Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə80/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   93

180 
 
Dərs 85/Mövzu: 
 RADİOAKTİV ÇEVRİLMƏ QANUNU 
 
Maraqoyatma mərhələsini dərslikdə verilən material və qoyulan sualdan fərqli olaraq belə də 
həyata keçirmək olar: şagirdlərə arxeoloji qazıntı nümunələrinin yaşının radiokarbon üsulu 
ilə  təyin edilməsinə dair “İzotoplar” mövzusundan tanış olduqları araşdırma xatırladılır və 
sinfə belə bir sualla müraciət oluna bilər: 
– Radiokarbon üsulu ilə tarixi abidələrin hansı  həddə  qədərki yaşını  təyin etmək olur? Nə 
üçün? 
– İzotopların  yaşama müddəti nədən asılıdır? 
Bu sualların müzakirəsi tədqiqat sualının formalaşdırılmasına zəmin yaradır: 
Tədqiqat sualı

İzotopların radioaktiv çevrilməyə məruz qalmayan nüvələrinin sayının 
dəyişmə qanunauyğunluğunu qabaqcadan müəyyən etmək olarmı?  
Dərsliyin B blokunda təqdim olunan araşdırmada əsas məqsəd şagirdlərin rəngli üzlü kağız 
parçalarının sayının təqribən həndəsi silsilə ilə azaldığı qənaətinə gəlməsidir. Doğrudur, bu 
zaman azalma qanunauyğunluğu dəqiq olaraq həndəsi silsilə ilə baş verməsə də, şagirdlərin 
bu prosesin təqribən necə getməsi təsəvvürləri formalaşır. Araşdırmanın kiçik qruplarda 
aparılması  məqsədəuyğundur. Dərslikdə göstərilən cədvəl iş  vərəqlərində  çəkilir və  hər bir 
qrup tərəfindən doldurulur.  
Müəllim şagirdlərin apardığı təcrübə ilə qısa zamanda tanış olur. Təbiidir ki, qruplarda alınan 
nəticələr fərqlənəcəkdir. Hər bir qrupun cədvəli lövhədə belə qeyd oluna bilər.  
 
           Təcrübənin sayı 
Qruplar 
0  1 2 3 4 5 … 
I qrupun nəticələri 
100  ... ... ... ... ... ... 
II qrupun nəticələri 
100  ... ... ... ... ... ... 
III qrupun nəticələri 
100  ... ... ... ... ... ... 
IV qrupun nəticələri 
100  ... ... ... ... ... ... 
V qrupun nəticələri 
100  ... ... ... ... ... ... 
ORTA QİYMƏT 
100       
 
Aydındır ki, qrupların sayı  nə  qədər çox olarsa, ehtimal nəzəriyyəsinə görə, alınan orta 
qiymətlər də həndəsi silsilə ilə azalma qanunauyğunluğuna bir o qədər yaxın olar. Ona görə 
də araşdırmanı apararkən  qrupların sayını imkan daxilində çoxaltmaq lazımdır. Sonda nəticə 
belə bir sualın müzakirəsi ilə tamamlana bilər: 
 Araşdırmada hansı nəticəyə gəldiniz: rəngli üzlü kağız parçalarının sayının dəyişməsində 
hansı qanunauyğunluq aşkar etdiniz?  
Dərslikdəki nəzəri məlumatla şagirdlər müxtəlif oxu üsullarından istifadə etməklə tanış ola 
bilərlər. Nəzəri məlumatla tanışlıq başa çatdıqdan sonra müzakirə üçün aşağıdakı suallar 
verilə bilər: 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq) atom və nüvə hadisələrini və onların 
baş vermə səbəblərini şərh edir. 
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı 
təsirinin rolunu izah edir. 
2.2.2. Elektromaqnit və nüvə qarşılıqlı təsirinə dair məsələlər qurur və həll 
edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 İxtiyari zaman anında radioaktiv çevrilməyə məruz qalmayan nüvələrin 
sayının müəyyənləşdirmə qanununu şərh edir 
 Radioaktiv çevrilmə qanununa aid qrafik məsələlər qurur və həll edir. 


181 
 
– Radioaktiv çevrilməyə məruz qalan nüvələrin sayını necə müəyyən etmək olar? 
– Radioaktiv çevrilən nüvə ilə çevrilməyən nüvələrin sayı arasında hansı qanunauyğunluq 
mövcuddur? 
– Yarımparçalanma periodu dedikdə nə başa düşülür? 
Verilən suallar müzakirə olunduqdan sonra dərsin  əsas məzmununu  əhatə edən suallara 
uyğun ümumiləşdirmə aparıla bilər.  
Dərsin məzmunu ilə şagirdlər aşağıdakı müddəalar əsasında tanış olurlar:  
1. Radioaktiv çevrilmə qanunu 
2. Yarımçevrilmə periodu  
Ümumiləşdirmə apardıqda aşağıda qeyd olunan cədvəl və sxemlərdən istifadə etmək olar.
  
 
Təklif olunan cədvəl və sxemlər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əldə olunan biliklərin yaradıcı  tətbiq olunması üçün müəllim  D blokunda verilən, yaxud 
özünün məqsədəuyğun hesab etdiyi tapşırıqlardan istifadə edə bilər. Buradakı məsələnin həlli 
və uyğun qrafikin qurulması orada verilən nümunəyə əsasən həyata keçirilir. 
Diferensial təlim.  Təlim nəticələri yüksək olan şagirdlərə  əlavə olaraq aşağıdakı tapşırıq-
lardan biri verilə bilər:  
1. Məsələ: Radium-226 izotopunun yarımparçalanma periodu 1600 ildir. Başlanğıc halda N

nüvəsi olan Radium-226 izotopunun 400 və 800 ildən sonra çevrilməyən nüvələrinin sayını 
hesablamaq üçün düstur çıxarın.  
2. Radioaktiv çevrilmə qanununa uyğun məsələ qurun və həll edin (müxtəlif izotopların nü-
vəsinin yarımparçalanma periodu verilə bilər) 
 
Elektron resurslar: 
1.http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=att_download&link_id=24  
2. https://www.youtube.com/watch?v=WAsmY4ocWSA  
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
 
 
 
 
 

Çevrilməyə məruz 
qalmayan nüvələrin sayı 

2
0
1
N
N

 

2
0
1
2
2
2
N
N
N


 

3
0
2
3
2
2
N
N
N


 
... ... 

n
n
n
N
N
N
2
2
0
1



 
Radioaktiv nüvə
_____
_____
Yarım 
parçalanma 
periodu
_____


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə