Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə55/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   51   52   53   54   55   56   57   58   ...   89

 221 
Ancaq oxucu burada şair tərəfindən yaradılmış maraqlı 
poetik mənzərə ilə üzləşir. Poemada elə məqamlar var ki
onları oxuduqca sanki «Kitabi-Dədə Qorqud» dastanının 
özünü oxuyursan. Ancaq şair öz bədii dili, istedadı və ob-
razlaşdırma bacarığı ilə  hər an bu məqamların içindədir. 
Dastanın poetik deyim tərzi ilə R.Təhməzoğlunun deyim 
tərzi biri-biri ilə qovuşub; bədii düşüncənin zaman adlı 
sərhədləri dəf olunub, poeziya həmişəyaşarılığını  və  əbə-
diyyətini təsdiq edib: 
 
Əsim-əsim dan yelləri ötən çağdı, 
Saqqallıca çil torağay ötən çağdı... 
Uzunsaqqal titrarilər banlayırdı, 
Qaçan atlar bir-birini yanlayırdı... 
Ağ qaranı, qara ağı seçən çağdı, 
Oğöz qızlar bər-bəzəyi seçən çağdı... 
Aladağın köksü üstə gün düşürdü, 
Neçə-neçə igid ötüşürdü... (332, 323). 
 
«Dədəm Qorqut» poemasının səciyyəvi keyfiyyətlə-
rindən biri də aydın cizgilərlə seçilən və əsəri başdan-aya-
ğa bir bütöv kimi təşkil edən lirizmdir. Həmin lirik xətt 
poemada monoton səciyyə daşımır. Poetik məkan və za-
manın ovqatı əsərdəki lirizmi boyların poetik ovqatına uy-
ğun şəkildə dəyişir. Əsərdə bəzən  insanın emosiyalar dün-
yasının çox zərif və incə təsviri ilə üzləşirik: 
 
Göz açıban gördüyüm. 
Sevib könül verdiyim. 
Dağılıbdı gərdəyim, 
İgidim, hey igidim! 
 
Sənsiz günü sanadım, 
Sevgim deyib sınadım, 
 222
Qırılıbdır qanadım, 
İgidim, hey igidim (332, 343). 
 
Poemada şair tərəfindən əsərin əvvəlindən axırınacan 
gerçəkləşdirilmiş bir xətt də var: milli dil problemi. Dədə 
Qorqudun dilindən «Söz duyumdur, düz toxunsa» kimi ulu 
həqiqəti səsləndirən R.Təhməzoğlu əsərdə dil ilə bağlı çox 
dərin problemlərə toxunmuş, onların bədii cəhətdən qoyu-
luşuna nail olmuşdur: 
 
Özgə dillər söyləməni alız saldı, 
Özgə köklər doğmaları cılız saldı... 
«Güz» yerini «payız» tutdu, «yaz»ın - «bahar», 
«Arslan» dönüb «şir» doğuldu, «qurd» - «canavar», 
                                    Dədəm Qorqut! 
 
«Özarboyqan» özgə dillər geyimində 
Üzə çıxdı «Azərbaycan» geyimində... 
Çox sözümüz bax beləcə «özgələşdi», 
Çox sözümüz bax beləcə «kölgələşdi», 
                                    Dədəm Qorqut! (332, 362). 
 
A.Abdullazadənin «Ulu Qorqud» poemasında oldu-
ğu kimi, R.Təhməzoğlunun poemasının sonunda da Dədə 
Qorqud Azərbaycan xalqının bir xalq və bir millət kimi 
mövcudluğunun, dövlətçiliyinin milli simvolu kimi təsdiq 
olunur. Qarşısına zirvələrə qalxmağı  hədəf qoyan Azər-
baycan xalqı bu ucalığı «Dədəm Qorqut» adlı «od işığı» 
//«ad işığı» ilə fəth edəcəkdir: 
 
Suçlu sayma ucalığa boylanmağı, 
Suçlu sayma ucalıqdan boylanmağı! 
Soykökümün od işığı, Dədəm Qorqut, 
Varlığımın ad işığı, Dədəm Qorqut (332, 364). 


 223 
Göründüyü kimi, «Kitabi-Dədə Qorqud»un obraz, sü-
jet, motiv və ideyaları  müasir Azərbaycan poeziyasına güclü 
şəkildə  təsir etmiş, bu mövzuda saysız  şeirlər və  zəngin 
bədii məzmuna malik poemalar yaradılmışdır. Eposun 
çağdaş  şeirə  təsiri davamlı olmaqla uzun onillikləri  əhatə 
etmişdir. Millilik poeziyadakı Dədə Qorqud «xəttinin» ana 
cizgisini təşkil edir. Bu cəhətdən janrından, formasından 
və  həcmindən asılı olmayaraq, «Dədə Qorqud» üstündə 
yaradılmış istənilən bədii nümunədə millilik davamlı  xətt 
kimi müşahidə olunur. 
«Kitabi-Dədə Qorqud»un müasir Azərbaycan poezi-
yasına təsirinin başlıca xarakterik xüsusiyyətlərindən biri  
bu təsirin ideya tükənməzliyidir. Müşahidələr göstərir ki
bütöv Azərbaycan ədəbiyyatında olduğu kimi, müasir poe-
ziyada «Dədə Qorqüud» ideyalarından istifadə artan xətlə 
gedir. Bu mövzuda yeni forma və məzmunda əsərlər mey-
dana çıxır. Bu da öz növbəsində «Kitabi-Dədə Qorqud»un 
müasir Azərbaycan  şeirindəki inikası  məsələsinin mürək-
kəb, çoxplanlı  və dinamik səciyyəyə malik elmi problem 
olduğunu bir daha təsdiq edir. 
 224
IV FƏSİL 
 
MÜASİR AZƏRBAYCAN  
DRAMATURGİYASINDA  
«DƏDƏ QORQUD» İDEYA VƏ MOTİVLƏRI 
 
«Kitabi-Dədə Qorqud» dastanları müasir Azərbay-
can dramaturgiyasının inkişafına xüsusi təsir etmiş, das-
tanın motivləri əsasında dərin məzmuna malik dram əsər-
ləri yazılmışdır. Bu əsərlərin, demək olar ki, hamısı tama-
şaya qoyulmuş və bunlardan bəzilərinə Azərbaycan teatr-
ları dönə-dönə müraciət etməkdədirlər. 
Ümumiyyətlə, «Kitabi-Dədə Qorqud» eposunun müa-
sir Azərbaycan teatr tarixində böyük rolu vardır. Azər-
baycan teatrının «Dədə Qorqud» eposu ilə bağlılığının 
zəngin tarixə malik olmasını Azərbaycan Teatr Xadimləri 
İttifaqının 1999-cu ildə keçirdiyi «Kitabi-Dədə Qorqud» 
və Azərbaycan teatrı» mövzusunda elmi-praktiki konfrans 
da təsdiq edir (bax: 343).  
Əslində, müasir Azərbaycan  ədəbiyyatında «Dədə 
Qorqud» motivləri  ədib-alim  Ə.Dəmirçizadənin keçən 
əsrin 40-cı illərində yazdığı «Dədə Qorqud» librettosu və 
«Qaraca Çoban» pyesi ilə başlanmış, daha sonra nəsr və 
poeziyada biri-birindən gözəl  əsərlər meydana gəlmişdir. 
Lakin «Dədə Qorqud»un dram taleyi Ə.Dəmirçizadənin 
bu  əsərləri ilə  məhdudlaşmamış, sonralar N.Xəzri, K.Ab-
dulla, A.Məmmədov və başqaları eposa müraciət edərək, 
bilavasitə dastanın mövzuları ilə bağlı səhnə əsərləri yarat-
mışlar. Keçən əsrin 40-cı illərindən başlayan bu proses bu 
gün də  uğurla davam etməkdə olub, «Kitabi-Dədə Qor-
qud» və Azərbaycan dramaturgiyası» mövzusunu diqqət 
mərkəzinə gətirir. 
Azərbaycan dramaturgiya tarixi üçün ümumbəşəri və 
milli mövzulara müraciət edilməsi ənənədir. «Kitabi-Dədə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə