256
Uşaqlıq və gənclik illərində Novruz Məmmədov, Şiraslan
Aslanov, Şiraslan Məmmədov, İbrahim, İmran, Aydın, Xəlil,
Cəlil, Şamil, Kamil, Həsrət, Əvəz, Süleyman, Cəmil, Əhilman,
Sabir, Musa, Vahid, Telman, Bəhlul, Aydın Xankişiyev və
kəndimizin bir çox başqa cavanları ilə dostluq edərdim.Yaşda
məndən xeyli cavan olsalar da, Nemət Veysəlli, Qürbət, Kərəm
Hətəmov, Sabir Rüstəmzadə, Əbdül ilə söhbətimiz tutardı. Bir-
birimizə qonaq gələr, hər yaz gələndə gül-çiçək ətrinə qərq olan
Ağbaşlı torpağında “Qaya bulaq” deyilən cənnət-məkan bir yer-
də “Xan çinar”ın kölgəsində istirahət etməyi çox xoşlayırdıq.
Toylarda, şənliklərdə əylənər, o günlərin indi bizim üçün
əlçatmaz, ünyetməz olan səhifələrini yaddaşımıza köçürərdik.
Məşhur el sənətkarları Fərrux və Şahmurad bəyin böyük sənət-
karlıq məziyyətləri, Bəylər bəyin torpaq təəssübkeşliyi haqqın-
da söhbətlərə qulaq asar, məşhur aşıq Humay, aşıq Vəli, Əbdül,
Cəmil, Melik, Balaş dayı, İmran, Qəmbər məclislərinin iştirak-
çısı olardıq. Uşaqlıq dünyamız böyüdükcə bu siyahı bir qədər
də genişlənir və dolğunlaşırdı.
El arasında “Qara Məmmədəli” ayaması ilə tanınan, öz xeyir-
xah əməlləri, savadı, bilgisi ilə böyük şöhrət qazanan
Məmmədəli Tahirovun atalar sözləri, zərbi-məsəllər, xalq deyim-
ləri ilə gözəlləşən şirin danışığı, Dadaş, Balaş qardaşla-rının və
Əbdülhəsən Məmmədovun uzaq və yaxın keçmişlərdən xəbər
verən söhbətləri, ölümündən bir gün əvvəl qəbristanlığa gəlib
orada yatan dostlarını səsləyən “yanınıza gəlirəm, darıxmayın”-
deyərək atam Cavadla özünə bir yemişan ağacının kölgəsində
qəbir seçən əmim Şəfinin duzlu-məzəli əhvalatları, şirin danışığı,
güləşərkən erməni dığalarını bir-bir yerə çırpan Nəcəfqulunu,
Qubad kişini, Hətəm Hətəmovu, İsa Rüstəmovu, Abbas
Sultanovu, Məmmədi, Qeysi, Yavəri, Əhədi, Bağırı... yada
salmamaq qeyri-mümkündür. Yəqin ki, “Qolu yox Əsgər”in
pəhləvan Aşotu necə yıxdığını indi də xatırlayanlar var...
257
İsa “qəmgin” ayaması ilə şeirlər yazan İsa Rüstəmov sonralar
Sumqayıta gəldi və ömrünün axırına qədər Sumqayıtda yaşadı.
35 saylı texniki peşə məktəbində usta, milis idarəsinin mühafizə
bölməsində inspektor, fəhlə yataqxanalarında tərbiyəçi işlədi...
Bir neçə xatirə:
1. Fəhlə yataqxanalarının rəisi Yəhya Əsgərov bir gün İsa
müəllimi yanına çağırtdırır və ona sualla müraciət edir ki,
yataqxananın komendantı məzuniyyətə gedir, sən bir ay komen-
dantı əvəz edə bilərsənmi? İsa müəllim suala sualla cavab verir:
“Yoldaş Əsgərov, siz Leninqradda olmusunuz?” Yəhya
Əsgərov “Yox” deyəndə İsa gülümsəyərək: -“Mən orada oxu-
muşam”-deyir.
2. Günlərin bir günündə İsa müəllimə 100 manat pul lazım
olur. 35 saylı texniki peşə məktəbində onun iş yoldaşı Urmanın
təzəcə maaş aldığını görüb ondan iki günlüyə 100 manat borc
pul istəyir və düz iki gündən sonra qaytaracağını bildirir.
Urman and-aman edir ki, pulum yoxdur. Bundan iki gün sonra
İsa müəllim trolleybusla gedərkən Urmanın payi-piyada
N.Nərimanov adına mədəniyyət evinin yanından keçdiyini gö-
rür. Trolleybusu saxlatdırıb düşür və Urmanı yanına çağırır.
Onlar üz-üzə, göz-gözə dayanırlar. İsa müəllim əl atıb öz cibin-
dən bir şax yüzlük çıxarır (o vaxt yüz manat böyük pul idi) və
deyir: bu pul andır mənə 2 gün öncə lazım idi. Bu gün isə buna
əsla ehtiyacım yoxdur. Bu gün sənə verəcəkdim bu pulu. İndi
sənin gözlərinin qarşısında cıracağam bu yüzlüyü” ...Urman ha
yalvarır ki, İsa “etmə, eləmə”. İsa müəllim yüzlüyü cırıq-cırıq
edib küləyə verəndən sonra amiranə tərzdə deyir: “Urman, indi
gedə bilərsən!”
3. Bir gün İsa müəllimin 1-ci mikrorayondakı təkotaqlı mənzi-
lində ikimiz oturub çay içə-içə nərd oynayırdıq. İsa bir-birinin
ardınca uduzdu. O, birdən zərləri götürüb ayağa qalxdı və
258
“Qardaş, bu saat gəlirəm”-dedi. Bir azdan bərk tappıltı səsləri
eşidib yerimdən durdum. Baxdım ki, İsa müəllim balta tiyəsinin
arxası ilə zərləri çırpır. “Qardaş, neyləyirsən”-dedim. “Sözə bax-
mayanı, sahibinin üzünə ağ olanı belə edərlər”-deyə cavab verdi.
4. Həmkəndlimiz, qohumumuz Vəliqulu, İsa və mən yenə də
İsanın təkotaqlı mənzilində bir balaca şadyanalıq edirdik ki,
qapının zəngi basıldı. İsa müəllimin kürəkəni Vaqif idi. Sumqa-
yıtda işə düzəlmək üçün gəlmişdi. Bir qədər yeyib-içdikdən
sonra İsa müəllim Vəliquluya üz tutaraq soruşdu: “Neçə ildir ki,
bu iki adı daşıyırsan. İndiki vaxtda adam heç bir adı saxlaya
bilmir, sən bu iki adı necə saxlayırsan?” Vəliqulunun üzündə
qəribə bir təbəssüm yarandı: ”Ay İsa müəllim, nə bilim vallah,
elə anadan olandan məni belə çağırırlar”. “Gəl sənə 50 manat
verim, bu adın ikinci hissəsini sat mənə” deyə İsa təklif etdi.
Vəliqulu razılaşdı... İsa müəllim ciddi şəkildə və təmkinlə dedi:
“Sən bu gündən sonra olursan Vəli, Vaqif isə olur Vaqifqulu!”
Xeyli gülüşdük... Sonralar Vaqifin anası Tamam xala “İsadan
sənə iş düzəldən olmazdı, adının üstünə də bir ad qoydu, ay
bala”- demişdi...
5. Günlərin birində İsa Qəmgin ilə möhkəm yeyib içmişdik..
Həyətdə ağacların arasında xeyli gəzişdikdən sonra ayrılmaq
məqamı çatdı. Əl tutub ayrılanda İsa müəllim “Qardaş, çox-çox
xahiş edirəm arxamca baxma!”-dedi..
Nə az, nə çox, düz 7 il Ağbaşlıdan -ata-baba yurdumuzdan
Yuxarı Veysəlli kəndinə mən və bacılarım 5-6 km yolu piyada
məktəbə gəlib getmişik. Neft lampası işığında dərslərimizi
hazırlamışıq. Amma yaxşı oxumuşuq. Kənd məktəbini bitirdik-
dən sonra mən orta təhsili əvvəlcə Füzuli şəhərinin B.Sərdarov,
sonra isə X.B.Natəvan adına orta məktəbində davam etdirmi-
şəm. Orta təhsil aldığım illərdə bizə əmilik edən Abdulla
Əsədovun, kolxoz sədri Qədir İbrahimovun, Füzulidə şəhər
Sovetinin sədri işləyən, sinəsi söz xəzinəsi olan, məni özünə si-
Dostları ilə paylaş: |