Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə26/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

 

 

152



CANIM 

 

Şehli bənövşəni dərməmisənmi,  

Çiçək arzuları saralan canım. 

Yar gəlib keçibdir, görməmisənmi, 

Ay görən gözləri kor olan canım. 

 

Gülü dərirsənsə dər vədəsində, 



Yara verirsənsə ver vədəsində. 

Yaşın qış çağında, qar vədəsində, 

Sirrləri aləmə car olan canım. 

 

Yaram qövr eylədi, yar qəhəd oldu, 



Oldum el içində xar, qəhəd oldu. 

Başımı qoymağa yer qəhəd oldu, 

Dünyası başına dar olan canım. 

 

*** 



2007  

 

 

 

 

 




 

 

153



BU GÖZƏL 

 

Ağ geyindi, ağ şəfəqə bələndik, 



Ağ günlərin şöləsidir bu gözəl. 

Məhəbbətin, sədaqətin, sevginin

Fəth olunmaz qalasıdır bu gözəl. 

 

Ağ sinəsi bəslənibdir kölgədə, 



Eşqimizin aynasıdır bəlkə də, 

Hava kimi hər yerdə, hər bölgədə, 

Köksümüzə dolasıdır bu gözəl. 

 

Kəlmələri bir ətirli çiçəkdi, 



Mən bir ələm, o əlçatmaz ətəkdi. 

Hər kirpiyi bir can alan mələkdi, 

Huri-qılman balasıdır bu gözəl. 

 

Qorxuram ki, bir söz çıxa dilimdən, 



Səadətim uçub gedə əlimdən. 

Əcəl bizə macal versə ölümdən

Canımızı alasıdır bu gözəl. 

 

Kim görübsə bu afəti dünyada, 



Heç tükənməz məhəbbəti dünyada. 

Elə bil ki, müvəqqəti dünyada, 

Həmişəlik qalasıdır bu gözəl. 

 

Sağalmazmı yar vurduğu yaralar, 



Axı bunca zülm eyləməz yara yar. 

Bir söz desəm, qəzəbindən qaralar, 

Dindirməsəm, solasıdır bu gözəl. 

 

 



 


 

 

154



Didim-didim hicri didib könlümü, 

Könül olan vaxtı gedib könlümün. 

Bu yaşımda məcnun edib könlümü, 

Səhralara salasıdır bu gözəl. 

 

Aman allah!-ala gözlər süzüldü. 



Əl-ayağım yerdən-göydən üzüldü. 

Nöyzənbillah, ya Allahın özüdür, 

Ya Allahın bəlasıdır bu gözəl. 

 

*** 



 

AXTAR 

 

Məni qəlbində gəz, gözlərində gəz, 

Nə İranda ara, nə Çində axtar. 

Dilimin sözünü sözlərində gəz, 

Əlimin izini saçında axtar. 

 

Yoxamsa çiçəyin, otun yadında, 



Yaxının, doğmanın, yadın  yadında, 

Görsən ki, çıxıbdır adım yadından, 

Adımı diliyin ucunda axtar. 

 

Gəl salma abırdan, həyadan məni, 



Sən oldun yuxudan oyadan məni. 

Qolazla ən hündür qayadan məni, 

Ən zərif güllərin içində axtar. 

 

Orda da yoxamsa bəs hardayam mən, 



Arayıb, axtarıb, gəz-hardayam mən. 

Desələr ölmüşəm, məzardayam mən, 

Sən məni əkində, biçində axtar. 



 

 

155



Bir kövrək aşiqin yuxusunda gəz, 

Bir sevən ürəyin duyğusunda gəz. 

Yetim bənövşənin qoxusunda gəz, 

Qərib durnaların köçündə axtar. 

 

*** 


2010 

 

BİR ÖMRÜN MƏNZİLİ UZANAR HƏLƏ... 



 

Bir ömrün mənzili uzanar hələ

Bir qız bu yollarda məni ləngidər. 

Qara tül libasda o gülə-gülə 

Sevdirər könlümə qara rəngi də. 

 

Ulduzlar hüsnünə heyran qalarlar, 



Qonmaq istəyərlər çiyninə hərdən. 

Qorxar ki, oğlanlar məcnun olarlar, 

O qız qara geyər əyninə hərdən. 

 

Dünya, tilsiminə düşübdür, nədir, 



O ala gözlərin, qara qaşların. 

O qız tül libasda ağ fəvvarədir 

Soyuq qucağında qara daşların. 

 

Bir duyğu qoymaz ki, danışam, dinəm, 



Bağrıma bir həsrət yükü daşınar. 

Onsuz yurd yerinə bənzəyər sinəm

Ürəyim çevrilər ocaq daşına. 

 

Çöhrəsi nur dolu səhərə bənzər, 



Görsəm, gözlərimin ümidi artar. 

Onsuz keçirdiyim günlərə bənzər, 

Onun xoşladığı o qara paltar. 



 

 

156



O gedər- çiçəklər, güllər quruyar, 

O gələr- gül açar səkilər indi. 

Şimşəktək buludu biçər, doğrayar, 

Bir ömrün dan yeri sökülər indi. 

 

Onu ömür boyu gözləyərəm mən, 



Hərdən şirin-şirin dindirər məni. 

Ömrün qürubunda tutub əlimdən

Gün çıxan tərəfə döndərər məni. 

 

Bir ömrün mənzili uzanar hələ, 



Bir qız bu yollarda məni ləngidər. 

Qara tül libasda o gülə-gülə, 

Sevdirər könlümə qara rəngi də. 

 

*** 



 

HARDASAN 

 

Hər yanda, hər yerdə görürəm səni, 



Məndən ayrılmırsan xəyallar kimi. 

Bütün fəsillərdə görürəm səni- 

Yazda günəş kimi, qışda qar kimi. 

 

Gah toy yerindəsən, gah yas yerində, 



Gözümün ağında, qarasındasan. 

Üzdüyüm suların ləpələrində

Açdığım kitabın arasındasan. 

 

Çırağım sönürmü-nura dönürsən, 



Durub yandırıram, sən də yanırsan. 

Qələm götürürəm, şeir yazam mən, 

Gəlib misralarda sən dayanırsan. 



 

 

157



Şirin sözlərintək ətir qoxuyan 

Hər səsə, sədaya qatıblar səni. 

Yediyim çörəyə, içdiyim suya, 

Udduğum havaya qatıblar səni. 

 

Dönüb sən olubdur bu yer, bu aləm, 



Dönüb sən olubdur bu cahan, gülüm! 

Hər yerdə, hər zaman səni görürəm, 

Ancaq bilmirəm ki, hardasan, gülüm! 

 

*** 



 

İŞIQLI ÜMİDLƏR 

 

İşıqlı ümidlər başımı qatar, 



Bir az yaşamağa inamım artar. 

Nə könlüm dincələr, nə gözüm yatar 

Sən bizim küçədən keçəndən bəri. 

 

Yola duman çöküb, dağa çən düşüb,  



Bir yersiz deyilən sözümdən düşüb. 

Eh, bütün gözəllər gözümdən düşüb, 

Mən səni bəyənib seçəndən bəri. 

 

Yenə üfüqlərdən asıl, günəşim, 



Qanlı tarixlərə yazıl, günəşim. 

Sən ey ağ günlərin qızıl günəşi, 

Boyunu görmürük haçandan bəri. 

 

Söz var-söyləməyə dilim gələrmi, 



Yer var-mən gedərəm, elim gələrmi? 

Bir də bağlamağa əlim gələrmi

Sən bizim qapını açandan bəri. 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə