2
Redaktor:
Fil.e.n., dos.
Aydın Qasımlı (Mədətoğlu)
Ədilli Şirvani
Milli ideologiyamız: Türklük, Çağdaşlıq, İslam. Redak-
tor və ön sözün müəllifi fil.e.n., dos. A.M.Qasımlı. Bakı,
“Elm və təhsil” – 2013, 288 səh.
Kitabda ideologiya anlayışı və tarixən yaranmış ideologiyalar, o cüm-
lədən milli ideologiyamız olan türk millətçiliyinin yaranması və inkişafı
haqqında ətraflı məlumat
verilmiş, çağdaş dövrümüz üçün milli ideolo-
giyamızın müxtəlif məsələləri sistem şəklində araşdırılmış, milli mənəvi də-
yərlərimizi qoruyub-yaşatmaq və yüksəltmək problemləri və onların ictimai
əhəmiyyəti haqqında geniş söhbət açılmışdır. Kitab geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuşdur.
Bakı – 2013
3
ÖN SÖZ
Azərbaycan xalqının milli ideologiyası ilə bağlı bir sıra
tədqiqat əsərləri yazılsa da, hələlik ideoloji məsələlərdə möv-
cud olan boşluqlar tam doldurulmadığından məsələnin tədqiqi
öz aktuallığını qoruyub saxlamaqdadır. İndiyə qədər bu prob-
lemin həlli ilə bağlı edilən
cəhdlər demək olar ki, öz məntiqi
sonluğuna tam çatmamışdır. Əksinə, bununla bağlı cəmiyyətin
müxtəlif təbəqələrində daha geniş şəkildə muzakirələr aparılır,
problemin həlli istiqamətində yeni-yeni mülahizələr, fikirlər
irəli sürülür, yeni-yeni tədqiqat əsərləri yazılıb çap edilir.
İndiyə qədər milli ideologiya probleminə həsr olunmuş əsər-
lərdə bu problemə kompleks şəkildə yanaşılmamış, yalnız
problemin bəzi aspektləri məhdud və ya ziddiyyətli şəkildə təd-
qiqat obyektinə çevrilmişdir. Bu mövzuya həsr edilmiş əsər-
lərdən biri də Şirvani Ədillinin “Milli ideologiyamız: Türklük,
Çağdaşlıq, İslam” adlı tədqiqat əsəridir.
Müəllif özünəqədərki tədqiqatlardan
fərqli olaraq məsələyə
hərtərəfli yanaşmış, öz məqsədini qısa şəkildə şərh etdikdən
sonra ideologiya anlayışından, indiyəqədərki mövcud ideo-
logiyaların təsnifatından, tarixən yaranmış iqtisadi, hüquqi,
dini, milli, qarışıq və ümumi təmayüllü ideologiyalardan, on-
ların məqsəd və vəzifələrindən qısa şəkildə söz açmış, Qacar və
Osmanlı dövlətlərində milli ideyaların formalaşmasından,
Atatürkün başçılığı altında Türkiyədə aparılmış milli istiqlal
hərəkatından, Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-
1920-ci illər) aparılan milli-demokratik islahatlardan, Sovet
hakimiyyəti dövründə Quzey Azərbaycanda başlanmış milli
hərəkatdan, müstəqillikdən sonra Azərbaycan Respublikasında
millətçilik və Bütöv Azərbaycan ideyasından, türk millət-
çiliyində üçlü (Türklük,
Müasirlik, İslam) sistemdən, türk
millətçiliyinin hazırkı səviyyəsindən ətraflı bəhs etmiş və belə
bir məntiqi nəticəyə gəlmişdir ki, ideologiya – ictimai prob-
lemlərin həllinə və inkişafa yönəldiyi əsaslandırılan fəlsəfi,
iqtisadi, siyasi, hüquqi, dini, əxlaqi və s. görüşlərin və ideya-
4
ların bütöv sistemi olduğundan milli ideologiyamız da bu
əsasda formalaşmalıdır.
Müəllif çağdaş milli ideologiyamızın əsas məsələlərindən
olan millət və vətən anlayışından,
milli mənəvi dəyərlərdən,
elmi-texniki tərəqqinin üstünlüklərindən, milli şüur, milli döv-
lət, milli siyasət və milli hədəflərdən, iqtisadi inkişaf prob-
lemlərindən, dövlət, hüquq və hüquq sistemi,
hüquqi dövlət,
demokratiya və azadlıq anlayışlarından, insan hüquq və azad-
lığı problemindən, fəlsəfi və dini məsələlərdən bəhs etmiş və
belə bir ümumi nəticələrə gəlmişdir ki, Millət – vahid dilə,
folklora və tarixə malik ən böyük insanlar toplusu, Vətən –
millətin tarixən üzərində yaşadığı, maddi və mənəvi dəyərlər
yaratdığı və dövlət
qurduğu ərazi, Milli şüur – milli ideyalara
əsaslanan ictimai şüur forması, Milli dövlət – millətin milli mə-
nəvi dəyərləri olan dilinə, folkloruna və tarixinə söykənən,
onun tarixi ərazisində qurulmuş və milli mənafeləri təmsil edən
dövlət, Milli siyasət – milli ideologiyaya əsaslanan,
milli məsə-
lələrin həllinə yönələn siyasət, Din – ictimai şüur forması və
inama əsaslanan dünyagörüş, Demokratiya – vətəndaşların
dövlət idarəçiliyində bərabərhüquqlu iştirakının təmin edildiyi
hakimiyyət forması olduğundan Milli İdeologiyamız bütün
bunları nəzərə alaraq formalaşmalıdır.
Müəllif əsərində həmçinin türk milli varlığının əsas
ünsürləri olan Türk dili, onun yaranması və inkişafı tarixindən,
Türk dilinin bəzi fonetik, qrammatik və leksik özəlliklərindən,
Türk xalqlarının
ortaq ədəbi dil problemindən, Türk tarixi,
onun təhrif olunmuş bəzi məqamları və Türk dövlətçilik
tarixinin ümumi xronologiyasından, Türk folklorundan – xalq
ədəbiyyatı, xalq musiqisi, xalq adət-ənənələri və digər folklor
ünsürlərindən yığcam şəkildə bəhs etmiş və belə bir nəticəyə
gəlmişdir ki, türk xalqlarının etnik və dövlətçilik tarixi,
folkloru, yazılı və şifahi ədəbiyyatı, vahid bir millətin – Türk
millətinin mənəvi dəyərləri olduğundan
onlar vahid əsasda da
öyrənilməli və öyrədilməli, milli ideologiyamız bunlara əsasən
formalaşmalıdır.