan edən müəllif (45, 27) eposun Azər-
baycan tarixi üçün iki mühüm və taleyüklü əhəmiyyətini 
göstərir: «Kitabi-Dədə Qorqud» Azərbaycan oğuzlarının 
əsəridir və  Dədə Qorqud oğuzları Azərbaycan  ərazisində 
məskun olan azərbaycanlılardır. «Kitabi-Dədə Qorqud»un 
Azərbaycan tarixi üçün ən böyük, ən  əsas və  ən birinci 
xidməti bundan ibarətdir. «Kitab»ın ikinci xidməti isə 


 105 
ondan ibarətdir ki, Dədə Qorqud oğuzlarının, yəni Azər-
baycan ərazisində yaşayan oğuzların qədimliyi, başqa söz-
lə desək, «Kitabi-Dədə Qorqud»un qədimliyi» - bu torpaq-
da yaşayan azərbaycanlıların bu torpaqda yaşamalarının 
çox uzaq tarixinə ən tutarlı dəlildir» (45, 29). 
Fikrimizcə, Anarın «Kitabi-Dədə Qorqud» motivləri 
əsasında bədii yaradıcılığını qiymətləndirərkən onun ta-
rixi-elmi mövzuda yazdığı «Dədə Qorqud dünyası»  əsəri 
hökmən nəzərə alınmalıdır. Alim Anarın sonralar (1985-ci 
ildə) «Dədə Qorqud dünyası» adlı elmi əsərində tarixi 
dəlillərlə ortaya qoyulan milli özünütəsdiq həqiqətləri on-
dan daha öncə (1970-1973-cü illər) yazıçı Anarın «Dədə 
Qorqud» povestinin bədii ruhunu təşkil edirdi. 
Ümumiyyətlə, Anarın «Dədə Qorqud» yaradıcılığı 
eposun xalq arasında yayılmasında çox böyük rol oynayıb. 
Tənqidçi Ə.Cahangir yazır ki, «1939-cu ildən üzərinə tabu 
qoyulan, yalnız 1960-cı ildən sonra yenidən nəşri, təbliği 
və  tədqiqinə icazə verilən, lakin arxaik dilinə görə filo-
logiya sahəsinin məhdud sayda adamları dairəsində qalan 
«Kitabi-Dədə Qorqud» Anarın kino-dastanı  əsasında ek-
ranlara çıxan filmin hesabına ümummilli səviyyədə popul-
yarlıq qazanıb» (78, 40). 
Anarın «Dədə Qorqud» yaradıcılığının  əsasında 
«Dədə Qorqud» povesti durur. Başqa sözlə, «Kitabi-Dədə 
Qorqud» eposu onun yaradıcılığında həm uşaqlar üçün 
bədii-kütləvi formada işlənmiş, müəllif epos əsasında həm 
povest yazmış, həm də kinossenari (özünün adlandırdığı 
kimi: «kinodastan») işləmişdir. Anarın biri-birindən ayrıl-
maz olub, əslində, bir «bütöv əsəri» (vahid yaradıcılıq ha-
disəsini) təşkil edən bu yaradıcılığının mərkəzində «Dədə 
Qorqud» povesti durur. Əslində, vahid bir əsər olub, 
kinoda, səhnədə müxtəlif versiyaları işlənmiş bu yaradıcılı-
ğın çox uğurlu taleyi var. Həmin əsərlər Azərbaycan və rus 
 106
dillərində Bakıda və Moskvada dəfələrlə  nəşr olunmuşdur 
(bax: 39; 40; 41; 44; 47; 367; 368; 369; 370 və s.). 
«Dədə Qorqud» povestində Anarın eposa bədii 
yanaşma üslubu indiyədək nəzərdən keçirdiyimiz 
M.Rzaquluzadə və Ə.Muğanlı üslubları ilə bəzən üst-üstə 
düşsə  də,  əslində, tamamilə  fərqlidir. M.Rzaquluzadə öz 
əsərlərini eposun, əsasən, iki boyunun süjeti əsasında qələ-
mə almışdır. Ə.Muğanlı  eposun süjetini yox, ümumi bə-
dii-estetik ruhunu əsas götürmüş  və onu Avesta görüşləri 
ilə  bədii cəhətdən sintez etmişdir. Anarın yaradıcılığında 
isə povestə «bütöv» yanaşma var. Yəni ilk baxışdan elə 
təsir bağışlayır ki, onun povestində «Dədə Qorqud» dasta-
nı, müəyyən yaradıcı əməliyyatlarla, müasir nəsr təhkiyəsi 
əsasında, sadəcə olaraq, bədiiləşdirilmişdir.  Əslində isə 
məsələ göründüyündən daha mürəkkəbdir. Povesti diqqət-
lə oxuduqda biz yaradıcı müəllifi əsərin hər bir səhnəsində 
aydın  şəkildə müşahidə edirik. Anar sanki özü əsərin bir 
obrazıdır, ancaq gözə görünmür. Burada müəllif subyekti 
ilə eposun canı və ruhunu təşkil edən Dədə Qorqud obrazı 
arasında bir bağlılıq var. «Kitabi-Dədə Qorqud» eposunda 
Dədə Qorqud obrazı boyların hamısının süjetində  iştirak 
etmir, bəzən gəlib igidliyə görə ad verir, Beyrəyin elçi-
liyini edir və s. Əsas rolu isə boyların sonunda gəlib «boy-
boylamaq, soy-soylamaq, oğuznamə düzüb-qoşmaq»dır. 
Yəni bu obrazın süjet fəallığı yoxdur. O, süjet hadisələrinə 
birbaşa dəxli olan digər obrazlardan fərqlidir. Onlarla həm 
bir sırada (süjetdə), həm də onların fövqündə (süjetin üs-
tündə) durur. «Oğuznamə» yaradan Dədə Qorqudun digər 
obrazlardan fərqli olaraq «müəllif» statusu var. Dədə Qor-
qud - müəllif-obrazdır. Yazıçı Anarı da biz povestdə 
«müəllif-obraz» kimi «görürük». Ancaq bu, gözlə müşahi-
də olunan görüntü deyil. O, sanki povestin süjetinin için-
dədir, ancaq zahirən gözə görünmür. Burada çox maraqlı 
obraz kombinasiyası var. Eposun obrazlar sistemi «Bütün 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə