Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə56/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   52   53   54   55   56   57   58   59   ...   89

 225 
Qorqud» dastanları isə  həm ümumbəşəri, həm də milli 
mövzular baxımından dramaturqların bədii zövqünü qida-
landıran abidədir. Eposun poetik strukturunda gərgin dra-
matizm var. Dastandakı dialoqlar sanki müasir dram əsər-
lərindəki dialoqları xatırladır. Yəni bu dastana müraciət 
etmək istəyən dramaturq onu necə dramlaşdırmaq çətinliyi 
qarşısında qalmır: dastan özü müəllifə hazır dram forma-
ları, dialoq qəlibləri, konflikt situasiyaları, dramatik gər-
ginlik məqamları verir. Bundan başqa, «Kitabi-Dədə Qor-
qud»un mətnində  həm dramın, həm faciənin, həm də ko-
mediyanın kökləri var. Bu, təsadüfi deyil. «Dədə Qorqud» 
eposu xalqımızın ayin-mərasim-ritual yaddaşı ilə bağlıdır. 
«Kitabi-Dədə Qorqud»u milli teatr düşüncəmizin əski qay-
nağı hesab edən Məryəm xanım Əlizadənin yazdığı kimi, 
«daha  əski  ənənəyə söykənən Dədə Qorqudlar (ozanlar, 
sağıçılar, ağıçılar...) ritual-mərasim - ayinlərin ifadə və tə-
sir vasitələrini fərdi sənət növünün yaradıcı poetikasına 
daxil edərək hər hansı etnik psixologiya üçün olduqca va-
cib olan funksiyanı yerinə yetirməklə məşğul idilər» (141, 
118). Dədə Qorqudun ayin və  mərasimlərdə reallaşan bu 
funksiyası birbaşa dramla bağlıdır. Dram janrı öz kökləri 
etibarilə  məhz ayin və  mərasimlərdən doğmuşdur. V.Di-
yev yazır: «Dram öz inkişafının ilkin mərhələsində xor, 
dialoq, rəqs, pantomima və s. əhatə edən mürəkkəb bədii-
mərasim aktının tərkib elementi idi» (379, 72). Bu cəhət-
dən «Kitabi-Dədə Qorqud» dastanlarını milli teatr düşün-
cəmizin əski qaynağı hesab etməkdə tamamilə haqlı möv-
qedə olan M.Əlizadə bütövlükdə müasir mədəniyyətdə, 
ədəbi düşüncədə, o cümlədən dramutargiyada çox maraqlı 
təmayülləri müşahidə etmişdir ki, biz tədqiqatçının həmin 
müşahidələrini çox maraqlı yanaşma hesab edirik. Belə ki, 
M.Əlizadə ümumən mədəniyyətdə,  ədəbiyyatda, o cüm-
lədən onun dram növündə «Dədə Qorqud» motivlərinə 
marağı milli ədəbi düşüncənin öz köklərinə qayıdışı, milli 
 226
mədəniyyətin «Dədə Qorqud» nüvəsi tərəfindən cəzb 
olunması kimi qiymətləndirərək yazır: «...Çağdaş  mədə-
niyyətimizdə maraqlı bir proses müşahidə olunur: yazılı 
ədəbiyyat canlı epik ənənə olan Dədə Qorqudun boylarına 
meyl göstərməkdədir. Bu fakt ədəbiyyatın vaxtilə pozul-
muş canlı  əlaqəni bərpa etmək niyyətindən xəbər verir. 
Teatr prosesi əcaib bir dövrə vurub əski qaynaqlarına 
qayıdır. Bu qarşılıqlı hərəkətdə üç əsas meyl sezilir: 
1) KDQ-nın zahiri əlamətlərindən faydalanıb, onun 
süjet xəttini, qəhrəmanlarını, hadisələri və s. modernləşdir-
məklə «aktual» məsələləri həll etmək; 
2) KDQ-nın daxili mifo-epik strukturlarından fayda-
lanaraq yazılı  ədəbiyyatın imkanlarını  təzələmək niyyəti 
(çağdaş mifo-epik yaradıcılığı); 
3) KDQ-nın strukturuna çağdaş ədəbi (formal) mən-
tiqlə müdaxilə edərək «qaranlıq» mənaları  işıqlandırmaq, 
çağdaş nöqteyi-nəzərdən boşluq olan hissələri doldurmaq 
cəhdləri. 
Hər üç meyli biz qənaətbəxş sayırıq, çünki nəzərə 
çarpan cəhdlər milli düşüncəmizin əski xəzinəsindən fay-
dalanmaq deməkdir (141, 120-121). 
Biz də öz növbəmizdə bu təmayülləri özündə bu və 
başqa dərəcədə  əks etdirən dram əsərlərini ümumiləşdir-
dikdə Azərbaycan dramaturgiyasında «Dədə Qorqud» 
mövzusunun üç təzahür səviyyəsini müşahidə editrik: 
Birincisi, «Dədə Qorqud» motivləri ilə birbaşa bağlı 
olan əsərlər: bu əsərlərin mövzusu və qəhrəmanları epos-
dan götürülmüşdür. Müəlliflərin «Dədə Qorqud» motivlə-
rini dram növünün hansı janrında (dram, faciə, komediya), 
hansı  şəkil və üsullarla bədiiləşdirməyindən asılı olma-
yaraq, bu pyeslər mövzu cəhətdən bilavasitə «Kitabi-Dədə 
Qorqud» eposu ilə bağlıdır. 
İkincisi, «Dədə Qorqud» motivləri ilə dolayısı ilə bağ-
lı olan pyeslər. Bu əsərlərin mövzusu birbaşa «Kitabi-Dədə 


 227 
Qorqud» eposundan götürülmür, tamamilə  fərqli möv-
zularda olur. Lakin onlarda eposun qəhrəmanlarına, motiv-
lərinə, deyimlərinə (atalar sözlərinə), bədii təsvir və ifadə 
vasitələrinə  və s. rast gəlmək olur. Məsələn, belə  əsərlərə 
bir səciyyəvi örnək görkəmli  şair B.Vahabzadənin «Özü-
müzü kəsən qılınc» pyesidir (340, 453-506). Türk tarixinin 
dərin milli məsələlərinə həsr olunmuş bu əsərin 1998-ci ildə 
Azərbaycan Akademik Milli Dram Teatrındakı ilk tamaşası 
böyük coşqu ilə qarşılandı  və tamaşa uzun müddət reper-
tuardan düşmədi. Azərbaycan teatrlarının indi də mütəmadi 
olaraq müraciət etdiyi bu əsər haqqında həmin dövrdə mət-
buatda çoxlu tamaşaçı, o cümlədən mütəxəssis rəyləri çap 
olundu (115; 193; 308; 83; 95). Əsərin mövzusuna gəlincə, 
B,Vahabzadə pyesin əvvəlində yazmışdır: «Bu pyes eramı-
zın 630-cu ilində Çinin dağıtdığı birinci Göytürk xaqanlı-
ğının istiqlal uğrunda apardığı mübarizə tarixindən bəhs 
edir. Əsər tarixi sənədlər əsasında yazılmışdır» (340, 453). 
Göründüyü kimi, «Özümüzü kəsən qılınc» pyesinin ana 
mövzusu milli istiqlal mübarizəsidir və müəllif bu əsərə 
bütün qəhrəmanları el-oba, vətən, milli ideallar uğrunda 
«uf» demədən canından keçən «Kitabi-Dədə Qorqud» epo-
sundan bir sıra ideyalarla yanaşı, Selcan (Gur Şadın arvadı), 
Banuçiçək (Dulu xanın arvadı) kimi namus, qeyrət, igidlik 
rəmzləri olan adları da daxil etmişdir. Lakin bütün bunlara 
baxmayaraq, B.Vahabzadənin «Özümüzü kəsən» qılıncı 
pyesini «Kitabi-Dədə Qorqud» eposu ilə birbaşa bağlı olan 
əsər saymaq olmaz. 
Üçüncüsü, Azərbaycanın müxtəlif teatrlarında, yara-
dıcılıq studiyalarında bilavasitə «Kitabi-Dədə Qorqud» 
eposunun mətni əsasında hazırlanmış tamaşalar. Bu tama-
şaların mətnləri onlarda rejissor-müəllif müdaxiləsinin 
(yozumunun) nə  dərəcədə olmasından asılı olmayaraq, 
müstəqil  əsərlər sayılmır. Çünki tamaşanın mətni bilava-
sitə eposun mətni əsasında hazırlanır. 
 228
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir drama-
turgiyaya təsiri baxımından əsas yeri «Dədə Qorqud» mo-
tivləri ilə birbaşa bağlı olan əsərlər tutur. Biz Ə.Dəmir-
çizadə, N.Xəzri, K.Abdulla və başqalarının yaradıcılığında 
«Dədə Qorqud» motivlərindən yaradıcı istifadənin rən-
garəng nümunələri ilə qarşılaşırıq. 
Ə.Dəmirçizadə yaradıcılığının «Azərbaycan  ədəbiy-
yatında «Dədə Qorqud» motivləri» mövzusu baxımından 
müstəsna mövqeyi vardır. Elmdə birmənalı  şəkildə  təsbit 
olunduğu kimi, ədəbiyyatımızda «Kitabi-Dədə Qorqud» 
mövzusunda ilk bədii  əsər  Ə.Dəmirçizadənin  Ş.Şeyxovla 
müştərək 1943-cü ildə qələmə aldığı librettodur» (118, 14).  
Libretto tamaşa  şəklində Azərbaycan Dövlət Filar-
moniyasında tamaşaya qoyulmuşdur. Resenziya müəllifi 
Q.Qasımov tamaşa haqqında «Kommunist» qəzetinin 6 
mart 1943-cü il tarixli nömrəsində yazır: «M.Maqomayev 
adına Azərbaycan Dövlət Filarmoniyası Qızıl Ordumuzun 
şanlı 25 illiyini Azərbaycan xalqının qədim qəhrəmanlıq 
eposu olan «Dədə Qorqud» dastanının bir qolunu səh-
nələşdirib rəqs və musiqi tərtibatı ilə tamaşaya qoymaqla 
qarşıladı... «Dədə Qorqud» tamaşası librettosunun avtor-
ları (Dəmirçizadə  və  Şeyxov yoldaşlar) öz əsərləri üçün 
tema seçərkən xalqımızın qocaman keçmişinə  və igidlik 
tarixinə əl atmaqla çox gözəl hərəkət etmişlər. Qəhrəman 
Azərbaycan xalqı öz ana vətəninin doğma yurdunu həmişə 
sevmiş, onu öz dastanlarında, gözəlləmə və qoşmalarında 
tərənnüm etmiş  və yadelli işğalçıların basqınlarından göz 
bəbəyi kimi qorumuşdur. Xalqımızın bu qəhrəmanlıq 
sifətləri «Kitabi-Dədə Qorqud» dastanlarında da gözəl 
ifadə edilmişdir. Libretto avtorları «Kitabi-Dədə Qorqud»-
da yazılmış 12 dastandan (qoldan) ancaq birinin - «Salur 
Qazanın evinin yağmalanması» nağılının məzmununu əsas 
götürmüş  və bu məzmun üzərində çox gözəl tamaşa 
yaratmışlar» (218). 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə