Microsoft Word firidun met doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə12/39
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52369
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

46 



Bu kimi hədiyyələr nəşr edilsə idi, millətimizə  və dilimizə 

böyük xidmət edilmiş olurdu. Zira balalarımız arasında söylənən 

və  işlənən məsəl və tapmacalardan, nəğmə  və düzgülərdən bir 

çoxu xatirimizdən fəramuş olmuş türk sözləri öyrənərdik və 

əvəzinə də qullandığımız əcnəbi sözlərini dilimizdən və yazımız-

dan kənar edərdik. 



Seyid Hüseyn Kazımoğlu, 

ədəbiyyatşünas, tənqidçi 

 

Azərbaycan pedaqoji fikir tarixində  həm nəzəri məsələlərlə 



çıxış edən, həm gənclərin təlim-tərbiyəsində əməli fəaliyyət gös-

tərən, dövrün qabaqcıl maarifpərvərlərinin yazmış olduğu uşaqlar 

üçün  əlavə oxu ədəbiyyatına öz tənqidi münasibətini bildirən 

F.Köçərli olmuşdur.  



Fikrət Sadıqov, 

ədəbiyyatşünas,tənqidçi 

 

F.Köçərli bədii əsərlərdə həyat hadisələrini və insan xarakter-



lərini doğru-düzgün, realistcəsinə  təsvir etməyi geniş  təbliğ et-

mişdir.  



Camal Əhmədov, 

Professor 

 

Firidun bəy Köçərli folkloru cameədəki insanların tərbiyəsi



ayılması və savadlanması üçün mühüm vasitələrdən hesab edirdi, 

ona görə də xalq ədəbiyyatının toplanması və nəşri üçün çalışırdı. 



Cavad Heyət, 

ədəbiyyatşünas 

 

Firidun bəy Köçərlinin gələcək haqqında sağlam bir roman-

tikası vardı. O, bəzən üzünü sinfə tutaraq, uşaqlara yanıqlı bir 

səslə deyərdi ki, sizə baxarkən mən Azərbaycan xalqının günəşli 

gələcəyini təmin edəcək xöşbəxtlər nəslini görürəm. Oxuyun, 

balalarım, xalqımızın nicat yollarında ona dayaq olun. 



Mexdixan Vəkilov

Professor 

Áèáëèîãðàôèéà 

 

47 


Firidun bəy Köçərli mənim qəlbimdə həssas bir insan, qərəz-

siz ədəbiyyatçı, yorulmaz bir maarifçi kimi əbədi iz buraxmışdır. 

 

*** 


Bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla 

qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti-fitri-

lərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Fi-

ridun bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasında istifadə edə 

bilərlər. O, camaatımızın arasından nağıl, məsəl, tapmaca və şeir-

ləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir. 



Abdulla Şaiq, 

şair, yazıçı, ictimai xadim 

 

“Balalara hədiyyə” kitabından vətən qoxusu, dağların  ətri, 

köçərilərin tüstüsü gəlir. 

Əli Sultanov, 

ədəbiyyatşünas 

 

Firidun bəy Köçərli böyük pedaqoqdur. Qori Müəllimlər 

Seminariyasının Azərbaycan  şöbəsini Qazağa köçürməklə xalqı-

mızın maariflənməsində  əvəzolunmaz  əməyi olan şəxsiyyətdir. 

Firidun bəy sadəcə praktik müəllim deyildi. O, tədqiqatçı-alim, 

ədəbiyyatşünas, nəzəriyyəçi-pedaqoq və yüksək mədəniyyətli 

humanist ziyalı idi. 

Əhməd Seyidov, 

Professor 

 

Hərçənd bu kitab uşaqlar üçün yazılmışdırsa da, lakin bütün 

ənənəyi-milliyəsi...nağıl və hekayələri... milli misal və nəğmələr

uşaqlara məxsus oyuncaqları  tərtib etdiyindən bizi keçmişimizlə 

aşina edir. Keçmişimizə qarşı bizdə milli duyğu oyandırır. Möh-

tərəm Firidun bəy Köçərli cənabları bizdən ötrü kənd hədiyyəsi 

ilə böyük bir cığır açdı. 

Seyid Hüseyn, 

Yazıçı 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

48 



F.Köçərli xalqımızın tarixi keçmişini xarakterizə edərkən 

həm onun həyat tərzini və həm də ümumxalq danışıq dilinin sadə 

ifadə xüsusiyyətlərini aydınlaşdırır, bu xalqın istək və arzularını, 

xəyal və düşüncələrinin məhsulu olan el ədəbiyyatı ilə  sıxı 

bağlılığını əsas hesab edirdi. 

İnayət Baktaşi, 

Professor, ədəbiyyatşünas 

 

F.Köçərli ədəbiyyatın, sənətin ictimai-siyasi, tərbiyəvi rolunu 

yüksəltmək uğrunda mübarizə apararkən öz şəxsi xoşbəxtlikləri 

üçün xalqının, vətəninin mənafeyini satan, onun taleyi ilə oyna-

yan, varlılar qarşısında yaltaqlıq edən, sənəti qazanc mənbəyinə 

çevirməyə çalışan məddah yazıçıları,  şairləri də  kəskin tənqid 

edirdi. O, təəssüflə qeyd edirdi ki, belə yazıçıların, şairlərin əsər-

lərində, vaxtilə klassik ədəbiyyatımızda yaranmış gözəl, hikməta-

miz  şeirlərin, poemaların, mənzum romanların və povestlərin 

əvəzində, seksual motivlər, həmçinin insan qəlbini məyus edən 

kədərli hisslər təsvir olunmağa başlayır

 

Xalid Əlimirzəyev, 

Professor, ədəbiyyatşünas 

 

Áèáëèîãðàôèéà 

 

49 


 

 

Firidun bəy Köçərlinin həyat  

və fəaliyyətinin əsas tarixləri 

 

 

1863, 26 yanvar 

- Firidun bəy Əhməd ağa oğlu Köçərli Şuşa 

şəhərində anadan olmuşdur.  

 

1872-1876 

-  Şuşada Mirzə  Kərim Münşinin mədrəsə 

məktəbində oxumuşdur. 

 

1879 

- Bir il Şuşada rus məktəbində təhsil almış-

dır. A.O.Çernyayevski (1840-1894) Şuşaya 

gəlmiş (1879, may), Firidun bəyin adını 

Qori Müəllimlər Seminariyasında oxuyan-

ların siyahısına daxil etmişdir. 



 

1879-1885 

- Zaqafqaziya Müəllimlər Seminariyasında 

təhsil almışdır. Müəllimlərindən A.O.Çern-

yayevski və M.Kipiani ilə yaxın münasibət 

saxlamışdır. 

 

1884    

 

-  “Təlimi-Sokrat” əsərini yazmışdır. 



 

1885 

- Seminariyanı bitirib İrəvan gimnaziyasına 

təyinat almış, İrəvana getmişdir. 

 

1885-1890 

-  İrəvan gimnaziyasında ana dili, hüsnxətt 

fənlərini tədris etmiş, pansion mürəbbisinin 

köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji 

sahədə müvəffəqiyyətlərinə görə  dəfələrlə 

mükafatlandırılmışdır. Ona “Kollecski sek-

retar”, “Titulyar sovetnik” və “Statski so-

vetnik” rütbələri verilmişdir. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə