32
Ürək-damar sisteminin möhkəmləndirilməsi
orqanizmin müxtəlif orqan və
funksional sistemlərinin işinin yaxşılaşdırılması ilə yanaşı ilk növbədə özünü nəbz
vurğularının sayının nisbətən azalması ilə büruzə verir. Sizin yaş qrupunda nəbz
vurğuları göstəricisinin normal həddi aşağıdakı cədvəldə verilir.
Cədvəl 3
Yaş
Oğlanlar Qızlar
14 73 74
15 72 75
M
ÖVZU ÜZRƏ SUALLAR
1.
Ürəyin təqəllüsü və boşalması arasındakı vaxt fasiləsi nəyə sərf
olunur?
2.
Ürək əzələləri məşq etdirilə bilərmi?
3.
Ürək əzələlərinin inkişafına, onun möhkəmlənməsinə ən çox hansı
hərəkətlər şərait yaradır?
4.
Nəbz vurğularınızın göstəricisi neçədir və bu sizin yaş qrupunun
normalarına uyğundurmu?
Bədən quruluşunda mütənasiblik
və onun formalaşdırılması vasitələri
Aşağı siniflərdə bədən quruluşu, onun tipləri, ayrı-ayrı bədən quruluşu
tiplərinin xüsusiyyətləri haqqında kifayət qədər məlumat verilmişdir. Hər bir
yeniyetmə özünün bədən quruluşu tipini müəyyən etməyi və onun mütənasibliyini
formalaşdırmaq üçün hərəkətlərdən istifadə etmək bacarığına malik olmalıdır.
Çünki mütənasib bədən quruluşu sadəcə olaraq gözəl qamət deyil,
bu eyni zamanda
orqanizmin mühüm orqan və sistemlərinin normal fəaliyyəti üçün əsas gös-
təricilərdən biridir. Bu səbəbdən də düzgün qamətin fiziki tərbiyə prosesində və
müstəqil məşğələlər vasitəsilə formalaşdırılması yeniyetmə qarşısında duran ən
mühüm məsələlərdən biridir. Aşağıdakı şəkildə normal və qüsurlu bədən
quruluşunun təxmini, vizual üsulla qiymətləndirilməsi göstərilmişdir.
Bu şəkildə a
– normal qamət;
b – həddindən artıq bel lardozu olan qamət;
c – həddindən artıq
döş kifozu olan dairəvi-əyilmiş qamət;
ç – maili qamət;
d – əyilmiş qamət.
Çap üçün deyil
34
Qamətin mütənasibliyinin ölçməsinin başqa üsulları da mövcüddur.
Məsələn, bu mütənasiblik aşağıdakı düsturla ilə hesablana bilər:
öş
ə ə
ə
ö çü ü
. 100
.
Bu düsturla ilə hesablama zamanı alınan göstərici 50-55 olduqda
mütənasiblik «orta», bu rəqəmdən böyük olduqda isə mütənasiblik «əla» hesab
olunur. Göstəricinin 50-dən aşağı olması bədən mütənasibliyinin aşağı səviyyədə
olduğuna dəlalət edir.
Normal bədən quruluşunda ətrafların ölçüsünün təxmini nisbəti aşağıdakı
kimi olmalıdır:
-
boyunun dairəvi ölçüsü biləyin dairəvi ölçüsündən
iki dəfə çox və belin
ölçüsündən iki dəfə az olmalıdır;
-
budun dairəvi ölçüsü baldırın dairəvi ölçüsündən 1,5 dəfə artıq olmalıdır;
-
baldırın dairəvi ölçüsü boyunun dairəvi ölçüsünə (qızlarda) və
gərginləşdirilmiş ikibaşlı əzələnin dairəvi ölçüsünə (oğlanlarda) təxminən bərabər
olmalıdır.
Hazırda dünyada bədənin mütənasibliyinin tənzimlənməsi üçün fiziki hərə-
kətlərin müxtəlif komplekslərinin tətbiqi geniş vüsət almışdır. Buraya ilk növbədə
atletik gimnastika, qüvvə aerobikası, pamp-aerobika və digərləri də daxildir.
Atletik gimnastika
– harmonik bədən quruluşunun formalaşdırılması,
qüvvənin inkişaf etdirilməsi və sağlamlığın möhkəmləndirilməsinə istiqamətlənmiş
müqavimətlərlə yerinə yetirilən hərəkətlər sistemidir. Atletik gimnastika məişətdə
«bodi-bildinq» (bədənin qurulması) kimi tanınır. Atletik gimnastika vasitələri kimi
daha çox öz çəkisi, hantellər, amortizatorlar, espanterlər, ştanqa,
müxtəlif qüvvə
trenajorları ilə yerinə yetirilən hərəkətlərdən istifadə edilir.
Ağırlıqlarla yerinə yetirilən hərəkətləri mütləq dinamik hərəkətlərlə – yeriş,
qaçış, üzgüçülük, idman oyunları, əzələlərin boşaldılması hərəkətləri ilə növbə-
ləşdirmək zəruridir.
Qüvvə hərəkətləri əvvəlki siniflərdə qeyd oluna və sizin artıq bildiyiniz əsas
əzələ qruplarının hamısını əhatə etməlidir. Lakin nisbətən zəif əzələ qrupları,
həmçinin daha çox qüvvənin inkişaf etdirilməsinə ehtiyacı olan əzələ qrupları
diqqət mərkəzində saxlanılmalıdır. Bu əzələ qrupları təxminən aşağıdakılardır:
-
ümumilikdə qol və çiyin qurşağı əzələləri üçün hərəkətlər»
-
boyun əzələləri
üçün hərəkətlər;
-
qıç və çanaq nahiyyəsi əzələləri üçün hərəkətlər;
-
gövdəni açıb-bükən əzələ qrupları üçün hərəkətlər;
-
bütün bədən üçün hərəkətlər.
Qeyd etmək lazımdır ki, bu cür bölgü şərtidir. Çünki hər hansı əzələ qrupu
üçün təyin olunmuş hərəkətlərin icrası zamanı bu prosesdə müəyyən dərəcədə digər
əzələlər də iştirak edirlər. Bundan başqa yerinə yetirilən bütün hərəkətlər öz
Çap üçün deyil