Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə49/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   45   46   47   48   49   50   51   52   ...   89

 195 
lığının xüsusi yeri vardır (bax: 309; 310; 311; 312). O, 
1926-cı ildə Marağada anadan olmuşdur. Gənclik illəri 
Təbriz inqilabı dövrünə təsadüf edir. Azərbaycan Demok-
rat Partiyasının gənclər təşkilatının üzvü olan Səhənd həbs 
edilmiş  və 1947-ci ildə  həbsdən buraxılmışdır. Həmin il-
lərdə yazdığı «Xatirə» adlı mənzum əsəri də daxil olmaqla 
bütün yaradıcılığı, demək olar ki, milli azadlıq mövzusu 
ilə bu və ya digər şəkildə bağlıdır. Səhəndin 1984-cü ildə 
Bakıda çap olunmuş «Sazımın sözü» kitabının tərtibçisi və 
ön sözün müəllifi R.Qənbər qızı göstərir ki, Səhənd 1965-
ci ildə «Dədə Qorqud» dastanları  əsasında yazdığı iri 
həcmli  əsərinin birinci cildini qeyri-leqal şəkildə çap et-
dirir (220, 9).  
Qeyd edək ki, Səhəndin «Dədə Qorqud» mövzu-
sunda yazdığı ikicildlik «Sazımın sözü» poemalar silsiləsi 
ustad M.Şəhriyarın «Heydərbabaya salam» əsərindən son-
ra Cənubi Azərbaycanda ikinci möhtəşəm ədəbi hadisə sa-
yılır. Səhənd «Sazımın sözü»ndə dastanın altı boyunu nəz-
mə çəkmişdir. «Sazımın sözü» kitabı iki cilddən ibarətdir: 
«Sazımın sözü» və «Dədəmin kitabı». «Sazımın sözü» ad-
lanan birinci cild 1965-ci ildə çap olunmuş  və özündə 
«Duxa Qoca oğlu Domrul», «Dirsə xan oğlu Buğac», 
«Qanlı Qoca oğlu Qanturalı» adları altında üç boyu birləş-
dirir. 1976-cı ildə çap olunmuş «Dədəmin kitabı» adlanan 
ikinci cilddə isə «Qaracıq Çoban», «Bəkil oğlu  İmran», 
«Təpəgöz» adları altında daha üç boy müasir şeirin bədii-
estetik normaları əsasında tərənnüm edilmişdir. Beləliklə, 
Səhəndin iki cilddən («Sazımın sözü» və «Dədəmin ki-
tabı») ibarət «Dədə Qorqud» yaradıcılığı bütövlükdə «Sa-
zımın sözü» adlanır və özündə altı poemanı birləşdirir.  
Şair bu əsərlərlə xalqımızın milli-mənəvi dəyərlərinə 
bağlılığını ortaya qoymuş və bunu «Duxa Qoca oğlu Dom-
rul» poemasında belə ifadə etmişdir: 
 
 196
Hələ də, hələ də bizim yerlərdə 
Sadə insanların andı «çıraq»dır, 
Xalqın arasında, kənddə, şəhərdə 
Müqəddəs yerlərin adı «ocaq»dır (312, 71)   
 
Ömrünü xalqının milli azadlıq mübarizəsinə həsr et-
miş  Səhəndin, ümumiyyətlə, bu əsərləri yazmaqda ən ali 
məqsədi xalqının damarlarında qanla axan milli yaddaşı, 
qəhrəmanlıq ruhunu oyatmaq olmuşdur: 
 
Dişi aslan, qoç igidlər 
Qulluğuna söyləyim mən, 
Bu ellərin, obaların, 
Ataların, babaların 
Gəldiyindən, keçdiyindən, 
Həq badəsin içdiyindən (312, 71).   
 
Bu kiçik parçanın özünü belə  təhlil edib Səhəndin 
nəhəng «Dədə Qorqud» yaradıcılığının xarakterik keyfiy-
yətlərini üzə çıxarmaq olar: 
1. «Dişi aslan, qoç igidlər // Qulluğuna söyləyim 
mən» misraları Azərbaycan dastan dili, aşıq ifaçılığı üçün 
xarakterik olan «qulluğunuza  ərz edim, siz də dinləyib 
feyziyab olun» nitq deyiminin üstündə qurulmaqla Səhən-
din poemalarının milli dastançılığın poetik-üslubi qatları 
ilə bağlı olduğunu göstərir. 
2. «Dişi aslan, qoç igidlər // Qulluğuna söyləyim 
mən // Bu ellərin, obaların, // Ataların, babaların // Gəl-
diyindən, keçdiyindən» misralarında qədim dastan təhki-
yəsinin Dədə Qorqud» eposu üçün xarakterik olan «Gə-
limli, gedimli dünya» poetik formulu mətnaltı planı təşkil 
edib, sənətkarın poetik üslubunu qidalandırmaqla yanaşı, 
Səhəndin poetik düşüncəsinin milli bədii-estetik düşün-
cənin dərin qatları ilə bağlı olduğunu nümayiş etdirir. 


 197 
3. «...Qulluğuna söyləyim mən... // ...Ataların, baba-
ların... // ...Həq badəsin içdiyindən» misraları birbaşa mə-
həbbət dastanlarındakı haqq aşiqliyi - butavermə ilə bağ-
lıdır. Bu da Səhənd yaradıcılığının milli-mənəvi dəyərlərin 
müqəddəslik qatları ilə bağlı olduğunu bildirir. 
Səhənd «Duxa Qoca oğlu Domrul» poemasında bo-
yun məlum süjetini müasir şeir üslubunda nəzmə çəkmək-
lə poemanın ideya-məzmun  əsasına vəfa, etibar, sədaqət, 
hünər kimi milli-estetik dəyərləri çıxarmışdır: 
 
Demək, bir qadının eşqi, vəfası, 
Tanrı qəzəbinə qələbə çaldı. 
Domrulun gül açdı günü, dünyası, 
Yüz qırx il yaşadı, yüz qırx il qaldı. 
 
Qoşdu Qorqud Dədə adına dastan, 
Adını-sanını dillərə saldı. 
Əbədi yaşasın vəfalı insan, 
Şöhrəti yayılsın bütün ellərə (312, 94).   
 
Şair «Dirsə xan oğlu Buğac» poemasında dastandan 
məlum olan süjeti xeyirin şər üzərində  qələbəsi kimi tə-
rənnüm etməklə yanaşı, əsərdə əsas xətt kimi «Ana haqqı - 
Tanrı haqqı» ideyasını qabartmışdır: 
 
Sən də analığa həsr et dastanın, 
Sən həq yolçususan, həqq aşığısan, 
İstəkdən yoğrulub iliyin, qanın, 
Dostluq məclisinin yaraşığısan (312, 99).   
 
Sənətkarın «Qanlı qoca oğlu Qanturalı» poemasının 
əsas mövzusu Azərbaycan milli mənəviyyat tarixi, milli 
xarakteri və etnik mentaliteti üçün xarakterik olan qəhrə-
manlıqdır: 
 198
 
Əzəl gündən qəhrəmanlıq 
Mərdanəlik, qoçaqlıq 
Vətənimin, ellərimin 
Ad-sanilən yanaşıdır (312, 127).   
 
«Qaracıq Çoban» poeması eposdakı «Qazan xanın 
evinin yağmalanması» boyu əsasında yazılmışdır. Poema-
da oğuz elinin birliyini, vətən uğrunda döyüşə birgə atıl-
malarını xüsusi tərənnüm edən şair əsərin əvvəlində vətə-
nin düşdüyü haldan, Azərbaycanın ikiyə bölünməsindən, 
dilimizin  İranda qadağan olunmasından, mübarizə ruhu-
nun öldürülməsindən Qorqud dədəyə şikayət edir: 
 
Vətənimin şamaması 
Doğranıb dilim-dilim. 
Tikilib dodağım, 
Qadaxlanıb dilim. 
Hər parça, hər tikəm 
Bir qurd ağzında, 
Babamın kəskin qılıncı 
Paslanıb, çürüyüb qında (312, 175).   
 
Səhənd «Bəkil oğlu  İmran» poemasında dastandakı 
eyniadlı boyu nəzmə  çəkimişdir. Bütün poemalarının 
əvvəlində «Başlanış» hissəsi verdiyi kimi burada da eyni 
lirik müqəddimə vermiş, poemanı yazmaqda məqsədinin 
Azərbaycan uğrunda savaş olduğunu bəyan etmişdir: 
 
Aşıq, çal sazıvı, aç dastanıvı, 
Çaldığın nəğmələr həyat marşıdır!. 
İnsanın həyatı həyat marşıdır, 
Vuruşa, zülmətə, zülmə qarşıdır (312, 127).   
  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə