Ôèðèäóí áÿé Êþ÷ÿðëè
46
Bu kimi hədiyyələr
nəşr edilsə idi, millətimizə və dilimizə
böyük xidmət edilmiş olurdu. Zira balalarımız arasında söylənən
və işlənən məsəl və tapmacalardan, nəğmə və düzgülərdən bir
çoxu xatirimizdən fəramuş olmuş türk sözləri öyrənərdik və
əvəzinə də qullandığımız əcnəbi sözlərini dilimizdən və yazımız-
dan kənar edərdik.
Seyid Hüseyn Kazımoğlu,
ədəbiyyatşünas, tənqidçi
Azərbaycan pedaqoji fikir tarixində həm nəzəri məsələlərlə
çıxış edən, həm gənclərin təlim-tərbiyəsində əməli
fəaliyyət gös-
tərən, dövrün qabaqcıl maarifpərvərlərinin yazmış olduğu uşaqlar
üçün əlavə oxu ədəbiyyatına öz tənqidi münasibətini bildirən
F.Köçərli olmuşdur.
Fikrət Sadıqov,
ədəbiyyatşünas,tənqidçi
F.Köçərli bədii əsərlərdə həyat hadisələrini və insan xarakter-
lərini doğru-düzgün, realistcəsinə təsvir etməyi geniş təbliğ et-
mişdir.
Camal Əhmədov,
Professor
Firidun bəy Köçərli folkloru cameədəki insanların tərbiyəsi,
ayılması və savadlanması üçün mühüm vasitələrdən hesab edirdi,
ona görə də xalq ədəbiyyatının toplanması və nəşri üçün çalışırdı.
Cavad Heyət,
ədəbiyyatşünas
Firidun bəy Köçərlinin gələcək haqqında sağlam bir roman-
tikası vardı. O, bəzən üzünü sinfə tutaraq, uşaqlara yanıqlı bir
səslə deyərdi ki, sizə baxarkən mən Azərbaycan xalqının günəşli
gələcəyini təmin edəcək xöşbəxtlər nəslini görürəm. Oxuyun,
balalarım, xalqımızın nicat yollarında ona dayaq olun.
Mexdixan Vəkilov,
Professor
Áèáëèîãðàôèéà
47
Firidun bəy Köçərli mənim qəlbimdə həssas bir insan, qərəz-
siz ədəbiyyatçı, yorulmaz bir maarifçi kimi əbədi iz buraxmışdır.
***
Bizim el ədəbiyyatımız
o qədər vüsətlidir ki, onu yazmaqla
qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti-fitri-
lərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Fi-
ridun bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasında istifadə edə
bilərlər. O, camaatımızın arasından nağıl, məsəl, tapmaca və şeir-
ləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir.
Abdulla Şaiq,
şair, yazıçı, ictimai xadim
“Balalara hədiyyə” kitabından vətən qoxusu, dağların ətri,
köçərilərin tüstüsü gəlir.
Əli Sultanov,
ədəbiyyatşünas
Firidun bəy Köçərli böyük pedaqoqdur. Qori Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsini Qazağa köçürməklə xalqı-
mızın maariflənməsində əvəzolunmaz əməyi olan şəxsiyyətdir.
Firidun bəy sadəcə praktik müəllim deyildi. O, tədqiqatçı-alim,
ədəbiyyatşünas, nəzəriyyəçi-pedaqoq və yüksək mədəniyyətli
humanist ziyalı idi.
Əhməd Seyidov,
Professor
Hərçənd bu kitab uşaqlar üçün yazılmışdırsa da, lakin bütün
ənənəyi-milliyəsi...nağıl və hekayələri... milli misal və nəğmələr,
uşaqlara məxsus oyuncaqları tərtib etdiyindən bizi keçmişimizlə
aşina edir. Keçmişimizə qarşı bizdə milli duyğu oyandırır. Möh-
tərəm Firidun bəy Köçərli cənabları bizdən ötrü kənd hədiyyəsi
ilə böyük bir cığır açdı.
Seyid Hüseyn,
Yazıçı
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
48
F.Köçərli xalqımızın tarixi keçmişini xarakterizə edərkən
həm onun həyat tərzini və həm də ümumxalq danışıq dilinin sadə
ifadə xüsusiyyətlərini aydınlaşdırır, bu xalqın istək və arzularını,
xəyal və düşüncələrinin məhsulu olan el ədəbiyyatı ilə sıxı
bağlılığını əsas hesab edirdi.
İnayət Baktaşi,
Professor, ədəbiyyatşünas
F.Köçərli ədəbiyyatın, sənətin ictimai-siyasi, tərbiyəvi rolunu
yüksəltmək uğrunda mübarizə apararkən öz şəxsi xoşbəxtlikləri
üçün xalqının, vətəninin mənafeyini satan, onun taleyi ilə oyna-
yan, varlılar qarşısında yaltaqlıq edən, sənəti qazanc mənbəyinə
çevirməyə çalışan məddah yazıçıları, şairləri də kəskin tənqid
edirdi. O, təəssüflə qeyd edirdi ki, belə yazıçıların, şairlərin əsər-
lərində, vaxtilə klassik ədəbiyyatımızda yaranmış gözəl, hikməta-
miz şeirlərin, poemaların, mənzum romanların və povestlərin
əvəzində, seksual motivlər, həmçinin insan qəlbini məyus edən
kədərli hisslər təsvir olunmağa başlayır.
Xalid Əlimirzəyev,
Professor, ədəbiyyatşünas
Áèáëèîãðàôèéà
49
Firidun bəy Köçərlinin həyat
və fəaliyyətinin əsas tarixləri
1863, 26 yanvar
- Firidun bəy Əhməd ağa oğlu Köçərli Şuşa
şəhərində anadan olmuşdur.
1872-1876
- Şuşada Mirzə Kərim Münşinin mədrəsə
məktəbində oxumuşdur.
1879
- Bir il Şuşada rus məktəbində təhsil almış-
dır. A.O.Çernyayevski (1840-1894) Şuşaya
gəlmiş (1879, may), Firidun bəyin adını
Qori Müəllimlər Seminariyasında oxuyan-
ların siyahısına daxil etmişdir.
1879-1885
- Zaqafqaziya Müəllimlər Seminariyasında
təhsil almışdır. Müəllimlərindən A.O.Çern-
yayevski və M.Kipiani ilə yaxın münasibət
saxlamışdır.
1884
- “Təlimi-Sokrat” əsərini yazmışdır.
1885
- Seminariyanı bitirib İrəvan gimnaziyasına
təyinat almış, İrəvana getmişdir.
1885-1890
- İrəvan gimnaziyasında ana dili, hüsnxətt
fənlərini tədris etmiş, pansion mürəbbisinin
köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji
sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə
mükafatlandırılmışdır. Ona “Kollecski sek-
retar”, “Titulyar sovetnik” və “Statski so-
vetnik” rütbələri verilmişdir.