Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

 

 

ALT STANDARTLAR ÜZRƏ  



REALLAŞDIRILACAQ BACARIQLAR 

 

 



1.1.1.  Təbiət və cəmiyyətdəki informasiyalara, informasiya 

proseslərinə aid nümunələr göstərir. 

1.1.2.  Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı 

əlaqəsini nümunələrlə izah edir.  

1.1.3.  Müvafiq şəraitə uyğun informasiyanın  müxtəlif ötürülmə 

vasitələrini seçir. 

1.1.4.  Təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli 

cəhətlərini izah edir. 

3.1.1.  Kompyuterin əsas qurğularının (klaviatura, siçan, monitor, 

sistem bloku) funksiyalarını ümumi şəkildə  şərh edir. 

4.1.1. Ətraf aləmdəki informasiya mübadiləsinin əhəmiyyətini  

sadə nümunələrlə izah edir. 

TƏDRİS VAHİDİ –

1

İNFORMASİYA 

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ 

SAATLARIN MİQDARI: 

8 saat 

 

QİYMƏTLƏNDİRMƏ: 



1 saat

 



 

18

Dərs 



1

 / Mövzu:

 İNSAN VƏ İNFORMASİYA 

 

MOTİVASİYA 

İnformasiyanın növləri ilə bağlı qazanılmış bilikləri yada 

salmaq məqsədilə şagirdlərə krossvordu həll etmək təklif 

olunur. Müəllim krossvordu lövhədə asır (çəkir) və izah edir: 

 Krossvordun hər sütununda duyğu üzvünü ifadə edən bir 



söz “gizlədilib”. Onları tapın. 

1. İnsanın dadbilmə üzvü.  2. İnsanın iybilmə  üzvü.             

3. İnsanın eşitmə üzvü. 4. İnsanın toxunma üzvü. 

Bu sözləri tapdıqdan sonra üfüqi açılmış hərflər sizə əsas sözü 

müəyyənləşdirməyə kömək edər. 

Müəllim: 

 Krossvorddakı sözləri tapandan sonra üfüqi xanada “gizlənmiş” yeni bir söz alınacaq. Bu söz “İnsan 



duyğu üzvləri vasitəsilə ətraf mühitdən nə qəbul edir?” sualına cavab olacaq. (İnformasiya

Müəllim sinfə müraciət edir: 

 İnsandan başqa daha hansı obyektlərdə duyğu üzvləri var? (canlılarda). 



Şagirdlərin fikirləri dinlənilir. 

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

 

Tədqiqat sualı: 

İnsan onu əhatə edən obyektlərdən hansı informasiyanı və necə alır? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. Hər şagird iş 

vərəqini doldurur. 

 

 



 

 

DƏRSİN MƏQSƏDİ 

•  təbiətdə və cəmiyyətdə informasiyalara aid misal gətirmək; 

•  insanın duyğu üzvlərinin rolunu sadə misallarla izah etmək

•  cəmiyyətdəki informasiya mübadiləsinin əhəmiyyətini izah etmək; 

•  insanlar arasında informasiyanın rolunu izah etmək; 

•  təbiətdə və cəmiyyətdə olan informasiya mənbələrini qruplaşdırmaq.   



 

 

Əsas ANLAYIŞLAR   

İnformasiya, duyğu üzvləri, təbiətdəki informasiya, cəmiyyətdəki informasiya 

 

 

Dərsin  TİPİ 

Deduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş, fərdi iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Beyin həmləsi, diskussiya, oyun  



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 1.2.1, Riy. – 5.1.1, H-b. – 1.1.1, 1.3.2, 1.3.3,  2.1.2, 4.2.3,  

X-d. – 2.2.1, Tex. – 2.1.2, T-i. – 1.1.1, Mus. – 2.1.2 

 

 

Təchizat 

Plakatda krossvord, rəngli karandaşlar, iş vərəqləri 



Bu gün hansı informasiyanı aldın? 

Vizual ............................................................................................................................... 

Səs ..................................................................................................................................... 

Daktil ................................................................................................................................ 

Dad ................................................................................................................................... 

Qoxu ................................................................................................................................. 




 

 

19



MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim bir neçə  şagirddən yazdıqlarını oxumağı xahiş edir. Müəllim və  şagirdlər bir-birinə suallarla 

müraciət edə bilərlər: 

 Qoxu informasiyasını hansı obyektlərdən aldın? Dad informasiyasını  nədən aldın?  İnsan nə vaxt 



obyektdən vizual informasiya ala bilmir? (qaranlıqda, obyekt uzaqda olanda) Hansı obyektlərdən səs 

informasiyası almaq olmur? 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ 

Müəllim: 

 Müəyyən bir obyektə baxan insanların aldıqları informasiya eyni olurmu? (Yox, hər bir insan özü-



nəməxsus informasiya alır. Məsələn, elə insanlar var ki, rəng çalarlarını fərqləndirə bilmir.) Nə üçün insana 

bir neçə duyğu üzvü lazımdır? İnsan onu əhatə edən obyektlərdən hansı informasiyanı və necə alır? 

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib, onlarla birlikdə nəticə çıxarır: 

 İnsanın beş duyğu üzvü var: göz, qulaq, dil, burun, dəri. Ona görə də insan ətraf aləmdən beş növ infor-



masiya ala bilir: vizual, səs, dad, qoxu və daktil. Əşyaya toxunmadan vizual, səs və qoxu informasiyalarını 

almaq olar. Dad və daktil informasiyanı almaq üçün isə insan mütləq obyektə toxunmalıdır. İnsanlar duyğu 

üzvlərinin fəaliyyətini gücləndirmək, obyektlər haqqında daha çox və  dəqiq informasiya almaq üçün 

müxtəlif alətlər və texniki cihazlar hazırlamışlar. Məsələn, xətkeş  əşyaların uzunluğunu, tərəzi kütləsini, 

termometr temperaturunu ölçmək üçün, barometr havanın təzyiqini müəyyənləşdirmək üçün, kompas isə  

qütbləri təyin etmək üçün düzəldilmişdir.  

Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılmış 

biliklərlə müqayisə edir. 



 

YARADICI TƏTBİQETMƏ  

İş dəftərindəki 1–3-cü çalışmaların yerinə yetirilməsi.  



------------------------------------------------------------------------------------------------ 

Oyun. Müəllim ixtiyari obyektin adını çəkir,  hər qrupun bir nümayəndəsi onun haqqında müxtəlif informasiyalar söyləyir. Sonra 

növbə digər qrupun nümayəndəsinə çatır. Ən çox informasiya söyləyən qrup qalib hesab olunur.   

Məsələn, AZƏRBAYCAN BAYRAĞI, DƏFTƏR, MEŞƏ, İMLA, TEATR, FİL, TELEVİZOR və s. adlar səslənə bilər. 

Sinfi yoxlamaq məqsədilə şagirdlər üçün çətin olan sözlərdən də istifadə etmək olar: respublika, institut və s. 

---------------------------------------------------------------------------------------------------------------- 

İnformasiya haqqında əlavə məlumat: Ümumiyyətlə, informasiya dedikdə insanlar arasında, insan və avtomat arasında, avtomat 

və avtomat arasında, həmçinin heyvan və bitkilər arasında məlumat mübadiləsi başa düşülür. 

-------------------------------------------------------------------------------------------------------------------------------- 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim  metodik vəsaitin  əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-

yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.  

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 



 

№ Meyarlar  Yaxşı Orta  Zəif 

İnformasiya mənbələrini müəyyən edə bilir 



 

 

 



İnsanın duyğu üzvlərinin rolunu izah edə bilir  

 

 

 



İnformasiyanı hansı duyğu üzvü vasitəsilə qəbul edilməsindən asılı 

olaraq onun növünü müəyyən edə bilir 

 

 



 

İnsanların həyatında informasiyanın əhəmiyyətini izah edə bilir 



 

 

 



İnsanların informasiyanı necə əldə etdiklərini izah edə bilir 

 

 

 



Ev tapşırığı. İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi.  

 

 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə