Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə34/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   30   31   32   33   34   35   36   37   ...   89

 135 
hansı bir məqamın bütöv və  dərindən qavranılmasına 
böyük köməkdir. Bu səbəblər, başqa sözlə desək, bu mo-
tivlər nə şəkildə özünü göstərir? Demək olar ki, bir, ya iki 
söz, cümlə, davranış  tərzi, adi ştrix, detal da gözəgörün-
məz gərgin bir münasibətlər kələfinə işarə edə bilir və ya-
xud, bir kələfin yaranmasını şərtləndirir. Bu işarələr müx-
təlif səviyyəli olsalar da (məsələn: söz və davranış  tərzi; 
cümlə  və detal və s.) öz aralarında pozulmaz bir sistem 
yaratmış kimidirlər» (16, 11-12). 
Əslində, «Yarımçıq Əlyazma» romanında gerçəkləş-
dirilmiş müəllif konsepsiyası - müəllifin düşüncədə qurdu-
ğu roman modelinin prinsipləri bütövlükdə bu gizli mə-
qamlarla bağlıdır. Çünki K.Abdulla bu məqamları əsas he-
sab etməklə yanaşı, onları məhz bədiiləşdirmə planı sayır: 
«Bəlkə də, gizli motivlər sistemi burada, əslində, əsas bə-
diilik planıdır. Bədiiliyin bu cür qavramında bütöv situasi-
yalar və  gərgin dramatik məqamlar sanki gözə girmədən 
ömr edir, bir növ, sualtı üzür» (16, 11-12). 
İndi isə «Kitabi-Dədə Qorqud»da K.Abdullanın 
əsaslandığı bir sıra gizli işarələrə diqqət edək. Bunlardan 
birincisi və  əsası romanda Alp Aruzun Bayındır xan 
tərəfindən bəyənilmiş haqlı mövqeyi ilə bağlı  işarədir. 
«Salur Qazanın evinin yağmalanması boyu»nda Qazan 
bəylərlə ova çıxarkən Aruz qərargahın başsız qalmasından 
qorxub soruşur: «Ağam Qazan, sası dinli Gürcüstan sər-
həddinə gedirsən, qərargahının üstünə kimi qoyursan?». 
Qazan dedi: «Oğlum Uruz üç yüz igidlə evimin keşiyində 
dursun» (202, 140). 
Qazan burada böyük məsuliyyətsizlik edir. O, evini 
heç bir döyüş bilməyən, yeniyetmə Uruza etibar etməməli 
idi. Lakin o, evinin üstundə  təcrübəli bir bəyin qalmasını 
da öz hakimiyyətinə təhlükə saydığı üçün bu işi bir uşağa - 
Uruza tapşırır. 
 136
«Bamsı Beyrək boyu»nda Beyrək kafir bəyinin 
qızını oğuz igidlərinin əxlaqına yad olan bir motivlə alda-
dır. Ona evlənməyə and içir: «Qız Beyrəyə aşiq olmuşdu, 
ona görə də dedi: «Əgər səni hasardan örkənlə aşağı salla-
sam, sağ-salamat ata-ananın yanına getsən, məni burda 
halallıqla alarsanmı?» Beyrək and içdi: «Oğuz yurduna sa-
lamat çatsam, gəlib səni halallıqla almasam, qılıncımla 
doğranım! Oxuma sancılım! Yer kimi çatlayım, torpaq ki-
mi sovrulum!» (202, 157).  
Bu motivi araşdırmış tədqiqatçılar Beyrəyin dastanda 
ölümünün səbəbləri sırasında onun and içməsinin rolunu 
ayrıca qeyd edirlər (14; 208; 235; 241; 272 və s.). Lakin 
bu motivdə bizə bir cəhət daha maraqlı gəlir. Beyrək Oğu-
za düşmən Bayburd qalasında dustaq olsa da, qalanın bə-
yinin qızı belə hesab edir ki, Beyrək gəlib onu halallıqla, 
yəni dədə-baba qaydası ilə, ağsaqqalların elçiliyi ilə ala bi-
lər. Yəni Oğuza düşmən qalanın bəyi qızı hansısa münasi-
bətlər zəminində Beyrəyə verə bilər. K.Abdulla bu gizli 
detalı romanda Beyrəyin Bayburd qalası ilə gizli əlaqələ-
rinə qədər inkişaf etdirmişdir. 
Dastanda «Bəkil oğlu İmranın boyu»nda ovdakı bü-
tün bəylər Bəkilin hünərini təsdiq etsələr də, Salur Qazan 
Bəkilin hünərini inkar edərək, onu açıqdan-açığa təhqir 
edir. Bəkil ona deyir: «İgidlər içində bizi bədnam edib, 
quşqunumuzadək palçığa batırdın» (202, 202-203). Ovda 
yaralanmış  Bəkilin evinə düşmən hücum edərkən Bəkillə 
oğlu arasındakı söhbət zamanı  oğulun dediyi : «Qazan 
kimdir? Mən onun əlini öpməmişəm» (202, 140) sözləri 
də böyük konfliktdən xəbər verir. Salur Qazan bəylərbəyi 
idi. Bəkilin oğlu  İmran onun əlini öpməmişdisə, demək, 
ona itaət andı içməmişdi. 
Belə detallar - «gizli işarələr» dastanda çoxdur və 
K.Abdullanın öz elmi və  bədii yaradıcılığındakı yeni yo-
zum konsepsiyası dastandakı məhz belə işarələrin açımına 


 137 
əsaslanır.  Əlbəttə, demək olmaz ki, romanın bütün süjeti 
dastandan gələn işarələrin düzümündən ibarətdir. Əgər be-
lə düşünsək, bu halda K.Abdullanın yazıçı istedadını, bə-
diiləşdirmək qabiliyyətini, poetik təxəyyül və fantaziyasını 
inkar etmiş olarıq. Bu cəhətdən roman, əslində, dastandan 
gələn gizli işarələrlə yazıçı  təxəyyülünün qovuşmasından 
yaranmış orijinal mətn hadisəsidir. 
«Yarımçıq Əlyazma» romanı orijinal kompozisiyaya 
malikdir. Burada mətnin üçü bədii, biri elmi olmaqla dörd 
ifadə planı var: 
Birincisi, romanın təhkiyəçi Qorqud da daxil olmaq-
la oğuzlardan bəhs edən əsas süjet planı; 
İkincisi, təhkiyəçi Qorqudun birinci süjet planındakı 
bütün hadisələrə müstəqil münasibətini ifadə edən və 
mətndə mötərizə içərisində verilmiş plan; 
Üçüncüsü, romanda zamanın sinxronlaşdırılması 
(paralelləşdirilməsi) prinsipinə  əsaslanmaqla  Şah  İsmayıl 
Xətaidən bəhs edən süjet planı; 
Dördüncüsü, romanda müəllifin - K.Abdullanın bir-
başa iştirakını  təmin edən və  mətndə ayrıca  şrift düzümü 
ilə verilmiş elmi şərh planı. 
Birinci səviyyə romandakı bütün mətn elementlərini 
birləşdirən əsas xəttdir. Dədə Qorqud özü də bu xəttin içə-
risində bir obrazdır. Lakin Dədə Qorqudun əsas süjet içəri-
sində bir özəl, bütün süjetin içərisində avtonom məkanı 
təşkil edən təhkiyə qatı da var. Bunlar Dədə Qorqudun 
gərgin süjet hadisələri içərisində dilinə gətirməyib ürəyin-
də düşündüklərindən ibarətdir. Poetik baxımdan bunu da-
xili monoloq adlandırmaq doğru olar. K.Abdulla Qorqu-
dun daxili monoloqunu əvvəldən axıradək fərqli plan sə-
viyyəsində saxlamışdır. Hətta bu planı əsas süjet planından 
fərqləndirmək üçün onu mötərizədə vermişdir. Nümunəyə 
diqqət edək. 
 
 138
Əsas süjet planı:  
«Bayındır xan xatunlara üzünü tutdu: 
- Qızlar, sizə kimdən deyəlim, haradan söyləyəlim - 
Trabzon məliyindən söz açalım. Elçisi gəldi. Bizim Qan-
turalı var ya?! Ondan şikayətçi imiş. Uzun qəziyyədir... 
Amma Məlik Trabzonun ipəyinin, baftasının seçib-seçib 
əntiqini, gözəlini göndərmiş, indi söhbətimizi edəlim, biti-
rəlim, sonra Qılbaş sizi götürər, gedin, baxın, seçin, həpsi 
sizin olsun. Nə dersiniz? 
- Sağ ol, Xan baba. Malın-dövlətin tükənməsin.  
- Sağ olasan, Xanlar xanı. Sənin tayın-bərabərin 
Qalın oğuz bir yana, tüm fani dünyada yoxdur, bilirmisən? 
- Banuçiçək dedi»    
Ardı ilə Qorqudun daxili monoloq planı:  
(Mən dəxi bu sözü unutmadım: «sənin tayın-bərabə-
rin fani dünyada yoxdur». Fani dünya ha. Xatunda sözə 
bax)» (20, 184). 
 Qorqudun daxili monoloq planı avtonom məkan 
olsa da, əsas süjet planının içindədir. Bu baxımdan,  Şah 
İsmayıl Xətaidən bəhs edən plan tam müstəqildir.  Əsas 
süjetə  qəfildən daxil olur və onunla heç bir süjet-hadisə 
əlaqəsi yoxdur. Bu süjetin qısa məzmunu ondan ibarətdir 
ki, Şah İsmayıl Lələ Hüseyn vasitəsi ilə özünə Xızr adında 
bir oxşar («dvoynik») tapdırır. Xızrı o qədər məşq etdirir-
lər ki, o, bütün danışığı  və davranışları etirbarilə  də  Şah 
İsmayılın oxşarına çevrilir. Şah İsmayıl Çaldıran döyüşün-
də məğlub olanda yaşamağı mənasız sayır. Xızrı öz yerinə 
qoyub birdəfəlik yox olur. 
Romanda təsvir olunmuş bu hadisənin tarixi Şah İs-
mayılla heç bir əlaqəsi yoxdur. Tarixi mənbələr bu hadisə-
yə dair heç bir işarə vermirlər. Bu səbəbdən tənqidçilər 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə