Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə59/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   55   56   57   58   59   60   61   62   ...   89

 237 
Baş ozan oğuzların sevdikləri və müqəddəs tutduq-
ları Ala dağ haqqında nəğmə oxuyur: 
 
İzin verin, a ağalar, a bəylər! 
Ala dağdan sizə verim mən xəbər... 
 
Müqəddəsdir, ulu dağdır Ala dağ, 
Çeşməlidir, sulu dağdır Ala dağ. 
Ağ bulutdan sarıq qoyub başına, 
Narın qardan rəng vurubdur başına (98, 7-8) 
  
Ozanların oxuduğu nəğmələr Salur Qazanın ov həvə-
sini oyadır. Bilirik ki, ov «Kitabi-Dədə Qorqud» eposunda 
ən davamlı motivlərdən biridir. A.Y.Yakubovski təsadüfi 
yazmır ki, «köçəbə aristokratiyası - əllərində böyük var-
dövlət olan bəylər təkcə hərbi xidmət aparmayaraq, köçəri 
heyvandarlıq təsərrüfatı  şəraitində öz xanlarına qulluq 
edirdilər. Bəylər xanla birlikdə yalnız əyləncə hesab olun-
mayan ovda da iştirak edirlər. Böyük tutumlu ovların təş-
kil olunması bununla bağlıdır. «Qorqud kitabı»nda biz bu 
ovların çoxlu təsvirlərini tapırıq» (398, 131). Eposun ob-
raz sisteminə, motivlər aləminə  dərindən bələd olan 
Ə.Dəmirçizadə də «ov» motivini oğuz sosial həyat tərzinin 
əsas kütləvi modeli kimi pyesdə qorumuşdur. 
Məclis vaxtı Dədə Qorqud «yan tərəfdə qocaman bir 
ağacın dalında görünür. Məclisdəkilər onu görmür. Lakin 
o, yavaş  və  ağır addımlarla məclisə yaxınlaşır. Bilirsiz 
(səssiz - Y.İ.) halda ətrafı və məclisi seyr edərək dinləyir 
və dua edir kimi bir vəziyyət alaraq deyir: 
 
Daim olsun elimizdə toy-düyün! 
Tanrı bizə göstərməsin yaman gün. 
Daim olsun dövlətimiz dünyada! 
Tanrı bizə gətirməsin dərd, qada» (98, 10) 
 238
 
 Birdən bəylər Dədə Qorqudu görüb onu alqışla-
yırlar. Dədə Qorqud onların ova getmək fikrini bəyənsə 
də, Salur Qazana ehtiyatlı olmağı məsləhət görür: 
 
Qılınc çalıb göstərməksə bir hünər, 
Həm də gərək sərvaxt olsun igidlər. 
Unutma ki, ehtiyatlı qorxaqlar 
Bəzən hətta döyüşlərdə qazanar. 
Gər igiddə olmalısa el məşqi, 
Bir də gərək olsun onda yurd eşqi. 
Yurdumuzun ətrafında yağı var, 
Sən gedərsən, yurdu yağı dağıdar, 
Yurdun üstə söylə, kimi qoyursan?! (98, 12) 
 
Salur Qazan məsləhəti bəyənib oğlu Uruza üç yüz 
igidlə bərabər eli qorumağı tapşırıb, bəylərlə ova yollanır. 
Birinci pərdə Uruzun öz sevgilisi Gülçinə  bəslədiyi 
hisslərinin təsviri ilə bitir. 
İkinci pərdə  oğuzların düşmənləri olan rumların sa-
rayının təsviri ilə başlanır. Rum məliki çox qəmgindir: 
onun övladı yoxdur. Oğuzdan bir casus gəlib Salur Qaza-
nın öz igidləri ilə ova getdiyini ona xəbər verir. Məlik für-
səti əldən buraxmayıb əmr verir: 
 
Aznavurlar, fürsəti fövt etmədən, 
Hazır olsun yeddicə min döyüşkən. 
Qazan yurdu bu gür gərək talansın, 
Yağmalansın, alovlara qalansın. 
Odlar yurdu od içində sönməli, 
Oğuz eli xərabəyə dönməli. 
Haydı igid aznavurlar, tez olun
Gün batınca yarısını bu yolun 
Gərək keçək, göz qırpanda son ulduz, 
Fürsət varkən yağmalansın ol Oğuz  (98, 21-22). 


 239 
 
Burada bir detal diqqəti cəlb edir. Əgər «Dədə Qor-
qud» librettosunda Oğuz elinin düşmənləri kimi səlcuqlar 
təsvir olunurdusa, «Qaraca çoban» pyesində biz bu rolda 
rumluları görürük. Lakin Ə.Dəmirçizadə (o cümlədən Şey-
xov) səlcuqları gəlmə türklər kimi təqdim etməklə yanaşı, 
oğuzların Azərbaycanın yerli - avtoxton əhalisi olduğunu 
təsdiq etmişlər. Eyni durumu «Qaraca çoban» pyesində də 
müşahidə edirik. Bu məsələ pyesdə bədii simvolika ilə də 
olsa, çox dərindən qoyulmuşdur. Bu cəhətdən rum məliki-
nin söylədiyi «Odlar yurdu od içində sönməli // Oğuz eli 
xərabəyə dönməli» misraları dərin məna daşıyır. 
Hamıya məlumdur ki, «Odlar yurdu» dedikdə Azər-
baycan nəzərdə tutulur. Bu ad azərbaycanlıların öz vətən-
lərinə verdiyi ad deyildir. Əksinə, qədim mənbələrdə yur-
dumuz belə adlandırılmışdır. «Odlar yurdu» ifadəsinin iki 
mənası var:  
Birincisi, orta əsrlərdə  vətənimizə  gələn  əcnəbilər 
burada neft və qazın təsiri ilə yanan torpaqları, «Yanar-
dağ» kimi məntəqələri görüb, neft-qaza işarə ilə Azər-
baycanı odlar yurdu adlandırmışlar.  
İkincisi, «Odlar yurdu» atəşpərəstliklə - oda sitayişlə 
bağlıdır. Azərbaycanda lap qədimlərdən, ən azı, eramızdan 
əvvəl VIII-V əsrlərdən oda - atəşə sitayiş olunmuşdur. 
Neft-qazın təsiri ilə yanan torpaqlar Azərbaycanda lap qə-
dimlərdən olmuş, bu da od-atəşlə bağlı mifoloji inancların 
meydana gəlməsinə, daha sonra bu inancların sistemləşə-
rək atəşpərəstlik (zərdüştilik) dininə çevrilməsinə  səbəb 
olmuşdur. Rum məlikinin söylədiyi «Odlar yurdu od 
içində sönməli // Oğuz eli xərabəyə dönməli» misralarında 
«Odlar yurdu» Azərbaycanı «Oğuz eli» adlandırılır. De-
mək,  Ə.Dəmirçizadənin elmi görüşlərinə görə, Azərbay-
can hələ eramızdan  əvvəl birinci minillikdən oğuz türk-
lərinin doğma vətənidir. 
 240
Üçüncü pərdə  Dərbənd adlanan keçidin təsviri ilə 
başlanır: «İki tərəfi (arxa və sol tərəf) dağla əhatə olunmuş 
göy çəmənlikdir. Sağ yanı  sıldırım qayadır. Dağdan çay 
ilan kimi uzanır və şırıltı ilə qayadan axaraq dərənin dibi 
ilə gedir. Ön tərəfdən çəmənliyə gedən təkcə bir keçid 
vardır. Burası Dərvənd adlanır. Uzaqda qoyunlar görünür. 
Yarım dəqiqə bu mənzərə xali qalır. Yalnız uzaqda dağın 
sinəsində harada isə  həzin-həzin çalınan ney səsi  ətrafa 
yayılır. Başqa heç bir səs-səmir yoxdur, elə bil təbiət də 
susmuş, neyin bu həzin səsini dinləyir. Səhər vaxtıdır. Bu 
sükutu Dərvəndin o tərəf bu tərəfində baş qaldırıb hürən 
iki çoban itinin səsi pozur» (98, 23). 
Təsvir olunan məkan Salur Qazanın çobanı Qaraca 
Çobanın qoyun otardığı yaylaqdır. Rum məlikinin azna-
vurları - döyüşçüləri buraya Salur Qazanın qoyunlarını 
aparmağa gəlmişlər. Lakin onlar Qaraca Çobanın necə bir 
igid olduğunu bilmədikləri üçün əvvəlcə onu qorxutmaq 
istəyirlər: 
 
Duraq burda məskən edib bir yanı, 
Haylayaraq bir çağıraq çobanı. 
Dilə basaq, hərbə-zorba, al edək, 
Bəlkə, onu şirin dilə gətirib, 
Vədə verib, tezcə ələ gətirib, 
Asanlıqla qoyunları mal edək (98, 23). 
  
  Ə.Dəmirçizadə Qaraca Çobanın təsvirində dastanın 
öz bədii təsvir üslubuna sadiq qalmışdır: «Qaraca Çoban 
bir dikdə görünür. Çomağı çiynində, sapanı umuzundan 
(çiynindən - Y.İ.) asılı, belində əyri bıçaq, arxasında cey-
ran dərisindən çantası, başında böyük bir şallı papaq, iri 
vücudlu və heybətli görünüşlü Qaraca Çoban uzun bığla-
rını bir əli ilə tumarlayaraq deyir: 
   


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə