Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə52/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   48   49   50   51   52   53   54   55   ...   89

 207 
Qoy ilhamın coşsun, daşsın, 
Qucaqlasın göyü, yeri. 
Söhbətində, əməlində  
Dədələrdən qalma geri. 
Yaddaşında uluların 
Xatirəsin ulu saxla! 
Sabahlara çatmaq üçün 
Ürəyində zaman-zaman 
Bir həqiqət yolu saxla (352, 291). 
 
Ancaq Dədə Qorqud şairi xəbərdar edir ki, bu yol - 
həqiqət yolu çox ağır yoldur. Bu yoldan bezməmək, usan-
mamaq üçün onu doğru yolla addımlamaq lazımdır. Bu 
halda sənin ürəyində iman yaşar və o, getdiyin yolun həqi-
qətinə, amalına,  əqidənə  səndə  şübhə yaranmağa imkan 
verməz. Ulu Dədə Qorqud el sənətini bir çeşmə adlandırıb 
onu daim duru saxlamağı  şairə  nəsihət edir. Şair bu sə-
nətdən ona çatan ruhu (payı) qorumalı, nuru sönməyə qoy-
mamalıdır.  Bu yolda şairin ana dili onun gücü, qibləgahı 
olmalıdır. O, zamanın sədlərini sındırıb həm bugünün, 
həm də sabahın övladı olmalıdır. O halda saz bu yolda ona 
həmdəm, sirdaş olar: 
 
Nəfəsinlə, ürəyinlə 
Çək ellərin nazını sən, 
İnam üstə köklə, oğul. 
Sevirsənsə yolda qoymaz 
 
Saz adlanan bu yar səni! 
Sazla hamı əzizləyər, 
Sazla hamı duyar səni! (352, 291). 
 
Dastan-poemanın ardıcıllıqla gələn «Danışan telli sa-
zım», «Baş divani», «Təcnis», «Qaraçı», «Sarıtel», «Man-
 208
sırı», «Ruhani», «Yanıq Kərəmi», «Borçalı dübeyti», 
«Dilqəmi», «Misri», «Müxəmməs» kimi şeirlərində saz, 
ayrı-ayrı havalar tərənnüm olunur (352, 292-329). Əsər 
«Son söz» adlı şeirlə tamamlanır. Şair yenə də Dədə Qor-
quda üz tutaraq deyir: 
 
Sənsiz mənim bir məclisim 
                bir şənliyim olarmı heç? 
Adın ilə öyünməsə, 
                sinəm belə dolarmı heç? 
Qorqud dədəm, Ozan babam! 
İlk sözümü sənə dedim
                son sözüm də sənə bağlı, 
Keçmişim də, sabahım da 
                Mən özüm də sənə bağlı (352, 330). 
 
Saz haqqında böyük bir dastan-poema yaradan şair 
bunu Dədə Qorqudun hikmətinə bağlayaraq bəyan edir ki, 
Qorquddan sonra min il keçsə də, o, yenə də yaşadı. Çünki 
Dədə Qorqud şairin taleyinə bir yaraşıq olmaqla yanaşı, 
milli tariximizin vüqarıdır. O, öz vüqarını ana sazın tellə-
rinə, nəfəsini candan əziz ellərinə bağışlayıb: 
 
Duysun dedin bu sənəti 
                oğlum mənim, qızım mənim. 
Bu gərdişin axarında 
                qoy susmasın sazım mənim. 
Saz susanda, onda gərək 
                zərif xallı tellər susa! 
Tel susanda, onda gərək 
                nəğmə deyən dillər susa! 
Dil susanda, onda gərək 
                şeir canlı ellər susa! 


 209 
Yox-yox! Sazın tellərində  
                nə susmaq var, nə lallıq var! 
Hər pərdənin ahəngində 
                bir ölümsüz halallıq var (352, 330)
    
Beləliklə, Z.Yaqub bizləri Dədə Qorqudun vəsiyyə-
tinə  əməl edib ən böyük milli sərvətlərimizdən biri olan 
sazı qorumağa çağırır. Bu işin müqəddəsliyini Dədə Qor-
qudun varlığına bağlayır. Çünki Dədə Qorqud adı hər bir 
azərbaycanlı üçün müqəddəsdir. Sənətkar sazı Dədə Qor-
qudun yadigarı kimi tərənnüm etməklə onun müasir var-
lığımızdakı yerinin əbədi olduğunu təsdiq edir.   
«Dədə Qorqud» eposu motivləri  əsasında yazılmış 
poemalar içərisində N.Kəsəmənlinin «Dəli Domrul» poe-
ması özünəməxsusluğu ilə diqqəti çəkir. Ümumiyyətlə, 
N.Kəsəmənli  ədəbiyyatımızda sevgi şairi kimi tanınırdı. 
O, «Dəli Domrul» poemasında da öz üslubuna sadiq qal-
mış və «Dədə Qorqud motivləri üstündə bir sevgi dastanı 
yaratmışdır. 
«Dəli Domrul» poemasında mənzum dram janrının 
kompozisiya elementlərindən istifadə olunmuşdur. Belə 
ki, bu əsər, bir növ, poema janrı ilə mənzum dram janrının 
qovuşmasından ibarətdir. Poetik dialoqlar, azsaylı da olsa, 
remarkalar onu pyes kimi səciyyələndirməyə imkan versə 
də,  əsər müəllif tərəfindən poema kimi düşünülmüş  və 
«Hamısı sevgidəndir» kitabında poema kimi verilmişdir. 
Hər bir pyesin əvvəlində onun obrazları təqdim olu-
nur. Lakin «Dəli Domrul» əsərində belə bir təqdimat yox-
dur. Digər tərəfdən əsərin həcmi də müəllifin onu poema 
janrında yaratdığını göstərir.  Əlbəttə, sənətkar öz yaradı-
cılıq kombinasiyalarında sərbəstdir və N.Kəsəmənli öz poe-
masına dram elementləri qatmaqla onu daha emosional, 
daha təsirli etmişdir.  
 210
«Dəli Domrul» poeması köçərilərin, ata-ananın, ba-
cının ölmüş igid üzərində ağlamaqları ilə başlayır: 
 
Qarşı yatan ulu dağlar, 
Bilirsənmi, nələr oldu? 
Göz yaşıyla dolun, dağlar, 
İgidimiz ölər oldu (196, 264).  
 
Bu zaman Dəli Domrul təpəl atın üstündə yaxınlaşıb 
nə baş verdiyini soruşur. Ona ölmüş igidi Əzrayılın apar-
dığını söyləyirlər: 
 
Bu dünya bizə dardı, 
İtiyimiz nübardı, 
Bir oğlumuz var idi, 
Bax Əzrail apardı (196, 266)  
   
Dəli Domrul Əzrayılı  hədələyir.  Əzrayıl da onunla 
vuruşub məğlub edir. Dəli Domrul ondan aman istəyir. 
Lakin Əzrayıl ona bildirir ki, boş qayıda bilmərəm: 
 
Gəlmişəm boş qayıtmam, 
Bir can aparmalıyam. 
Öz canın da olmasa, 
Özgəsinə qayılam. 
Bir əzizin yoxmudur, 
Əvəzinə can verə? (196, 270)  
  
Dəli Domrul dastanda olduğu kimi, atasına və ana-
sına can üçün müraciət edir. Lakin onlar öz canlarını oğul-
larına qıymırlar. Əzrayıl ona tənə edir: 
 
Dünya şirin, can əziz, 
Kim verər öz canını? (196, 273)  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə