Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

 

 

27



TƏDQİQATIN APARILMASI 

Dərslikdən istifadə edən müəllim yeni informasiyanı  şərh edir. Şagirdlər 4  qrupa bölünür. Qruplara 2 

sualdan ibarət tapşırığın əks olunduğu iş vərəqləri təqdim olunur.  

 

I qrup. Obyektlər arasında hansı informasiya mübadiləsi baş verə bilər? Mənbə, qəbuledici və mümkün 

informasiyanı göstərin. İnformasiya hansı vasitə ilə ötürülür? 

 

    



 

 

 



 

 

 

II qrup. Obyektlər arasında hansı informasiya mübadiləsi baş verə bilər? Mənbə, qəbuledici və mümkün 

informasiyanı göstərin. İnformasiya hansı vasitə ilə ötürülür? 

 

    


   

 

 



 

 

 



 

 

 

 

 

1. ____________   ___________________    _______________   _______________ 

         Mənbə 

              İnformasiya                    Qəbuledici           Ötürülmə vasitəsi 

 

2. ____________   ___________________    _______________   _______________ 

          Mənbə                 İnformasiya                     Qəbuledici           Ötürülmə vasitəsi 

 

1. ____________   ___________________    _______________   _______________ 

         Mənbə 

              İnformasiya                    Qəbuledici           Ötürülmə vasitəsi 

 

2. ____________   ___________________    _______________   _______________ 

          Mənbə                 İnformasiya                     Qəbuledici           Ötürülmə vasitəsi 


 

28

III qrup. Obyektlər arasında hansı informasiya mübadiləsi baş verə bilər? Mənbə, qəbuledici və mümkün 

informasiyanı göstərin. İnformasiya hansı vasitə ilə ötürülür? 

 

   



 

 

 



 

 

 



IV qrup. Obyektlər arasında hansı informasiya mübadiləsi baş verə bilər? Mənbə, qəbuledici və mümkün 

informasiyanı göstərin. İnformasiya hansı vasitə ilə ötürülür?  



 

    

    

 

 

 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupdan bir nümayəndə icra etdikləri işin nəticəsi barədə  məlumat verir. Qrupların fikir mübadiləsi 

aparmalarına imkan yaradılır. Müəllim qruplara aşağıdakı suallarla müraciət edə bilər: 

 

I qrupa: 

  Hər bir obyekt həm informasiya mənbəyi, həm də qəbuledicisi ola bilərmi? Müəllim nə vaxt 



mənbədir, nə vaxt – qəbuledici? Müəllim informasiyanı  şagirdlərə  nəyin vasitəsilə ötürür? (danışanda – 

hava ilə, yazı lövhəsi ilə) Sirkdə nə zaman ayı, nə zaman təlimçi informasiya qəbuledicisi olur? 

 

II qrupa: 

  İki rəfiqə arasında informasiya mübadiləsi baş verəndə  qəbul olunan informasiya harada 



saxlanılır? (yaddaşda) Onlar informasiyanı hansı duyğu üzvləri vasitəsilə qəbul edirlər? Rəfiqələr bir-birinə 

informasiyanı nəyin vasitəsilə ötürürlər? (telefon) Hakim və futbolçular hansı duyğu üzvləri vasitəsilə in-

formasiya qəbul edirlər? 

 

1. ____________   ___________________    _______________   _______________ 



         Mənbə               İnformasiya                    Qəbuledici           Ötürülmə vasitəsi 

 

2. ____________   ___________________    _______________   _______________ 

          Mənbə                İnformasiya                     Qəbuledici           Ötürülmə vasitəsi 

1. ____________   ___________________    _______________   _______________ 

         Mənbə               İnformasiya                    Qəbuledici           Ötürülmə vasitəsi 

 

2. ____________   ___________________    _______________   _______________ 

          Mənbə                İnformasiya                     Qəbuledici           Ötürülmə vasitəsi 


 

 

29



III qrupa: 

 İclas zamanı mənbə və qəbuledicilər kimlər ola bilər? İnsanlar hansı informasiyanı və hansı 



duyğu üzvləri vasitəsilə qəbul edə bilərlər? İclas zamanı iştirakçılar vizual informasiya əldə edirlərmi? (pla-

kat, təqdimat və s.) Quşlar informasiyanı insana necə çatdıra bilər? (oxumaqla, vizual – qanadlarını 

tərpətməklə, dimdiklərini yerə vurmaqla, insana toxunmaqla)

 

 



IV qrupa: 

  Bəs bu şəkildə  rəfiqələr,  əvvəlki  şəkildən fərqli olaraq, hansı informasiyalar alır?  İt 



informasiyanı hansı duyğu üzvü ilə qəbul edir? Nə etmək olar ki, it informasiya qəbuledicisi olsun? (ona 

komanda vermək, onu çağırmaq, nəyisə iyləməyə vermək, yeməyə  nə isə vermək və s.) İt insana 

informasiyanı necə çatdıra bilər? 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim  sinfə müraciət edir: 

  İnformasiyanın qəbul edilməsi və ötürülməsi üçün nələr vacibdir? 



İnformasiyanın mənbəyi və qəbuledicisi nədir və onların bir-birindən fərqi nədir? Qəbuledici mənbədən in-

formasiyanı nəyin vasitəsilə alır? (kommunikasiya vasitələrinin köməyi ilə)   

Şagirdlərin fikirləri dinlənilir. Onlar müəllimin yardımçı sualları ilə aşağıdakı nəticəyə gəlirlər:  

1. İnformasiya hər hansı bir mənbədən alınır.  

2. İnformasiyanı qəbul edənə qəbuledici deyilir.  

3. İnsan həm mənbə, həm də qəbuledici ola bilər.  

4. İnformasiyanı ötürmək üçün onu informasiya daşıyıcılarında saxlayırlar: kağız, maqnit lent, optik disklər və s.  

5. Obyektlər arasında informasiya mübadiləsi o vaxt baş verir ki, onlar bir-birinə informasiya ötürüb qəbul edir.  

6.  İnformasiyanın ötürülməsində istifadə olunan obyektlər (telefon, kompyuter, radio, televizor, qəzetlər, 

kitablar və s.) informasiyanı ötürmə vasitələri adlanır. 

7. Şəraitdən asılı olaraq fərqli informasiya ötürmə vasitələrindən istifadə etmək olar.  

8. Bəzi obyektlərdən (kompyuter, telefon, poçt) həm də informasiya mübadiləsini təşkil etmək üçün istifadə 

olunur. Onlara informasiya mübadilə vasitələri də deyilir.  

Müəllim: – Siz televizor vasitəsilə informasiya mübadiləsi yarada bilərsinizmi? (Uşaqların fikirləri 

dinlənilir.)  

Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılmış 

biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

Şagirdlər İş dəftərindəki 1

3-cü çalışmaları yerinə yetirirlər.



 

 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim aşağıdakı meyarlarla şagirdləri qruplarda qiymətləndirir və öz müşahidəsinə  əsasən aşağıdakı 

cədvəl üzrə formativ qiymətləndirmə aparır. 

 

Meyarlar 

qrup  


II 

qrup 


III 

qrup 


IV 

qrup 


İnformasiyanın ötürülməsinə aid nümunələr göstərir  

 

 



 

İnformasiya mübadiləsinə aid nümunələr göstərir  

 

 

 



İnformasiyanın ötürülmə prosesində mənbəni və qəbuledicisini müəyyən edir 

 

 



 

 

İnformasiya ötürülməsinin və informasiya mübadiləsinin fərqli cəhətlərini deyir 



 

 

 



 

Şəraitdən asılı olaraq informasiya vasitəsini müəyyən edir 

 

 

 



 

Tapşırıqları yerinə yetirir 

 

 

 



 

Ümumi nəticə 

 

 

 



 

Ev tapşırığı. İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi. 

 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə