Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə41/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   37   38   39   40   41   42   43   44   ...   89

 163 
Bu millətin qırılmağı 
Ona tarix ola, bəlkə. 
İki əsrə yaxındır ki 
Koroğlular dünyasıyla, 
Uzaq illər röyasıyla 
Öyünürük 
Naşı-naşı... 
Dədəm Qorqud boy-boylayır: 
Hanı bu xalqın yaddaşı? (117, 9) 
 
Müasir Azərbaycan poeziyasının tanınmış simaların-
dan olan şair A.Cəmilin yaradıcılığında da «Dədə Qor-
qud» motivləri geniş yer tutmaqla tarix, vətən, yaddaş 
kimi milli fenomenləri də öz içinə alır. Sənətkar üçün «Ki-
tabi-Dədə Qorqud» boyları tarixin və zamanın, keçmişin, 
bugünün və gələcəyin biri-birinə qovuşduğu sehrli və mü-
qəddəs məkandır. 
A.Cəmil «Sözümün canı var» kitabında yazır: 
 
Uca dağlar, qayıtmışam keçmişə, 
Ömrün ötən aylarına gəlmişəm, 
Bu günümü tay tutmuşam keçmişə -  
«Dədə Qorqud» boylarına gəlmişəm (139, 60).   
 
Şair A.Cəmilin «ardınca» Vaqif Məmmədov da «Də-
də Qorqud boylarında» adlı şeirində boyların iç dünyasına 
«boylanaraq», öz təəssüratlarını belə bədiiləşdirir: 
 
«Od-alov var, sərinlik  var, 
Dəryalar tək dərinlik var, 
Layla kimi şirinlik var 
Dədə Qorqud boylarında. 
 
Sal qayada bitən durur, 
 164
Əsrlərdən ötün durur, 
Bütövcə bir Vətən durur 
Dədə Qorqud boylarında» (139, 59-60). 
 
Şeirin birinci bəndi çox dərin məna yükünə malikdir. 
Əslində, bu şeirin poetik kompozisiyasında «Dədə Qor-
qud» boylarında nələr var?» ritorik sualı gizlənmişdir. Bu 
sual zahiri planda yoxdur. Lakin şeirdə onun cavabları var. 
Cavablar sualın varlığını oxucunun düşüncəsində  bərpa 
edir. Bu halda vətən oğlu üçün nələr var Qorqud Dədənin 
boylarında: 
- «Dədə Qorqud» boylarında vətən övladının döyüş 
ruhu götürməsi üçün «od-alov»; 
- Çağlayan, coşan ruhunu sakitləşdirmək üçün «sə-
rinlik»; 
- Tarixin həyat dərslərini öyrənmək, müdriklik əxz 
etmək üçün «dəryalar tək dərinlik»,  
- Doğmalıq almaq, dərdlərinə məlhəm qoymaq üçün 
«layla kimi şirinlik» var. 
V.Məmmədovun poetik məramına görə, Dədə Qor-
qud boylarının bütün gücü, qüdrəti onun yurda, tarixə, za-
mana bağlılığındadır. Zaman içində olub zamanın fövqü-
nə, məkan içində olub məkanın fövqünə, tarix içində olub 
tarixin fövqünə qalxa bildiyi üçün şair vətənlə Dədə Qor-
qudun boyları arasında bərabərlik işarəsi qoyur: Vətən Də-
də Qorqud boylarından, Dədə Qorqud boyları isə vətəndən 
başlanır. 
Tədqiqatçı G.Əliyeva göstərir ki, «Kitabi-Dədə Qor-
qud» dastanlarındakı yüksək bədii sənətkarlıq, onun este-
tik xüsusiyyətləri daha çox şair və yazıçılarımıza ilham 
vermiş, onlar öz ulu əcdadlarının yaratdıqları bu abidədən 
zaman-zaman ilhamlanaraq böyük milli qürur hissi ilə 
onun təsiri altında yazıb-yaratmışlar. Xüsusən 70-90-cı il-


 165 
lərdə Azərbaycanda vətənpərvərlik və azadlıq duyğuları-
nın geniş vüsət aldığı dövrdə «Dədə Qorqud» dastanları 
şairlərə daha çox ilham vermiş, onun motiv və obrazların-
dan, sənətkarlıq xüsusiyyətlərindən, poetik keyfiyyətlərin-
dən istifadəyə meyl artmışdır. Bu dövr poeziyasını araşdı-
rarkən dastanların mətnindən və motivlərindən bir neçə as-
pektdə istifadə edilməsinin  şahidi oluruq. Bunların ara-
sında  ən geniş yayılanı - Qorqud atanın sözünə  və onun 
ruhuna bir xilaskar, müdrik bir məsləhətçi, bir öndər kimi 
müraciət edilməsidir. Bu müraciət çox vaxt imperiyanın 
yumruğu altında  əzilməkdə, ümidini itirməkdə olan şair-
lərə bir növ ümid verir, onların arxasızlıq, köməksizlik 
hissini aradan qaldırır, mübarizəyə ruhlandırır, bu müba-
rizədə qələbə əldə ediləcəyinə inandırır»; «70-ci illərin so-
nunda Dədə Qorquda müraciət hələ üstüörtülü xarakter 
daşıyırsa, 80-ci illərin sonunda artıq bu çağırış daha da 
cəsarətlənir, inadcıllaşır» (139, 58, 59).  
Doğrudan da E.Baxışın «Sənə-mənə baxma, Dədəm» 
(63, 65), Dilsuzun «Bamsı Beyrəyin talanmış  Oğuz ellə-
rinə dönüşü»  şeirində (101, 29-30), M.Qədimoğlunun 
«Gözü aydın olsun Dədə Qorqudun» şeirində (219, 46), 
Y.Qocanın «Aman, Dədə Qorqud» şeirində (223, 45), 
Ə.Quluzadənin «Dədəm Qorqud söyləsin»  şeirində (225, 
89-90), Z.Əfəndizadənin «Dədə Qorquda məktub»  şei-
rində (111, 136), İ.Əhmədin «Qorqud harayı»  şeirində 
(112, 18), Ə.İncəlinin «Mənə»  şeirində (182, 53), B.Kə-
sərlinin «Ata Qorqud» şeirində (197, 97-101), H.Kürd-
oğlunun «Sağ ol, ay Dədə Qorqud» şeirində (209, 9-11), 
C.Mehdinin «Bölünməz» şeirində (232, 28), Nisəbəyimin 
«Sonda Dədə Qorqudla xəbərləşəlim» şeirində (269, 101), 
A.Sadiqin «Dədə Qorqud» şeirində (299, 26-27), O.Sə-
danın «Ulu Qorqud, diril gəl» şeirində (307, 18-19), İ.Teh-
mərlinin «Bu qan yerdən silinməsə»  şeirində (327, 56), 
 166
B.Heydərlinin «Bu yol kimin yoludu, bu yollardan ulu-
du...» şeirində (160, 2), N.Həsənzadənin «Dədə Qorqudun 
sapand daşları»  şeirində (163, 65-66), A.Cəlilin «Yurd 
yerində» şeirində (90, 61), güneyli şair T.Haşımın «Dədə 
Qorqud»  şeirində (159, 129-130), Şirin xanımın «Oğuz 
babam - Dədəm Qorqud» şeirində (320, 5-8), M.Şükürün 
«Dədə Qorqud» şeirində (321, 8) Dədə Qorqud obrazı, o 
cümlədən «Dədə Qorqud» eposunun obrazlar dünyası 
inam, ümid, arxa, dayaq, güvənc yeri kimi tərənnüm olu-
nur. Məsələn, Səməd Qaraçöp «Yalıncıq» adlı  şeirində 
Beyrəyə üz tutaraq onu belə qınayır: 
 
«Bir yaz Oğuz çöllərində 
Qaratikanlar sıx bitdi, qaraağaclar seyrək, 
Yaxamı niyə qoydun yadlar əlində, 
Yalıncığı niyə öldürmədin, Beyrək?!» (164, 57). 
 
Müasir  şeirdə  Dədə Qorqud obrazının  ən müxtəlif 
forma və  məzmunda tərənnümünə rast gəlirik. Anarın 
«Dedim, mən Dədə Qorqud» şeirində (46, 527), F.Qo-
canın «Dədə Qorqud» şeirində (222, 123), V.Aslanın «Də-
li Domrul» və «Qanlı Qoca» şeirlərində (56, 185), M.As-
lanın «Dədəm Qorqud gəzən yerlər...»  şeirində (55, 87), 
M.Qaraçuğlunun «Dədəm Qorqud ocağında»  şeirində 
(214, 5-6), Ə.Qiyaslının «Bizim Oğuz elləri»  şeirində 
(221),  Ş.T.Quşqarinin «Dədəm Qorqud» şeirində (227, 
184-185), N.Əliyevin «Dünya da tanısın qoy kökümüzü» 
şeirində (130, 140-141), A.Kərimlinin «Dədəm Qorqud» 
şeirində (192, 13-14), F.Müslümün «Ozan Dədə» şeirində 
(250, 182-183), Ə.Rüstəmovun «Dədə Qorqud» şeirində 
(287), A.Tağızadənin «Dədəm Qorqud diyarında» şeirində 
(323, 11-12), Ə.Fərzəlinin «Dədəm Qorqud» şeirində 
(146, 13-14), D.Hüseynin «Dədə Qorqud» şeirində (167, 
267) və s. Dədə Qorqud bir el ağsaqqalı, elin bilicisi, dərd-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə