Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə58/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   54   55   56   57   58   59   60   61   ...   89

 233 
cuqların işğalçı, gəlmə kimi təqdim olunması məsələsi var. 
Səlcuqların işğalçı kimi təqdim olunmasının altında xalqı-
mızın etnik tarixi ilə bağlı çox mühüm bir məsələyə to-
xunulmuşdur. Belə ki, sovet tarixçiliyində türklər Azər-
baycana gəlmə xalq hesab olunurdu. Sovet tarixşünaslı-
ğının uzun illər ərzində zorla beyinlərə yeritməyə çalışdığı 
etnogenez siyasətinə görə, Azərbaycan xalqı  əvvəlcə tür-
kmənşəli olmamış, sonralar gəlmə türklər - səlcuqlar və 
digərləri tərəfindən türkləşdirilmişdir. Səlcuqların XI-XII 
əsrlərdə  Şərqi Xəzərarxasından Azərbaycana gəlməsi ta-
rixi faktdır. Lakin libretto müəllifləri XI-XII əsrlərdə 
Azərbaycana gələn səlcuq türklərini burada yerli – avtox-
ton oğuz türkləri ilə qarşılaşdırmışlar ki, bununla da əs-
lində, librettoda Azərbaycan xalqının sonradan səlcuqlar 
tərəfindən türkləşdirilməsi haqqında sovet tarixşünaslığı-
nın zorakı etnogenez siyasəti qəbul olunmamışdır. Libret-
toda Azərbaycan açıq-aşkar  şəkildə  səlcuqların gəlişinə 
qədər «Kitabi-Dədə Qorqud» oğuzlarının ana yurdu kimi 
təqdim ounmuşdur. 
 «Kitabi-Dədə Qorqud», bildiyimiz kimi, oğuz igid-
lərinin el-oba, vətən, yurd uğrunda apardıqları mübarizə 
səhnələri ilə  zəngindir. Dastanda Oğuz elinin namərd və 
müxənnət düşmənləri tez-tez fürsətdən - oğuz igidlərinin 
ovda olmasından və s. istifadə edib el-obaya soxulurlar. 
Elin ağır günündə heç vaxt biri-birini darda qoymayan 
oğuz igidləri yurdun təhlükəli günlərində  dərhal birləşib 
Oğuz elini hər cür düşmən təcavüzündən qoruyurlar. Bu 
baxımdan eposun mübarizə ruhu sovet ölkəsində və bütün 
dünyada alman faşizminə qarşı aparılan mübarizə ovqatı 
ilə üst-üstə düşürdü. Libretto müəllifləri bu ideya xəttini 
əsərdə bütün tərəfləri ilə əks etdirməyə nail olmuşlar. 
Əsərdəki ikinci ideya xəttinə - yurdun ağır günündə 
məhz xalqın, zəhmətkeş kütlənin içərisindən çıxmış Qa-
raca çoban kimi igidin əsas rollardan birini oynamasına 
 234
gəlincə bu məsələ təkcə dastanın məzmununda Qaraca ço-
banın oynadığı rolla bağlı deyildi. Bu, sovet ideologiya-
sının sinfi mübarizə haqqında  əsasları ilə bağlı idi. So-
sializm realizmi yaradıcılıq metoduna görə, bədii  əsərdə 
həyat inqilabi mübarizədə  təsvir edilməli və sonda xalq 
içərisindən çıxmış  qəhrəmanın qələbəsi ilə tamamlanmalı 
olan mübarizəsinin timsalında xəlqi ideallar qələbə çalmalı 
idi. Librettoda bu ideoloji xəttin  əsas daşıyıcısı  Qaraca 
çoban surətidir. 
Maraqlıdır ki, əsas qəhrəmanları oğuz bəyləri, zadə-
ganları, əsilzadələri olan «Kitabi-Dədə Qorqud» dastanla-
rında sovet ideologiyasının «normativlərinə» uyğun gələn 
yeganə qəhrəman Qaraca çoban idi. Bildiyimiz kimi, sovet 
ideologiyasının əsasında sinfi mübarizə ideyaları dururdu. 
Sovet ideoloji qəliblərindən baxıldıqda dastanın, demək 
olar ki, bütün qəhrəmanları «istismarçı sinfin» nümayən-
dələri idi. Çünki bunların sosial mənşəyi xan, bəy, bəy-
lərbəyi kimi oğuz cəmiyyətinin hakim təbəqələrinə bağla-
nırdı. Bu cəhətdən, Qaraca çoban öz «ictimai mənşəyi» 
etibarilə sovet ideologiyasına uyğun gəlirdi. Ona görə də, 
sovet dönəmində Qaraca çoban obrazına, belə demək 
mümkünsə, xüsusi fikir verilirdi. Elə  Ə.Dəmirçizadənin 
bir neçə ildən sonra (1942) yazıb, 1948-1950-ci illər ara-
sında M.Qorki adına Azərbacan Dövlət Gənc Tamaşaçılar 
Teatrında uğurla tamaşaya qoyulmuş «Qaraca çoban» adlı  
pyesi bunun canlı nümunəsidir. 
Hər iki əsərin - «Dədə Qorqud» librettosu və «Qa-
raca çoban» pyesinin əsasında «Kitabi-Dədə Qorqud» epo-
sundakı «Salur Qazanın evinin yağmalanması» boyunun 
motivləri durur. «Dədə Qorqud» eposu ilə yaxından bağlı 
olan  Ə.Dəmirçizadə, görünür, Şeyxov soyadlı müəlliflə 
birgə yazdığı librettoda öz bədii düşüncələrini tamamlaya, 
yaxud tam şəkildə ifadə edə bilmədiyi üçün bir qədər 
sonra eposa yenidən müraciət etmişdir.  Əlbəttə, libretto 


 235 
musiqili tamaşanın mətnidir və burada dramatik özünü-
ifadə imkanları pyesə nisbətən zəifdir. Librettoda musiqi 
partiyaları, oxuma, çalma, sözün, hərəkətin musiqi ilə vəh-
dəti,  əsərin ideyasının daha çox musiqinin, rəqslərin dili 
ilə ifadə olunması aparıcıdır.  Ə.Dəmirçizadə «Qaraca ço-
ban» pyesində eyni eposa və onun eyni boyuna yenidən 
müraciət etməklə «Kitabi-Dədə Qorqud» eposunun drama-
turgiya sahəsində geniş imkanlara malik olduğunu təsdiq 
etmişdir. Bu cəhət  əsərin ilk tamaşası haqqında görkəmli 
alim  Əziz  Şərif tərəfindən yazılmış resenziyada xüsusi 
qeyd olunmuşdur. Müəllif göstərir ki, «bugünə  qədər bir 
alim dilşünas kimi tanıdığımız müəllif öz ilk bədii  əsəri 
üçün «Dədə Qorqud» dastanından istifadə etməklə gözəl 
və  təqdirə layiq bir təşəbbüs göstərmişdir. Heç şübhə 
yoxdur ki, bu dastanın məzmunu  əsasında yüksək milli, 
bədii dramaturji əsərlər yaratmaq imkanı hüdudsuzdur» 
(318). «Bu əsərdə Qazan xanın sarayının qarət edilməsi və 
Qaraca Çobanın igidlikləri təsvir olunmuşdur.  Ə.Dəmir-
çizadə burada əvvəlki librettoya nisbətən daha mükəmməl 
işləmiş, Qazan xan - Burla xatun xəttini saxlamış, lakin 
əsas ideya yükünü xalqı təmsil edən Qaraca çobanın üzə-
rində cəmləşdirmişdir» (118, 14).  
Əsərin iştirakçıları bunlardır: Dədə Qorqud - elin 
bilicisi, filosofu, Salur Qazan - ellər xanı, Qaraca Çoban - 
xanın çobanı, Burlaxatun - xanın arvadı, Uruz - xanın oğlu 
(18 yaşında), Gülçin - çobanın qızı, Uruzun sevgilisi, Qa-
ragünə - xanın qardaşı  və inağı (vəziri),  Şərşəmşəddin - 
qəhrəmanlar atamanı, Dəli Dondar, Qara Budaq, Bamsı 
Beyrək, Qoca oğlu Yeynək - qəhrəmanlar, Dəmirgücü, 
Qaplangücü - Qaraca Çobanın qardaşları, Casus - Oğuz 
elində bir nəfər gənc,  Şöklüməlik - rum knyazı, Vəzir - 
rum knyazının vəziri, aznavurlar - bir neçə  nəfər rum 
qəhrəmanları və s. ikinci dərəcəli surətlər. 
 236
Birinci pərdədə ellər xanı Salur Qazanın ağban evi-
nin qarşısında böyük bir bağça təsvir olunur: «Qəhrə-
manlar yeyib-içib, deyib, gülürlər... Pərdə açılarkən adama 
elə  gəlir ki, bu məclis irəlidən başlanmış  və davam 
etməkdədir. 
Ozanlar deyişirlər: 
Birinci ozan -    Namus bizdə, ismət bizdə, ar bizdə, 
                         Şəkər bizdə, nabat bizdə, nar bizdə, 
                         Bülbül bizdə, gülşən bizdə, yar bizdə
                         Söylə ozan, yağıların nəyi var!!! 
 
İkinci ozan:    Yağıların qurdlar yemiş başı var, 
                        Ellərində müxənnəs var, naşı var, 
                        Matəmi var, gözlərində yaşı var, 
                        Ozan qardaş, yağıların varı bu»  
 
     (98, 
1-2) 
 
Beləcə ozanlar oğuz elini tərənnüm edirlər. Onların 
oxuduğu, o cümlədən pyesdə olan çoxsaylı  şeirlər, nəğ-
mələr Ə.Dəmirçizadənin həm də bir istedadlı şair olduğu-
nu göstərir. «Qaraca çoban», ümumiyyətlə, şeirlə yazıldığı 
üçün mənzum pyesdir. Əsərdəki  şeirlər ritmik struktura, 
misralar arası  və misradaxili qafiylərə, gözəl bədii məz-
muna malikdir. Şeir-nəğmələr bütün hallarda təsvir olun-
muş məclisin, süjet hadisəsinin məzmunu ilə vəhdət təşkil 
edərək bir tərəfdən  əsərin bədiiliyini gücləndirirsə, digər 
tərəfdən süjet xəttinin inkişafına xidmət edir. 
Salur Qazan baş ozandan Oğuz elini tərif edən bir 
nəğmə oxumasını istəyir: 
 
Ozan qardaş, şən elimiz var bizim, 
Qopuz çalıb bu ellərdən xəbər ver. 
Dağdan axan gur selimiz var bizim, 
Bu dağlardan, bu sellərdən xəbər ver (98, 6) 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə