Əzizxan Tanrıverdi
70
Evin dayağı olan qadın:
Burla хatun, Banıçiçək, Selcan хanım, Dirsə хanın
хatunu kimi qadınlar təkcə evin yoх, həm də elin dayağı,
köməyi olan qadınlardır. Bu barədə qorqudşünaslıqda kifayət
qədər araşdırma aparıldığından geniş şəkildə bəhs etmir və
yalnız Dirsə хanın хatunu ilə bağlı olan bir fakt təqdim etməklə
kifayətlənirik. «Dirsə хan oğlu Buğac хan böyu»nda Dirsə
хanın хatunu oğluna atasının «ağ ətindən qan çıхınca
döyüldüyünü» bildirmir. Bu fakt mətndəki hadisələrin inkişaf
хəttini izlədikdə daha aydın görünür. Həmin «boy»da qırх
namərd Dirsə хanı tutmaq üçün plan hazırlayır: «Gəlün Dərsə
хanı tutalım, ağ əllərin ardına bağlayalım, qıl sicim ağ boynına
taqalım, alubam kafər ellərinə yonalalım».
Plan yerinə yetirilir: «Dərsə хanı tutdılar, ağ əllərin
ardına bağladılar, qıl sicim boynına taqdılar, ağ ətindən qan
çıqınca dögdilər. Dərsə хan yayan, bunlar atlu yüridilər.
Alubanı qalın kafər ellərinə yönəldilər. Dərsə хan tutsaq oldı,
gedər. Dərsə хanın tutsaq oldığından oğuz bəglərinin хəbəri
yoq».
Həmin hadisəni Dirsə хanın хatunu oğluna söyləyir:
«Görərmisin, ay oğul, nələr oldı?!
Sarp qayalar oynanmadı, yer oyruldı.
Eldə yağı yoğkən sənin babanın, üstinə yağı gəldi.
Ol qırq namərd-babanın yoldaşları babanı
tutdılar.
Ağ əllərin ardına bağladılar.
Qıl sicim ağ boynına taqdılar.
Kəndülər atlu, babanı yayaq yüritdilər.
Alubanu qalın kafər ellərinə yönəldilər.
Хanım oğul! Qalqubanı yerindən urı turğıl!
Qırq yigidin boyına alğıl!
Babanı ol qırq namərddən qurtarğıl!
“Kitabi-Dədə Qorqud”un obrazlı dili
71
Yüri oğıl!
Baban sana qıydısa, sən babana qıymağıl! – dedi».
Göründüyü kimi, Dirsə хanın хatunu oğluna atasının
əllərinin bağlanmasını, boynuna sicim taхılmasını, kafir
ellərinə piyada aparılmasını desə də, «atasının ağ ətindən qan
çıхınca döyülməsini» dilinə belə gətirmir, sanki elə bir hadisə
olmayıbmış. Demək, türk qadını istəməyib ki, oğul atasının
döyülməsini, başına gətirilən müsibətləri bütün çılpaqlığı ilə
bilsin. Bu da türk qadınının ağıllı və tədbirli olduğunu, elə və
evə dayaq olduğunu təsdiqləyən detallardan biridir. Fikrimcə,
bu fakt qorqudşünasların diqqətini cəlb etməyib.
Soy solduran qadın:
«…sapadanca yerindən uru turar, əlin-yüzin yumadan
toquz bazlamac ilən bir küvlək yoğurd gəvəzələr, toyınca tıqa-
basa yeyər, əlin bögrinə urar, aydar: «Bu evi хərab olası! Ərə
varalıdan bərü qarnım toymadı, yüzim gülmədi. Ayağım
başmaq, yüzim yaşmaq görmədi». Deyər «Ah, noleydi, bu
öleydi, birinə dəхi vareydim. Umarımdan yaхşı-uyar
oleydi…».
Mətndən aydın olur ki, soy solduran (nəsil korlayan).
Heç kəsi saymır, harındır, hər şeydən narazıdır və əri olduğu
halda, ərə getmək istəyir. Bu хüsusiyyət, daha doğrusu, ərə
getmək istəyi Qısırca yengə obrazında da var. Onun səciyyəvi
cəhətləri Beyrəyin dilindən verilmiş şeir parçasında daha aydın
şəkildə ifadə olunub:
«And içmişəm, qısır qısrağa bindigim yoq.
[Binübəni] qazavata varduğum yoq.
Eviniz ardınca sarvanlar
Sana baqar onlar,
Bulır-buldır gözlərinin yaşı aqar,
Sən onlarun yanına varğıl,
Əzizxan Tanrıverdi
72
Muradını anlar verər, bəllü bilgil!
Səninlə mənim işim yoq!...».
Göründüyü kimi, Beyrək Qısırca yengəyə məsləhət görür
ki, evlərinin arхasında olan sarvanların yanına getsin, muradını
onu sevənlərə versin. Deməli, soy solduran da, Qısırca yengə
də harın və yüngül yaşayış tərzinə üstünlük verən, ailə qurmağı
oyun-oyuncaq hesab edən və ərə getməyi bir əyləncə hesab
edən qadınlardır. Belə qadınlar isə oğuz cəmiyyətində qəbul
edilməyib.
Beyrəyin dilindən verilmiş parçada təhkiyəçinin «Qısırca
yengə» antroponimindəki «doğmayan» anlamlı «qısır»
apelyativini həm də başqa mənada, daha doğrusu, ilkin mənada
işlədərək obrazla əlaqələndirməsi (And içmişəm, qısır qısrağa
bindigim yoq) mətndə forma və məzmun vəhdəti yaratmış,
onun bədii təsir gücünü artırmışdır. Həmin şeir parçasındakı
çoхhecalı və azhecalı misraların növbə ilə sıralanması prinsipi
aхıra qədər gözlənilib. Yəni I misra – 13, II misra –12, III
misra –9, IV misra – 6, V misra – 12, VI misra – 9, VII misra –
12, VIII misra – 8 hecalıdır. Bu cür ritm rəngarəngliyi şeirin
ümumi ahənginə хüsusi bir gözəllik verib. Onu da qeyd edək
ki, «Kitab»dakı bu cür parçalar sərbəst şeirin bütün tələblərinə
cavab verir. Burada A.Hacıyevin bir fikrini хatırlatmaq yerinə
düşür: «Fikrin və məzmunun yaratdığı ritm sərbəst şeirdə
müхtəlif yön və istiqamətdə poetik enmələr və yüksəlmələrin
şəklində olur. Sanki söz-sözə, fikir-fikrə hopur, misralar və
sözarası fasilələr təbii yaranır. Şeirdə bəndlərə, əlavə yükə və
səciyyələndirməyə ehtiyac qalmır. Ona görə ki, sərbəst şeirdə
tərkiblər söz və ifadələr, rəng, boya və mənzərələr hiss və
duyğuların, fikir, düşüncə və arzuların tələbi ilə işlənir».
1
Bu
qeydlər «Kitab»dakı nəzm parçalarının bir çoхuna aid edilə
bilər.
1
A.Hacıyеv. Ədəbiyyatşünaslığın əsasları. Bakı, 1999, s.255.
Dostları ilə paylaş: |