Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə70/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   66   67   68   69   70   71   72   73   ...   89

 281 
olsaydım, oxuyacağınız kitabın sırf  ədəbi səciyyələrinə 
diqqətinizi yönəldib dramaturgiyamızda xassəcə yeni 
mövzu... fabula... süjetqurma... dil... stilistika və bu kimi 
«kateqoriya»ların təsir və ifadəliliyindən  ətraflı danışar-
dım... Teatrşünas olsaydım, tanış olacağınız pyeslərin milli 
teatr təfəkküründə yeri və əhəmiyyətini göstərib prinsipcə 
yeni konflikt-münaqişə... dramatik mübarizə... psixoloji 
münasibətlərin və başqa mühüm dramaturji «ele-
ment»lərin incə sistemliyindən söhbət açırdım... «Geniş 
oxucu-tamaşaçı kütlənin» nümayəndəsi olsaydım, hamıya 
bu sənət əsəriylə maraqlanmağı məsləhət görərdim: müəl-
lif hamımızı düşündürən... xoflandıran... ovsunlayan adi 
qədər sehrli mətləblərin sirrini anlamağa çalışır, həyatla 
ölümün qarşıdurmasını arzumuzla, məramımızla barışdır-
maq cəhdindədir. Fikrimcə, yer üzündə  hələ heç kim bu 
məqsədə yetməyib, amma cəhdin özü həm sənətçinin, həm 
təmsil etdiyi mədəniyyətin yüksək səviyyəsini təsdiqləyir» 
(334, 3). Bu fərqli yanaşmaları birləşdirən H.Turabov 
K.Abdullanın dramaturji yaradıcılığını ümumi şəkildə sə-
ciyyələndirərək yazır ki, «yaradıcılıq təcrübəmə söykənə-
rək tam məsuliyyətlə Kamalın dramaturji düşüncə  və 
üslubunu yeni əsr və minilliyin aparıcı meyli, tendensiyası 
kimi qiymətnədirirəm» (334, 3-4). 
Doğrudan da, K.Abdullanın «Kitabi-Dədə Qorqud» 
eposunu tamamilə yeni kontekstdə yozmaq cəhdləri, əslin-
də, dünyanın tarixi zamanının ikinci minilliyini tamamla-
yıb üçüncü minilliyə başlayan çağdaş insanının fikir plüra-
lizmini (çoxfikirliliyini) inikas edir. İndi dünyada dəyərlə-
rin, obrazlı desək, «demokratik» düzümü var. Keçmiş  və 
bugün, təsdiq və inkar yanaşı yaşaya bilir. Bu, mahiyyətcə, 
yeni düzəndir. K.Abdullanın yaradıcılığı sübut edir ki, 
«Kitabi-Dədə Qorqud» bir epos kimi milli düşüncəmizi 
tarixin bütün epoxalarında aktual saxlayacaq. Bu abidədə 
daşınan etnopoetik dəyərlər daim müasirdir. «Dədə 
 282
Qorqud» mətnində məkan və zamanın polifoniyası – çox-
səslilik var. Bu mətn istənilən bədii yozumda mənalana 
bilir. K.Abdulla həmin mətni gah komediya, gah faciə, gah 
postmodernist yönümdə  bədiiləşdirir. Maraqlıdır ki, hər 
dəfə epos mətni bizim qarşımıza orijinal «sifətdə» - yeni 
məzmunda, fərqli yozumda, başqa kompozisiyada, seçilən 
bədii işarələr sistemi kimi çıxa bilir. K.Abdulla yaradı-
cılığının ədəbiyyatımız qarşısında əsas xidmətlərindən biri 
elə bu - «Kitabi-Dədə Qorqud» mətninin sonsuz bədii yo-
zum imkanlarını «kəşf» etməsidir. 
K.Abdullanın «Casus» pyesi öz məzmununa görə 
«Yarımçıq  Əlyazma» ilə yaxından səsləşir. Boğazca Fat-
manın oğlunun casus kimi həbs olunması, casus əhvalatı-
nın Oğuzda necə bir faciə yarada biləcəyini qabaqcadan 
hiss edən Qorqudun ona oğlunu necə azad etdirməyin sir-
rini öyrətməsi, Boğasca Fatmanın bir-bir oğuz bəylərinə 
yaxınlaşaraq oğlunun həmin bəydən olmasını söyləməsi və 
beləliklə, oğuz bəylərinin «zəif damarından» tutaraq, yəni  
onların hər birinin Boğazca Fatma ilə  gənclikdə etdikləri 
sevgi macərasından istifadə edib, bəyləri «barmağana do-
laması» və oğlunu azad etdirməsi pyesi və romanı birləşdi-
rən əsas motivləri təşkil edir. Pyes romandan qabaq yazıl-
mışdır. K.Abdullanın bu pyesi bir komediyadır və müəllif 
bu əsəri ilə kifayət qədər mənalı və düşündürücü gülüş ya-
ratmağa nail olmuşdur. Romanda isə, bundan qabaq apar-
dığımız təhlillərdən gördüyümüz kimi, pyesdən bizə  mə-
lum olan «casus» əhvalatı Şah İsmayıl Xətaidən bəhs edən 
«əhvalatla» mürəkkəb postmodernist yanaşma modelində 
birləşdirilmişdir. «Casus» pyesində  məkan-zaman oğuz 
dünyasının «Kitabi-Dədə Qorqud» dövrünü əhatə edirsə, 
romanda oğuz tarixinin müxtəlif dövrlərini birləşdirən 
gizli bağlar ortaya qoyulmuşdur. 
«Yarımçıq  Əlyazma» romanındakı «casus» əhvala-
tını geniş  təhlil etdiyimiz üçün «Casus» pyesindəki eyni 


 283 
bədii-poetik məsələlərə toxunmağı və geniş danışmağı lü-
zumsuz hesab edirik. Bu pyes komediyadır, gülüş yaradıcı 
mətndir. Lakin bu gülüşün altında Azərbaycan-Oğuz milli 
tarixinin çox ciddi məsələlələri vardır. Həmin məsələlər 
prof. T.Hacıyev tərəfindən çox geniş  təhlil edilmişdir. 
Professora görə, «Oğuzun - türkün yayvari tarixi gəlişində 
enmə və qalxma xətləri Kamalın bizə tədqim etdiyi casus 
kodu ilə  şərtlənibmiş: bu casus cilovlananda Oğuz qalxıb, 
cilovdan çıxanda Oğuz müvazinətin itirib» (154, 10). Prof. 
T.Hacıyev maraqlı bir məsələyə - «Dədə Qorqud» motiv-
lərinin komediya janrında bədiiləşmə imkanlarına da toxu-
nub. O yazır: «Dədə Qorqud motivləri bu günün ideyasına 
daha çox faciə, yoxsa komediya şəklində uyğun gələrdi? 
Casus» komediyası ikinci sualı təsdiqləyir. Komediya alı-
nıbmı? Alınıb. İnsan olmadığı kimi görünəndə, özünü in-
kar edəndə, xislətinin  əleyhinə gedəndə komik vəziyyətə 
düşür. Burada «Dədə Qorqud kitabı»nın Oğuz igidləri öz 
qəhrəmanlıq orbitlərindən çıxıblar. Oğuz elinin bəylər 
bəyi xan Qazan, dəstursuzca Bayındır xanın yağısına ba-
san, altmış min kafirə qan qusduran Qəflət Qoca oğlu Şir 
Şəmsəddin, altmış erkəc dərisindən kürk eləsə, topuqlarını 
örtməyən at ağızlı Aruz Qoca, Oğuz dövlətinin quru sər-
hədini təkcə qoruyan, ceyranı at üstündə qovub əlilə tutan 
igid Bəkil dastandakı ara arvadı Boğazca Fatmanın oynaş-
larıdır. Oğuzun tamam bilicisi, hər dediyi olan, qaibdən 
xəbərlər verən el atası, Qalın oğuzun müdrik ağsaqqalı 
Qorqud Ata, heç demə, həmin Boğazcanın oğlunun halal 
atasıymış» (154, 11). Əsərin janr təbiətinə gəlincə, «pyes-
də komik şərait və komik obrazlar lazımi  ədəbi-estetik 
norma ilə mövcuddur. Bu, iri həcmli parodiyadır. Əsl janrı 
novella-komediyadır» (154, 11). 
Bütün bu deyilənlərdən sonra «Yarımçıq  Əlyazma» 
romanı əsasında geniş təhlil etdiyimiz «casus» əhvalatının 
«Casus» pyesi ilə bağlı yenidən təhlilinə, daha doğrusu
 284
aparılmış təhlilin təkrarlanmasına ehtiyac qalmır. Həm də 
unutmaq olmaz ki, «casus» əhvalatı elə «Yarımçıq Əlyaz-
ma» romanın özündə belə müəyyən mənada komik üslub-
da təsvir olunmuşdur və biz təhlil zamanı «casus» süjeti-
nin bu tərəflərinə kifayət qədər diqqət yetirmişdik. Bu cə-
hətdən indi diqqəti «Kitabi-Dədə Qorqud» eposundakı 
oğuz reallıqlarının K.Abdullanın qələmi ilə «ciddi» planda 
bədiiləşdirilməsi olan «Beyrəyin taleyi» pyesinə yönəlt-
mək məqsədəuyğundur. 
Bu pyesi «Yarımçıq Əlyazma» obrazı ilə birləşdirən 
əsas ünsür Beyrək obrazıdır. Müəllif bu obrazı romanda 
mənfi xarakter kimi təqdim etmişdirsə, «Beyrəyin taleyi» 
əsərində Beyrək obrazının bədii təqdimatı «Kitabi-Dədə 
Qorqud» eposunun öz obrazyaratma qəlibinin əsas kontur-
larına uyğundur. Dastanda Beyrək oğuz milli-etnik dəyər-
lərinə sadiq, oğuz bəy-igid normalarının daşıyıcısı olan 
qəhrəmandır. O, sözün hər iki anlamında, yəni həm süjet 
hadisələrinin ağırlığını öz üzərinə alan «personac-qəhrə-
man», həm də bu sözün «igid», «ər», «qorxubilməz döyüş-
çü», «alp-cəngavər» mənalarında olan qəhrəmandır. K.Ab-
dulla pyesdə obrazın eposdan gələn bu keyfiyyətlərini sax-
lamaqla bərabər, süjet-obraz kompleksini «Kitabi-Dədə 
Qorqud» eposunun mahiyyət (altda, gizlində qalan) pla-
nından müşahidə etdiyi ünsürlərlə zənginləşdirməklə oxu-
culara oğuz dünyasına onun görünməyən tərəflərindən 
baxmaq imkanını  təqdim etmişdir. Yəni K.Abdulla üçün 
ifadə planı hamının görüb bildiyi «Kitabi-Dədə Qorqud», 
mahiyyət planı isə özünün adlandırdığı kimi «Gizli Dədə 
Qorqud»dur. Eposdan aldığı «Beyrək» süjetini bu gizlin-
lərlə (gizli ünsürlərlə) zənginləşdirməklə «Beyrəyin (bildi-
yimiz) taleyi»ni «bilmədiyimiz taleyi» kimi təqdim etməyi 
sözün hər mənasında bacarmışdır. Təsadüfi deyildir ki, 
müxtəlif aktyor kollektivləri, teatr studiyaları bu əsərə 
müraciət edərək onu səhnələşdirmiş, mətbuatda  əsər və 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə