Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə62/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   58   59   60   61   62   63   64   65   ...   89

 249 
«Oğuz» adı oğuz xalqının hər bir nümayəndəsi üçün mü-
qəddəsdir. Bu ad sosial təbəqə və mövqeyindən asılı olma-
yaraq hamını birləşdirən  əsas ideyadır. Dastanı  dərindən 
bilən Ə.Dəmirçizadə insanlar arasında sosial-sinfi mübari-
zəni əsas götürən bir cəmiyyətdə - sovet dövlətində yaşa-
dığına baxmayaraq, pyesdə milli birlik ideyasını ifadə et-
məyə nail olmuşdur. Bu cəhətdən pyesin sonunda Dədə 
Qorqudun milli birlik haqqında alqışları,  əslində, müəllif 
Ə.Dəmirçizadənin pyesdə təcəssüm etdirmək istədiyi əsas 
ideyanın açıq şəkildə bəyanıdır: 
 
Ey el oğlu, qoy yaşasın bu ellər! 
Elin üçün hünər göstər, zor göstər! 
Amansız ol müxənnətə, namərdə! 
Macal vermə, çal qılıncı hər yerdə! (98, 67) 
 
Maraqlıdır ki, «Kitabi-Dədə Qorqud» eposunun milli 
birlik və sosial vəhdət haqqında bu əsas ideyası  təkcə 
Ə.Dəmirçizadənin «Qaraca Çoban» pyesində yox, eposa 
müraciət etmiş digər dramaturqların, o cümlədən N.Xəzri-
nin yaradıcılığında da uğurla davam etdirilmişdir. 
Qeyd olunduğu kimi, Azərbaycan ədibləri içərisində 
«Kitabi-Dədə Qorqud» eposuna ardıcıl  şəkildə müraciət 
edən sənətkarlardan biri görkəmli Azərbaycan  şairi Nəbi 
Xəzri olmuşdur. Maraqlıdır ki, şair-dramaturqun «Dədə 
Qorqud» motivləri üstündəki poema və  əsərləri eposun 
ikinci boyu olan «Salur Qazanın evinin yağmalanması» 
oğuznaməsi ilə bağlıdır. Deyildiyi kimi, sənətkar bu boy 
əsasında bir poema və iki pyes yazmışdır. Onda bu halda 
təbii olaraq belə bir sual meydana çıxır:  şairi eposun bu 
boyunda ona təkrar-təkrar qayıtmağa məcbur edən nədir? 
Əslində, bu sualın cavabını prof. T.Hacıyev sənətkarın 
«Burla Xatun» dramından danışarkən vermişdir. Azərbay-
can yazıçılarının «Kitabi-Dədə Qorqud» eposuna olan bə-
dii marağının səbəblərini səciyyələndirən alim N.Xəzriyə 
 250
çatarkən yazır: «Nəbi Xəzri qadın-ana obrazını ön plana 
çəkdi. Şair «Dədə Qorqud kitabı»ndakı Ana haqqı – Tanrı 
haqqı etnik-psixoloji düsturunu əsas tutdu. Böyük Oğuz 
elində Qazan xan bəylərbəyi, Burla Xatun isə xanımlar 
xanımıdır. Bəli, Burla Xatun Böyük Oğuz elinin baş 
xatunudur. Dövlətçiliyin bütövlüyündə  əri Qazan xanın 
Ana-xatun müşaviridir. Bu mövqe Göy Türk dövlətçili-
yindəki təcrübə ilə tam səsləşir - Bilgə Kağan belə deyir: 
«Türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam İlteriş 
xaqanı, anam İlbilgə xatunu Tanrı öz ucalığında tutub yu-
xarı götürmüşdü - yüksəltmişdi». Deməli, qədim türkün 
düşüncəsinə görə, dövlətin dövlət, millətin millət olması 
üçün hökmdarla xanımı müdriklikdə, kamillikdə biri-birini 
tamamlamalıdırlar. Nəbi Xəzri qədim türk adətinə hörmət-
lə yanaşır, bu tarixi normanı guya hüquq bərabərliyi xatiri-
nə qadını ictimai müqəvvaya çevirən sovet həqiqətinə qar-
şı qoyur. Nəbi dramında vətənin, millətin taleyi üçün qa-
dın - ana harayı qaldırır. Bu, Vətənimizin bugünkü halı 
üçün Dədə Qorqud ədəbiyyatına ehtiyacın real aktıdır. 
Kimsə «çeçen olmaq gərəkdir» deyir. Nəbi isə deyir ki, 
yaralarımızı sağaltmaq üçün Qazan xan, Burla xatun
Bamsı Beyrək, Qanturalı olmaq gərəkdir» (157, 6). 
 Prof.  T.Hacıyev qədim oğuz cəmiyyətində, sosial-
inzibati quruluşunda qadın-ananın rolunu çox gözəl səciy-
yələndirib. Elin başçısı Salur Qazan bir başçı olmaqla ya-
naşı, eyni zamanda oğuz kişiləri - ərləri üçün ideal nümu-
nə, ərlik, igidlik simvoludur. Onun xanımı Burla xatun da 
eyni zamanda Oğuz elinin xanımları üçün qadınlıq – ana-
lıq simvoludur. Prof. S.Əliyarov yazır ki, KDQ Boylarında 
tarixdən öncəki çağlarla səsləşən anlayışlardan biri “ana 
haqqı” anlayışıdır. Bu anlayışa görə Ana – Tanrı şərafətli 
bir varlıqdır, “Tanrı haqqı” daşıyıcısıdır… Ana haqqının 
Tanrı haqqına bərabər tutulması anaxaqanlıq (matriarxat), 
yəni Ulu İcma yaşayışının qalıntısıdır (123, 29-30). 


 251 
Səciyyəvidir ki, biz cəmiyyətin sosial-inzibati zirvə-
sini təşkil edən rəhbər cütlüyün bu rolunu başqa bir eposda 
- «Koroğlu» dastanında da müşahidə edirik. Çənlibeldə 
dəlilərin başçısı - sərkərdəsi Koroğludur. Lakin Cənlibel 
cəmiyyətində Koroğlu ilə  bərabər onun həyat yoldaşı 
Nigar xanımın da, az qala, elə Koroğlunun özünə bərabər 
başçı statusu var: Düzdür, «dastanda bir sıra kamil qadın 
obrazları vardır. Bunların içərisində diqqəti  ən çox Nigar 
xanım obrazı  çəkir. Diqqətlə fikir verilsə, Nigar xanımın 
Çənlibeldə, bir növ, Koroğlu səviyyəsində statusu vardır. 
Koroğlu bütün dəlilərin başçısı olduğu kimi, o da, elə bil, 
bütün xanımların başçısıdır. Ancaq Nigar xanımın nüfuzu 
təkcə bununla ölçülmür.O, Çənlibelin ağbirçəyidir. Bu, 
dastanın müxtəlif epizodlarında aydın şəkildə ortaya çıxır. 
Çənlibeldə müəyyən incikliklə və s. bağlı konfliktlər yara-
nanda o, barışdırıcı rol oynayır... Nigar xanımın istər dəli-
lərin, istərsə  də Koroğlunun yanında çox böyük nüfuzu 
vardır.. O, buna ağıllı,  ədalətli, haqq tərəfi saxlayan bir 
qadın kimi ad çıxarması ilə nail olur» (186, 135).  
Göründüyü kimi, N.Xəzri öz «Dədə Qorqud» yara-
dıcılığında (poema və pyeslərində) qabartdığı,  əsərlərinin 
əsas ideyası kimi götürdüyü Qadın - Ana amalı Azərbay-
can xalqının milli mənəviyyat tarixinin əsas cizgilərindən 
biridir. Ana cəmiyyət tariximizin bütün dövrlərində mü-
qəddəs tutulmuşdur. Elə ədəbiyyat tariximizə nəzər salsaq, 
ulu qaynaq miflərdən tutmuş günümüzədək ananın uca, 
əlahiddə varlıq kimi tərənnüm olunmasına rast gəlirik. Bu, 
tariximizin bütün dövrlərində belə olub. Bu məsələdə 
«Ana haqqı - Tanrı haqqı» deyən tanrıçı  oğuzların anaya 
bəslədikləri müqəddəs münasibəti islam dininin «Cənnət 
anaların ayaqları altındadır» hökmü daha da ülviləşdirib. 
Bu cəhətdən N.Xəzrinin «Dədə Qorqud» yaradıcılığında 
«Ana - Qadın» ideyası «Ana - Vətən» ideyası ilə ayrıl-
mazdır.  Şair-dramaturqun  əsərlərində Ana ilə  Vətən 
 252
eyniləşdirilmiş, Vətənin müqəddəsliyi və  mənafeyi ilə 
Ananın müqəddəsliyi və mənafeyi arasında bərabərlik işa-
rəsi qoyulmuşdur. N.Xəzri «Vətən - Ana» amalını  tərən-
nüm etməklə xalqımızın tarixi yaddaşını oyatmağa çalışıb, 
xalqı milli tarixin «Ana» adlanan ən müqəddəs dəyəri əsa-
sında yenidən təmizlənməyə, paklanmağa, «Torpaq Ana-
mızı» «Qan Anamız» bilib, onu göz bəbəyi kimi qoruma-
ğa çağırıb. 
Deyildiyi kimi, N.Xəzrinin «Torpağa sancılan qı-
lınc» mənzum pyesi «Kitabi-Dədə Qorqud» eposunun 
«Salur Qazanın evinin yağmalanması» boyu əsasında ya-
zılmışdır. Bu pyes 1985-ci ildə ilk dəfə böyük səhnəyə 
çıxdı və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. 
Əsər və onun tamaşası haqqında görkəmli sənətşünas və 
ədəbiyyatşünaslar mətbuatda təqdiredici məqalələr çap et-
dirdilər. Məsələn, yazıçı-publisist Hidayətin «Qorqud Də-
də, xoş gəlmisən səhnəmizə» adlı məqaləsində N.Xəzrinin 
«Dədə Qorqud» mövzusunda «Əfsanəli yuxular» poema-
sından sonra yenidən  əsər yazması  və  Ə.Dəmirçizadədən 
sonra teatrlarımızın bu mövzuya müraciəti böyük coşqu ilə 
alqışlanmış  və  məqalədə bu istiqamətin dramaturqlar və 
teatrlar tərəfindən davam etdirilməsimnin vacibliyi xüsusi 
vurğulanmışdır (166, 387-395). 
Sənətşünas  İ.Kərimov uzun müddət repertuardan 
düşməyən bu əsər və onun tamaşasının əhəmiyyəti haqqın-
da üstündən bir çox illər keçdikdən sonra belə yazmışdır: 
«Kitabi-Dədə Qorqud»... olduqca zəngindir, təcəssüm im-
kanları baxımından dəyərlidir.  Şair-dramaturq Nəbi Xəz-
rinin dastanın «Salur Qazanın evinin yağmalanması» bo-
yunun əsasında yazdığı  və 1985-ci ildə Azərbaycan Döv-
lət Dram Teatrı səhnəsində tamaşaya qoyulmuş «Torpağa 
sancılan qılınc» əsəri fikrimizin təsdiqi üçün yaxşı sübut-
dur. Nəbi Xəzrinin əsərində «Kitabi-Dədə Qorqud» dasta-
nının ruhu saxlanılmış, onun romantik-qəhrəmanlıq 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə