Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə39/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   35   36   37   38   39   40   41   42   ...   89

 155 
lıdır (onun ifadəsidir). Belə  şeirlərdə «Dədə Qorqud» za-
hiri planda olmasa da, bir ruh, daxildən, arxaik yaddaşdan 
gələn enerci simvolları kimi poetik mətnə daxil olur. 
Tədqiqatçı G.Əliyeva bu barədə Azərabycan poeziyasında 
xüsusi poetik üsluba malik olan R.Rövşən poeziyasının 
nümunəsində yazır: «70-90-cı illər poeziyasında Dədə 
Qorqud boylarından  əksər hallarda ritorik və patetik isti-
qamətdə deyil, estetik yönümdə istifadə edilmiş, dastan-
ların heyrətamiz sənətkarlıq xüsusiyyətləri çağdaş poetik 
fikrimizi zənginləşdirmişdir. Bu mənada boyların silsilə 
epitetlərindən bədii təcrübədə istifadə olunmasını qabart-
maq olar. Məlumdur ki, «Dədə Qorqud» boylarında çox 
vaxt bədii isim üçün iki və daha çox bədii təyindən istifadə 
olunur. Məsələn, «Köksü gözəl qaba dağlara gün dəyən-
də», «Qarşu yatan ala dağdan bir oğul uçurdunsa, degil 
mana; Qamən axan yügrək sudan bir oğul axıtdınsa, degil 
mana» və s. Eyni bədii priyomdan çağdaş poeziyada istifa-
də edərkən məhz «Dədə Qorqud» boylarına söykənildiyi 
heç bir şübhə doğurmur. Bu bədii vasitə Ramiz Rövşən 
poeziyasında daha uğurla özünə mövqe tutmuşdur: 
 
Başı kəsik gözəl kötük, 
Bu dağı sənə kim çəkdi? 
Baltanı sənə kim vurdu, 
Bıçağı sənə kim çəkdi (bax: 286, 11 - Y.İ).  
 
Aydın görünür ki, müqayisə edilən nümunələrdə 
hətta hecaların sayı da eynidir: 
 
Köksü gözəl qaba dağlar 
Qarşu yatan ala dağdan 
Qamən axan yügrək sudan 
Başı kəsik gözəl kötük» (139, 60).   
 
 156
«Dədə Qorqud» motivləri ilə  əlaqəsi zahiri planda 
birbaşa görünməyən bu tipli şeirlərdə güclü metaforik plan 
olur. Yəni sözü gedən motivlər həmin  şeirlərin metaforik 
strukturunda işarələr halında mövcud olur. Həmin məcazi 
elementlər, simvolik işarələr,  əslində, alt qatda, şeirin öz 
«yaddaşında» mövcud olan «Dədə Qorqud» motivlərini 
aşkarlamağa imkan verir. Tənqidçi-ədəbiyyatşünas A.Əm-
rahoğlu bədii mətnin bu qatına işarə edərək yazır: «Bədii 
əsərdə təsadüfi heç nə olmur. Ən adi detaldan tutmuş, mənfi 
və müsbət mühitdən asılı olmayaraq, əsas surətlərə  qədər 
bütün bədii aləm məqsədli xarakter daşıyır. Subyekti mə-
lum olmayan ən adi cümlə belə ilk növbədə söyləyənin, 
daha sonra konkret tarixi şəxsiyyət kimi müəllifin fikrinin 
realizəsinə xidmət edir. Bütün hallarda deyim, işarə, əşya 
aləmi, təbiət mənzərəsi və s. mövqedir, baxışdır, münasi-
bətdir. Real həyatdan fərqli olaraq bədii həyatda (bədii 
mətn məkanında - Y.İ.) mövqe sırf fərdi mahiyyəti ilə ya-
naşı, bədii-estetik məzmun qazanır, ierarxik münasibət-
lərin müəyyən qatı, sırası səviyyəsində kompozisiya hadi-
səsinə çevrilir» (143, 115). 
Tədqiqatçı Ş.Məmmədov şair, yazıçı, publisist Hida-
yətin «Dədə Qorqud» motivləri üstündə köklənmiş poezi-
yasının xarakterik cəhətlərindən danışarkən yazır: «Hida-
yətin «Dədə Qorqud» şeirində Azərbaycan ellərində Qor-
qud öyüdünə - ulu (ata-ana) nəsihətinə əməl olunduğu qeyd 
edilir, elimizin adət-ənənələrinin müqəddəs və humanist 
məziyyətləri açıqlanır, poetik məqamda zamanın, dövrün 
bəlaları lirik-fəlsəfi axarla əlaqəli verilir: 
 
...Yadın torpağında gözümüz yox, 
Özgənin varıyla nə işimiz var?! 
Xalqımızın əvvəldən gözləri toxdur, 
Fəqət... çox qəribə gərdişimiz var. 
 


 157 
Düşmən qılıncını qoymayıb qına, 
Biz dost axtarmışıq, o, nifrət gəzib; 
Duz-çörək qoymuşuq dəstərxanına, 
Arxadan vurmağa o, fürsət gəzib. 
 
...Dönüb qürurumuz daşqın bir selə, 
Hərdən namərdlərdən yaralansaq da, 
Bir qanlı çay ilə, körpülər ilə 
Bir ürək ikiyə parçalansa da! (241, 53) 
  
Dədə Qorqud bir obraz kimi şair Məmməd İsmayılın 
yaradıcılığında da geniş yer tutur. Şair 1976-cı ildə çap 
olunmuş «Söz vaxtına çəkər» adlı kitabında Dədə Qorqu-
du saz-söz ənənələrinin yaradıcısı kimi tərənnüm etmişdir: 
 
Dədə Qorqud babamızın 
Əlinin boş vaxtı olub, 
Könlünün xoş vaxtı olub, 
Elə bir saz düzəldib ki, 
Siftəsini  özü çalıb, 
Dünyanın xoşbəxti olub (139, 58).   
 
İlk baxışda burada sazın yaradılması Dədə Qorqudun 
istəyi, arzusu («Əlinin boş vaxtı olub») kimi verilmişdir. 
Ancaq sonrakı misrada («Könlünün xoş vaxtı olub») sazın 
yaradılması müqəddəslik məqamı kimi tərənnüm olun-
muşdur. Qorqud atanın «könlünün xoş vaxtı» - onun kön-
lünə «Tanrı təalanın ilham verdiyi, qeybdən dürlü xəbərlər 
söylədiyi» məqamdır. Şair sazın yaradılmasını bu məqama 
bağlamaqla onun ilahiliyinə, müqəddəsliyinə  işarə etmiş-
dir. Təsadüfi deyildir ki, M.İsmayıl «Aşıq qardaş» adlı 
başqa bir şeirində  aşığa müraciət edərək sinəsinə basdığı 
sazın müqəddəsliyini, tarixi-mənəvi məsuliyyətini bir an 
belə olsun unutmamağa çağırır. 
 158
Şeirdə oxuyuruq: 
 
«Aşıq qardaş, köklə sazın, 
Zilini zil, bəmini bəm, 
... O sazdırmı, 
Əllərində Dədə Qorqud açarı var. 
Çal bir görüm, tilsimləri 
Axı necə açmaq olar. 
Çal, qəzanın qədərindən 
Görüm necə qaçmaq olar?!» (139, 59).   
 
Şairin sazla tilsimləri açmağın, qəzanın qədərindən 
qaçmağın mümkünlüyü haqqında düşüncələri məna tutu-
mu etibarilə  dərindir. Burada «tilsimlərin açılması», «qə-
za-qədərdən qaçılması» dedikdə heç də  şəxsi məqamlar 
nəzərdə tutulmur. Çünki söhbət sazdan - xalqımızın kön-
lünü  əsrlər boyu oxşayan, onun dərdlərinə  tərcüman olan 
ümummilli sərvətdən gedir. Bu halda «tilsimlərin açılması 
- qırılması», «qəza-qədərdən qaçılması» milli tale ilə bağlı 
məqamlara işarə edir. 
Ümumiyyətlə,  şairin yaradıcılığında Dədə Qorqud 
obrazı  təkcə bu nümunələrlə  məhdudlaşmayıb, milli-mə-
nəvi, estetik-bədii dəyərlərlə bağlı geniş şəkildə tərənnüm 
olunan obrazdır. Bu cəhətdən sənətkarın digər  şeirləri də 
səciyyəvidir. Məsələn, «Qurd» şeirində də «Dədə Qorqud» 
epik  ənənəsi üçün xarakterik olan milli simvolikadan ya-
radıcı şəkildə istifadə olunmuşdur. (183, 99-100). 
Müasir Azərbaycan poeziyasında «Dədə Qorqud» 
motivləri  şair Vaqif Aslanın yaradıcılığında mühüm yer 
tutur. Əslində, V.Aslan «Dədə Qorqud» poetik cazibəsin-
dən, bir növ, ayrı düşə bilmir, sənətkarın poetik ilhamı 
hansı mövzulara üz-tutursa-tutsun, zamanla yenə də «Də-
də Qorqud» dünyasına qayıdır. Bəlkə, məhz buna görə də 
tədqiqatçı R.Orsər onu «Dədə Qorquddan qor alıb qutla-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə