Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə20/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

56  
 
 
 
 
 
 
Estafetin başqa bir ötürmə üsulu «estafetin xarici ötürülməsi»dir. Bu zaman 
estafeti ötürən idmançı estafeti qəbul edən idmançıya yandan yaxınlaşır və vizual 
olaraq estafeti yandan ötürür (Şəkil 9). Bu üsul digərlərinə görə daha təhlükəsiz 
hesab olunur və 400 m. və daha artıq məsafələrə estafet qaçışları zamanı istifadə 
olunur. 
 
 
 
 
Şəkil 9. Estafetin vizual ötürülməsi  
Şəkil 8. Estafetin «yuxarıdan ötürülməsi» 
Çap üçün deyil


 
57 
 
 
 
Şəkil. 10. Bir əllə start vəziyyətində «estafetin gözlənməsi» 
 
Estafet qaçışı üzrə yarışlar çox ciddi qaydalar əsasında aparılır. Ona görə də 
bu yarışlarda iştirak edən hər bir şagirdin bu qaydaları bilməsi vacib məsələdir. 
Bunlar aşağıdakılardır: 
-
 
estafet komandalı yarışdır və burada iştirakçılar müəyyən olunmuş 
ardıcıllıqla yarışa qoşulurlar; 
-
 
estafet ağacı əldən-ələ ötürülür
-
 
hər bir estafet komandasının üzvü yalnız bir mərhələdə qaça bilər; 
-
 
estafet ağacı yalnız 20 metrlik ötürmə zonasında ötürülür; 
-
 
estafet ağacı yerə düşdükdə estafeti ötürən idmançı digər yarış  iştirak-
çılarına mane olmadan onu qaldırmalı  və zona daxilində komanda yoldaşına 
ötürməlidir; 
-
 
ötürmə zamanı estafet yerə düşdükdə, onu estafeti ötürən idmançı qal-
dırır. 
Estafet qaçışında uğurlu iştirak üçün zəruri olan amillər. 
Estafet qaçışı komandalı  fəaliyyət növü olduğundan burada hər bir idman-
çının yarış qaydaları daxilində uğurlu iştirakı üçün zəruri olan amillər mövcuddur. 
Qısa məsafəyə qaçışda olduğu kimi estafet qaçışında da uğurlu start, start sürətlən-
məsi, maksimal qaçış sürəti kimi qabiliyyətlərlə yanaşı tərəf müqabilinin sürətinə 
uyğunlaşmaq, koordinasiya bacarığı, çeviklik zəruri amillər hesab olunur. Estafet 
qaçışının təkmilləşdirilməsi üçün aşağıdakı qrup hərəkətləri tövsiyə oluna bilər. 
1.
 
Estafeti qəbul edən idmançının start hərəkətlərinin təkmilləşdirilməsi. 
Klassik estafetlərdə estafeti qəbul edən idmançı qaçış yolunda 1 əllə dayaqda 
start vəziyyətində gözləyir (Şəkil 10).  Start hərəkətlərinin təkmilləşməsi üçün 
aşağıdakı təmrinlərdən istifadə etmək olar: 
-
 
düz qaçış yolunda tək əllə dayaqdan startlar
-
 
döngədə düz qaçış yoluna çıxışda tək əllə dayaqdan startlar; 
-
 
düz qaçış yolunda döngəyə girişdə tək əllə dayaqdan startlar; 
2.
 
Estafetin ötürülməsinin təkmilləşdirilməsi üçün hərəkətlər: 
Çap üçün deyil


58  
 
 
 
-
 
estafetin yerində, sağ  və sol əllə ötürülməsinin imitasiyası (yamsılan-
ması); 
-
 
estafetin yerində, sağ və sol əllə qəbul edilməsi; 
-
 
estafetin yerişdə ötürülməsi; 
-
 
estafetin düz qaçış yolunda ötürülməsi; 
-
 
estafetin qaçış yolundan döngəyə giriş hissədə ötürülməsi; 
-
 
estafetin döngədən düz qaçış yoluna çıxışda ötürülməsi. 
3.
 
Tam estafet qaçışında icra üsulunun təkmilləşdirilməsi hərəkətləri: 
-
 
15-20m. düz qaçış yolunda estafetin cütlüklərlə ötürülməsi
-
 
düz qaçış yolunda 4X25m. məsafədə estafetlər; 
-
 
döngələrdə 4X25m. estafetlər; 
-
 
4X50m. məsafədə estafetlər. 
 
Tullanmalar 
 
Atletikanın tullanmalar qrupuna daxil olan növləri qaçaraq uzunluğa tul-
lanma, qaçaraq hündürlüyə tullanma, üç təkanla tullanma və şüvüllə tullanmalardır. 
Bunlar klassik növlər hesab olunur ki, onlardan da qaçaraq uzunluğa və qaçaraq 
hündürlüyə tullanmalar ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlıq (sürət-
güc) vasitəsi kimi istifadə olunur. Tullanmalar və atmalar struktur cəhətdən mü-
rəkkəb hərəkətlər olub, daha çox ətraf əzələlərinin aşağı və yuxarı sürət-güc qabi-
liyyətinin təzahür etdirilməsinə  əsaslanır. 9-cu sinifdə qaçaraq uzunluğa tullan-
manın «qayçıvari» üsulu və hündürlüyə tullanmanın «fosbyuri-flop» üsullarının 
mənimsənilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur. 
 
Qaçaraq «qayçıvari» üsulla uzunluğa tullanma. 
Qayçıvari üsulla qaçaraq uzunluğa tullanma üsulu digər icra üsulları kimi 
təkan, uçuş  və yerəenmə fazalarına bölünür. İdmançı  (şagird) ümumi tullanma 
hərəkətini təşkil edən bu fazaların hər birində konkret bir vəzifəni yerinə yetirir. 
Qaçaraq uzunluğa tullanmada hərəkətin birinci fazası olan qaçış hissəsi üçün 40-45 
metr məsafə  tələb olunur. Ümumtəhsil məktəblərinin  şagirdləri üçün 30-35 metr 
qaçış  məsafəsi tamamilə kifayətdir. Bu məsafədə idmançı  (şagird) uzunluğa 
tullanma üçün ən zəruri amil olan maksimal qaçış sürəti əldə etməyə çalışmalıdır. 
Uzunluğa tullanmada icra üsulundan asılı olmayaraq idmançının nəticəsi hərəkətin 
qaçış hissəsində  əldə olunan hərəkət sürətinin böyüklüyündən bilavasitə asılıdır. 
Başqa sözlə qaçış sürəti nə  qədər yüksəkdirsə,  şagirdin uzunluğa tullanmada 
özünün ən yaxşı nəticəsini göstərmək ehtimalı da bir o qədər böyükdür. Hərəkətin 
qaçış hissəsi sərbəst,  əlavə  gərginliksiz icra edilməlidir. Qaçış hissədə sürət  əldə 
etmək qısa məsafəyə qaçışda hərəkətin sürətlənmə hissəsindən bir o qədər də 
fərqlənmir. Hazırda bu növ üzrə dünyanın tanınmış idmançıları təkan yerinə sprint 
qaçışında olduğu tərzdə yerinə yetirilən sürətlənmə ilə yaxınlaşırlar. 
 
 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə