Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə60/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   56   57   58   59   60   61   62   63   ...   89

 241 
Mərə kafir, necə gəldin buraya
Oğrun-oğrun, gecə gəldin buraya. 
Yoxsa, mərə azğın kafir, mey içdin, 
Sərxoş olub başındanmı keçdin?» (98, 24) 
 
Aznavurlardan biri Salur Qazanın evini necə yağma-
ladıqlarını çobana danışıb onun ürəyinə qorxu salmaq istə-
yir. Lakin Qaraca Çoban öz el-obasına, yurduna, ona 
çörək verən insanlara sadiqdir. Müəllif çobanın vətən sev-
gisini obrazın öz dili ilə çox təsirli şəkildə ifadə etmişdir. 
Qaraca Çoban deyir: 
 
Mərə axmaq kafir, tökmə ətimi, 
Verməm yüz bəyinə bircə itimi. 
Mən dağlar bəyiyəm, dağlar mənimdir; 
Bu sərin yaylaqlar öz vətənimdir. 
Kovat oğlu kovat, axmaq aznavur, 
Toxunma obama, uzaqlarda dur... (98, 25) 
 
Dastanda qəhrəmanlığı, qorxmazlığı digər oğuz bəy-
ləri ilə  bərabər səviyyədə  təsvir olunmuş Qaraca Çoban 
məsələsi elmdə müəyyən mübahisə yaratmışdır. Sovet 
qorqudşünaslığında o, əməkçi xalqın dastanda ətraflı təsvir 
olunmuş  əsas nümayəndəsi kimi qəbul olunmuş  və ona 
qarşı «həssaslıq» göstərilmişdir. Prof. E.Rəhimova obraz 
haqqında səciyyəvi fikirləri nəzərdən keçirərək yazır: «Bir 
sözlə, Qaraca Çoban, yaxud da V.Bartoldun, onun ardınca 
isə P.Antokolskinin adlandırdıqları (kimi - Y.İ.) «qara 
çoban» dastanda kifayət qədər  əhəmiyyyətli bir şəxsidir. 
O, cəsarətlə öz ağasının düşmənlərinin qarşısını alır, tək 
300 adamı yerlə yeksan edir; nəhəng qəhrəman sapandla 
qoyun atmağı, ağacı kökündən çıxarmağı və nəhayət, ağa-
sına sədaqətlə xidmət etməyi bacarır. Bax bu cürdür 
Qaraca Çoban. Salur Qazanla Qaraca Çobanın qarşılıqlı 
 242
münasibəti dastanın təhrif olunmasında dəyişməz «arqu-
ment»dir. Bir vaxtlar məhz bu arqument onun ideyaca 
hörmətdən salınması sahəsində çox böyük səs-küyə səbəb 
olmuşdur» (285, 85). 
Həmin «çox böyük səs-küy» eposun «Salur Qazanın 
evinin yağmalanması boyunda» Salur Qazanla Qaraca Ço-
ban arasındakı bir dialoqla bağlıdır. Boyda qorxulu yuxu 
görüb yurduna qayıdan Salur Qazan evini - el-obasını ta-
lanmış görür. O, Qaraca Çobana rast gəlir. Çoban bütün 
əhvalatı ona danışır və Qazandan atını, silahlarını istəyir 
ki, gedib onun evini xilas etsin. Özü bəylərbəyi, oğuz or-
dusunun başçısı olan Salur Qazan, təbii ki, öz döyüş silah 
və atını heç vaxt Qaraca Çobana verməzdi. Lakin bu epi-
zod sovet qorqudşünaslığında sosial bərabərsizlik və haq-
sızlığın təzahürü kimi şərh olunmuşdur. Məsələn, keçən 
əsrin 60-cı illərinin  əvvəlində  məşhur alim A.Y.Yaku-
bovski yazırdı: «Çoban nəinki öz ağasının böyük sürüsünü 
kafirlərdən təkbaşına qoruyur, o eyni zamanda Salur Qaza-
na onun evini, var-dövlətini və şərəfini qorumaqda kömək 
etmək üçün öz həyatanı qurban verməyə hazırdır. Ancaq 
Salur Qazan çobanla necə rəftar edir? Çoban öz köməyini 
ona təklif edəndə Salur Qazan fikirləşir: «Əgər çobanla 
varacaq olursam, Qalın Oğuz bəgləri bənim başıma qaxınc 
qaxarlar. «Çoban billəm (olmasa), Qazan kafəri almazdı», 
deyərlər», - dedi» (A.Y.Yakubovskinin dastandan rusca 
verdiyi bu cümləni biz orijinalın bu nəşrinə  əsaslanaraq 
veririk. Bax: 202, 46 - Y.İ.). Qazanı qəzəb bürüyür: «Ço-
banı bir ağaca sara-sara möhkəm bağladı. Atlandı, yürüyü 
verdi» (Bax: 202, 46 - Y.İ.).  Ən nüfuzlu bəylərdən biri, 
Salur Qazanın özü bax belə hərəkət etdi. Və bütün bunlar 
çobanın onun üçün bütün elədiklərindən sonra baş verdi. 
Yəni ondan sonra yox ki, Qazanın evini qurtarmaqdan ötrü 
öz canını qurban verməyi ona təklif etdi, məhz ondan 


 243 
sonra ki, çoban öz kasıb yeməyini Qazanla bölüşdü. Bax 
«Qorqud Kitabı»ndakı Qaraca Çoban belədir» (398, 134). 
Əlbəttə, Salur Qazanla Qaraca Çobanın sosial bəra-
bərsizliyi öz dövrünün reallığıdır. Ancaq Salur Qazan-
Qaraca Çoban münasibətlərinin təsvirində epos yaradıcıla-
rının məqsədi heç də (və heç bir halda) bu sosial bərabər-
sizliyi nəzərə çarpdırmaq olmamışdır. Bu, qətiyyən belə 
deyildir. Prof. E.Rəhimova haqlı olaraq belə hesab edir ki, 
Qaraca Çoban öz davranışlarında etik-əxlaqi çərçivəni 
gözləyə bilmir: «Qaraca Çoban nə  qədər cəsarətli və qo-
çaqdırsa, bir o qədər də yaxşılıq etməyin qızğın çağında 
adi  ədəb qaydalarını tapdalayıb keçməyi bacaran yonul-
mamış bir insandır. Axı görək mahiyyət etibarilə o, öz 
süzereninə, yəni feodalına nə (Qazanın evini xilas etməyi - 
Y.İ.) təklif edir? Nə az, nə çox elə bir şeyi ki, o şey oğuz 
bəyi olan Qazan üçün mərdlik, namus obyekti hesab olu-
nur. Və məhz belə bir işdə Qazanı əvəz etməyi Çoban ona 
təklif edir. Dedikləri azmış kimi, fikirləşdiyini həyata ke-
çirmək üçün o, ağasından hökmdar silahını, döyüş ləvazi-
matını, ən başlıcası isə, atını ona verməyi xahiş edir, yəni 
o  şeyləri ki, onlarsız oğuz pəhləvanı, oğuz kişisi nə igid
nə də kişi hesab edilirdi» (285, 89-90). 
Məsələyə bizim münasibətimizə  gəlincə, düşünürük 
ki, Salur Qazanla Qaraca Çoban arasındakı münasibətləri 
heç bir sosial bərabərsizlik, yaxud digər münasibətlər as-
pektində yozmağa ehtiyac yoxdur. Çünki «Kitabi-Dədə 
Qorqud» dastanı poetikasına sosial bərabərsizliyin təsvir 
olunması, yaxud bu ideyalara hər hansı şəkildə işarə olun-
ması yaddır. «Kitabi-Dədə Qorqud» - qəhrəmanlıq eposu-
dur və bu mənada igidliyi başqa oğuz qəhrəmanları ilə bə-
rabər səviyyədə  təsvir olunmuş Qaraca Çoban eposun 
«qəhrəman tipologiyasına» görə məhz qəhrəmandır. Onun 
«çoban» statusunda heç bir sosial bərabərsizlik, yaxud 
sosial təhqir axtarmağa ehtiyac yoxdur. Kafirlər ona hətta 
 244
bəylik təklif edirlər, lakin o, öz «çoban» statusunu kafirlə-
rin verdiyi bəylikdən üstün tutur. Demək, dastanın poeti-
kasında sosial bərabərsizliyin təsvir olunması heç bir halda 
əsas deyildir. Qaraca Çoban bir qəhrəmandır və onunla 
Salur Qazan arasında müəyyən incikliyin baş verməsinə 
də  oğuz qəhrəmanlıq tipologiyasının hüdudları daxilində 
yanaşmaq lazımdır. Yada salaq ki, Salur Qazanla digər 
bəylər arasında (məsələn, Bəkillə) daha ağır incikliklər, 
hətta münaqişələr baş verir. Bu cəhətdən məsələnin bütün 
mahiyyəti «Kitabi-Dədə Qorqud» eposunun qəhrəmanlıq 
poetikası ilə bağlıdır. Onu da qeyd edək ki, məhz «Dədə 
Qorqud» dastanının poetikası  fərqli cəhətlərə malikdir. 
Türk dastan yaradıcılığında qəhrəman problemindən bəhs 
edən M.Allahmanlının fikrincə, «Dədə Qorqud» eposu bu 
cəhətdən fərqlidir: «Bu, özlüyündə hər hansı aşıq dastanı-
nın «Kitabi-Dədə Qorqud»la müqayisəsində daha çox 
aydınlaşır... Digər bir cəhəti də qeyd edək ki, «Kitabi-Də-
də Qorqud» formal strukturu baxımından da «Törəyiş», 
«Yaradılış», «Şu», «Boz qurd» və s. dastanlardan fərqlə-
nir» (38, 30). 
«Kitabi-Dədə Qorqud»un qəhrəmanlıq poetikasında 
gerçəkliyə sosial münasibətlər aspektində yanaşma yox, 
sosial struktur daşıyıcısının qəhrəmanlıq modelinə  nə  də-
rəcədə uyğun olması  əsasdır. Bu cəhətdən Qaraca Çoban 
əsl qəhrəmandır. Hətta eposdakı bir sıra adlı-sanlı  oğuz 
bəylərinin qəhrəmanlıqlarının təsviri Qaraca Çobanın 
igidliklərinin təsviri ilə müqayisədə çox zəif verilmişdir. 
Belə demək mümkünsə, «Salur Qazanın evinin yağmalan-
ması boyu»nda Qaraca Çoban öz qəhrəmanlıqlarının təsvi-
ri baxımından Salur Qazanla eyni cərgədə durur. Baxma-
yaraq ki, keçən əsrin xüsusilə stalinizm dövrü Azərbaycan 
ədəbiyyatında Qaraca Çoban daha çox əməkçi sinfin nü-
mayəndəsi kimi tərənnüm olunmuşdur, obyektiv olaraq 
deməliyik ki, belə bir tərənnüm üçün Qaraca Çoban 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə