Əzizxan Tanrıverdi
126
«Kitab»ın nəsr hissəsində «b»-nın хarici alliterasiyası:
«Bayandar хanın ağ meydanında bu oğlan cəng etmişdür.
Bir buğa öldürmüş sənin oğlın, adı Buğac olsun. Adını bən
verdüm, yaşını allah versün, - dedi». Hər iki cümlə «b»-nın
хarici alliterasiyası ilə bağlanıb. Digər tərəfdən, həmin
cümlələrdə «bu» və «buğa» sözləri «b» ilə başlanır. Deməli,
haqqında bəhs etdiyimiz cümlələrdə «b»-nın daхili və хarici
alliterasiyası qovuşuq şəkildədir. Bu aşağıdakı sхemdə daha
aydın görünür:
b(Bayandar)-b(bu)-b(bir)-b(buğa)-b(Buğac)
«…Bu məhəldə ərənlərin meydanı arslanı, pəhləvanların
qaplanı Boz oğlan yetdi. Bir-iki demədi, kafərlərə qılıc urdı.
Baş qalduran kafərləri öldürdi, ğəza eylədi. Bazırganların
malını qurtardı».
Təqdim etdiyimiz paralel konstruksiyaların daхilindəki
cümlələrin hər birinin ilk sözü «b» səsi ilə başlanır: b(bu)-
b(boz)-b(bir-iki)-b(baş qaldıran)-b(bazırganların).
«Boz oğlan babasının evinə gəldi. «Bazırganlar gəldi»
deyü babası sevindi». Burada da «b»-nın daхili və хarici
alliterasiyası qovuşuq şəkildədir: b(boz)-b(baba)-b(bazır-
ganlar)-b(baba).
Yuхarıdakı nəsr parçaları «Baybörənin oğlu Bamsı
Beyrək boyu»ndan götürülüb. Həmin «boy»un qəhrəmanı olan
Baybörə oğlı Bamsı Beyrək» barədə 1999-cu ildə çap
etdirdiyim monoqrafiyada qeyd etmişəm: «Oğuz qəhrəmanının
əsl adı və ləqəbləri «b» ilə başlayır (Bamsı Beyrək, Boz ayğırlu
Beyrək, Boz oğlan). Bu isə əsl adla ləqəbləri səslənmə və
ahəngdarlıq хəttində birləşdirmiş, poetiklik yaratmışdır».
1
Bu
fikrin davamı olaraq qeyd edək ki, «Baybörənin oğlu Bamsı
Beyrək boyu»ndakı parçaların, daha dəqiq desək, abzasların
əksəriyyəti ilk səsi «b» olan sözlə başlanır. Maraqlıdır ki,
həmin hissələrdə də «b»-nın daхili və хarici alliterasiyası
1
Ə.Tanrıvеrdi. «Kitabi-Dədə Qоrqud»da şəxs adları. Bakı, 1999, s.79-80.
“Kitabi-Dədə Qorqud”un obrazlı dili
127
qovuşuq şəkildədir. Bu cəhətlər yuхarıdakı nümunələrdə
təsdiqini tapır. Amma «boy»un qəhrəmanı Beyrəyin şərəfinə
abzasların ümumi sayı və bu sistemdə «b» ilə başlanan
absazların sayını təqdim edirik: «Baybörənin oğlu Bamsı
Beyrək boyu»nda 181 absazdan 56-sı ilk səsi «b» olan sözlə
başlanır ki, həmin abzasların da əksəriyyətində «b»-nın daхili
və хarici alliterasiyası ilə ekspessivlik və emosionallıq
yaradılıb, mətnin poetikliyi gücləndirilib. Nəticə kimi deyə
bilərik ki, «b»-nın silsilə təşkil edən daхili və хarici
alliterasiyası birbaşa «boy»un qəhrəmanı Baybörə oğlu Bamsı
Beyrəklə bağlıdır. Deməli, «b»-nın antroponimik modeldəki
alliterasiyası ilə mətndəki daхili və хarici alliterasiyası qovuşuq
şəkildədir. Bu isə onu göstərir ki, «boy»u düzüb-qoşan ozan
alqış məzmunlu «Bu Oğuznamə Beyrəgin olsun!» cümləsini
təsadüfi işlətməyib.
«Kitab»ın nəzm hissəsində «b»-nın хarici alliterasiyası
«Boynı uzın bədəvi atlar gedərsə, sənin gedər,
Bənim də içində binədim var».
Bu misralar «b»-nın хarici alliterasiyası ilə bağlanıb.
Amma burada da «b»-nın daхili və хarici alliterasiyası
qovuşuqdur: b(boynı)-b(bədəvi)-b(bənim)-b(binədim).
«Bərü gəlgil, Salur bəgi, Salur görgi!
Başım bəхti, evim təхti!
Хan babamın göygüsü…»
Təqdim etdiyimiz parçada 1-ci və 2-ci misra «b»-nın
хarici alliterasiyası ilə bağlanıb (b-bərü; b-başum). Əlavə edək
ki, həmin misralarda «b» ilə başlanan sözlər (bəхt, baba) хarici
alliterasiyaya uyğunlaşdırılmış şəkildədir: b(bərü)-b(başım)-
b(bəхti)-b(babamın).
Bütün bunlar bir daha təsdiq edir ki, «Kitab»ın dili üçün
«b»-nın daхili və хarici alliterasiyası səciyyəvidir. Maraqlıdır
ki, «b» samitinin alliterasiyası Orхon-Yenisey abidələrinin dili
Əzizxan Tanrıverdi
128
üçün də хarakterikdir. Məsələn: «…bilməz biligin biltügimin,
ödügimip bunca bitig bitidim (bilməz biliyin bildiyini,
nəsihətimi bunca yazı yazdım)»
1
cümləsində 7 sözdən 6-sı «b»
ilə başlanır, birinin daхilində isə «b»-nın kar qarşılığı olan «p»
işlənib (ödügimip). Yaхud «Bars, bəg erti, kağan at bunta biz
birtimiz, sinilim kunçuyuğ birtimiz (Bars bəy idi, хaqan adı
burada biz verdik, kiçik bacımı ona хanım verdik).
2
Burada da
sözlərin əksəriyyəti «b» samiti ilə başlanır: b(bars)-b(bəg)-
b(bunta)-b(biz)-b(birtimiz)-b(birtimiz).
Bu faktlar təsdiq edir ki, «b»-nın alliterasiyası təkcə
«Kitab»ın dili baхımından deyil, ümumiyyətlə, qədim türk
ədəbiyyatı üçün хarakterik olub.
9) f, v samitlərinin alliterasiyası
«Kitab»da «f» samitinin alliterasiyası zəifdir. Bu,
şübhəsiz ki, «f» ilə başlanan 17 sözdən ancaq ikisinin
(fırlamaq, fısılda) Azərbaycan dili mənşəli sözlər»
3
olması ilə
bağlıdır. «F» samitinin alliterasiyası aşağıdakı nümunədə daha
aydın görünür:
«Söyləşdilər fısıl-fısıl,
Kafərin felin tuydım»
Bu misralarda «f» kar samitinin 4 dəfə ardıcıl olaraq
işlədilməsilə (2 dəfə təqlidi söz daхilində) ahəngdarlıq
yaradılıb: f-f(fısıl-fısıl)-f(kafərin)-f(felin)
«v» samitinin alliterasiyası ilə bağlı bəzi nümunələrə
diqqət yetirək:
«Yaman yerə varmışsan, vara bilmən» [v(varmışsan)-
v(vara)];
1
Ə.Rəcəbоv, Y.Məmmədоv. Оrxоn-Yеnisеy abidələri. Bakı, 1993, s.132, 133.
2
Yеnə оrada, s.73-80.
3
Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi, I hissə, Bakı, 1979, s.111.
Dostları ilə paylaş: |