Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə66/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   62   63   64   65   66   67   68   69   ...   89

 265 
ürəyinə daman narahatlıqlar açıq hiss olunur. Şair hiss 
edirdi ki, Azərbaycanın başının üstündə qara buludlar oy-
naşır. Şöklü Məlik bu dəfə erməni olub, Azərbaycan-Oğuz 
yurduna soxulacaq, yurdu viranə edib, qız-gəlininin başına 
min oyun açacaq. Ona görə də əsərdə milli yaddaşa, baba-
larımızın, nənələrimizin qəhrəmanlıq və  mərdlik tarixinə 
müraciət açıq-aydın hiss olunur. Şairin  əsərdə izlədiyi bu 
həqiqət, əslində, əsərin əsas ideyasını təşkil edir. Təsadüfi 
deyildir ki, N.Xəzri pyesə məhz bu həqiqəti Burla xatunun 
dilindən səsləndirməklə nöqtə qoyur: 
 
Ötsün qanlı aylar, əzablı illər 
Ucaldaq mərdliyi məhəbbəti biz. 
Ey gələn əsrlər, gələn nəsillər, 
Sizə yadigardır sədaqətimiz! 
Qəlbimiz qəlblərdə yanan atəşdir, 
Bizə Azərbaycan uca günəşdir! (180, 204).  
 
N.Xəzrinin «Torpağa sancılan qılınc» pyesində ifadə 
olunan narahatlıqları tezliklə özünü doğrultdu. Vətənin - 
qədim Oğuz yurdu Azərbaycanın başının üstünü qara bu-
ludlar aldı. Azərbaycan bədhax qonşuları, qatı düşmənləri, 
onun varlığını istəməyənlər, var-dövlətinə göz dikənlərlə 
qanlı savaşa başladı. Bu mübarizədə  şair N.Xəzrinin də 
təlqin etmək istədiyi kimi, oğuz babalarımızın qəhrəman-
lıq tarixi - milli yaddaş bizə kömək oldu.  
Müasir Azərbaycanın tarixində baş verən hadisələr 
şair-dramaturq N.Xəzrini «Torpağa sancılan qılınc» pye-
sindən sonra eyni eposa - «Kitabi-Dədə Qorqud» və eyni 
boya - «Salur Qazanın evinin yağmalanması» boyuna bir 
daha müraciət etməyə məcbur etdi. Yeni əsər «Burla Xa-
tun» adlanırdı.  Əgər «Torpağa sancılan qılınc»  əsərində 
müəllifin niyyəti oxucu-tamaşaçıların milli yaddaşını 
oyatmaq, onları müqəddəs dəyərlərimiz  əsasında öz 
 266
mənəviyyatlarını yenidən qurmağa çağırmaq idisə, bu əsər 
başdan-başa milli yaddaşın oyanışı, milli düşüncənin hara-
yı, milli ruhun coşqusu idi. Bu, təsadüfi deyildi: milli ruh - 
milli yaddaş  hər zaman çağlayıb-daşmır. Onu oyadan, 
millətin ruhunu tərpədən nəsə böyük hadisə olur.  «Kitabi-
Dədə Qorqud» eposunun da N.Xəzrinin yaradıcılığında 
«birdən-birə» təkrarən aktuallaşması milli yaddaşımızda 
qəhrəmanlıq ruhunun oyanması ilə bağlı idi. Prof. T.Ha-
cıyev yazır: «...Bu da həqiqətdir ki, qəhrəmanlıq dastanı, 
bir qayda olaraq, xalqın tarixində yadellilərlə mübarizə 
salnaməsinin bütün fəsillərinə uyğun gəlir; qəhrəmanlıq 
dastanı bu yadelliyə qarşı mübarizə  nəticəsində yaranır, 
sonralar yadellilərlə mübarizə  məqamında dirçəlir, fəal-
laşır, el arasında söylənir, ondan təbliğat kürsüsü kimi 
istifadə olunur... (151, 10).  
N.Xəzrini də «Dədə Qorqud» eposuna yenidən,  əs-
lində isə - yeni gözlə, baxmağa məcbur edən Azərbaycan 
xalqının düşmənlə, yurdumuza soxulmuş yadellilərlə üz-
üzə qalması, qanlı mübarizəyə başlaması idi. İ.Kərimov 
yazır: «N.Xəzrinin ulu babası Salur Qazan Şukili Məliyin 
ipə-sapa yatmadığını görüb onu məhv etdiyi kimi, Nəbi 
Xəzri də neçə illərdən bəri xalqımızın başına müsibətlər 
gətirən ermənilərin - Şukili Məlik nəslinin həyasızlığını 
görüb bəyan etdi ki, 1988-ci ildə, o vaxt ki, Azərbaycan 
torpaqlarına erməni cəlladlarının hücumu, qəsbkarlığı baş-
landı, mən o əsərə  təzədən baxmalı oldum. Ona görə ki, 
həmin  əhrimanlar, zülmət daşıyıcıları  gəlib torpağımızı 
viran edirdilər. İndi onların tör-töküntüləri olan ermənilər 
yenə də başımıza bəla açırlar. Bəli, mən məcbur oldum o 
pyesi tamamilə, 99 faiz yenidən işlədim və adı da başqadır 
- «Burla Xatun» (195).  
Qeyd edək ki, müəllifin eyni  epos və onun eyni bo-
yuna dramatik üslubda yenidən qayıdışı ədəbi ictimaiyyət 
tərəfindən müsbət qarşılandı.  Əsər Azərbaycan Milli 


 267 
Akademik Dram Teatrında səhnələşdirildi və 1999-cu ildə 
«Burla Xatun» dramının ilk tamaşası oldu. Anşlaqla keçən 
tamaşalar haqqında mətbuatda biri-birinin ardınca mütə-
xəssis və tamaşaçı rəyləri çap olundu (bax: 68; 144; 194; 
302; 353). 
İki hissəli mənzum dram olan «Burla Xatun» əsəri-
nin birinci hissəsi Salur Qazanın düşmən tərəfindən viranə 
qoyulmuş yurdunun təsviri ilə başlanır: «Amansız döyü-
şün izləri hər yanda, hər  şeydə özünü göstərir. Beli bü-
külmüş bir ixtiyar asta addımlarla irəlilədikcə viran olmuş 
yurdunun bu kədərli mənzərəsi sanki onun qəddini bir az 
da  əyir. Başını qaldırıb hərdən  şimşək çaxan göyə baxır, 
elə bil nə küləyi duyur, nə də qatılaşan qaranlığı hiss edir, 
özünü tamam unutmuş halda ətrafı dolaşır» (181, 186). 
Maraqlıdır ki, müəllif «Burla Xatun» pyesində Dədə 
Qorqud obrazından, bir növ, imtina etmiş, onu sanki İxti-
yar obrazı ilə əvəzləmişdir. İxtiyarın bütün pyesi başlayan 
ilk sözləri elə onun Dədə Qorqud funksiyasında çıxış 
etdiyini göstərir: 
 
Hanı? Hanı? 
Əcəl aldı, yer gizlədi, 
Fani dünya kimə qaldı? 
Gəlimli-gedimli dünya, 
Son ucu ölümlü dünya. 
Dünyanın qoynunda at çapdıqca şər, 
Buludlar toqquşur, od şırım düşər. 
Göylərin şəninə göy gürültüsü, 
Yerlərin bəxtinə ildırım düşər (181, 186). 
 
N.Xəzri pyesə  oğuz mifoloji inamlar dünyasının  ən 
məşhur simvolu olan qurdu da daxil etmişdir. Belə ki, 
İxtiyarla cavan döyüşçünün dialoqunda cavanın Oğuz 
 268
yurdunda axan qanın nə vaxt kəsiləcəyi, qurdun nə vaxt 
oyanacağı haqqındakı sualına o, belə cavab verir: 
 
O zaman ki, qurd oyana
Qurd ulaya, haray çəkə, 
Onda, bəlkə, 
Bu haraydan oyana xan, 
Qalxıb dura Salur Qazan (181, 188). 
 
Dialoqdan məlum olur ki, Salur Qazanın ovda olma-
sından istifadə edən «qara qəlbli qanlı kafir» ürəklənib 
Oğuz elinə hücum etmiş, yurdu qana bələmiş, Ulusla 
(eposdakı Uruz) birgə yeniyetmə igidləri, qız-gəlini qolu-
bağlı dustaq etmişdir. Oğuzlar  əsirliyin  ən ağır dəqiqələ-
rində belə  vətənpərvərlik duyğusunu itirmir, onların canı 
əldən getsə də, vətən üçün dualar edirlər. Şöklü Məlik bizə 
«Torpağa sancılan qılınc» əsərindən məlum olan oğuz qızı 
Şiranəni məclisində oxudaraq ləzzət alır. Kafirlərdən biri 
ona Burla Xatunun gözəl  səsi olması haqqında məlumat 
verir.  Şöklü Məlik onu məclisə  gətirdib oxutdurmaq istə-
yir. Bir vaxtlar düşmənlərin yağlı vədəsinə aldanıb onların 
tərəfinə  keçən  Şiranə burada addımbaşı  təhqir olunduğu 
üçün onun qəlbində  əhatəsində olduğu adamlara nifrət 
əmələ  gəlmişdir. Lakin Oğuza xəyanət etdiyi üçün qayıt-
mağa üzü olmamışdır.  İndi  Şöklü Məliyin Burla Xatunu 
məclisə gətirmək istəyi onun qəlbində tufan qoparır: 
 
Eşit, ey hökmdar, bu işdən əl çək, 
Düşmən düşmənlə də mərd olsun gərək! 
...Namusa toxunmaq sənə yaraşmaz, 
Qalibsən, qalibtək apar özünü... (181, 198). 
 
Şöklü Məlik Şiranənin qəlbinin dərinliklərində Oğuz 
elinə sədaqətli olduğunu bildiyi üçün deyir: 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə