Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə43/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   39   40   41   42   43   44   45   46   ...   89

 171 
bərli yazır ki, Doktor Cavad Heyətin və M.Fərzanənin 
«Kitabi-Dədə Qorqud» mövzularının təbliğində böyük 
xidmətləri olmuş, birinci epos haqqında silsilə  məqalələr 
yazmış, ikinci eposu 1979-cu ildə  Təbrizdə  ərəb  əlifbası 
ilə  nəşr etdirmişdir. «Varlıq» jurnalında Azərbaycan  şairi 
Qul Atanın Dədə Qorquddan bəhs edən məsnəvisi, «Dədə 
Qorqud»  ədəbi-bədii jurnalında isə H.Ə.Ətayi, S.Salman, 
H.Tərlan, Eloğlu və başqa  şairlərin «Kitabi-Dədə Qor-
qud»a həsr etdikləri şeirlər və mənzum parçalar çap olun-
muşdur (118, 17). 
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir şeirimi-
zə  təsirindən danışarkən bir mühüm məsələyə  də diqqət 
verməyin gərəkliyi ortaya çıxır. Bu, müasir şeirimizlə 
«Kitabi-Dədə Qorqud» şeiri arasındakı zamanları, poetik 
məkanları sındıran oxşarlıq, yaxınlıq, bəzən isə eynilikdir.  
Dastanın  şeiri,  əslində, müasir şairlərimizi ovsunla-
yan sehrdir. İstər hecada, istərsə  də  sərbəst vəzndə yazan 
şairlərimiz öz poetik zövqlərini bu dastanda həmişə tap-
mışlar. Dastanın  şeirləri xüsusilə  sərbəst vəzndə yazan 
şairlərimizə güclü təsir göstərməklə onların ilham qay-
nağına çevrilmişdir. Bunun səbəbi «Kitabi-Dədə Qorqud» 
dastanı  şeirlərinin özünəməxsus quruluşu - vəzn-qafiyə 
sistemidir. 
Müasir şairlərimiz üçün dastanın şeirləri sərbəst vəz-
nin qədim dövrdə yaradılmış füsunkar və ecazkar nümu-
nələri təsiri bağışlayır. Doğrudan da, eposdakı  şeirlər öz 
formal quruluşuna görə sərbəst vəznlə  səsləşir. Ancaq bu 
işlə  məşğul olan peşəkar alimlərin düşüncəsinə görə das-
tanda bizim poeziyamıza Avropa ədəbiyyatından gəlmiş 
sərbəst vəzn haqqında birbaşa danışmaq olmaz. Bu sahədə 
prof. T.Hacıyev (153; 155; 156; 158), prof. K.V.Nəri-
manoğlu (346, 22-29; 347; 266), prof. K.Abdulla (9), prof. 
C.Abdullayev (25), E.Əlibəyzadə (120, 258-268), K.Hü-
seynoğlu (170), T.Quliyev (224), M.Əliyev (131) və baş-
 172
qaları tədqiqatlar aparmışlar. Bu işlərdə eposun şeir hissə-
sinin özünəməxsusluğu göstərilməklə  bərabər, onların 
müasir  şeirin quruluşu ilə  əlaqəsi məsələsinə  də toxunul-
muşdur. 
Tədqiqatçılar üçün dastanın şeirləri zəngin bir mən-
bədir. Elə bir mənbə ki, türk şeirinin inkişaf tarixinin bü-
tün məsələlərinin açarı elə bil ki, «Dədə Qorqud» abi-
dəsindədir. Elə bundan dolayı K.Hüseynoğlu belə hesab 
edir ki, Azərbaycan  şeirinin qaynaqlarının tədqiqi baxı-
mından müasir Anadolu türklərinin, azərbaycanlıların, 
türkmənlərin və qaqauzların qədim  əcdadları olan oğuz-
ların yaratdıqları folklor ədəbiyyatı bizim üçün müstəsna 
əhəmiyyət kəsb edir. Bu ədəbiyyata daxil olan yazılı abi-
dələr içərisində «Kitabi-Dədə Qorqud» dastanı, Mahmud 
Kaşqarinin «Divanü lüğət-it türk» əsəri və orta əsrlərdə 
yazılmış «Oğuznamə» kitabları xüsusi qeyd edilməlidir 
(170, 20). 
Şeirşünas (əruzşünas) alim T.Quliyev yazır: «Həqi-
qətən də, «Dədə Qorqud» şeirləri bütün əlamətlərilə qədim 
şeirdir. Bu qədimliyi sübut edən digər xüsusiyyətlər ara-
sında şeirlərin vəzn və qafiyə xüsusiyyətlərinin özünəməx-
sus mövqeyi vardır. Tədqiqatçılar bu şeirlərin qədimliyin-
dən danışarkən diqqəti ilk növbədə bu şeirlərin vəzninə 
yönəltmiş, vəzn baxımından «Divani lüğat-it türk» əsərin-
də olan şeirlərlə müqayisə edərək «Dədə Qorqud» şeirlə-
rinin daha qədim olduğunu sübuta çalışmışlar» (224, 199).  
Prof. C.Abdullayev «Dədə Qorqud» şeirinin qorqud-
şünaslar tərəfindən müxtəlif  şəkildə qiymətləndirilməsinə 
toxunaraq yazır ki, onlar dastandakı poetik parçaları «sər-
bəst vəzn», bəziləri «qafiyəsiz şeir», «söyləmə şeir», «pə-
rakəndə şeir», hətta «tirada», «alliterasiya» üzərində qurul-
muş şeir adlandırmışlar (25, 93). Alim xəbərdarlıq edir ki, 
Dədə Qorqud şeirlərini necə var, eləcə də qəbul etmək la-
zımdır; çünki onlar öz ilkin qafiyəsində, bakir, toxunulmaz 


 173 
formasında daha gözəl, daha təbii görünür. İndi biz dasta-
nın  şeirlərinə bu günün tələbləri baxımından yanaşsaq və 
onları müasir meyarlarla dəyərləndirsək, əlbəttə, səhv edə-
rik, çünki hər  şeyə konkret tarixi şərait daxilində qiymət 
vermək gərəkdir (25, 97). C.Abdullayev «Dədə Qorqud» 
şeirinin müasir şeirimizin ruhunda yaşamasına diqqət çə-
kərək yazır ki, biz heç bir çətinlik çəkmədən «Dədə Qor-
qud»  şeirindəki misraları «çağdaş  şeirimizin sərbəst nü-
munələri ilə müqayisələndirsək, onlarla paralellər aparsaq, 
onların biri-biri ilə  məna və  məzmun, həm də forma baxı-
mından yaxından səsləşməni, hətta varislik ruhunu, inkişaf 
dinamikasını aydın sezə bilərik. Bunun ən canlı timsalını 
S.Rüstəmdə, R.Rzada, S.Vurğunda, F.Qocada, O.Sarıvəllidə, 
F.Sadıqda,  Ə.Kərimdə  və neçə-neçə başqalarının sənət nü-
munəsində konkret misallarla sübuta yetirə bilərik (25, 98). 
Prof. Q.Namazova görə, abidədəki  şeirlərin mühüm 
funksiyası var: «Söyləmələr boyları iki cəhətdən tamamla-
yır. Birinci növbədə bu söyləmələr hadisələrin inkişafına 
xidmət edir, onu məzmunca tamamlayır. Bunsuz dastan 
zəngin bədii mündəricəyə malik olmazdı. Digər tərəfdən 
dastandakı söyləmələr qəhrəmanların daxili mənəvi alə-
mini açır» (252, 22). Ancaq alimin fikrincə, «Dədə Qor-
qud»  şeirlərini müasir şeirlə eyniləşdirmək olmaz: «Ozan 
söyləmələrinin qafiyə quruluşu da bugünkü şeirimizin qa-
fiyə sistemindən xeyli dərəcədə fərqlənir. Burada da bəsit-
lik və pərakəndəlik diqqəti cəlb edir. Başlıcası da odur ki, 
söyləmələrin qafiyə quruluşunda vahid bir ölçüyə riayət 
olunmamışdır.  Ən çox cüt qafiyələr, üçlük və dördlüklər 
üstünlük təşkil edir. Bu ölçü özü də  rədif qafiyələr üzə-
rində qurulmuşdur» (253, 23). 
Prof. K.V.Nərimanoğlu da müasir şeirimizlə «Dədə 
Qorqud» şeiri arasındakı əlaqələrin poetikasına toxunaraq 
göstərir ki, biz müasir şeirin mütləq sistemi ilə «Kitabi-
Dədə Qorqud»u açmaq istəyiriksə, bu yol bizi həmişə çıx-
 174
maza aparar. Bu mənada müxtəlif tədqiqatçıların «Kitabi-
Dədə Qorqud» şeirini mənsur şeir, səcli nəsr sərbəst şeir, 
ritmik nəsr adlandırması ilə razılaşmaq olar. Çünki «Kita-
bi-Dədə Qorqud» boyları qədim Oğuz şeiridir. Elə şeir ki, 
Oğuz dillərinin sonrakı inkişaf mərhələlərində  mənsur 
şeir, səcli nəsr, ritmik nəsr, (müasir poeziyadakı - Y.İ.) 
sərbəst şeir, ağ şeir məhz o qaynaqdan qopmuşdur» (266, 
314). Yeri gəlmişkən, tədqiqatçı alim E.Əlibəyzadə das-
tanın nəsr hissəsinin ümumi ahəngini, musiqi tonunu yara-
dan müxtəlif vasitələri araşdıraraq ondan məhz mənsur 
şeir kimi bəhs etmişdir (120, 258-268) 
Bu problemlə uzun illər  ərzində ardıcıl məşğul 
olmaqda davam edən prof. T.Hacıyev belə hesab edir ki, 
«Dədə Qorqud kitabı»nın  şeir texnologiyası lazımınca 
öyrənilməyib. «Kitab»ı müxtəlif dövrlərdə  tərtib və  nəşr 
edənlər onun mətnində müxtəlif miqdarda şeir nümunələri 
vermişlər. Ucdantutma şeir olan dastanın içində ara-sıra 
şeir görən bu şəxslərdən hərəsi bir-iki nümunə artıq 
verməklə  əsərin boynuna, bir növ, minnət qoymuşlar» 
(156, 14). «Kitabi-Dədə Qorqud»da «ümumiyyətlə, nəsr 
yoxdur ucdantutma şeirdir və burada şeir heç nə ilə, daha 
dürüst olmayan bir şeylə (yəni nəsrlə - Y.İ.) növbələşə 
bilməz. Sadəcə, «Kitab»da şeirin iki şəkildə təzahürü var: 
epik - təsviri  şeir, intensiv şeir. Hadisələrin,  əhvalatların 
verilməsi epik-təsviri şeirlə gedir. Psixoloji gərginlik, fəal 
lirizm məqamlarında ritm nizama düşür, daha sürəkli olur» 
(153, 29). «Dədə Qorqud» şeiri öz paralelizm, heca sayı, 
alliterasiya, qafiyə, söz sırası, təzad, poetik sintaksis xüsu-
siyyətləri baxımından qədim Orxon-Yenisey kitabələri ilə 
səsləşir (155, 37-46). Dilşünas alim bu barədə son tədqi-
qatlarından birində yazır ki, «Dədə Qorqud kitabı» mət-
ninin mənzum, ya mənsur olmasını hələ də mübahisə müs-
təvisinə çıxaranlar var. Bizim şəxsi qənaətimizə görə, «Ki-
tab» şeir şəklində yazılmışdır. Türk folklor şeirilə və orta 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə