Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə23/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   19   20   21   22   23   24   25   26   ...   89

 91 
dədənin öyüdü» hekayəsini (247; təkrar nəşri: 248, 5-13) 
və 1969-1972-ci illər arasında yazılmış «Şəhriyar» poves-
tini (249, 60-102) əhatə edir.  
Yazıçının yaradıcılığında, göründüyü kimi, keçən 
əsrin 60-cı illərinin sonu -  70-ci illərinin əvvəlində özünü 
göstərən «Dədə Qorqud» motivlərindən məhz «mənəvi 
istiqamətdə» istifadə olunması haqqında  ədəbiyyatşünas 
alim N.Ələkbərli yazır ki, müasir Azərbaycan nəsrində 
«Kitabi-Dədə Qorqud» mövzusunda məhsuldar işləyən 
nasirlərdən biri də Əhmədağa Muğanlıdır. Onun «Məclisə 
Dədə Qorqud gəldi», «Qorqud Dədənin öyüdü» əfsanə-
hekayələrində «Kitabi-Dədə Qorqud» mənəvi  ənənələrin-
dən (kursiv bizimdir - Y.İ.) bəhrələnən müəllif doğma 
yurda bağlılıq, sevgiyə, dostluğa sədaqət və s. kimi əxlaqi 
sifətləri (kursiv bizimdir - Y.İ.) ön plana çəkir. «Şəhriyar 
əfsanəsi» povestində hadisələrin baş verdiyi məkan Muğan 
olsa da, personaclar «Kitabi-Dədə Qorqud»dan tanıdığı-
mız obrazlardır. Ə.Muğanlının hələ çap olunmamış «İtiril-
miş dastanlar» roman-dastanında hekayələr və povestdə 
olduğu kimi xalqın qədim mənəviyyatını və əxlaqını, eləcə 
də onun birliyini qorumaq ideyası durur. Əsərdə oğuzlar - 
müsəlman, albanlar - xaçpərəst, suvarlar - atəşpərəst kimi 
təsvir edilsələr də, dar ayaqda bir-birlərinin köməyinə 
çatırlar. Romanda Bayındır xan - Oğuz xan kimi, Dədə 
Qorqud bütün türklərin müqəddəs övliyası kimi təsvir olu-
nur. Yazıçı bu mövzuda ikiseriyalı bədii filmin ssenarisini 
də yazmışdır (118, 15-16). 
Ə.Muğanlının «Dədə Qorqud» motivləri mövzusun-
dakı yaradıcılığında tədqiqatçı  Ş.Məmmədovun diqqətini 
müəllifin daha çox eposun dilinin obrazlar aləminə dərin-
dən nüfuz etməsi cəlb etmişdir. Alim göstərir ki, Ə.Mu-
ğanlı «Dədə Qorqud» boylarına, boylardakı obrazlı ifadə-
lərə eposun poetik sintaksisinə daha çox üz tutanlardandır. 
Bu istifadə bir neçə baxımdan fərqlidir. Belə ki, müəllif 
 92
«Şəhriyar  əfsanəsi» povestində  Qədirlə Gözəlin toyuna 
Dədə Qorqudu gətirir, onun oğuznamə qoşduğunu bədii 
detal kimi əsərə daxil edir. Üstəlik povestin dilini təşkil 
edən bir sıra ideomatik ifadələr, söz birləşmələri işlədir: 
«Qılıncıma doğranayım! Öz oxuma sancılayım!», «Çal qı-
lıncın,... yetdik!», «yarımasın, yarçımasın...» və s. «Şəhri-
yar əfsanəsi» povestinin qəhrəmanları da - qızla oğlan ox 
atır, qurşaq tutur, at çapırlar; onlar da ox atır və ox düşən 
yerdə gərdək qurur, dost gəlməsə, darda olan dost azadlığa 
çıxmasa, gərdəyə girmirlər; Muğan elinin igidləri Dədə 
Qorqud nəsihəti ilə basdıqlarını kəsmir, saza, sözə hörmət 
qoyur, el ağsaqqalının sözünə əməl edirlər. Şəhriyar mələ-
yi Gözəl silahdaşları olan qızlara Qorqud qəhrəmanı kimi 
müraciət edir: «Hey mənim qız qardaşlarım...» Bağır bas-
maq, baş  əyib salam vermək, döyüş günü bir-birinə arxa 
olmaq... kimi mənəvi-fiziki mədəniyyət xüsusiyyətləri 
həm «Dədə Qorqud», Həm də «Şəhriyar əfsanəsi» qəhrə-
manlarının xüsusiyyətləridir (241, 54).   
Öncə qeyd edək ki, Ə.Muğanlının bu üç əsərini (iki 
hekayə və bir povest) biri-biri ilə birləşdirən, onların «va-
hid» əsərin tərkib hissələri kimi qovuşduran bir forma-janr 
xüsusiyyəti var. Yazıçı həm hekayələrini, həm də povesti 
janr, forma, həcm  keyfiyyətlərindən asılı olmayaraq bir 
«əfsanə» kimi düşünmüşdür. Bu, diqqət cəlb edən mühüm 
məsələdir.  Ə.Muğanlı öz hekayələrini janr baxımından 
«hekayə-əfsanə» hesab etmiş, povestini isə məzmun baxı-
mından «əfsanə» sözü ilə adlandırmışdır: «Şəhriyar  əfsa-
nəsi». Bunun ciddi səbəbləri var. Fikrimizcə, bu məsələ 
yazıçının «Kitabi-Dədə Qorqud» motivlərinə müraciətdə 
tapdığı bədii üsul, tarixlə («Dədə Qorqud» eposu) müasir-
liyi birləşdirməyin ədəbi-bədii üslubudur. Keçmiş, bu gün 
və gələcəyin biri-birinə qovuşması rasional zaman anlayı-
şının mifik-irrasional zamanla əvəz olunması  əfsanə janrı 
üçün səciyyəvidir. Bu janrdan bəhs edən görkəmli 


 93 
Azərbaycan alimlərinin çoxsaylı  əsərlərində  əfsanələrin 
zamanları və məkanları, tarixi və müasirliyi mif, fantastika 
aspektində birləşdirdiyini, yəni «möcüzəyə inam», «dünə-
ni və bugünü birləşdirmək», «əski inanclarla səsləşmək», 
«gerçəklik haqqında fantastik təsəvvürləri özündə  əks 
etdirmək», «bədii keyfiyyətə malik olmaq», «gerçəkliklə 
fantaziyanı biri-birinə qovuşdurmaq», «dünyanı izah et-
mək», «tarixi həqiqəti müxtəlif  şəkillərdə  əks etdirmək», 
«gerçəkliyin hiperbolizmi (bədii  şişirdilməsi)», «ekzote-
riklik - batini bilgilərlə bağlılıq», «gerçəkliyi məkan-za-
manın təkrarlanmasında təqdim etmək», «gerçəkliyin 
mənşəyini izaha iddia etmək» «dünyanı çevrilmələr kimi 
təcəssüm etdirmək» və s. kimi keyfiyyətləri daşıdığını bu 
janrın  əsas xüsusiyyəti kimi göstərmişlər (1, 3; 259, 282; 
305, 216; 306, 50; 275, 45; 279, 7; 281, 65; 282, 11; 350, 
271; 109, 129; 356, 128; 322, 19-20; 133, 60; 134, 245; 
135, 69; 148, 33; 211, 338 və s.). Ə.Muğanlı da həm 
forma, həm də məzmun baxımından əfsanələrin janr poeti-
kasının sonsuz məkan-zaman hüdudlarından istifadə et-
məklə müasir düşüncəmizin dərinliklərində yaşayan «Də-
də Qorqud» arxetiplərini canlı  mənəviyyat və  ədəbiyyat 
hadisəsinə çevirə bilmişdir. 
Yazıçının «Dədə Qorqud» motivləri ilə bağlı  əsər-
lərini nəzərdən keçirərkən bir cəhəti də müşahidə etmək 
olur. Bu, da ondan ibarətdir ki, istər hekayələr, istərsə də 
povest - üçü də sanki bir əsərin tərkib hissələridir. Bunu 
onunla izah etmək olar ki, «Dədə Qorqud» motivləri keçən 
əsrin 60-cı illərinin sonu - 70-ci illərinin əvvəlində Ə.Mu-
ğanlının düşüncəsini dərindən məşğul etmiş, bu motivlər 
əvvəlcə hekayə-əfsanələr, daha sonra povest-əfsanə şəklin-
də öz bədii təcəssümünü tapmışdır. Bu cəhətdən, yazıçının 
«Dədə Qorqud» motivləri  əsasında yaradıcılığının  əsas 
keyfiyyətlərini özündə  «Şəhriyar  əfsanəsi» povesti bir-
ləşdirir. 
 94
«Şəhriyar  əfsanəsi»ndən bəhs edən müəlliflər onu 
«Dədə Qorqud» motivlərini əks etdirən əsər kimi səciyyə-
ləndirirlər. Lakin məsələnin bu cür qoyuluşu «Kitabi-Dədə 
Qorqud» eposunun müasir Azərbaycan ədəbiyyatına təsiri-
ni öyrənmək baxımından özünü doğruldur. Əslində isə bu 
povest özündə iki ənənəni - «Kitabi-Dədə Qorqud» və 
Avesta-Zərdüştilik  ənənələrini  əks etdirir. Bu, təhlil nəti-
cəsində üzə  çıxan müşahidə deyil. Yazıçı  əsərin məzmu-
nunu Azərbaycan xalqının qədim fəlsəfi-mifoloji, epik-
fəlsəfi görüşlərindən «yoğurmuşdur». Bu cəhət əsərin hər 
bir səhifəsində, mətnin bütün poetik səviyyə  və element-
lərində özünü açıq-aşkar göstərən məna xüsusiyyətidir. 
Ə.Muğanlının povesti bu poetik-üslubi xüsusiyyətlə-
rinə görə daha çox görkəmli yazıçı Y.V.Çəmənzəminlinin 
1934-cü ildə yazdığı «Qızlar bulağı» romanı ilə  səsləşir. 
Həmin roman Avesta-Zərdüştilik görüşlərinin motivləri 
əsasında yazılmışdır.  Ə.Muğanlının «Şəhriyar  əfsanəsi» 
povestində «Qızlar bulağı» romanının üslubi-poetik təsiri 
bir çox məqamlarda aydın müşahidə olunur.      
«Dədə Qorqud» motivlərindən «mənəvi istiqamətdə» 
istifadə  «Şəhriyar  əfsanəsi» povestini M.Rzaquluzadənin 
povestləri ilə birləşdirən əsas keyfiyət olsa da, bir poetik-
üslubi fərq diqqəti ayrıca cəlb edir. M.Rzaquluzadənin po-
vestlərində dastanın əsasən iki boyunun («Bamsı Beyrək» 
və «Buğac» boyları) süjet xətti əsas götürülmüşdür. Ə.Mu-
ğanlının povestində isə bu halı müşahidə etmirik. O, əsər-
də «Kitabi-Dədə Qorqud» eposu və Avesta-Zərdüştilik gö-
rüşlərinin ruhunu «mənəvi istiqamətdə» romantik-bədii 
yolla qovuşdurmuşdur. 
Ə.Muğanlının povestində tarixin romantik təqdimatı 
müasir dövrün gerçəkliyi ilə maraqlı  şəkildə birləşdirilir. 
Belə ki, yazıçı povest-əfsanənin məzmununu Muğanda 
(Biləsuvar rayonunda) hazırda mövcud olan qədim qala 
yeri  Şəhriyarla  əlaqələndirir.  Əsər bu «tarixi» detalla 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə