27
dinin mahiyyətini və ictimai funksiyasını dəyişmiş olur, başqa
sözlə din siyasiləşir. Dinlərin təriqətlərə bölünməsi də əsasən
siyasi amillə bağlıdır. Son orta əsrlərə qədər dünya dövlətləri
əsasən dini təmayüllü olmuş, sonradan tədricən din dövlətdən
ayrılmağa başlamışdır. Lakin, bu gün də az və ya çox dərəcədə
dini təmayülə əsaslanan dövlətlər (İran, Pakistan, Vatikan, ək-
sər ərəb ölkələri və s.) mövcuddur.
Hazırda İslam təriqətləri içərisində “vəhabilik”, “cəfərilik”
və “nurçuluğ”u ideologiya halına gəlmiş (siyasiləşmiş) təriqət-
lərə misal göstərmək olar.
Dini ideologiyaların insanları özünə cəlb etmə qüvvəsi çox
böyük olduğundan həmişə siyasi qruplar və imperialist döv-
lətlər bu ideologiyalardan müxtəlif məqsədlərlə istifadə etmiş,
hətta öz məqsədlərini həyata keçirmək üçün mürtəce dini
təriqətlər də yaratmışlar.
Milli təmayüllü ideologiyalar
Milli təmayüllü ideologiyalar uyğun olaraq milli məsə-
lələrin həllinin (milli varlığın yüksəldilməsi, milli azadlıq, milli
dövlətin qurulması, etnik ziddiyyətlərin aradan qaldırılması və
s.) əsas götürüldüyü ideologiyalardır. Bu ideologiyalar adətən
milli problemlərin (müstəmləkəçilik, xarici təcavüz, milli
ayrıseçkilik, assimilyasiya, mədəni gerilik və s.) daha çox möv-
cud olduğu cəmiyyətlərdə xalqların milli azadlıq hərəkatlarının
ideologiyası kimi formalaşmışdır. Milli təmayüllü ideolo-
giyalar qısa olaraq milli ideologiya da adlandırılır. Lakin “milli
ideologiya” ifadəsi təmayülündən asılı olmayaraq hər hansı
dövlətin qəbul etdiyi ideologiya, hər hansı xalqın tarixən
formalaşmış dünyagörüşü və b. mənalarda da işlədilir. Biz bu
ifadəni həmin mənalarda işlətməyəcəyik.
Milli ideologiyalar “millətçilik” və ya hansısa millətin
adıyla da (türk millətçiliyi–türkçülük, ingilis millətçiliyi–
ingilisçilik və s.) adlandırıla bilər. “Millətçilik” ifadəsi dar
28
mənada isə insanların milli hislərini (milli özünüdərk, milli
qürur, milli təəssübkeşlik, öz millətini sevmə və s.) və ondan
doğan baxış və hərəkətlərini ifadə edir. Bu ifadə dar mənada
bəzən “vətənpərvərlik”, “dövlətçilik”, “milli siyasət”, “milliləş-
dirmə” və b. bu kimi mənalarda da işlədilir.
Məlumdur ki, milli şüurun ünsürləri (milli özünüdərk,
milli təəssübkeşlik, öz milliyyətini fərqləndirmə və sevmə və
s.), milli münaqişələr, hakimiyyət uğrunda etnoslararası
mübarizə və s. hələ qədim dövrlərdən, daha dəqiq desək,
etnosların yarandığı dövrdən mövcud olmuşdur. Həmçinin,
hələ qədim və orta çağlarda xalqların müstəmləkəçiliyə qarşı
azadlıq mücadilələri də baş vermişdir. Lakin həmin dövrlərdə
milli ideyalar ideologiya səviyyəsində inkişaf etməmiş və
əsasən dini təmayüllü ideologiyalar hakim olmuşdur. Milli
dövlət quruculuğuna əsaslanan elmi-nəzəri görüşlər sistemi
olan milli ideologiya isə xeyli sonra – tarixin yeni dövründə
meydana çıxmış və imperiyalardan milli dövlətlərə keçid dövrü
başlamışdır. Bu dövrdə ETT-nin baş verməsi və formalaşmağa
başlayan liberalizmin azadlıq ideyaları milli ideologiyaların
formalaşmasına böyük təsir göstərmişdir. Bu tarixi dövr
aşağıdakı ictimai dəyişikliklərlə şərtlənmişdir:
1.
Sənayedə elmi-texniki tərəqqi (ETT);
2.
Kapitalist münasibətlərinin meydana çıxması;
3.
Burjua-demokratik və sosialist hərəkatlarının yaran-
ması;
4.
İmperiyalarda milli ayrıseçkiliyin və müstəmləkəçi-
liyin, imperialist qüvvələrin təcavüzkar siyasətinin
güclənməsinə qarşı milli təmayüllü hərəkatların yaran-
ması.
Bu mürəkkəb proses XVI-XVII əsrlərdən etibarən Qərbi
Avropada başlamış, tədricən dünyaya yayılmış və müəyyən
dərəcədə bu gün də davam etməkdədir. Qeyd olunan də-
yişikliklərin hər biri müstəqil surətdə yox, biri-birini şərt-
ləndirməklə baş vermişdir. Belə ki, sənayedə elmi-texniki
tərəqqi kapitalist münasibətlərinin meydana çıxmasına, bu isə
29
feodal qalıqlarına (dövlət hakimiyyətinin inhisarçılığına) qarşı
burjua-demokratik hərəkatlarının, sinfi istismarçılığa qarşı isə
fəhlə (sosialist) hərəkatlarının yaranmasına səbəb olmuşdur.
Eyni zamanda ETT-nin və kapitalın hakim mövqeyə keçməsi
kapitalistləşən imperiyalar daxilində milli ayrıseçkiliyin,
həmçinin onların işğalçılıq və müstəmləkəçilik siyasətinin
güclənməsinə səbəb olmuşdur. Bu zaman müstəmləkədə olan
xalqların öz varlığını, nisbətən geridə qalmış dövlətlərin isə öz
müstəqilliklərini itirilmək təhlükəsi artmışdır. Həmin xalqların
milli varlıqlarını itirmək təhlükəsinin yaranmasına ETT və
təhsilin inkişafı da birbaşa təsir göstərmişdir. Belə bir şəraitdə
inkişafa nail olmaq üçün qeyd olunan xalqlarda və dövlətlərdə
maarifçilik, milli azadlıq və milli dövlət ideyaları, milli
təmayüllü siyasi hərəkatlar və ideologiyalar meydana çıx-
mışdır. Həmin hərəkatların fəaliyyəti nəticəsində tədricən
imperiyaların zəifləməsi və parçalanması, milli dövlətlərin for-
malaşması prosesi başlamışdır.
Onu da deyək ki, milli azadlıq və milli dövlət ideyaları
qeyd olunan bu mürəkkəb tarixi dövrdə formalaşan aparıcı
ideologiyalar (liberalizm və sosializm ), o cümlədən burjua-
demokratik və sosialist hərəkatları tərəfindən bu və ya digər
formada (ikincidərəcəli olsa da) qəbul edilmiş ideyalar
olduğundan milli hərəkatlar bir çox hallarda öncə burjua-
demokratik və ya sosialist hərəkatlarının daxilində formalaş-
mış, sonradan onlardan ayrılaraq müstəqil hərəkatlara
çevrilmişdir. Belə ki, milli problemləri daha öncə həll etmək
istəyən qüvvələrin ayrıca hərəkat – milli azadlıq hərəkatı yarat-
ması zərurəti yaranmışdır. Tarixdə ilk burjua inqilabı olan
Niderland burjua inqilabı demokratik və mıilli azadlıq
ideyalarını daşımışdır.
Beləliklə, bu dövrdə bir tərəfdən liberal (azadlıqçı)
ideyaların inkişafı, digər tərəfdən də kapitalistləşən im-
periyaların işğalçılıq və müstəmləkəçilik siyasətinin güc-
lənməsi, eyni zamanda ETT-nin və təhsilin inkişafının
dövləti olmayan xalqların milli varlığını itirmək təhlükəsini
Dostları ilə paylaş: |