Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə35/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   31   32   33   34   35   36   37   38   ...   89

 139 
K.Abdullanı tarixi avantürcəsinə  təhrif etməkdə, Xətaini 
təhqir etməkdə  və s. qınamışlar. Ancaq məsələnin bu cür 
qoyuluşu müəllifin əsərdə reallaşdırdığı bədii konsepsiya-
nı, sadə desək, izah edə bilmir. 
Müəllif iki Şah  İsmayıl obrazı yaratmışdır. Bunlar-
dan «birincisi» - həqiqi  Şah  İsmayıl cismən bu dünyada 
olsa da, ruhən  göylər dünyasındadır. «İkinci» Şah İsmayıl 
- Xızr bu dünya üçün doğulmuşdur: cismi ilə də, ruhu ilə 
də yerdədir. O, heç vaxt fani yer dünyasından qopa bilmir 
və sonda bu dünyaya bağlılığının qurbanı olur. «Birinci» 
Şah İsmayıl yer üzündə güclə qalır: ruhu onu göylərə çə-
kir.  Şahi-Mərdan onu göylərə  səsləyir. Çaldıranda həqiqi 
şah qeyb olmamışdan  əvvəl onunla Xızr arasında dialoq 
olur. Xızr ona yalvarır ki, getmə. O deyir: «- Kəsmə sözü-
mü. Mən bu boyda məmləkəti fəlakətdən saxlaya bilmə-
dim. Amma bu işi eləməliyəm. Gedirəm. Bilirsən, Şahim, 
göydən səs gəldi sabah-sabah qulağıma. Elə bir az əvvəl o 
səsi dübarə eşitdim. «Sənin nə işin var oralarda, gədə?! - 
dedi o səs. - Sən ki öz  işini görüb qurtarıbsan. - Şahi-Mər-
danın səsiydi. - Gəl bura, - dedi, səni axı burda gözlirlər. 
Hamı səni sevənlər burdadı» (20, 146). 
Məsələnin bütün mahiyyəti qeybdən gələn səslə - 
Şahi-Mərdanın çağırış-dəvəti ilə bağlıdır.  Şahi-Mərdan 
konsepti - şiə təriqətli təriqətlərdə Həzrət Əli kultu K.Ab-
dullanını yaratdığı obrazı real münasibətlər səviyyəsindən 
çıxarıb, təsəvvüfi-irfani düşüncə qatına qaldırır. Yəni 
K.Abdullanın yaratdığı  «Şah  İsmayıl» obrazlar komplek-
sini qiymətləndirmənin meyarı tamamilə fərqlidir. Tarixi-
realist yanaşma burada özünü heç doğrultmur. Onu göyə 
səsləyirlər: Xətai yerdəki missiyasını başa vurub. O, cismini 
 140
tərk edib ölməz ruha çevrilir. Yerdə qalan isə cisimdir. O, 
Xızrı öz yerində bir cisim - bədən kimi qoyub gedir. 
 Romanda  əsas süjet ilə Xətai süjetinin arasında ha-
disə əlaqəsi yoxdur. Lakin burada iki zaman sinxronlaşdı-
rılmışdır. Müəllif oxucunu fraqmentar şəkildə bir zaman-
dan o biri zamana aparmaqla, əslində, zamansızlığı nəzərə 
çarpdırır. Xətai süjetində yerlə göyün, adi ilə müqəddəsin 
qarşılaşma modeli oxucuya oğuzlarla bağlı süjetdə baş ve-
rən hadisələrin əsas mahiyyətini başa salır. Yazıçı romanın 
oğuzlarla bağlı süjetini «Dədə Qorqud» dastanının ifadə 
planının altındakı mahiyyət planı  əsasında qurmuşdur. 
Eləcə də dastanın ifadə və mahiyyət planı arasındakı mü-
nasibətlər modelinə  əsaslanıb, Xətai süjetinin «ifadə - 
Xızr» qatı ilə «mahiyyət - Şah  İsmayıl» qatı arasında ilk 
baxışda görünməyən, lakin ruhla, könüllə dərk olunan əlaqə 
qurmuşdur. Beləliklə, romandakı iki əsas süjet planı («Dədə 
Qorqud» süjeti və  Xətai süjeti) dastandan gələn «ifadə-
mahiyyət» modeli əsasında biri-birinə qovuşmuşdur.  
Mətnin dördüncü ifadə planı, deyildiyi kimi, roman-
da müəllifin - K.Abdullanın birbaşa iştirakını  təmin edən 
və mətndə ayrıca şrift düzümü ilə verilmiş elmi şərh planı-
dır. K.Abdulla bundan ötrü «Yarımçıq  Əlyazma» priyo-
munu düşünmüşdür. Roman oxucuya bir çox yerdən və-
rəqləri düşmüş, cırılmış, oxunmaz hala gəlmiş bir əlyaz-
manın mətni kimi təqdim olunur. Harada ki əlyazmanın 
vərəqləri «itir», müəllif oraya «müdaxilə» edir. Başqa 
sözlə, vərəqlərin itməsi müəllifin mətnə daxil olmasının 
üsuludur. Maraqlısı budur ki, müəllif mətnə  bədii obraz 
kimi yox, məhz alim, şərhçi, tədqiqatçı kimi daxil olur. 
Məsələn: «Əlyazma qırılır. Qorqudun ikinci mətləbi açıq-
laması qalır bir qədər sonraya. Amma diqqətli oxucu fikir 


 141 
verib görür ki, Dastanın («Kitabi-Dədə Qorqud»un - Y.İ.) 
mətnindən, daha doğrusu, müqqəddimədən keçən  əsas 
Qorqud müddəalarından biri, yəni «Qaravaşa don geyir-
sən, qadın olmaz» ifadəsi hansı  tərzdə  və hansı  şəraitdə 
yaranmışdır» (20, 115). 
Müəllifin müdaxiləsi, göründüyü kimi, sırf elmi ya-
naşmanı  əks etdirir. Doğrudan da, romanda əlyazmanı 
oxuyan müəllif obrazı doğrudan-doğruya bir alimdir. Bu 
mənada, müəllifin müdaxiləsi,  əslində, kifayət qədər 
mürəkkəb düzülüş ünsürlərinə malik olan kompozisiyanı 
izah etməyə xidmət edir. Lakin bu, məsələnin görünən 
tərəfidir. Bizcə, romandakı bu dördüncü ifadə planını iki 
aspektdə də izah etmək mümkündür: 
Birincisi, K.Abdullanın «Dədə Qorqud» yaradıcılı-
ğında özü tərəfindən yaradılan və inkişaf etdirilən ənənəyə 
sadiq qalması. Onun elmi əsərlərinin həm də  bədii ifadə 
planı var. Bu üslub xüsusilə «Beyrəyin taleyi» əsərindən 
başlanır. Bu əsər iki üslubun - elmi və  bədii üslubların 
qəribə şəkildə qovuşmasından ibarətdir. Lakin burada bə-
dii üslub elmi üsluba tabedir. Elmi və bədii üslubların bi-
rincinin xeyrinə olan bu nisbəti müəllifin «Gizli Dədə 
Qorqud» (1991) və «Sirr içində dastan və yaxud gizli Də-
də Qorqud - 2» (1999) kitablarında da dəyişməz qalmışdır. 
Daha sonra bədii üslub elmi üslubu özünə tabe edir: «Ya-
rımçıq Əlyazma»da müəllif müdaxiləsi elmi üslubu təmsil 
edir. Onun ümumi mətndə fiziki çəkisi nə qədər az olsa da, 
məhz K.Abdulla stilini - elmi və bədii üslubların qovuşma 
ənənəsini təsdiq etməyə kifayət edir. 
İkincisi, romanda müəllif müdaxiləsini təşkil edən 
dördüncü ifadə planı romandakı zaman sinxronlaşdırılması 
konsepsiyasına xidmət edir. Romanda zahirən iki sinxron 
 142
zaman var: Oğuzların təhkiyə zamanı və Xətainin təhkiyə 
zamanı. Amma əslində, cüt-cüt (2-2) olmaqla dörd sinxron 
zaman var. Qorqudun daxili monoloq planı ilə K.Abdul-
lanın mətnə müdaxilə planı  hər ikisi poetik mahiyyətcə 
«müəllif» zamanlarıdır. Beləliklə, romanın məkan-zaman 
qurumu dörd zaman qatından təşkil olunur: 
1. Oğuzlar haqqında təhkiyə zamanı; 
2. Xətai haqqında təhkiyə zamanı; 
3. Qorqudun müəllif təhkiyəsinin zamanı; 
4. K.Abdullanın müəllif-alim təhkiyəsinin zamanı. 
Bu, çox qəliz roman kompozisiyasıdır və bu quruluş 
süjeti son dərəcə mürəkkəb işarələr sisteminə, yaxud 
ədəbiyyatşünas T.Salamoğlunun təbirincə, «əsl yaradıcı-
lıq» hadisəsini ifadə edən «orijinal struktura» çevirmişdir. 
O yazır: «Süjet bədii  əsərin mühüm əhəmiyyətə malik 
komponentlərindən biridir. Bədii əsərin strukturunda süjet 
müstəsna mövqeyə malikdir. Əsl yaradıcılıq nümunəsində 
bədii məzmun orijinal struktur doğurur. Süjet və kompozi-
siyada, fərdi üslub və dildə təzahür edən novatorluq estetik 
qayənin dərindən açılmasına xidmət edir. Beləliklə, ilk ba-
xışda ancaq forma komponenti kimi görünən süjet (eləcə də 
digər kompozisiya elementləri, bədii dil və s.) məzmunun 
bədii ifadəsində əsas şərtlərdən birinə çevrilir» (300, 98). 
K.Abdullanın romanda reallaşdırdığı zaman konsep-
siyasını postmodernist roman konsepsiyası baxımından 
qiymətləndirən T.Salamoğlu yazır ki, K.Abdulla «Yarım-
çıq  Əlyazma»da Zaman haqqında böyük həqiqəti (ya 
bəlkə də, ən acı həqiqəti) oxucuya təqdim etmək yolu tu-
tur. Bütün roman həqiqətin əzablı doğuluşundan ibarətdir. 
K.Abdulla bu prosesdə vasitəçi rolundadır, prosesin gedi-
şinə qətiyyən müdaxilə etmir (301, 101). 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə