Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

 
35 
 
təyinatına görə ayrı-ayrı hərəki qabiliyyətlərin, məsələn qüvvə, əyilgənlik, çeviklik, 
hərəkətin reaksiya tezliyi, sürət və s. inkişafına yönələ bilər. 
Hər bir yeniyetmə  məşğələlərdən  əvvəl öz hazırlıq səviyyəsinə müvafiq 
olaraq rejim müəyyən etməlidir: 
-
 
yeni başlayanlar üçün həftədə 2-3 məşğələ, hər biri 30-60 dəqiqə 
olmaqla; 
-
 
hazırlıqlı şagirdlər üçün həftədə 4-5 məşğələ, hər biri 1,5-2 saat olmaqla. 
 
Qüvvə aerobikası 
– qüvvə aerobikasının  əsasını alətlərlə (qantel, mini 
ştanq, rezin amartizatorlar və s.) yerinə yetirilən hərəkətlər, oturub-qalxma, 
əyilmələr, jim hərəkətləri və s. təşkil edir. Bu növün əsas vəzifəsi qüvvə dözüm-
lülüyünü inkişaf etdirmək,  əzələləri lazımi formaya salmaq və ayrı-ayrı  əzələ 
qruplarını inkişaf etdirməkdir. Qüvvə  hərəkətləri aerobika, həmçinin, ürək-damar 
sistemi üçün dinamik hərəkətlərlə növbələşdirilə bilər. 
Keçirilən məşğələlərin effektliliyini qiymətləndirmək üçün aşağıdakı nəzarət 
üsullarından istifadə olunur. 
-
 
Antropometrik metod (bədənin çəkisinin ölçülməsi; bədənin ayrı-ayrı 
hissələrinin: boyun, döş qəfəsi, çiyin, bazu, bel, bud, baldır, çiyin eninin müəyyən 
edilməsi); 
-
 
Nəzarət testləri (uzanaraq dayaqda qolların bükülüb-açılması, hündür 
turnikdə dartınma, tək ayaq üstə oturub-qalxma, gövdənin bükülüb-açılması və s.); 
-
 
Funksional göstəricilər (ürək vurğularının sayı, ağciyərin həyat tutumu). 
Məşğələlərin effektliliyi üzərində  nəzarət həm məşğələlərdən  əvvəl eyni 
zamanda məşğələlərin hər hansı bir mərhələsində  məsələn, 2-3 aydan sonra 
aparılır, nəticələr jurnalda qeyd olunur və ilkin ölçmə nəticələri ilə müqayisə edilir. 
 
M
ÖVZU ÜZRƏ SUALLAR
 
1.
 
Bədənin mütənasibliyi dedikdə nə başa düşülür? 
2.
 
Qamətin mütənasibliyi necə ölçülür? 
3.
 
Qamətin mütənasibliyini təmin etmək üçün hansı hərəkətlərdən və 
ya vasitələrdən istifadə etmək lazımdır? 
4.
 
Bədəndə mütənasib qamətə malik olmaq üçün hansı əsas əzələ 
qrupları hərəkətlərdən istifadə etməklə inkişaf etdirilməlidir? 
 
 
Çap üçün deyil


36  
 
 
 
 
Azərbaycan – Birinci Avropa Oyunlarının keçirildiyi ölkə 
 
Gənc dost! Sən müasir idmanın tarixi haqqında xeyli məlumatlısan. Bu haqda 
Sizə ünvanlanmış  dərsliklərdə kifayət qədər informasiya vardır. Müasir Olimpiya 
Oyunlarının tarixindən danışdıqda Yunanıstan ilk Olimpiya Oyunlarının keçirildiyi 
məkan kimi yaddaşlarda canlanır. 
Artıq Azərbaycan da ən qədim qitə hesab olunan Avropanın Birinci Oyun-
larının keçirildiyi ölkə kimi dünyanın idman tarixinə  həkk olunmuşdur. Bu gün 
Azərbaycan dövlətçilik tarixi yüz illərlə ölçülən, dünyanın tanınmış idman ölkələri 
ilə bir cərgədə dayanmışdır. Müstəqiliyinin yenidən bərpa olunmasından cəmi 24 il 
vaxt keçməsinə baxmayaraq, Azərbaycan dünyada və regionda layiqli yerini 
tutmağa müvəffəq olmuşdur. 
Bu uğurların təməli hələ keçən  əsrin 70-ci illərində Azərbaycan xalqının 
Ümummilli Lideri Heydər  Əliyev tərəfindən qoyulmuşdur. Həmin illərdə  Bədən 
Tərbiyəsi və  İdman sahəsində kadr hazırlığı  və maddi-texniki bazanın güclən-
dirilməsinə dövlət qayğısı bugünkü uğurlarımızın əsasını qoymuşdur. 
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar 8 de-
kabr 2012-ci ildə  İtaliyanın paytaxtı Roma şəhərində Avropa Olimpiya Komi-
təsinin 41-ci Baş Assambleyasında qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin 
50 üzvündən 48 ölkə arasında aparılan gizli səsvermədə 38 ölkə Azərbaycanın 
leyhinə səs verdilər. Bununla da tarixdə I Avropa Oyunlarının 2015-ci ildə Azər-
baycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alındı. 
 
 
                    
 
 
I Avropa Oyunlarının  loqosu və simvolları
Çap üçün deyil


 
37 
 
I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edildikdən 
sonra Azərbaycanda müvafiq işlərin həyata keçirilməsi üçün Azərbaycan Respub-
likası Prezidentinin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı. 
Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Milli Olimpiya Komitə-
sinin  İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı  səfiri Mehriban 
Əliyeva sədrlik etmişdir. 
Təşkilat komitəsi qitə miqyaslı böyük bir idman tədbirinin həyata keçirilməsi 
üçün bütün zəruri işləri planlaşdırmalı və reallaşdırması idi. Buraya təşkilatı işlərlə 
yanaşı yeni və böyük miqyaslı idman obyektlərinin: Olimpiya stadionu, Milli 
Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdman Mərkəzi və BMX 
Veloparkının tikilib istifadəyə verilməsi daxil idi. Xüsusi qeyd etmək lazımdır ki, 
bu və digər idman qurğuları vaxtında, yüksək keyfiyyətlə inşa olunaraq istifadəyə 
verildi. 
Bakıda, I Avropa Oyunlarının keçirildiyi 12 iyun – 28 iyun 2015-ci il ta-
rixində 50 ölkədən, 20 idman növü üzrə 6000-dən artıq idmançı iştirak edirdi. 
I Avropa Oyunlarının məşəli aprelin 26-da qədim od məbədi Atəşgahda Azər-
baycan Respublikasının Prezidenti cənab  İ.Əliyev tərəfindən yandırıldı. Məşəlin 
Azərbaycanın bütün bölgələrindən keçərək Bakı Olimpiya Stadionuna, açılış 
mərasiminə  gətirilməsi üçün prezident cənab  İ.Əliyev onu ilk məşəl estafetçisi, 
Olimpiya çempionu Rəfiqə  Şabanovaya verdi. Beləliklə, məşəl estafeti başlandı. 
Bu məşəl Azərbaycanın bütün şəhər və  qəsəbələrindən keçərək 12 iyunda Bakı 
Olimpiya stadionuna, I Avropa Oyunlarının açılış mərasiminə gətirildi.    
  
 
 
 
Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev Atəşgah məbədində 
Birinci Avropa oyunlarının məşəlini yandırır 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə