Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə22/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   18   19   20   21   22   23   24   25   ...   89

 87 
bağlı olub, mərasimlərlə müşayiət olunur (34, 15-21; 79, 
81-84; 239; 262, 104). Yakut miflərində insanlara adlar 
göydən gəlir: onları Günəş insanlara yollayır (364, 17). 
Eposda bütün milli-mənəvi dəyərlərin konsentrasiya olun-
duğu «Dədə Qorqudun aparılmış  tədqiqata görə  «əsas 
funksiyalarından biri advermədir» (303, 47). «Kitabi-Dədə 
Qorqud»da adqoyma hökmən bir mərasim, yaxud hadisə 
ilə bağlı olur (129, 15). Bu, anadan olanda uşağa, bəzən də 
igidliyə, hünərə görə yeniyetməyə xüsusi ad qoyulması 
mərasimidir (65, 9). Bu adqoyma mərasimləri oğuz cəmiy-
yətinin həyatında mühüm rol oynayan çox ciddi bir hadi-
səyə - elin, obanın bütün ağsaqqallarının, hörmətli bəy-
lərin iştirakı ilə keçirilən  əsil xalq məclislərinə çevrilir
özünün formasına, ictimai-əxlaqi qayəsinə,  ədalətli, de-
mokratik məzmununa görə diqqəti cəlb edir (121, 21). 
Povestdə hadisələrin sonrakı inkişafı «Ov» hekayə-
sində (3-cü) davam etdirilir. Burada eposda olduğu kimi, 
ovda Buğacın başına gələnlər canlı  bədii dillə  təsvir olu-
nur. İlk ovuna gedən Buğac öz məharətini atasına göstər-
mək istəyir. Yasavulbaşı Dirsə xana bildirir ki, «görürsən, 
namərd oğul oxla səni vurmaq istəyir. Amandır, cəld ol, 
səni öldürmədən sən onu öldür» (294, 21). Beyni yalan-
larla doldurulmuş Dirsə xan bundan vahiməyə düşür və 
oxla öz oğlunu vurur. 
Silsilənin 4-cü hekayəsinin («Ana ürəyi - dağ çiçə-
yi») əsas leytmotivini qlobal və konkret təzahür anlamla-
rında götürülmüş «məhəbbətin gücü» ideyası  təşkil edir. 
Hekayənin  əvvəlindəki təsvirlər vətən gözəlliklərinə  mə-
həbbət duyğusu oyatmaq, estetik zövq aşılamaq baxımın-
dan çox uğurlu alınmışdır. Güclü poetik təsir bağışlayan 
həmin təsvirdə ana yurdun zəngin təbiəti, bahar vaxtı yük-
sək bədii ustalıqla tərənnüm olunmuşdur.  
Güclü təbiət təsvirləri Buğacın anası Anaxatunun bir 
ana kimi daxili iztirablarının təsviri ilə üst-üstə düşərək 
 88
yüksək emosional-bədii ovqat yaradır. Bu baxımdan, Ana-
xatun Azərbaycan ədəbiyyatında yaradılmış surətlər içəri-
sində, obrazlı desək, «Xatun Ana» obrazı kimi diqqətəla-
yiq başlanğıcdır. 
Hekayədə dövrün bədii-estetik tələbləri ilə bağlı ma-
raqlı bir məqam var. Ana öz oğlunu tapır. Buğac ona deyir 
ki: «Ana, ağlama, qorxma, bu yaradan mənə ölüm yoxdur. 
Boz atlı  Xızır yanıma gəldi, üç dəfə yaramı  sığadı. «Bu 
yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə anan südü sənə 
dərmandır» - dedi» (202, 137) 
Hekayədə isə bu sözlər Xızırın yox, Dədə Qorqudun 
- «ağ saçlı, ağ saqqallı, nurani bir pirin», Buğaca «ad ve-
rən o qoca ozanın» dilindən verilir (294, 21). Bu obrazdə-
yişmə  təsadüfi olmayıb, yazıçının yaşadığı dövrün bədii-
estetik normalarını əks etdirir. Belə ki, həm Qorqud, həm 
də  Xızır obrazı  qədim mifoloji görüşlərlə bağlıdır. Lakin 
xalqın arxaik yaddaşında yer tutan Qorquddan fərqli ola-
raq, Xızır Azərbaycan xalqının dini görüşlərində, inanc-
larında bu gün də yaşamaqdadır. Müqəddəs Quranda Xızır 
peyğəmbər kimi təqdim olunur.   
İslami görüşlərə görə, Xızır müsəlman rəvayətlərinin 
personajı, ilk insanlardan biri, əbədi həyat bəxş olunmuş 
insan, dörd ölümsüzdən biridir. Adalarda yaşayır, havada 
uçur, həmişə yer üzündə  səfərdədir, dənizdə üzənlərin 
hamisidir. Onu dua ilə köməyə çağırmaq olar, müxtəlif 
bədbəxtliklərin qarşısını alır. Rəngi yaşıldır, suyun bitki-
lərə verdiyi həyatı təcəssüm etdirir (383, 262). Türk mifo-
loji görüşlərində  Xıdır//Xızır göy-göyərti, yaşıllıq məbu-
du,  İlyas isə su məbudu olmuşdur (304, 58). İlyas vəzifə 
bölgüsünə görə Xızırın yanında yer alsa da, Xızırın hər iki 
tərəfdə, yəni həm quruda, həm də  dənizdə  əsas rolları 
yerinə yetirdiyi göz qabağındadır. Xızırın həm quruda
həm də dənizdə etdiklərindən bəhs edən çoxlu əfsanələrlə 
müqayisədə İlyasdan danışan əfsanələrə çox az rast gəlinir 


 89 
(363, 123). Bu obraz Yaxın Şərqin bir sıra mifoloji obraz-
larının səciyyəsini özündə  cəmləşdirsə  də, o, sırf müsəl-
man mifik obrazıdır (380, 221-222). Xızırın funksiyaca çox 
geniş  məna tutumu var: yazın gəlişi ilə bağlı funksiyaları; 
xilaskarlıq, itənlərə yol göstərmə; buta vermə; aşiq, aşıq 
etmək; sonsuzlara övlad vermək; gəncliyin hamisi, ailə-
məhəbbət məbudu; adqoyma; ölüləri diriltmə (62, 112). 
Göründüyü kimi, eposdakı Xızır obrazı azərbaycan-
lıların dini inanclarında çox geniş yayılmış və yaşamaqda 
olan canlı obrazdır. Dinə, xurafata qarşı amansız mübarizə 
aparılan, allahsızlar cəmiyyəti, partiyası yaradılan bir 
dövrdə M.Rzaquluzadə  Xızır obrazını  əsərdə saxlaya bil-
məzdi. Lakin o, uğurlu gediş etmiş, onu Qorqudla əvəz-
ləmişdir.  
Yazıçı sonrakı hekayələrdə  dərin psixoloji səhnələr 
işləmişdir. Povestin 5-ci hekayəsində («Çapar») aldadılmış 
atanın peşmançılıq sarsıntıları təsvir olunur. 6-cı hekayədə 
(«Ata sevgisi») Dirsə xanın övladına olan sevgisini yazıçı 
böyük ustalıqla onun Buğac haqqındakı  uşaqlıq xatirələri 
fonunda verir. Maraqlıdır ki, burada öz övladına əl qaldır-
mış atanın durumu böyük ədib N.Nərimanovun «Nadir 
şah»  əsərində atanın öz övladını öldürməsinə  bənzəyir. 
Yaxın bildikləri adamlar tərəfindən aldadılan hər iki ata 
(Dirsə xan və Nadir şah) bu addımı xalq, cəmiyyət naminə 
atırlar. Nadir şah əsərin sonunda deyir: «Pərvərdigara! Gü-
nahım çoxdur. Yaman dərdlə ölürəm, nahaq yerə. Heç kə-
sə pislik etməmişəm. Hər kəsə də yamanlıq etmişəm. Ümu-
mi xeyri nəzərdə tutmuşam. Vətən salamat qalsın fikrində 
olarkən canımı  vətənin və millətin yolunda sərf etmişəm. 
Oğlumun gözlərini vətənə qurban etmişəm» (268, 154) 
M.Rzaquluzadə Dirsə xanın sarsıntılarının o qədər 
canlı və təsirli təsvir etmişdir ki, bu obraz psixoloji obraz 
səviyyəsinə qalxmışdır. Yazıçının bu istedadı povestin 
sonuncu («Cana - can, qana - qan») hekayəsində  mənəvi 
 90
idealın bədii-estetik təntənə çalmasının təsviri zamanı 
xüsusilə parlaq təzahür etmişdir. Buğac eposda da, povest-
də  də  qələbə çalır. Eposun estetikası xeyirin şər üzərində 
qələbəsinə xidmət edir. Bu müasir dövrün bədii-estetik 
normaları ilə də üst-üstə düşürdü. Buğacın əsərin sonunda 
söylədiyi «Gedin bütün cahana bildirin ki, bizim eldə can 
deyənə - can deyərlər, qan deyənə qan!» (294, 32) «bəya-
natını» M.Rzaquluzadə, əslində, Azərbaycan xalqının dün-
yaya münasibətinin manifestasiyası səviyyəsinə qaldırır. 
Yazıçının öz povestlərində «Buğac» və «Bamsı Bey-
rək» boylarına müraciət etməsi səbəbsiz deyildi. Bunlar 
son dərəcə dramatik boylar olub, təkcə Azərbaycanda de-
yil, eləcə də Cənubi Azərbaycanda (İranda) və Türkiyədə 
dəfələrlə ayrıca çap olunmuş (bax: 104; 357; 358; 359 və 
s.), tədqiqatçıların diqqətini cəlb etimşdir. Xüsusilə Bamsı 
Beyrəyin ölümü ilə bağlı çox maraqlı tədqiqatçı yozumları 
vardır (bax: 14; 210; 235; 243; 272 və s.). Lakin oğuz-türk 
epik  ənənələrinin bu obrazlarda təcəssüm edən başqa bir 
keyfiyyəti onların yazıçıya verdiyi «mənəvi manevr» 
imkanlarıdır. M.Rzaquluzadə, şübhəsiz ki, bu obrazlara üz 
tutarkən onların məhz bu keyfiyyətindən istifadə etmişdir. 
Başdan-başa etnik-milli ideyalarla bəzənmiş dastanı anti-
milli mahiyyətə malik sovet epoxasına gətirmək üçün ya-
zıçı dastandan daha çox mənəvi təqdimat imkanları geniş 
olan obrazlar götürməli idi. M.Rzaquluzadə obrazların bu 
«mənəvi manevr etmək» imkanlarından məharətlə istifadə 
edərək «Dədə Qorqud» motivlərinin müasir Azərbaycan 
ədəbiyyatında bədiiləşdirilməsi sahəsində «mənəvi istiqa-
mətin»  əsasını qoymuşdur. Milli nəsrimizdə bu «mənəvi 
istiqamətin» səmərəli davamını yazıçı  Ə.Muğanlının 
(Qurbanovun) nəsrində müşahidə edirik. Yazıçının «Dədə 
Qorqud» motivləri  əsasında yazdığı  əsərlər 1968-ci ildə 
çap olunmuş «Məclisə  Dədə Qorqud gəldi» adlı hekayə-
əfsanəni (226), 1973-cü ildə çap olunmuş «Qorqud 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə